Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə41/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   37   38   39   40   41   42   43   44   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



113

Ümumiyyətlə, birbaşa xarici investisiyaların ölkəsindən çıxarılması-

nı  təmin edən dövlətlər, yəni donor ölkələr bunu öz ölkəsinə nisbətən 

daha çox gəlir əldə etmək məqsədi ilə edirlər. 

Birbaşa xarici investisiyaları qəbul edən ölkələr, yəni resipient ölkə-

lər bunu aşağıda qeyd olunan səbəblərə görə edirlər 

Birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatına əlavə kapital axınını 

təmin edir, iqtisadiyyatın proporsiyalarının müsbət istiqamətdə dəyişmə-

sinə təsir edir, sahibkarlıq və istehsalat sahəsində inkişaf templərini sürət-

ləndirir; 

Birbaşa xarici investisiyalar ölkəyə portfel, borc kapitalı kimi digər 

kapital axınlarının cəlb edilməsini stimullaşdırır; 

Birbaşa xarici investisiyalar hesabına formalaşmış  şirkətlər xarici 

ticarət axınlarının həcminin artmasını təmin edirlər; 

Birbaşa xarici investisiyalar texnologiyaların axınını stimullaşdırır. 

Birbaşa xarici investisiyalar həm donor ölkə üçün, həm də resipient 

ölkə üçün eyni zamanda əlverişli ola bilir. Keçid iqtisadiyyatlı ölkələrdə 

iqtisadi islahatların müsbət nəticələrindən biri kimi külli miqdarda birba-

şa xarici investisiyaların cəlb edilməsi hesab edilir. Keçid iqtisadiyyatlı 

ölkələrdə  əlverişli investisiya mühitnin yaradılması  təkcə makroiqtisadi 

sabitliyə deyil, həm də institusional islahatların həyata keçirilməsinə im-

kanlar yaradır. Bu islahatlara özəlləşdirmə, struktur dəyişikliyi, hüquqi və 

vergi sisteminin islahatları aiddirlər. 

Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyala-

rın həcmi ildən-ilə artır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” sa-

zişi Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların axınına sə-

bəb oldu. Bunun məntiqi davamı olaraq yuxarıda qeyd olunan multiplika-

tor effektinə uyğun olaraq cəlb edilmiş xarici investisiyaların həcmi yük-

sələn xətlə artdı. 

Xarici birbaşa investisiyaları  həyata keçirən mühüm subyektlər-

dən biri transmilli korporasiyalardır. Onların son onilliklər  ərzində 

dünya iqtisadiyyatında, dünya təsərrüfatının qloballaşmasında və həm-

çinin də kapitalın beynəlxalq hərəkətində rolu olduqca artmışdır. Bunu 

isbat etmək üçün saysız hesabsız statistik göstəriciləri misal kimi çəkə 

bilərik. 

Azərbaycan Respublikasının iqtisadiyyatında yaranmış münbit 

investisiya mühiti xarici investorların ölkə iqtisadiyyatına marağını ar-

tırmışdır. Xüsusi olaraq transmilli şirkətlər yaranmış bu şəraitdən ya-

rarlanmaq niyyətindədirlər. Bu şərait Azərbaycan hökumətinin ardıcıl 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

114



surətdə yeritdiyi sistemli investisiya siyasətinin nəticəsidir. Azərbay-

canın iqtisadi potensialı, məlum olduğu kimi əsasən yanacaq-energeti-

ka kompleksində daha çox təmərküzləşmişdir. Belə olan təqdirdə hö-

kumət iqtisadiyyatdakı proporsiyaların qorunması və sabit iqtisadi in-

kişafa nail olmaqdan ötrü yanacaq-energetika kompleksi ilə yanaşı, di-

gər sahələrə də investisiya yatırmaqla onların sabit inkişafını təmin et-

mək üçün gərəkən bütün addımları atmışdır. Bununla belə xarici in-

vestisiyaların respublika iqtisadiyyatının daha çox yanacaq energetika 

kompleksinə yönəldiyi məlumdur ki, son tarixi dövrdə bu sferada 

bağlanmış bir çox sazişlər bunu təsdiq edir. Ölkəyə cəlb olunan birba-

şa xarici investisiyalar dövlət üçün xarici borc problemi yaratmır və 

əksinə, onun örtülməsi üçün əlavə vəsait mənbələri yaradır, istehsal və 

elmi-texniki kooperasiya vasitəsilə milli iqtisadiyyatın beynəlxalq tə-

sərrüfata aktiv inteqrasiyasına münbit şərait yaradır. Bunun məntiqi 

davamı kimi ölkədə daxili kapital ehtiyatı artır və digər sahələrə kapi-

tal yatırmaq imkanı formalaşır. 

Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların kredit və ya qey-

ri-kredit investisiya olması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, aşağı-

dakı  cədvəllərdən görünür ki, Azərbaycan iqtisadiyyatına yönəldilən 

investisiyaların ümumi tərkibində qeyri-kredit investisiyalar ümumi 

investisiyaların böyük bir hissəsini təşkil edir ki, bunlar da birbaşa in-

vestorlar tərəfindən konkret müəssisələrə qoyulmuşdur. Bu investorlar 

müəssisənin yaradılmasından hazır məhsulun istehsalının təşkil olun-

masına qədər bütün istehsal prosesində birbaşa iştirak edirlər. 

Qeyd etmək lazımdır ki, 2000–ci ildən bəri xarici maliyyə kredit-

lərinin ümumi xarici investisiyaların tərkibindəki xüsusi çəkisi 34.4%-

dən yuxarı olmamışdır. Bu isə ölkə üzrə həyata keçirilən investisiyala-

rın tərkibində olan kredit investisiyalarının xüsusi çəkisindən aşağıdır. 

Bu qeyd etdiklərimiz əvvəla ölkənin xarici kredit asılılığının aşağı ol-

masına dəlalət edir ki, bu da müsbət makroiqtisadi göstərici kimi qə-

bul oluna bilər. 

Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya yatıran 

ölkələrə gəldikdə isə ən çox investisiya yatıran ölkələr ABŞ və Böyük 

Britaniyadır. 

ABŞ  və Böyük Britaniya tərəfindən yatırılan investisiya ümumi 

investisiyanın tərkibində  təxminən yarıdan çoxu olmuşdur. Bu da 

onların  əsasən ABŞ  və Böyük Britaniya şirkətlərinin Azərbaycanın 

neft sektorundakı fəaliyyətləri ilə əlaqədardır. Digər ən böyük investor 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



115

ölkələr Türkiyə və Yaponiya və s.-lərdir. 90-cı illərdən bəri bu ölkə-

lərdən yatırılan birbaşa investisiyaların ümumi investisiyaların tərki-

bindəki xüsusi çəkisi təxminən 30%-ə yaxın olmuşdur. 

Azərbaycan Respublikasına cəlb edilmiş xarici investisiyaların 

həcm və strukturunun lazımi səviyyədə olması, yəni onun indiki dövr 

üçün qənaətbəxş olması hələ ona dəlalət etmir ki, hökumət həyata ke-

çirə biləcəyi tədbirlər sayəsində daha yaxşı nəticələrə nail ola bilməz. 

Sözsüz ki, əldə olunmuş makroiqtisadi göstəriciləri daha üstün səviy-

yəyə yüksəltmək olar. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev demişdir: 

“Qeyri-neft sektorunun inkişafı turizm üçün həmişə prioritet olub. Bu-

nun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisa-

diyyat kimi tanınır. Keçən il qeyri-neft sektoru 7 faiz, 2013-cü ildə isə 

9% artmışdır.” 

Qeyd olunmalıdır ki, ölkədə formalaşan daxili resursların həcmi 

ölkədə mövcud iqtisadi vəziyyətin lazımi məcrada fəaliyyətinin təmin 

edilməsi, dünya təcrübəsini nəzərə alaraq təhlil etsək görərik ki, hələ 

öz maksimum həddinə çatmamışdır. Çünki indi dünyanın  ən inkişaf 

etmiş ölkələri və ələlxüsus da ən dinamik iqtisadi inkişafa malik ölkə-

lər öz iqtisadiyyatlarının inkişafını  təmin etməkdən ötrü həm daxili 

investisiyalara, həm də xarici investisiyalara geniş yer verirlər. Belə 

ki, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və s. kimi inkişaf et-

miş ölkələr dünya üzrə xarici investisiyaların  ən böyük ixracatçıları 

olduqları kimi, həm də xarici investisiyaların ən böyük idxalçılarıdır. 

Artıq son illərin statistik məlumatlarına  əsasən belə bir mülahizə 

irəli sürə bilərik ki, Azərbaycan Respublikasına cəlb edilən xarici inves-

tisiyaların perspektiv inkişaf istiqaməti qeyri-neft sektoru ilə bağlıdır. 

Belə ki, Azərbaycan iqtisadiyyatına 2004-2014-cü illərdə 180 milyard 

dollar investisiya qoyulmuşdur.  İnvestisiyaların xeyli hissəsi qeyri-neft 

sektorunun inkişafına yönəldilmişdir. 

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatına yatırılmış investisi-

yaların yarıdan çoxu daxili investisiyalardır və bu investisiyaların ək-

sər hissəsi, 60%-i infrastruktur layihələrinə, 20%-i isə sosial sahələrə 

yatırılmışdır. Bu layihələrin məqsədi ölkənin iqtisadi-sosial vəziyyəti-

nin daha da yaxşılaşdırılmasıdır. Belə ki, Azərbaycan dövləti sosialyö-

nümlü bazar iqtisadiyyatı qurmaqdadır. Bu ali iqtisadi-sosial məqsədə 

nail olmaqdan ötrü dövlət hökmən iqtisadiyyata külli miqdarda inves-

tisiya cəlb etməlidir. Bu yolda dövlətimiz uzun müddətdir ki, qəti, dü-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə