Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə46/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   42   43   44   45   46   47   48   49   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

128



yata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan 

iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli  şərait yaratmış, 

ölkəmiz investorlar üçün daha cəlbedici etmişdir. 2012-ci ildə 13,3 

milyard dolları daxili və 8,8 milyard dolları xarici olmaqla ölkə iqtisa-

diyyatına 22,1 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. 

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatla-

rının artmasına səbəb olmuş, bu isə öz növbəsində xarici ölkələrə sər-

mayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, 

artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın 

dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər 

layihələrdə  uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dina-

mikasında müsbət irəliləyiş müşahidə olunur. Beləliklə, Azərbaycan 

Respublikası Prezidentinin uzaqgörən və çevik siyasəti nəticəsində 

ölkə iqtisadiyyatı 2012-ci ildə də mənfi xarici iqtisadi təsirlərə daya-

nıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin olunmuş-

dur. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proq-

ramının icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, 

üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, təda-

rükü, saxlanması  və emalı kompleksləri, aqroservislər yaradılmış, su 

təminatı  və meliorativ tədbirlər görülmüş, bir sıra  ərzaq məhsulları 

üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəs-

kin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur. Ötən il məq-

sədyönlü dövlət proqramları çərçivəsində iqtisadiyyatın diversifikasi-

yası, regionların və Bakı qəsəbələrinin inkişafı, yeni istehsal və emal 

müəssisələrinin yaradılması və mövcud istehsal sahələrinin geniş lən-

dirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, məşğulluğun 

səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi irəliləyişlərə nail olun-

muşdur. Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə sahibkarlığın inkişafı-

na həsr olunmuş  tədbirlərin keçirilməsi, sahibkarlara maarifləndirici 

treninqlərin təşkil edilməsi, sahibkarlığın informasiya təminatının 

gücləndirilməsi, müasir texnologiyaların tətbiqini, rəqabətqabiliyyətli, 

xüsusilə ixracyönümlü və idxalı əvəzləyici məhsulların istehsalını və 

emalını  nəzərdə tutan, eləcə  də bu sahələrin inkişafını stimullaşdıran 

infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində 2012-ci 

ildə də uğurlu fəaliyyətini davam etdirmişdir. “Sahibkarlığın inkişafı-

na dövlət dəstəyi” çərçivəsində sahibkarların maarifləndirilməsi istiqa-

mətində müvafiq təşviqat işlərinin aparılması, xüsüsi ilə respublikanın 

regionlarında və Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə “Sahibkarlığın 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



129

inkişafına dövlət dəstəyi” çərçivəsində keçirilmiş tədbirlərdə iqtisadiy-

yatın müxtəlif sahələri üzrə hazırlanmış nümunəvi investisiya layihə-

lərinin təqdimatının keçirilməsi və həmin nümunəvi layihələrin sahib-

karlara təqdim edilməsi kreditlərin daha da səmərəli istifadəsinə sti-

mul yaratmış, eyni zamanda, güzəştli kreditlərə olan tələbatın artması-

na təsir göstərmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyini həyata 

keçirən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına veri-

lən güzəştli kreditlər Dövlət başçısının fərman və  sərəncamlarında, 

dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosial-iqtisadi inkişa-

fının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və 

regionların tarazlı inkişafı, sahibkarlığın, o cümlədən kiçik və orta sa-

hibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması, məşğulluğun tə-

min edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inki-

şafın təmin edilməsinə yönəldilir. İqtisadiyyat və Sənaye Nazirliyinin 

nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun və-

saitləri hesabına 2012-ci ildə 2419 sahibkarlıq subyektinə 218 milyon 

manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 9100-dək yeni 

iş yerinin yaradılması təmin olunmuşdur. Güzəştli kreditlərin 68.1%-i 

aqrar sektorun, 31.8%-i müxtəlif sənaye məhsullarının istehsalı  və 

emalına, 0.1%-i isə turizmin inkişafına verilmişdir. Verilmiş kreditlə-

rin 83%-i Respublikanın regionlarının, 17%-i isə Bakı şəhəri, kənd və 

qəsəbələrinin payına düşür. 2011-ci illə müqayisədə layihələrin sayı 

47.2%, güzəştli kreditlərin məbləği 58%, yeni iş yerlərinin sayı isə 

40.2% artmışdır. 

2012-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliy-

yət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin 

güzəştli kreditlərini almaq məqsədilə sahibkarlıq subyektləri tərəfin-

dən 38 müvəkkil kredit təşkilatına ümumilikdə 2602 müraciət daxil 

olmuşdur. Müvəkkil kredit təşkilatları tərəfindən müraciətlərin 2579-u 

müsbət qiymətləndirilmiş, 23 müraciətə isə sahibkarın rentabelli biz-

nesinin, ödəmə qabiliyyətinin, likvizid girovunun, fəaliyyət üçün mü-

vafiq şəraitinin olmaması, eləcə də Fondun Qaydalarına uyğunsuzluq 

(kredit tələbatının güzəştli kreditin minimal məbləğindən aşağı ol-

ması) səbəblərindən imtina edilmişdir. Müraciətlər üzrə ümumi kredit 

tələbatı 241 719.5 min manat, o cümlədən müsbət qiymətləndirilmiş 

müraciətlər üzrə 239 356.5 min manat, imtina olunmuş müraciətlər 

üzrə 2363 min manat olmuşdur. 2012-ci ildə Sahibkarlığa Kömək Mil-

li Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələş-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə