Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə39/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   35   36   37   38   39   40   41   42   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

108



alır. Hər bir ölkə öz iqtisadiyyatında investisiya mühitinin yaxşılaşdı-

rılmasına çalışır. Əlverişli investisiya mühitinin formalaşdırılması əsa-

sən xarici investisiyaların dövlət tənzimlənməsinin hüquqi-normativ 

bazasının inkişaf etdirilməsi yolu ilə mümkün olur. Azərbaycan müs-

təqilik əldə edildikdən sonra xarici investisiyaların axınına şərait yara-

dan, bir sıra hüquqi normativ sənədlər qəbul edilmişdir. «Azərbaycan 

Respublikasının torpaq məcəlləsi», «Azərbaycan Respublikasında 

mülkiyyət haqqında», «İcarə haqqında», «Qiymətli kağızlar və fond 

birjaları haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında», «Azərbaycan 

Respublikasının dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında», 

«Antiinhisar fəaliyyəti haqqında», «Əmtəə birjası haqqında», «Müəs-

sisələr haqqında», «Girov haqqında», «Lizinq xidməti haqqında» qa-

nunları xüsusi olaraq qeyd etmək lazımdır. Torpağın, daşınar və daşın-

maz əmlakın özəl mülkiyyətə məxsus ola bilməsi, mülkiyyət hüququ-

nun toxunulmazlığı xarici investisiyalara dövlət təminatı  və bu kimi 

bir sıra məqamlar məhz bu qanunlar vasitəsilə təsbit edilərək qüvvəyə 

mindi və özəl sektorun inkişaf etməsinə, bazar iqtisadiyyatı prinsiplə-

rinin bərqərar olmasına  şərait yaratmış oldu. Xarici investisiyaların 

ölkəyə cəlb olunmasında 1992-ci ildə qəbul edilmiş «Xarici investisi-

yaların qorunması haqqında» və 1995-ci ildə qəbul edilmiş «İnvestisi-

ya fəaliyyəti haqqında» qanunları xüsusi qeyd etmək lazımdır. Bu qa-

nunlar Azərbaycan Respublikasının  ərazisində investisiya fəaliyyəti-

nin ümumi və sosial, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirir. Qa-

nunlar investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına inten-

siv cəlb olunmasına, ondan ölkənin sosial iqtisadi bazasının, habelə 

beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün sə-

mərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından 

asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə 

təminat verir. 

Qloballşama prosesinin nəticəsində  həm beynəlxalq  əmtəə, həm 

də kapital axını müstəvisində dünya ölkələri biri-birlərindən daha asılı 

vəziyyətə düşmüşlər. Bu asılılıq özünü həm dünya ölkələrinin beynəl-

xalq arenada həyata keçirdikləri ticari-iqtisadi fəaliyyətlərində həm də 

onların xarici maliyyə əməliyyatları, əsasən də xarici borclarının bu və 

ya digər formada aradan qaldırılması üçün atdıqları addımlarda göstə-

rir. Xarici iqtisadi fəaliyyətin ən mühüm cəhətlərindən biri də beynəl-

xalq kapital axını və onun tərkibində özünə yer alan texnologiya, təş-

kilatçılıq, kapital və s. axınıdır. Belə olan təqdirdə həm inkişaf etmiş 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



109

ölkələr, həm də inkişaf etməkdə olan ölkələr öz iqtisadi problemlərini 

xarici investisiyalar vasitəsi ilə həll etməyə can atırlar. Kəskin investi-

siya böhranı zamanı keçid iqtisadiyyatlı ölkələr inkişaf etmiş ölkələrin 

investisiya siyasətinə yiyələnməyə başlayırlar. Bəzi ölkələrdə elə 

kəskin iqtisadi böhranlar baş verdi ki, hökumət bütün əlinin altında 

olan “alətlərdən” eyni zamanda istifadə etməyə can atır. Belə ki, höku-

mət həm özəl sektoru investisiya etməyə stimullaşdırırdı, həm investi-

siya layihələrini maliyyələşdirirdi, həm də sosial sferanı maliyyələş-

dirirdi (yəni imtiyazlı yardımlar edirdi). Bu cür böhran burulğanından 

bizim ölkə də keçmişdir. Baxmayaraq ki, ağır böhranlı dövrün üstün-

dən uzun bir müddətdir ki, keçmişik, lakin investisiya siyasətimizdə 

bütün modellərin qarışıq fəaliyyətini görə bilərik. 

Dünya ölkələri təcrübəsində investisiyanın səviyyəsinə və dövlə-

tin investisiya prosesində  iştirakına görə üç qrup ölkə  fərqləndirilir. 

Əvvəla, birinci qrup ölkələri qeyd edək ki, orada investisiyaların sə-

viyyəsi böhranqabağı səviyyədədir və gözəçarpan iqtisadi artım möv-

cuddur. Bazar iqtisadiyyatlı ölkələrdə investisiyaların həcminin həd-

dən ziyadə çox səviyyədən normal səviyyəyə enməsi islahatların ke-

çirilməsinə  zəmin yaradırdı. Onu da qeyd edək ki, normal səviyyəsi 

investisiyanın həcminin ÜDM-a olan nisbətinin faizlə ifadəsində 

təqribən 20%-ə  bərabər olması deməkdir. Bu qrup ölkələrdə dövlət 

investisiya layihələrinin maliyyələşdirilməsindən tamam əlini çəkmiş 

və yalnız sosial sferanı  və infrastruktur layihələrini maliyyələşdirir. 

Belə ölkələrdə investisiya sahəsində inkişaf yalnız xarici investisiyala-

rın hesabına baş verir. Bu qrup ölkələrdə investisiya strategiyasının 

mühüm cəhətlərindən biri investorların vergilərdən azad edilməsidir. 

Sözsüz ki, müəyyən bir müddətə. Bu qrup ölkələr öz investisiya prob-

lemini həll etmiş hesab edilirlər. Onların iqtisadiyyatının qarşısında 

duran problemlər artıq başqa problemlərdir. Məsələn, iqtisadiyyatı 

yeni texnoloji səviyyəyə çatdırmaq, adekvat yığım səviyyəsini təmin 

etmək və investisiyaları ölkə iqtisadiyyatının yenidən qurulmasında is-

tifadə etmək və s. 

İkinci qrup ölkələrdə  cəlb edilmiş investisiyaların həcmi qənaət-

bəxş  səviyyədədir. Lakin iqtisadi inkişafa nail olmaq çətin başa gəlir, 

demək olar ki, dövlət stabilləşmə siyasəti yürütməsə dayanıqlığa nail ol-

maq qeyri-mümkün olar. Bununla belə dövlət özəl investisiya layihələ-

rində iştirak edir, yəni ya zəmanətçi olur, ya da maliyyə yardımları edir. 

Bu qrup ölkələrdə investisiyanın həcminin ÜDM olan nisbəti 30%-dən 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə