Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə36/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   32   33   34   35   36   37   38   39   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



99

Proqramlar isə daha çox ümummilli mənafelərə uyğunlaşdırılmış 

və ümumən razılaşdırılmış  şəkildə  tərtib edilirlər. Bunlarla yanaşı, 

yeni təsir nöqtələri də yaranıb ki, onlar sırf bazar iqtisadiyyatına 

xasdırlar. 

Ancaq onu da demək lazımdır Azərbaycanda həyata keçirilən iq-

tisadi islahatların məqsədlərini ümumi şəkildə aşağıdakı kimi ifadə et-

mək olar: 

-Bazar iqtisadiyyatına söykənən sağlam iqtisadiyyat qurmaq; 

-İqtisadiyyatda mülkiyyət çox növçülüyünə nail olmaq; 

-Rəqabət qabiliyyətli milli iqtisadiyyat formalaşdırmaq; 

-Əhalinin rifah halını yaxşılaşdırmaq; 

-Beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiya etmək və s. 

Bununla belə iqtisadi islahatların yerinə yetirdikləri vəzifələr də 

çox saylıdır. Bunlara əsasən ölkənin iqtisadi və sosial potensialının ar-

tırılması, əhalinin maddi və mənəvi tələbatlarının ödənilməsinin ardı-

cıl olaraq yaxşılaşdırılmasına şərait yaratmaq və s.-i aid etmək olar. 

Bazar iqtisadiyyatına keçidin müasir mərhələsində ölkəmizdə hə-

yata keçirilən iqtisadi islahatların qarşısında başlıca olaraq aşağıdakı 

məqsədlərə nail olmaq nəzərdə tutulur: 

1. Ölkəmizin suverenliyi və müstəqilliyini qoruyub saxlamaq və get-

gedə onu daha da möhkəmləndirmək; 

2. Milli iqtisadiyyatımızın bütün sahələrinin mülkiyyət rəngarəngliyi, 

əmək fəaliyyətinin sərbəstliyi və ekoloji tarazlığın qorunub saxlan-

ması əsasında ahəngdar inkişafını təmin etmək; 

3. Xalqın təhsilini, elmi dünya görüşünü, mənəvi aləmini zənginləşdirmək; 

4. Bəşəri dəyərlərə arxalanaraq kamil, yetkin, yüksək  əxlaqi keyfiy-

yətlərə malik insan yetişdirmək və bu əsasda ölkəmizi sivil ölkələr 

səviyyəsinə çatdırmaq. 

Qeyd etmək lazımdır ki, iqtisadi islahatların səmərəsinə nail 

olmaq üçün ilk növbədə ölkəmizdə xammal hasilatı və emalı, sənaye 

və  kənd təsərrüfatı, sənayenin özünün daxilindəki sahələr arasında 

mövcud olan qeyri -mütənasiblik aradan qaldırılmalıdır. Bunu kənd 

təsərrüfatı yarımsahələri haqda da demək olar. Nəzərə almaq lazımdır 

ki, istehsal sahələri arasında əsaslandırılmış proporsionallıq milli iqti-

saidyyatımızın dinamik inkişafı üçün əsas şərtdir. Optimal nisbət iqti-

sadiyyatın səmərəliliyini təmin edən ən güclü amildir. 

Qeyd etmək lazımdır ki, ölkədə milli iqtisadiyyatı, təkrar istehsal 

prosesini həyata keçirməkdən ötrü müəyyən qədər investisiya resurs-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

100



larına ehtiyac duyulur. Belə ki, investisiya siyasətinin hazırlanması 

ölkə iqtisadiyyatının makroiqtisadi vəziyyətindən asılıdır. Daxili və-

saitin çatışmazlığı yarandıqda xarici investisiyaların ölkə iqtisadiyyatı-

na cəlb edilməsi zərurəti yaranır.  Əsas səbəblərdən biri kimi ölkədə 

şəxsi yığımların səviyyəsinin aşağı olması, əsas kapitalın bərpası üçün 

formalaşdırılmış fondların lazımi vəsaitlərdən məhrum olması və s.-ni 

göstərmək olar. Belə ki, dövlət bu sahədəki çatışmamazlığı aradan 

qaldırmaq üçün hökmən xarici investisiyaların ölkə iqtisadiyyatına 

cəlb edilməsinə böyük önəm verməyə başalyır. Bundan ötrü dövlət öz 

investisiya siyasətini formalaşdırır. Həmin investisiya siyasətinin əsas 

istiqamətlərini isə belə qruplaşdırmaq olar. 

Əlverişli investisiya mühitinin formalaşdırılması; 

Dövlət investisiya proqramlarının hazırlanması və reallaşdırılması; 

Milli investisiya qanunvericiliyinin inkişaf etdirilməsi; 

İnvestisiya bazarının infrastrukturunun inkişaf etdirilməsi; 

İnvestisiyaların həcminin və effektivliyinin artırılması və innova-

siya İnvestisiyalarına geniş yer verməklə investisiyaların strukturunun 

yaxşılaşdırılması. 

Ölkədə sosial-iqtisadi inkişafı tənzimləməkdən ötrü dövlət, iqtisa-

diyyatda lazımi sahə proporsiyaların formalaşdırılması  və investisiya 

qoyuluşlarından və həmçinin investisiya fəaliyyətindən əldə edilən gə-

lirlərdən tam və  səmərəli istifadəni iqtisadi və hüquqi mexanizmlər 

vasitəsi ilə tənzimlənməlidir. Sözsüz ki, hər hansı bir sənaye sahəsində 

və ya sosial sahədə yeni təsərrüfat subyektinin yaradılması, yenidən 

qurulması, genişləndirilməsi və  həmçinin həmin sahələrdə  məşğullu-

ğun təmin edilməsi, müəyyən qədər investisiya qoyuluşları olmadan 

mümkün deyildir. Bu baxımdan həmin təsərrüfat subyektlərinin gəlir-

lərinin xərclənməsini tənzimləmək və bununla da reinvestisiya prose-

sinə təkan vermək birbaşa dövlətin diqqət mərkəzində olmalıdır. 

Qeyd etmək lazımdır ki, xarici investorların digər ölkələrə inves-

tisiya yatırmasına müxtəlif motivasiyalar və müxtəlif məqsədlərə nail 

olmaq perspektivi sövq edir, məsələn : istehlak bazarı  əldə etmək; 

daha ucuz xammal və ixtisaslı işçi qüvvəsi əldə etmək; istehsal xərclə-

rinin azaldılması  və yerli güzəştlər hesabına məhsulların reallaşdırıl-

ması; təbii ehtiyatların mövcudluğu ölkənin strateji mövqeyi. Beləlik-

lə, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi birinci 

dərəcəli  əhəmiyyətə malikdir. Güclü biznes və investisiya mühitini 

dəstəkləyən siyasi şəraitin yaradılmasında  əhəmiyyətli məsələlərdən 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



101

biri də qanunvericiliyin sabit olmasıdır. Daima dəyişən qanunvericilik 

investorların öz gəlirlərini planlaşdırmasına mənfi təsir göstərir. Üstə-

lik mühasibat və audit işi,  ətraf mühitə  təsir və  iş qüvvəsinin idarə 

edilməsi kimi biznes fəaliyyətlərinə dair qaydaların dəyişməsi investo-

run xərclərini artırır. Bundan əlavə, cari şərait əlverişli olsa belə, qey-

ri-sabit qanunvericilik mühiti investorlarda əlverişsiz  şəraitin yarana-

cağı riskinin hədsiz böyük olması hissini yarada bilər ki, bu da onları 

investisiya yatırmaq fikrindən daşındırar. Odur ki, Azərbaycanın müs-

təqillik əldə etməsi və bazar iqtisadiyyatını özünə iqtisadi sistem kimi 

seçdiyi bir şərait də xarici ölkələr və onların iqtisadi subyektlərinin 

marağına və milli iqtisadiyyatın inkişafına imkan yaradan mənafelərə 

əsasən, investisiya fəaliyyətini, xüsusən də xarici investisiya 

fəaliyyətini daha da dərinləşdirmək zərurəti ortaya çıxır. Belə bir real 

şəraitdə, investisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edil-

məsi müasir reallıqdan irəli gəlir. Azərbaycanın beynəlxalq iqtisadi 

əlaqələri çoxşaxəli olmaqla bərabər, onun əsas istiqamətlərindən biri 

respublikaya investisiya axınının getdikcə gücləndirilməsidir. Beləlik-

lə, xarici investisiya resurslarının artırılması  və xüsusilə, investisiya 

fəaliyyətindən əldə edilən gəlirlərdən istifadə istiqamətlərinin tənzim-

lənməsi yolu ilə milli iqtisadiyyatın strukturunda səmərəli proporsiya-

ların yaradılması, habelə, güclü istehsal potensialına uyğun sosial in-

frastrukturun formalaşması  və inkişafı, dövlətin tənzimləyici rolunun 

və funksiyasının bir daha artırılmasını təkidlə tələb edir. 

Hazırkı  şəraitdə respublikamızda yeni və  ən yeni sahələr olan 

yüksək texnologiyalar sahəsinə, ölkə iqtisadiyyatında mövcud olma-

yan və idxalla ödənilən məhsul və xidmətlərin istehsal olunduğu sahə-

lərə yönəldilməsinə nail olunmalıdır. Bu baxımdan xarici investisiya 

axınlarının tənzimlənməsində dövlət aşağıdakı iqtisadi mexanizmlər-

dən istifadə edir: 

Subyekt və obyektlərdə vergi dərəcələrinin və vergi güzəştlərinin 

tətbiqi; 

Kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cüm-

lədən, əsas fondların sürətli amortizasiyası ilə bağlı güzəştlər, ayrı-ayrı 

istehsal sahələri üzrə dəyişkən və fərqli güzəştlərin müəyyən edilməsi; 

Ayrı-ayrı region və istehsal sahələrinin inkişafı üçün subversiya, 

subsidiya və büdcə borclarının verilməsi; 

Dövlət norma və standartlarının müəyyənləşdirilməsi və antiinhi-

sar tədbirlərinin həyata keçirilməsi; 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə