Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə47/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   43   44   45   46   47   48   49   50   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

130



dirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına Aran iqtisadi rayo-

nu üzrə 1 108, Gəncə-Qazax iqtisadi rayonu üzrə 445, Şəki-Zaqatala 

iqtisadi rayonu üzrə 161, Lənkəran iqtisadi rayonu üzrə 195, Quba-

Xaçmaz iqtisadi rayonu üzrə 170, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 

147, Abşeron iqtisadi rayonu üzrə 81, Yuxarı Qarabağ iqtisadi rayonu 

üzrə 72 və Bakı  şəhəri,  ətraf kənd və  qəsəbələri üzrə 223 müraciət 

daxil olmuşdur. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun va-

sitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məq-

sədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq sub-

yektlərinin investisiya layihələrinin güzəştli kredit tələbatı 241 719.5 

min manat, o cümlədən Aran iqtisadi rayonu üzrə 78 268.4 min manat 

(32.4%), Abşeron iqtisadi rayonu üzrə 31024 min manat (12.8%), Yu-

xarı Qarabağ iqtisadi rayonu üzrə 863.5 min manat (0.4%), Şəki-Za-

qatala iqtisadi rayonu üzrə 16 520 min manat (6.8%), Lənkəran 

iqtisadi rayonu üzrə 9 043.6 min manat (3.7%), Quba-Xaçmaz iqtisadi 

rayonu üzrə 23 643.5 min manat (9.8%), Gəncə-Qazax iqtisadi rayonu 

üzrə 16 850.9 min manat (7%), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 4 

402.8 min manat (1.8%) və Bakı şəhəri, ətraf kənd və qəsəbələri üzrə 

61 102.7 min manat (25.3%) təşkil etmişdir. 2012-ci ildə Sahibkarlığa 

Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına 

maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət 

etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin 2450-si 

(94%) aqrar sektorun inkişafı (kredit tələbatı 165 403 min manat), 

152-si (6%) digər sənaye və turizmin (kredit tələbatı 76 316.5 min 

manat) inkişafı sahələrini  əhatə etmişdir. 2012-ci ildə Sahibkarlığa 

Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına 

maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət 

etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin sayı ötən illə 

müqayisədə 1.3 dəfə çox olmuşdur. 2012-ci ildə Sahibkarlığa Kömək 

Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliy-

yələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş 

sahibkarlıq subyektlərinin investisiya layihələrinin 2513-u (96.6%) 

kiçik həcmli (kredit tələbatı 30 882.9 min manat), 28-i (1.1%) orta 

həcmli (kredit tələbatı 6 420.6 min manat), 61-i (2.3%) böyük həcmli 

(kredit tələbatı 204 416 min manat) olmuşdur. 

Sahibkarlığa Kömək Milli Fondu dövlətin güzəştli kreditlərinin 

sahibkarlıq subyektlərinə çatdırılması üçün 44 müvəkkil kredit təşkila-

tı, o cümlədən 30 bank, 1 bank olmayan kredit təşkilatı və 13 kredit 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



131

ittifaqı ilə əməkdaşlıq edir. Azərbaycan Respublikası Mərkəzi Bankı-

nın təqdim etdiyi maliyyə-statistik göstəricilər  əsasında mövcud qa-

nunvericiliyə uyğun olaraq hər maliyyə ilinin əvvəlində Fondun 

vəsaitləri üzrə müvəkkil kredit təşkilatlarına limitlər müəyyən edilir və 

müvəkkil kredit təşkilatları onlara ayrılmış limit həddində sahibkarlıq 

subyektlərinə güzəştli kreditlərin verilməsini həyata keçirirlər. Hazırda 

müvəkkil kredit təşkilatlarının filial şəbəkələrinin 307-si regionlarda 

olmaqla 610-a çatmışdır. 

Son illərdə (2008-2012) Fondun vasitəsilə 1 497 sahibkara 156.4 

mln. manat, o cümlədən 2011-ci ildə 321 gənc sahibkara 30.4 milyon 

manat, 2012-ci ildə isə 529 gənc sahibkara 56.3 milyon manat dövlə-

tin güzəştli kreditləri verilmişdir. Son illər gənclərə verilmiş güzəştli 

kreditlər hesabına 7402 yeni iş yeri, o cümlədən 2011-ci ildə gənclərə 

verilmiş güzəştli kreditlər hesabına 1251 yeni iş yeri, 2012-ci ildə 

verilmiş kreditlər hesabına isə 2 311 yeni iş yerinin yaradılması im-

kanı yaranmışdır. 

İnvestisiya fəallığını stimullaşdıran amillər sırasına texnoloji 

dəyişikliklər də aiddir. Məlumdur ki, daha məhsuldar  əsas kapitalın 

tətbiqi istehsal xərclərini azaltmağa, beləliklə də, həmin əsas kapitala 

investisiya qoyuluşundan daha çox xalis gəlir əldə etməyə imkan ve-

rir. Ümumiyyətlə, tətbiq olunduğu istehsal sahəsindən asılı olmayaraq 

texniki tərəqqinin nailiyyətləri investisiya fəallığının genişlənməsinə 

gətirib çıxarır. 

Əsas kapitalın mövcudluğunun özü də investisiya fəallığını şərt-

ləndirən amillər sırasındadır. Müəssisə daxilində, yaxud bu və ya di-

gər istehsal sahəsində zəruri tərkibdə və nisbətdə əsas fondların möv-

cudluğu həmin müəssisədə və ya istehsal sahəsində əsas fondlara in-

vestisiya qoyuluşunu ləngidir və əksinə. 

İnvestisiya fəaliyyətinə daxili siyasi faktorlar, beynəlxalq aləm-

dəki mənzərə, həmçinin fond birjaları və s. ciddi təsir göstərən amil-

lərdəndir. Daxili və  xarici  iqtisadi  və siyasi amilləri qruplaşdırmışıq. 

Həmin amilləri: siyasi, iqtisadi və sosial amillər kimi üç böyük qrupa 

ayırmaq olar. 

Qeyd etmək lazımdır ki, əlverişli investisiya mühitinin formalaş-

dırılmasına təsir göstərən amillər içərisində siyasi amillər daha çox 

əhəmiyyət kəsb edir. Çünki ölkə iqtisadiyyatının investisiya tələbatı-

nın ödənilməsi xarici kapitalın cəlb olunmasını tələb edir ki, bu da ilk 

növbədə ölkədə siyasi sabitliyin olması ilə bağlıdır. Artıq respublika-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

132



mızda bu sahədə xeyli nailiyyətlər əldə edilmiş, xarici investisiyalara 

münasibətdə ölkəmizin mövqeyi aydınlaşmış, xarici kapitalın cəlb 

olunması təmin olunmuşdur. Lakin hələlik cəlb olunan investisiyaların 

böyük əksəriyyəti yanacaq-enerji kompleksinə qoyulmuşdur. 

Hazırda qeyri-neft sektoruna investisiya qoyuluşu tələb olunan 

səviyyədə deyil və ləng gedir. Odur ki, həmin sahələrin də həyati əhə-

miyyətə malik olması nəzərə alınmaqla, bu sahələrə investisiya axını 

bütün mümkün iqtisadi vasitələrdən istifadə olunmaqla stimullaşdırıl-

malıdır. 

Xarici investisiyaların emal sənaye sahələrində  əsas fondların 

modernləşdirilməsinə  və yeniləşdirilməsinə investisiya qoyuluşu qısa 

müddət  ərzində hasilat sənayesi arasında balanslaşdırılmış inkişafa 

nail olmağa və vəsait qoyuluşunun özünü ödəməsinə imkan verə bilər. 

Bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq dövlətin iqtisadi 

proseslərə məhdud müdaxiləsi, yalnız zəruri hallarda tənzimləmə təd-

birləri istisna olmaqla, maliyyə sabitliyinin təmin olunması, həmçinin 

beynəlxalq razılaşmaların şərtlərinə əməl olunmasına təminat verilmə-

si, başlıcası isə investisiya fəaliyyəti haqqında zəruri qanunvericilik 

bazasının yaradılması ilə investisiya mühitinin formalaşdırılmasını tə-

min etmişdir. Lakin bu mühitin daha da yaxşılaşdırılması üçün yenə 

də məqsədyönlü şəkildə işlərin davam etdirilməsi vacibdir. Bu işlərə: 

investisiya fəaliyyətinin tənzimlənməsi, işçilərin (sahibkarların) təşki-

latçılıq qabiliyyətinin yüksəldilməsi, verilən kreditlərə görə  əlverişli 

faiz dərəcələrinin müəyyənləşdirilməsi və s. aid ola bilər. 

Ölkədə formalaşdırılmış  əlverişli investisiya mühiti investisiya 

fəallığının artmasına, bu isə öz növbəsində iqtisadiyyatın davamlı in-

kişafına gətirib çıxarır. 

İnvestorların hansı ölkədə işləmələri adətən bu ölkənin investisi-

ya bazarında mövcud olan investisiya iqlimindən və bu ölkədə həyata 

keçirilən investisiya siyasətindən asılı olur. 

Ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi xalq isteh-

lakı malları istehsalının və xidmətlərinin genişlənməsinə, yeni texno-

logiyalara, idarəetmənin qabaqcıl üsullarına yiyələnməyə, real bazar 

münasibətlərinə uyğun infrastruktur yaradılmasına imkan verir. Bun-

dan başqa, xarici ölkələrdən alınan borc və kreditlərdən fərqli olaraq 

xarici investisiya xarici borca əlavə ağırlıq gətirmir. 

Xarici investorları ölkəmizin iqtisadiyyatına sərmayə qoymağa 

sövq edən başlıca səbəblər aşağıdakılardan ibarətdir: 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə