Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə33/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   29   30   31   32   33   34   35   36   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

90



nin” imzalanması idi ki, onun nəticəsində 3 il sonra 1997-ci ildə ilk 

neft hasil olundu və 5 il sonra 1999-cu ildən etibarən mənfəət nefti ix-

rac olunmağa başlandı. Bunun sayəsində ölkəyə külli miqdarda vəsait 

daxil oldu və “Əsrin müqaviləsi” layihəsinə etibar edən xarici inves-

torlar artıq reallıq və  zəmanətin  şahidi oldular. Ölkənin iqtisadiyyatı 

xarici investorlar üçün daha da cəlbedici oldu. 

1994-1997-ci illərdə dünyanın 15 ölkəsinin 33 iri neft şirkətləri 

ilə 10 kontrakt, 1998-1999-cu illərdə isə 9 kontrakt imzalanması ilə 

ölkəyə böyük miqdarda xarici investisiya cəlb edilmişdir. Bu kontrak-

tlardan 1994-cü ildə 12-14 mlrd. dollarlıq 30 il müddətinə bağlanılmış 

«Əsrin kontraktı» xüsusilə  nəzərə çarpır. Respublikada investisiya 

iqliminin müəyyən  əlverişsiz tərəflərinin mövcudluğuna baxmayaraq 

ölkəyə investisiya axını artmaqdadır. 

«Əsrin kontraktı» Azərbaycanın Xəzər sektorunda neft yatağının 

(«Azəri», «Çıraq», «Günəşli») birgə istifadəsini nəzərdə tutur. Müqa-

vilə dünyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: «Amoco» 

(ABŞ) - 17,01%; «BP» (B. Britaniya) - 17,13%; «Lukoil» (Rusiya) - 

10%; «Statoil» (Norveç) - 8,56%; «Turkish Petrolium» (Turkiyə) - 

6,75%; «Unokl» (ABŞ) - 9,52%; «İtochu C

o

» (Yaponiya) - 7,45% 



(«McDermant» şirkəti aksiyalarının bir hissəsini 1996-cı ildə «Hotchu 

C

o



» şirkətinə satmışdır); «Ramco» (B. Britaniya) - 2,08%; «Delta» (S. 

Ərəbistanı) - 1,68%; «Penzoil» (ABŞ) - 4,81%; «Exon» (ABŞ) - 5% 

və ARDNŞ-10% paya malikdir. 

Müqavilənin dəyəri 14 mlrd. dollardır. Bütün investisiyaların 

80%-i isə xarici şirkətlər tərəfindən həyata keçiriləcək. 30 il müddəti-

nə neftdən gələn ümumi gəlir 157,6 mlrd. dollar, o cümlədən Azər-

baycanın gəliri isə 81,7 mlrd. dollar olacaqdır. İlk neft müqaviləsinin 

həyata keçirilməsi ilə əlaqədar olaraq Neft Konsorsiumu 1995-1996-cı 

illərdə 700 mln. dollar ayırmışdır. 

1995-ci ildə imzalanmış «Qaradağ» yatağı üzrə cəlb ediləcək inves-

tisiya - 1,7 mlrd.dollar,1996-cı ildə imzalanmış «Şahdəniz» yatağı üzrə - 

4 mlrd.dollar, «Dan Ulduzu» və  «Əşrəfi» yataqları üzrə-2 mlrd dollar, 

1997-ci ildə imzalanmış «Lənkəran/Talış dəniz» yatağı üzrə - 1,5-2 mlrd. 

dollar «Yalama» yatağı üzrə-3,5 mlrd.dollar, «Oğuz» yatağı üzrə -2 

mlrd.dollar, «Kürdaşı» yatağı üzrə isə 2,5 mlrd.dollar təşkil edəcəkdir. 

Bütövlükdə «Əsrin kontraktı» imzalandıqdan sonra Azərbaycanın 

enerji yataqlarının işlənməsində  iştirak edən ölkələrin sayı artmış  və 

hazırda 15 kontraktda 14 ölkənin 28 şirkəti iştirak edir




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



91

Respublikada neft yataqlarının layihə istismarına nəzərdə 

tutulmuş xarici investisiyaların həcmi 

 

№ Yatağın adı 

Neft hasilatı 

həcmi 

(mln.ton) 

İnvestisiya 

(mlrd.doll.

ABŞ) 

Azərbay-

canın 

payı (%-

lə) 

1 “Azəri”, “Çıraq” 600 

12.0 

10 


2 “Günəşli” 80-150 

1.7-2.0 


7.5 

3 “Qarabağ” 100 

4.0 

10 


4 “Şahdəniz” 100-150 

1.5-2.0 


10 

5 “Dan 


Ulduzu- 

Əşrəfi” 100 

1.5-2.0 

25 


“Lənkəran-dəniz” “Talış-

dəniz” 

100 1.5-2.0 40 



7 “Yalama”(D-22) 

150-300 


3.0-3.5 

50 


8 “Abşeron” 75-100 

5.0 


50 

9 “Naxçıvan” (keçmiş D3) 

75 

2.0 


50 

10 “Oğuz” 90-120 

2.0 

50 


11 “Gürdaşı” 30-60 

0.3-0.5 


20 

12 “Güney-Qərbi-Qobustan” 150-250 3.0-4.0  50 

13 “İnam” 50-80 

1.0-1.5 


50 

14 “Muradxanlı” 150-300 

9.0 

40 


15  “Alov”, “Araz”, “Şərq” 60-90 

0.5-0.8 


50 

16 “Gürsəngi”, “Qarabağlı” 100  2.0 50 

17 “Atəşgah” 120-150 

2.0 


50 

18 “Zəfər”, “Məşəl” 100-120 

2.0 

50 


19 

“Lerik-dəniz”, “Savalan”, 

“Padar” 

50-100 0.8-1.0  20 

20 “Azəri”, “Çıraq” 600 

12.0 


10 

21 “Günəşli” 80-150 

1.7-2.0 

7.5 


22 “Qarabağ” 100 

4.0 


10 

23 “Şahdəniz” 100-150 

1.5-2.0 

10 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

92



24 “Dan Ulduzu- Əşrəfi” 100 

1.5-2.0 


25 

25 “Lənkəran-dəniz” “Talış-dəniz”

100 1.5-2.0 40 

26 “Yalama”(D-22) 

150-300 

3.0-3.5 


50 

27 “Abşeron” 75-100 

5.0 

50 


28 “Naxçıvan” (keçmiş D3) 

75 


2.0 

50 


29 “Oğuz” 90-120 

2.0 


50 

30 “Gürdaşı” 30-60 

0.3-0.5 

20 


31 “Güney-Qərbi-Qobustan” 150-250 3.0-4.0  50 

32 “İnam” 50-80 

1.0-1.5 

50 


33 “Muradxanlı” 150-300 

9.0 


40 

34  “Alov”, “Araz”, “Şərq” 60-90 

0.5-0.8 

50 


35 “Gürsəngi”, “Qarabağlı” 100  2.0 50 

36 “Atəşgah” 120-150 

2.0 

50 


37 “Zəfər”, “Məşəl” 100-120 

2.0 


50 

38 


“Lerik-dəniz”, “Savalan”, 

“Padar” 


50-100 0.8-1.0  20 

 

Respublikada irihəcmli kontraktların imzalanması dünyanın iri 



şirkətləri TMK-ın ölkəyə artan maraqlarının da əks etdirir. Milli iqti-

sadiyyat artıq TMK-ın ölkədə filiallarının yaradılması ilə xarici birba-

şa investisiyaların axını ilə qarşılaşmaqdadır. 

2003-2008-ci illər ərzində ölkə iqtisadiyyatına 33,5 milyard ma-

nat investisiya yönəldilmişdir. Adambaşına düşən investisiyanın gös-

təricisi ölkə tarixində ilk dəfə olaraq 1000 manat həddini keçmişdir. 

Son beş il ərzində daxili investisiyaların xüsusi çəkisi və təbii ki, müt-

ləq çəkisi artmışdır. Belə ki, əgər 2003-cü ildə daxili investisiyaların 

ümumi investisiyalardakı xüsusi çəkisi 24,8% idisə, 2008-ci ildə bu 

göstərici 75.5% həddinə çatmışdır. Müqayisə üçün qeyd edə bilərik ki, 

1993-cü ildən 1999-cu ilə  qədər daxili investisiyaların həcmi uyğun 

olaraq 245; 153; 169; 312; 387; 431 və 1062 mln. dollar olmuşdur ki

1993-1999-cu illər ərzində ümumilikdə 2759 mln. dollar təşkil etmiş-

dir. Daxili investisiyaların strukturuna diqqət yetirdikdə neft sektoruna 

daha çox kapital qoyulması aydın olur 2 mld. manatdan çox. 

Adı çəkilən nəhəng layihə ilə yanaşı ölkənin digər qlobal və re-

gional layihələrdə  iştirakı onun dünya iqtisadiyyatına inteqrasiya et-

məsinə böyük kömək edir. Nəqliyyat-ticari layihələr buna misal ola 

bilər. Böyük İpək Yolunun bərpası nəinki Azərbaycanın iqtisadi inki-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə