Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
122
Vergi dərəcələri müəyyən qədər azaldılmışdır. Hazırda mənfəət vergi-
sinin dərəcəsi 22% və əlavə dəyər vergisi 18% səviyyəsində təsdiq edilib.
İnvestisiya fəallığını artırmaq məqsədilə yeni gömrük tarifləri
müəyyən edilmişdir. Azərbaycanda istehsal olunmayan xammal və
materiallar üzrə gömrük tarifləri ləğv edilmişdir. Respublika daxilində
istehsal olunan bu cür materiallar üçün isə gömrük tarifləri 15%-dən
yuxarı olmaqla, istehsalçıların daxili bazar tələbatını təmin edə bilmək
qabiliyyətindən asılı olaraq diferensiallaşdırılmış həcmdə təyin edilir.
İnvestisiya prosesinin idarə edilməsi yenidən qurulmuşdur. Belə
ki, yeni təşkilati-hüquqi formalar və iqtisadi mexanizmlər yaradılmış-
dır. Hazırda büdcə vəsaiti hesabına tikinti işləri dövlət tərəfindən keçi-
rilən tenderlər vasitəsilə bölüşdürülür.
Aqrar sahə məhsullarını istehsal edən müəssisələrə dövlət tərəfin-
dən əhəmiyyətli güzəştlər verilmişdir. Belə ki, həmin müəssisələr tor-
paq vergisi istisna olmaqla, 2009-cu ilə qədər bütün növ vergilərdən
azad edilmişlər. Hesab edirik ki, ölkədə investisiya potensialının for-
malaşması və səmərəli istifadəsində dövlətin nəzərdə tutduğu prioritet
istiqamətlər kimi hesab edilməlidir.
Azərbaycana zəruri həcmdə investisiyaların cəlb olunması, onla-
rın ölkə iqtisadiyyatı üçün səmərəli istifadəsi. Bu, ölkə iqtisadiyyatının
struktur cəhətdən yenidən qurulması və innovasiya tipli inkişafa keç-
məsi üçün son dərəcə vacibdir. Belə ki, bu məqsədlə investisiya üçün
potensial mənbələrin genişləndirilməsi, yığımın investisiyaya çevril-
məsini stimullaşdıran şəraitin yaradılması, büdcə vəsaitlərinin səmərə-
li istifadəsi üçün müxtəlif səviyyələrdə məqsədli proqramların tətbiqi
olduqca vacibdir.
Bundan əlavə, yerli təşəbbüslər əsasında dövlət regional investisi-
ya siyasətinin köməyi ilə investisiyaların, bütün yerli şərait kompleksi
nəzərə alınmaqla, hər şeydən əvvəl, regional iqtisadiyyatın prioritet
sahələri sferasına cəlb olunması mexanizmlərinin formalaşdırılması;
iqtisadiyyatın prioritet sahələrinin bütün sferalarında rəqabət mühiti-
nin yaradılması və korporasiyaların investisiya aktivliyinin fəallaş-
dırılmasına dövlətin köməklik göstərməsi və s. tədbirlərin həyata ke-
çirilməsi nəzərdə tutulur. Dövlətin investisiya potensialının formalaş-
ması və səmərəli istifadəsində əsas vəzifələr bunlardır:
- İnkişaf büdcəsinin və bütövlükdə iqtisadiyyatın prioritet sahələ-
rinə məqsədyönlü dövlət maliyyə-kredit köməyinin göstərilməsini tə-
min edən büdcənin formalaşdırılması;
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
123
- Respublikanın bütün ərazi-inzibati vahidlərində iqtisadiyyatın
prioritet sahələrinin müəssisələrinə maliyyə-kredit köməyinin göstəril-
məsini təmin edən zəruri və kifayət dərəcədə məqbul infrastrukturun
yaradılması;
- Əlverişli investisiya mühitinin yaradılması üzrə tədbirlərin fəal-
laşdırılması hesabına xarici investorların inamının bərpası;
- Müəssisənin və əhalinin sərbəst vəsaitlərinin investisiya məq-
sədləri üçün səfərbər olunması;
- Prioritet sahələrdə investisiya layihələrinə dövlətin köməklik təd-
birləri üzrə diferensiallaşdırılması sisteminin hazırlanması və tədqiqi;
-Perspektiv investisiya layihələrinin reallaşması zamanı onların
birgə investisiyalaşmasının yeni formalarının axtarışı;
- Respublika iqtisadiyyatın prioritet sahələrinin məhsullarına ar-
tan tələbin, şəraitin formalaşdırılması;
-İnvestisiyaların həcmindən, investisiya layihəsinin ödəmə müd-
dətindən, investisiya layihəsinin həyata keçirildiyi sahənin və regio-
nun prioritetliyindən asılı olaraq vergi stimullaşdırılması və dövlət zə-
manəti verilməsi siyasətinin aparılması.
Qeyd etmək lazımdır ki, respublikamızda elmtutumlu, yüksək
texnologiyaların tətbiqi sahələrinin inkişafına yönəldilən investisiyala-
rın stimullaşdırılması olduqca vacibdir:
-Xarici investisiyaların respublika iqtisadiyyatına cəlb olunması
və onun ölkə iqtisadiyyatının neft-qaz sektoru ilə yanaşı, qeyri-neft
sektorlarına yönəldilməsi stimullaşdırılmalı və normal mühit yaradıl-
malıdır;
- Yerli investisiyaların istehsala axını və bu zəmin əsasında yerli
istehsalın inkişafı stimullaşdırılmalı, yerli istehsalçıların mənafeyi elə
qorunmalıdır ki, onlar xarici istehsalçılarla rəqabətə girə bilsinlər və
rəqabətqabiliyyətli məhsul istehsal etsinlər;
- İxrac potensialını artıran xarici bazarlara məhsul çıxaracaq
müəssisələrə prioritet sahələr kimi investisiya qoyuluşu stimullaşdırıl-
malı və tənzimlənməlidir;
-Qanunvericilik aktları və qərarların qəbulu zamanı aqrar sahənin
baza sahələrinin üstün sürətlə inkişafına nail olmaq üçün həmin sahələ-
rin inkişaf etdirilməsinə yönəldilən investisiyalar stimullaşdırılmalıdır;
- Respublika iqtisadiyyatının inkişaf etdirilməsində xarici birbaşa
investisiyalar daha çox stimullaşdırılmalıdır. Belə ki, xarici borclar və
kreditlərlə müqayisədə onlar yeni texnologiyaların, yeni idarəçilik me-
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
124
tod və üsullarının tətbiqi üçün geniş imkanlar açır. Birbaşa investisiya-
lar xarici borcları artırmır, əksinə istehsalda mənfəətin artmasına, milli
iqtisadiyyatın dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına, isteh-
sal və elmi-texniki əməkdaşlıq vasitəsilə xarici əlaqələrin genişlən-
dirilməsinə şərait yaradır;
- İnvestisiya qoyuluşunun səmərəliliyi bilavasitə intensiv qoyu-
luşlarla əlaqədar olduğundan, onlar daha çox stimullaşdırılmalıdır,
belə ki, mütərəqqi texnika və texnologiya hesabına artan istehsal apa-
ratı əmək məhsuldarlığını yüksəldir.
Bu məqsədlə yaxın perspektiv üçün dövlətin investisiyaları (daxi-
li və xarici) stimullaşdırması məsələsi önəmli əhəmiyyət kəsb edir.
- Müəssisə, firma və şirkətlərin investisiya qoyuluşlarının həcmi-
nin mənfəət və amortizasiya ayırmaları hesabına artırılması;
- Dövlətin iri infrastruktur obyektlərinin əsaslı tikintilərinin büdcə
maliyyələşdirilməsi həcmlərinin artırılması vasitəsilə investisiya pro-
sesinin fəallaşmasına təsirinin güclənməsi və investisiyaların büdcə
maliyyələşdirilməsinin
kredit əsaslarının işə salınması;
- Dövlət və kommersiya banklarının uzunmüddətli kreditlərinin
cəlb edilməsi üçün şəraitin yaradılması, investisiya və innovasiya
fondlarının fəaliyyətinin qaydaya salınması;
- Fond bazarında və əhalinin əmanətləri hesabına formalaşan
investisiya resurslarının stimullaşdırılması;
- Yerli və xarici investisiya qoyuluşlarının risklərinin iqtisadi sı-
ğorta mexanizmlərinin tətbiqi;
- Sənaye və bank kapitalının inteqrasiyası, iqtisadiyyatın prioritet
sahələrində səmərəli investisiya layihələri üzrə vəsaitlərin səfərbər
edilməsi üçün müvafiq institusional təşkilatların fəaliyyətinin güclən-
dirilməsi;
- Təsərrüfat subyektləri arasında, yerli və respublika strukturları
arasında mülkiyyətin dəqiq müəyyən edilməsi.
Qeyri-neft sektorunda qаrşıyа qоyulаn məqsədə nail olmaq üçün
aşağıdakı tədbirləri həyata keçirilməsini məqsədəuyğun hеsаb еdirik:
- Rəqabətqabiliyyətli məhsul istehsalı üzrə sahələrin prioritet
inkişafı hesabına tədiyə balansının yaxşılaşdırılması, istehsalın resurs
tutumunun aşağı düşməsinin stimullaşdırılması;
- Qeyri-neft sektorunda yeni iş yerlərinin, rəqabətqabiliyyətli
istehsal və sahələrin yaradılması yolu ilə işsizliyin qarşısının alınması;
Dostları ilə paylaş: |