Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə50/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   46   47   48   49   50   51   52   53   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



139

Azərbaycanda aqroturizmin təşkili iqtisadi məsələlərlə yanaşı, bir 

sıra sosial məsələlərin də  həllinə  şərait yaradır. Aqroturizmin əsas 

müştəriləri  şəhər  əhalisi olduğundan onların qarşılıqlı  əlaqəsi nəticə-

sində ictimai-mədəni mühitləri yaxınlaşır, şəhərlə kənd arasında fərqin 

aradan qaldırılması üçün real şərait yaranır. Onu da göstərmək lazım-

dır ki, aqroturizm digər istirahət formalarından bir neçə cəhətdən fərq-

lənir. Aqroturizmin inkişafı kənd yerlərində işlə təminata şərait yara-

dır və kənd yerlərindən miqrasiya azalır. 

Azərbayanda qeyri-neft sahələrinin inkişafı iqtisadiyyatda tarazlı-

ğın yaradılması üçün əsas şərtdir və Azərbaycan hökumətinin bu sahə-

də iqtisadi siyasəti daha da inkişaf etdirilərsə qarşıda duran məqsədlə-

rə minimum 5 il müddətinə çatmaq olar. Respublikada mövcud olan 

bürokratik  əngəllərin qarşısının alınması  zəruridir. Bundan əlavə, öl-

kədə tam azad iqtisadi mühit yaradılmaqla böyük biznesin inkişafına 

təkan vermək lazımdır. Bundan başqa, qeyri-neft sektorunda dövlət 

həvəsləndirilməsi və himayəsi ilə iri şirkətlərin yaradılmasına ehtiyac 

var. Düzdür, bu layihələr çox böyükdür və ilk baxışda onların reallaş-

dırılması qeyri-mümkün görünə bilər. Lakin bu işlər ən yaxın perspek-

tivi əhatə etməli və uyğun sektorlar üzrə transmilli şirkətlərin rüşeym-

ləri yaradılmalıdır. Qeyd edək ki, bu şirkətlərin ilk fəaliyyət bazarları 

üçüncü dünya ölkələri ola bilər. 

1994-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatına xarici inves-

tisiyaların axını prosesi başlamışdır. Neft sektoru ilə yanaşı, qeyri-neft 

sektoruna investisiya qoyuluşları əsasən kredit vəsaitləri hesabına olsa 

da bu sahəyə yatırılmış birbaşa investisiyaların da payı diqqəti cəlb 

edir. Qeyri-neft sektorunun investisiya yatırımları həm daxili, həm də 

xarici kapital mənbələri hesabına həyata keçirilmişdır. Respublikada 

siyasi sabitliyin əldə edilməsindən sonra Azərbaycan iqtisadiyyatına 

xarici investisiya axını sürətlə artaraq 2001-ci ilin sonu üçün 1091,8 

mln. dollar təşkil etmişdir. Son 10 ildə isə ölkə iqtisadiyyatına 130 

milyard dollar məbləğində investisiya yönəldilmişdır.  Əgər 2003-cü 

ildə  əsas kapitala yönəldilən investisiyaların yalnız 26,8 faizi qeyri-

neft sektorunun payına düşürdüsə, 2012 –ci ildə bu göstərici 3 dəfə 

artaraq 75 faizə çatmışdır. 

Qeyd etmək lazımdır ki, Azərbaycanın qeyri-neft sektoruna qoyu-

lan investisiyaların əksər hissəsini xaricdən (beynəlxalq təşkilatlardan, 

kommersiya bankları və dövlətlərdən) bu sektorda müxtəlif investisiya 

layihələrinin həyata keçirilməsi üzrə alınmış kreditlər təşkil edir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

140



2005-2012–ci illərdə Azərbaycan İqtisadiyyata kredit qoyuluşları 

(ilin axırına, mln.manat) 

 

 

2005  2009 2010 2011  2012 

İqtisadiyyata 

Kredit qoyuluşları 

qısamüddətli 

 

1440,9 



913,2 

 

8407,5



2359,9

 

9163,4



2567,1

 

9850,3



2951,2

 

12243,7 



3508,3 

Yekuna görə faizlə 

uzunmüddətli 

63,4 


527,7 

28,1 


6047,6

28,0 


6596,3

30,0 


6899,1

28,7 


8735,4 

Yekuna görə faizlə 36,6  71,9 72,0 70,0  71,3 

Vaxtı keçmiş borc-

lar 


 

68,2 


 

303,5 


 

492,9 


 

633,8 


 

748,8 


 

2005-2012-ci illərdə Azərbaycan İqtisadiyyatına yönəldilən 

investisiyalar 

 

 

2005 2009 2010 2011 2012 

İnvestisiya qoyu-

luşları bütün 

mənbələr üzrə 

(xarici investisi-

yalar nəzərə alın-

maqla): ln.manat 

6733,4 10475,0 14118,9 17048,8 20250,7 

mln.dollar 7118,5 13033,5 

17591,5 21588,9 25777,3 

Xarici investisi-

yalar: mln.manat 

4628,5 4395,1 6619,7 6849.8 8102,7 

mln.dollar 

4893,2 5468,6 8247,8 8673.9 10314,0 

Daxili investisi-

yalar: mln.manat 

mln.dollar 

2104,9


2225,3

6079,9 


7564,9 

7499,2 


9343,7 

10199,0 


12915,0

12148,0 


15463,3 

 

Qеyd еtmək llаzımdır ki, sоn dövrdə ölkənin qеyri-nеft sеktоrunа 



invеstisiyа yаtırаn ölkələrin mаrаgı хеyli аrtıb. Bеlə ölkələrə Türkiyə, 

Nidеrlаnd,  АBŞ, Irаn,Аlmаniyа Rusiyа , Böyük Britаniyа, Birləşmiş 

Ərəb  Əmirlikləri, Isvеçrə, Itаliyа, Frаnsа  və  Yаpоniyаnı göstərmək 

оlаr. Bunu аşаgıdаkı cədvəl mаtеriаllаrındаn dаhа аydın görmək оlаr. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



141

Dünyа ölkələri tərəfindən 2005-2012-ci illərdə yаtırılmış 

xarici investisiyalar (mln. ABŞ dolları) 

 

 



2005 2008 2009 2010 2011 2012 

Cəmi xarici 

investisiya 

4893,2 6847,4 5468,6 8247,8 8673,9 10314,0 

Maliyyə kreditləri 

ondan: 


698,4*) 2357,9 1438,3 3405,9 3692,5 3135,5 

Neft sənayesinə 3799,9 3350,7 2412,7 2955,3 3407,8 4287,8 

Neft bonusu 

1,0 


3,5 

1,0 


2,0 

19,9 


2,0 

Birgə müəssisələr və 

xarici firmalar ondan: 

230,5 494,1 624,4

659,6 886,0 1094,5 

Türkiyə 96,2 

60,8 

76,8 


147,5 

89,1 


185,9 

Niderland 1,2 

43,8 

28,0 


163,5 

173,3 


186,0 

ABŞ 24,8 

108,8 

117,6


40,0 

73,8 


92,5 

İran 1,2 

6,8 


3,2 

11,2 


Almaniya 21,5 

48,2 

38,8 


17,0 

32,5 


45,6 

Rusiya 5,1 

5,8 

50,3 


11,7 

35,0 


21,8 

Böyük Britaniya 

39,5 

146,4  160,0



144,0  148,8  149,3 

Birləşmiş Ərəb 

Əmirlikləri 

5,7 38,5 43,2 30,3 75,3 92,4 

İsveçrə - 

3,7 


16,0 

11,7 


26,7 

79,4 


İtaliya 4,6 

2,0 


9,8 



22,1 

Fransa 2,6 

4,5 


6,2 

14,3 


14,4 

Norveç - 

40,3 


3,6 

6,9 





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə