Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə45/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   41   42   43   44   45   46   47   48   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



125

- Təbii resurslardan istehsalatda səmərəli istifadə üçün təşkilati-

iqtisadi şəraitin yaradılması; 

- Milli gəlirlərin bölgüsündə istehsal yığımının payının artırılma-

sı, elmi-texniki tərəqqinin tələblərinin nəzərə alınması ilə iqtisadiyya-

tın yenidən strukturlaşdırılması. 

Respublikanın qeyri-neft sektorunda aparılan islahatların tələblə-

rinə uyğun olaraq dövlətin formalaşan struktur-investisiya proqramla-

rının aşağıdakı əsas istiqamətlərdə stimullaşdırılmasını məqsədəuyğun 

hesab edirik; 

- Respublikada xidmət sahələrinin, o cümlədən, ənənəvi, yeni in-

formasiya, elmi-texniki kommunikasiya sahələrinin inkişafına daha 

çox üstünlük verilməsi; 

- İstehsal, bazar və sosial infrastrukturun muasir standartlara uy-

ğun formalaşdırılması və inkişafı; 

- Kənd təsərrüfatı və ona xidmət edən sahələrdə muasir tələblərə 

cavab verən yeni texnologiyaların tətbiqi, kadr hazırlığı və kənddə so-

sial infrastrukturun inkişafı; 

- Qeyri-neft sektorunda istehsalın resurs tutumunun aşağı 

salınması; 

- Qeyri-neft sektorunda rəqabətqabiliyyətli ixracı əvəz edən isteh-

sal sahələrinin inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinə əsasla-

nan texnologiyanın yaradılması və inkişafı. 

Respublikada iqtisadi artımın təmin edilməsinin mühüm şərti iqti-

sadiyyatda  əlverişli investisiya mühitinin formalaşması  və onun sti-

mullaşdırılmasına təsir edən aşağıdakı amillərin nəzərə alınması old-

uqca vacibdir. Belə ki, rəqabət- qabiliyyətli məhsul istehsalına əsasla-

naraq istehsalın sabitləşməsi və sonrakı inkişafının təmin edilməsi; 

- Tədiyə intizamının normallaşdırılması üzrə kompleks tədbirlərin 

həyata keçirilməsi və respublika və yerli büdcələrin məsuliyyət sahəsi-

nin dəqiq məhdudlaşdırılmasının təmin edilməsi. 

Bundan əlavə, inflyasiyanın surətinin və real bank faiz dərəcələri-

nin kütləvi surətdə investisiyaları stimullaşdıran səviyyəyə qədər aşağı 

salınması fond bazarlarında sektorların maraqlarının  şüurlu balansını 

təmin edən ölçüb-biçilmiş investisiya siyasətinin həyata keçirilməsi, 

əsas kapitalın artırılmasına kömək edən əlverişli vergi rejiminin yara-

dılması və xüsusi investora dövlət üçün prioritet olan investisiya isti-

qamətlərində verilən dövlət təminatları sisteminin inkişafı hesabına in-

vestisiyaların iqtisadiyyatın real sektoruna stimullaşdırılmasının nəzə-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

126



rə alınması olduqca vacibdir. Qeyd etmək lazımdır ki, investisiya mü-

hit - investisiyalaşma obyektinin investisiya cəlbediciliyinə təsir gös-

tərən müxtəlif makro, mezo və mikro xarakteristikalarının məcmusu-

dur. Burada investisiyalaşma obyekti kimi həm ayrıca investisiya-in-

novasiya layihəsi, həm də müəssisə, korporasiya, şəhər, region, sahə, 

dövlət, eləcə də iqtisadi sistemin, onun investisiya potensialını və in-

vestorların fəaliyyət  şərtlərini xarakterizə edən investisiya fəaliyyəti-

nin inkişafına və genişlənməsinə obyektiv imkanın inikası çıxış edir. 

İnvestisiya mühiti dedikdə, investisiya fəaliyyətinin bir-birilə qar-

şılıqlı əlaqədar olan proseslərinin və şərtlər məcmusunun geniş dairə-

sinin təsiri altında formalaşan münasibətlər sistemi başa düşülür. 

İnvestisiya cəlbediciliyinin digər tərkib hissəsi investisiya poten-

sialı sayılır ki, bu da müxtəlif özəl potensiallardan: resurs-xammal, is-

tehsal, innovasiya, institusional, infrastruktur, maliyyə, istehlak və 

əmək potensiallarından təşkil olunur. 

Dünya ölkələri təcrübəsində investisiya cəlbediciliyinin idarə 

edilməsinə iki əsas yanaşma mövcuddur. Birinci yanaşma zamanı in-

vestisiya cəlbediciliyinin idarə edilməsi yalnız müəssisə aktivlərinin 

formalaşması və istifadə edilməsi, eləcə də investisiya portfelinin qiy-

mətləndirilməsi ilə  əlaqələndirilir.  İkinci yanaşma fəaliyyət növləri 

üzrə əməliyyat, investisiya və maliyyə əməliyyatları üzrə: pul axınları-

nın idarə edilməsini nəzərdə tutur ki, bu da bütövlükdə investisiya cəl-

bediciliyinin formalaşmasına təsir göstərməyə imkan verir. 

 

 



2. Qeyri-neft sektoruna dövlət investisiyaları 

Xarici investisiyaların Azərbaycan iqtisadiyyatına axınına maksi-

mal şərait yaradan xarici iqtisadi siyasətin aparılması həyati əhəmiyyət 

kəsb edən məsələlərdəndir. İxrac qaydası İqtisadiyyat və Sənaye Na-

zirliyi tərəfindən ölkənin intensiv inkişafı üçün tələb olunan investisi-

yaların həcmi ilə müəyyən edilir. Təkcə kənd təsərrüfatı və emaledici 

sənaye sahəsində, yəni neftlə əlaqədar olmayan sahələrdə onların həc-

mi xeyli vəsait tələb edir. Azərbaycan, ona lazım olan bir neçə on mil-

yard dollar birbaşa investisiyalar əldə etmək üçün gərək birbaşa inves-

tisiyalar bazarının dar seqmentində daha əlverişli investisiya iqliminə 

malik olan ölkələrlə rəqabət aparsın. Bu ölkələr aktiv şəkildə investisi-

ya həcminin liberallaşdırılması siyasətinin həyata keçirirlər. Azərbay-

canda aparılan uğurlu islahatlar respublikamızda  əlverişli investisiya 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



127

iqliminin yaradılmasına səbəb olmuşdur. Bu istiqamətdə Azərbaycan 

üçün də  əlverişli siyasi, iqtisadi, hüquqi, sosial və digər  şərait yarat-

mağa kömək edən kompleks tədbirlər sistemi işlənib hazırlanıb və hə-

yata keçirilir. 

Azərbaycanda olan əlverişli investisiya mühitinə  təsir edən ob-

yektiv və subyektiv amilləri 3 qrupda birləşdirmək olar: a) sosial-siya-

si vəziyyət; b) iqtisadi vəziyyət; c) hüquqi təminat. 

Sosial-siyasi vəziyyət dedikdə, xarici investorun nöqteyi-nəzərin-

dən ölkədəki siyasi duruş, onun stabilliyi başa düşülür. 

İqtisadi vəziyyət isə  aşağıdakıları  əhatə edir: iqtisadi inkişaf sə-

viyyəsi, investisiya güzəştlərinin əldə olunması imkanları, ssuda kapi-

talı bazarının mövcudluğu və s. 

Qeyd etmək lazımdır ki, investisiya prosesi yeni anlayış olduğun-

dan ölkəmizdə investisiya fəaliyyəti sahəsində qanunvericilik bazası-

nın işlənib hazırlanması, hüquqi təminatın verilməsi problemləri vaxt-

aşırı olaraq təkmilləşdirilir. 

Qeyd etmək lazımdır ki, Yaponiya, İspaniya, Kanada istisna ol-

maqla, İEO-nin bəzilərində xarici investisiyalar haqqında ayrıca qanun 

yoxdur. Bu ölkələrdə investisiyalar ümumi qanunlar çərçivəsində tən-

zimlənir. Lakin Azərbaycanda bu sahəni tənzim edən kifayət qədər qa-

nun və normativ aktları mövcuddur. Əgər xarici investor üçün ölkə 

daxilində  əlverişli mühit yaradılarsa, yalnız bu şərt daxilində xarici 

investisiyalar milli iqtisadiyyatın inkişafına kömək edə bilərlər. 

Azərbaycan Respublikasında illərlə makroiqtisadi sabitlik qoru-

nub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun 

və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli ida-

rə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa 

dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. 

Bütün bunlar əsası Ümümmilli Liderimiz tərəfindən qoyulmuş  və 

hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

böyük inamla davam etdirdiyi uğurlu iqtisadi siyasətinməntiqi nəticə-

sidir. 2012-ci ildə ümumi daxili məhsulun artımı 2,2%, onun adamba-

şına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmiş

ÜDM-nun artımı qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Ötən 

il qeyri-neft sektoru üzrə artım 9,7% olmuş  və bu sahənin ÜDM-da 

payı artaraq 52,7%-ə çatmışdır. Orta illik inflyasiya 1,1%, ölkənin st-

rateji valyuta ehtiyatları 46 mlrd. ABŞ dolları təşkil etmişdir. Son illər 

ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin hə-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə