Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə42/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   38   39   40   41   42   43   44   45   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

116



şünülmüş və sistemli addımlar atır. Son illərdə infrastruktur layihələri-

nə yatırılmış investisiyalar ona dəlalət edir ki, ölkədə iqtisadi inkişafı 

təmin etməkdən ötrü bizim iqtisadiyyat üçün yeni sahələrin inkişaf et-

məsinə və yeni-yeni istehsal və xidmət sahələrinin yaradılmasına im-

kan verən  şərait formalaşdırmalıdır. Məlumdur ki, lazımi infrastruk-

tursuz iqtisadi inkişafa nail olmaq mümkün deyildir. 

Hazırda Azərbaycan iqtisadiyyatına cəlb olunan xarici investisi-

yaların perspektiv istiqamətləri məhz kənd təsərrüfatı, turizm, ixracyö-

nümlü sənaye və ən yeni sənaye sahələri olacaqdır. Bu baxımdan aşa-

ğıdakı istiqamətlərdə xarici investisiyaların cəlb edilməsi Azərbaycan 

iqtisadiyyatı üçün əhəmiyyətlidir : 

1. Turizm təsərrüfatı  və müalicə-istirahət kompleksinin geniş 

miqyasda inkişafı üçün Azərbaycan Respublikasında hər cür təbii və 

iqtisadi potensial mövcuddur. Bu sahənin inkişaf etdirilməsi üçün 

onun kifayət qədər yerli əmək ehtiyatları da vardır. Turizm sənayesini 

başqa sahələrdən əsasən fərqləndirən cəhətlərdən biri də ona qoyulan 

vəsaitin tez bir zamanda böyük mənfəətlə geri qayıtmasıdır. Bu sahə-

nin respublikamızda geniş miqyasda inkişafı üçün xeyli zəngin imkan-

lara malik olan müalicə-istirahət mərkəzlərinin yaradılması vacib mə-

sələlərdən biri kimi qəbul olunmalıdır. Məhz buna görə də 2013-cü il 

ölkəmizin tarixinə “Turizm ili” kimi daxil olmuşdur. Bu sahədə ölkə-

mizdə böyük nailiyyətlərə nail olunmuşdur. 

2. Kənd təsərrüfatının bir sahə kimi inkişaf etdirilməsi, onun sahə 

strukturunun təkmilləşdirilməsi üçün regionlarda kənd təsərrüfatı 

məhsullarının emalına əsaslanan yeni sənaye mərkəzlərinin yaradılma-

sı tələb olunur. Bundan savayı, kənd təsərrüfatının spesifik cəhətlərini 

nəzərə alaraq kənd təsərrüfatı  məhsullarının regionlarda tədarükü və 

satışı ilə məşğul olan müəssisələrin 

yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, yığılan 

məhsulların müasir tələblər səviyyəsində saxlanılması məqsədi ilə mü-

vafiq maddi-texniki bazanın yaradılması tələb olunur. Bölgələrdə kənd 

təsərrüfatı məhsullarının saxlanılması və satış bazarı infrastrukturunun 

təmin edilməsi, topdansatış xidmətinin genişləndirilməsi yolları ilə ya-

naşı, respublika daxilində aqroservis, toxuculuq, damazlıq, emal səna-

ye müəssisələrinin inkişafı  və digər tədbirlərin həyata keçirilməsi ilə 

müşayiət olunan komplekt tədbirlər müasir dövrdə xarici investisiya-

larsız qeyri-mümkün görünür. Bunun üçün ilk növbədə, yerli və xarici 

iş adamlarının bu sahəyə sərmayə yatırımları tələb olunur. Bu sahəyə 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



117

xarici investisiyaların cəlb edilməsi dövlətin bu sahədəki ağır iqtisadi 

yükünü azaltmış olar və bu sahədə müasir texnologiyaların ölkəyə 

cəlb edilməsi də  əhəmiyyətlidir. Məhz buna görə  də 2015-ci il ölkə 

tarixinə “Kənd təsərrüfatı ili” kimi daxil edilmişdır. 

3. Elm və texnikanın ən son nailiyyətlərinin Azərbaycan Respub-

likası iqtisadiyyatına tətbiq edilməsi və yeni istehsal sahələrinin yara-

dılması və sənaye sektorunda yeni texnologiyaların tətbiqi, təsərrüfat 

sahələrində maddi-texniki bazanın yaradılması  və inkişaf etdirilməsi 

ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında və  rəqa-

bətqabiliyyətli məhsul və xidmətlərin istehsalı ölkə iqtisadiyyatı üçün 

müstəsna  əhəmiyyət kəsb edir. Bu kontekstdə ölkədə texnoparkların 

və xarici investorların vəsaiti hesabına güclü elmi-texniki bazanın ya-

radılması nəzərə alınmalıdır; 

2014-cü il respublikada “Sənaye ili” elan edilib və uğurla həyata 

keçirilib. Belə ki, 2014-cü ildə regionlarda 105 sənaye müəssisəsi açıl-

mışdır.Ümumilikdə “Sənaye ilində” görülən tədbirlər nəticəsində qey-

ri-neft sənayesi 9 % artmışdır. Sumqayıt Kimya Sənaye Parkında xari-

ci və daxili infrastrukturun yaradılması  işləri başa çatıb. Layihələr 

üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir. 

4. Sənaye şəhərciyinin yaradılması, xüsusilə Azad İqtisadi Zona-

ların təsis edilməsi istiqamətində  fəaliyyəti sürətləndirmək lazımdır. 

Respublika ərazisində AİZ-ların yaradılması məsələsində ilkin variant 

kimi ölkənin kommunikasiya qovşaqlarından başlamaq lazımdır. Belə 

olan təqdirdə ölkə iqtisadiyyatına külli miqdarda xarici investisiya 

cəlb edilə bilər. 

Lakin ölkəmizə  cəlb edilən xarici investisiyaların həcmində  və 

strukturunda istənilən dəyişikləri  əldə etməkdən ötrü hökumət bəzi 

mühüm addımları atmalıdır. Belə mühüm sıçrayışlardan biri ölkənin 

ÜTT kimi beynəlxalq təşkilata üzv olmasını gerçəyə çevirməkdir. 

ÜTT-yə üzvlük ölkə iqtisadiyyatının üçün formalaşdırdığı imkanlar 

sırasında sözsüz ki, beynəlxalq investisiya axınının sürətlənməsi də 

vardır. Ona görə Azərbaycan hökumətinə yardım edəcək ABŞ və onun 

Ticarət və  İnvestisiya  İslahatlarına Dəstək Proqramında (TİRPS) 

Azərbaycan hökumətinə edilən yardımları göstərmək lazımdır. 

Hal-hazırda respublikamızda qeyri-neft sektorunun yüksək inki-

şaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimul-

lardan biridir və yeni strateji xətt sayəsində Azərbaycan yaxın onillik-

də qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

118



malik olmalıdır. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasi-

yasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi 

xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının 

satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləmək-

lə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli ba-

za yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər 

gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyön-

lü investisiya proqramlarının icrası  nəticəsində neftdənkənar sahələr 

valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin 

yaradır. XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişa-

fında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə 

qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta 

resurslarının strukturunun dəyişməsinə imkan yaratmalıdır. Yəni iqti-

sadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə 

öz mühüm bəhrəsini verməli və ölkəmizin sərmayə  mənbələri sıra-

sında qeyri-neft məhsulları xüsusi paya malik olmalıdır. Həmin pers-

pektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya tex-

nologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən 

qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrin dina-

mikliyini göstərmək olar. 

İqtisadiyyatın diversifikasiyası üçün yaradılmış  əlverişli mühit, 

həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur 

və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin 

artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının 

və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq 

və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin 

təkmilləşdirilməsi və digər islahatlar Azərbaycanın uzunmüddətli di-

namik inkişafına baza yaradacaqdır. Bu tədbirlərin həyata keçirilməsi 

birbaşa olaraq xarici investisiyalar vasitəsi ilə mümkün olacaqdır. 

Belə ki, birbaşa xarici investisiyaların rolu bu vəzifəni həyata keçir-

məkdə müstəsna rola malikdir. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə