Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə49/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   45   46   47   48   49   50   51   52   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

136



Azərbaycan regionlarında investisiyaların idarə edilməsi sistemi-

nin təhlili göstərir ki, onlar üçün mövcud olan əsas ənənəvi problem 

regional investisiya potensialının reallaşdırılması üçün zəruri olan də-

qiq müəyyənləşdirilmiş investisiya strategiyasının yoxluğudur. Apar-

dığımız geniş  tədqiqatlar nəticəsində Azərbaycan regionları üçün 

regional planlaşdırmanın analitik metodlarından, eləcə  də Avropanın 

TACİS EES ekspert xidmətinin tədqiqat qrupu tərəfindən işlənib 

hazırlanmış metodikadan istifadə etməklə investisiya strategiyasının 

layihələndirilməsi mexanizmi təklif olunur. 

Layihələndirmənin əsas mərhələləri aşağıdakılar sayılır: 

Regionun iqtisadi və institusional auditinin aparılması; 

Region iqtisadiyyatı sahələrinin vəziyyətinin təhlili; 

Regionun inkişafının əsas aspektlərinin SWOT –təhlili; 

Strategiyanın yönəldiyi «kritik» uğur amillərinin aşkara çıxarıl-

ması; 

Baza məqsədlərinin şərh olunması; 



Strateji imkanlar dəstinin işlənib hazırlanması və onların SWOT-

təhlil vasitəsilə qiymətləndirilməsi; 

Ən yaxşı strateji yanaşmanın müəyyən edilməsi; 

Strateji yanaşmanın qısa ifadəsi; 

Hər bir baza məqsədi üçün əsas hərəkət proqramlarının müəyyən 

edilməsi. 

Azərbaycan Respublikasının iqtisadiyyatı müasir şəraitdə dünya 

ölkələri üçün xarici investisiyaların cəlb edilməsindən ötəri  əlverişli 

şəraitə malikdır. Xarici vəsaitlərin respublika iqtisadiyyatının daha 

çox yanacaq-energetika kompleksinə yönəldiyi məlumdur ki, son za-

manlarda bu sferada bağlanmış bir çox sazişlər bunu təsdiq edir. Ölkə-

yə cəlb olunan birbaşa xarici investisiyalar dövlətə xarici borc proble-

mi yaratmır və əksinə, onun örtülməsi üçün əlavə vəsait mənbələri ya-

radır, istehsal və elmi-texniki kooperasiya vasitəsilə milli iqtisadiyya-

tın beynəlxalq təsərrüfata fəal inteqrasiyasına münbit şərait yaradır. 

Azərbaycan  İqtisadiyyat və  Sənaye Nazirliyi tərəfindən ölkənin 

intensiv inkişafı üçün tələb olunan ümumi investisiya tələbatı hesab-

lanmışdır. Belə ki, yalnız kənd təsərrüfatı və neft sənayesi ilə əlaqədar 

olmayan hasiledici sənaye sahələri üçün bu göstərici 9,64-10,64 

mlrd.dollar təşkil edir. Ümumdünya birbaşa investisiya bazarının illik 

ixracının mümkün göstəricisi isə mütəxəssislərin fikrincə 200 mlrd. 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



137

dollara bərabərdir. Deməli, Azərbaycan özü üçün tələb olunan məb-

ləği cəlb etmək üçün bu istiqamətdə investisiya rejiminin liberallaş-

ması siyasətini həyata keçirən, daha əlverişli investisiya mühitinə ma-

lik ölkələr ilə kəskin rəqabət aparmalıdır. Bu səbəbdən də respublika-

da xarici investisiyaları stimullaşdırmaq baxımından  əlverişli siyasi, 

iqtisadi, hüquqi, sosial və s. şəraitin yaradılması istiqamətində kom-

pleks tədbirlər həyata keçirilməsi sahəsində xeyli iş görülmüşdür. 

Azərbaycan iqtisadiyyatının müasir şəraitindən istehsal prosesini 

təkmilləşdirmək, yeni texnologiya tətbiq etmək üçün ölkənin xarici in-

vestisiyalara tələbatı böyükdür. Bu səbəbdən də investisiya siyasətinin 

hazırlanması və optimal tətbiqi zəruridir. Xarici investisiyanın cəlb edil-

məsində dövlətin rolu danılmazdır, belə ki, invesitisiyaların ölkə iqti-

sadiyyatı sahələri arasında optimal bölüşdürülməsi olduqca vacibdir. 

Qeyd etmək lazımdır ki, idxala müəyyən maneələrin yaradılması 

ilə ölkə daxilinə xarici birbaşa investisiya axınlarının daha da stimullaş-

dırılmasına nail olmaq mümkündür. Birbaşa xarici investisiya yatırımı 

isə iqtisadiyyata daxildən nüfuz etmək deməkdir ki, bu da hər bir ölkə 

üçün təsəvvüredilməz faydalar verir. İstehsalı himayə ediləcək sahələr 

qabaqcadan hökumət tərəfindən müəyyənləşdirilməli, bu sahələr xarici 

investisiyaların cəlb edilməsi üzrə prioritet sahələr sayılmalıdır. 

Lakin iqtisadiyyatın, xüsusən qeyri-neft sahələrində istehsalın bu-

günkü durumu istehsalın dövlət tərəfindən himayə edilməsini zəruri 

etsə də, bu hal uzunmüddət davam etməməli, müəyyən bir dövrü əhatə 

etməlidir. İstehsalda müəyyən səviyyə irəliləyiş təmin edildikdən son-

ra tədricən liberallaşdırma siyasəti həyata keçirilməli, idarə olunan 

rəqabət şəraiti yaradılmalıdır ki, məhsul buraxılışı daha səmərəli təşkil 

edilsin: modernləşmə, keyfiyyətin artırılması, yeni texnologiyaların 

müntəzəm tətbiqi və s. proseslər müşahidə olunmalıdır. Azərbaycan 

iqtisadiyyatının bugünkü durumu iqtisadiyyata və xüsusən, qeyri-neft 

sktoruna xarici kapitalın cəlb olunmasının zəruri olduğunu , dayanıqlı 

inkişafın təmin edilməsi üçün xarici investisiyların müsbət rol oynaya-

cağını təsdiq edir və onun əhəmiyyətini artırır. 

Respublikada aparılan uğurlu islahatlar xarici və daxili investor-

lar üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan investi-

siya mühitinə görə yüksək rejimli ölkələr qrupuna aiddir . Belə ki, 

xarici investorlarını əsasən istehsal sahələrində fəaliyyət göstərmələri 

üçün hər cür şərait yaradılmışdır, onlara mane ola biləcək bütün sub-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

138



yektiv və obyektiv xarakterli amillər aradan qaldırılmışdır. Dövlət xa-

rici iş adamları ilə yanaşı investorlara da maksimum münbit şərait ya-

radıb, iş adamlarına qarant olub, bütün bürokratik əngəllər aradan qal-

dırılmışdır. Bu istiqamətdə  ən vacib məsələlərdən biri neqativlərə 

qarşı mübarizənin gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin artı-

rılmasına yönəldilmiş pul-kredit siyasətinin səmərəli tətbiq olunması 

istiqamətində işlərin ardıcıl olaraq həyata keçirilməsidir. 

Azərbaycanda  ən prioritet sahələrdən biri aqroturizm sahəsinin 

inkişaf etdirilməsidir. Təxmini hesablamalara görə, aqroturizm sahə-

sində Azərbaycan potensial olaraq ildə 270 mln.dollar mənfəət  əldə 

edə bilər.Ölkəmizdə aparılan aqrar islahatlar bu sahədə dövrün tələblə-

rinə cavab verən yeni təsərrüfat formaları yaratmaq, kənd təsərrüfatını 

dünya iqtisadi sisteminə inteqrasiya etmək zəruriyyətini doğurdu. 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan torpaq 

islahatları Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, on-

ları torpağın həqiqi sahibinə çevirdi. Yalnız Müstəqil Dövlətlər Birliyi 

(MDB) məkanında deyil, Şərq aləmində analoqu olmayan islahat, 

kənd təsərrüfatını böhranlı vəziyyətdən çıxardı. 

Bu gün ölkəmizdə aqrar bölmədə islahatlar uğurla həyata keçiri-

lir, məhsulların rəqabətqabiliyyətliyinin artırılması məsələsi əsas diq-

qəti cəlb edən məsələlərdən biridir. 

Qeyd etmək lazımdır ki, bu gün Avropa Şurası Qərbi Avropa öl-

kələrinin iqtisadiyatının möhkəmlənməsini aqroturizmin inkişafında 

görür. Avropada kənd turizmi XX əsrin 70-ci illərindən inkişaf etməyə 

başlamışdır.O dövrdə bir çox iri sahələrdə ekoloji problemlər ciddi na-

rahatlıq doğurduğundan adamlarda canlı  təbiətlə bilavasitə  təmasda 

olmaq, təmiz havada və sakitlik şəraitində yaşamaqla ekoloji cəhətdən 

təmiz təbii məhsullardan istifadə etmək zəruriyyəti yarandı. Hazırda 

aqroturizm çox ölkələrdə müvəffəqiyyətlə inkişaf etməklə bərabər, tu-

rist axınının bir hissəsini özün cəlb edir. İtaliya, Fransa, İrlandiya 

aqroturizmin ən çox inkişaf etdiyi ölkələrdir. Belə bir faktı göstərmək 

lazımdır ki, aqroturizmin inkişafının ilk mərhələlərində  İtaliya höku-

məti aqroturizm xidmətini təşkil etmək məqsədi ilə fermerlərə kömək-

lik göstərmişdir.Lakin aqroturizmə olan mövcud tələbat ilkin konsep-

siyanın köklü surətdə dəyişməsinə səbəb oldu.İndiki zamanda aqrotu-

rizm  İtaliyada bir çox fermerlərin  əsas məşğuliyyətinə  və  əsas gəlir 

mənbəyinə çevrilmişdir. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə