Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə44/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   40   41   42   43   44   45   46   47   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

122



Vergi dərəcələri müəyyən qədər azaldılmışdır. Hazırda mənfəət vergi-

sinin dərəcəsi 22% və əlavə dəyər vergisi 18% səviyyəsində təsdiq edilib. 

İnvestisiya fəallığını artırmaq məqsədilə yeni gömrük tarifləri 

müəyyən edilmişdir. Azərbaycanda istehsal olunmayan xammal və 

materiallar üzrə gömrük tarifləri ləğv edilmişdir. Respublika daxilində 

istehsal olunan bu cür materiallar üçün isə gömrük tarifləri 15%-dən 

yuxarı olmaqla, istehsalçıların daxili bazar tələbatını təmin edə bilmək 

qabiliyyətindən asılı olaraq diferensiallaşdırılmış həcmdə təyin edilir. 

İnvestisiya prosesinin idarə edilməsi yenidən qurulmuşdur. Belə 

ki, yeni təşkilati-hüquqi formalar və iqtisadi mexanizmlər yaradılmış-

dır. Hazırda büdcə vəsaiti hesabına tikinti işləri dövlət tərəfindən keçi-

rilən tenderlər vasitəsilə bölüşdürülür. 

Aqrar sahə məhsullarını istehsal edən müəssisələrə dövlət tərəfin-

dən əhəmiyyətli güzəştlər verilmişdir. Belə ki, həmin müəssisələr tor-

paq vergisi istisna olmaqla, 2009-cu ilə  qədər bütün növ vergilərdən 

azad edilmişlər. Hesab edirik ki, ölkədə investisiya potensialının for-

malaşması və səmərəli istifadəsində dövlətin nəzərdə tutduğu prioritet 

istiqamətlər kimi hesab edilməlidir. 

Azərbaycana zəruri həcmdə investisiyaların cəlb olunması, onla-

rın ölkə iqtisadiyyatı üçün səmərəli istifadəsi. Bu, ölkə iqtisadiyyatının 

struktur cəhətdən yenidən qurulması və innovasiya tipli inkişafa keç-

məsi üçün son dərəcə vacibdir. Belə ki, bu məqsədlə investisiya üçün 

potensial mənbələrin genişləndirilməsi, yığımın investisiyaya çevril-

məsini stimullaşdıran şəraitin yaradılması, büdcə vəsaitlərinin səmərə-

li istifadəsi üçün müxtəlif səviyyələrdə məqsədli proqramların tətbiqi 

olduqca vacibdir. 

Bundan əlavə, yerli təşəbbüslər əsasında dövlət regional investisi-

ya siyasətinin köməyi ilə investisiyaların, bütün yerli şərait kompleksi 

nəzərə alınmaqla, hər  şeydən  əvvəl, regional iqtisadiyyatın prioritet 

sahələri sferasına cəlb olunması mexanizmlərinin formalaşdırılması; 

iqtisadiyyatın prioritet sahələrinin bütün sferalarında rəqabət mühiti-

nin yaradılması  və korporasiyaların investisiya aktivliyinin fəallaş-

dırılmasına dövlətin köməklik göstərməsi və s. tədbirlərin həyata ke-

çirilməsi nəzərdə tutulur. Dövlətin investisiya potensialının formalaş-

ması və səmərəli istifadəsində əsas vəzifələr bunlardır: 

- İnkişaf büdcəsinin və bütövlükdə iqtisadiyyatın prioritet sahələ-

rinə məqsədyönlü dövlət maliyyə-kredit köməyinin göstərilməsini tə-

min edən büdcənin formalaşdırılması; 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



123

- Respublikanın bütün ərazi-inzibati vahidlərində iqtisadiyyatın 

prioritet sahələrinin müəssisələrinə maliyyə-kredit köməyinin göstəril-

məsini təmin edən zəruri və kifayət dərəcədə  məqbul infrastrukturun 

yaradılması; 

- Əlverişli investisiya mühitinin yaradılması üzrə tədbirlərin fəal-

laşdırılması hesabına xarici investorların inamının bərpası; 

- Müəssisənin və  əhalinin sərbəst vəsaitlərinin investisiya məq-

sədləri üçün səfərbər olunması; 

- Prioritet sahələrdə investisiya layihələrinə dövlətin köməklik təd-

birləri üzrə diferensiallaşdırılması sisteminin hazırlanması və tədqiqi; 

-Perspektiv investisiya layihələrinin reallaşması zamanı onların 

birgə investisiyalaşmasının yeni formalarının axtarışı; 

- Respublika iqtisadiyyatın prioritet sahələrinin məhsullarına ar-

tan tələbin, şəraitin formalaşdırılması; 

-İnvestisiyaların həcmindən, investisiya layihəsinin ödəmə müd-

dətindən, investisiya layihəsinin həyata keçirildiyi sahənin və regio-

nun prioritetliyindən asılı olaraq vergi stimullaşdırılması və dövlət zə-

manəti verilməsi siyasətinin aparılması. 

Qeyd etmək lazımdır ki, respublikamızda elmtutumlu, yüksək 

texnologiyaların tətbiqi sahələrinin inkişafına yönəldilən investisiyala-

rın stimullaşdırılması olduqca vacibdir: 

-Xarici investisiyaların respublika iqtisadiyyatına cəlb olunması 

və onun ölkə iqtisadiyyatının neft-qaz sektoru ilə yanaşı, qeyri-neft 

sektorlarına yönəldilməsi stimullaşdırılmalı  və normal mühit yaradıl-

malıdır; 

- Yerli investisiyaların istehsala axını və bu zəmin əsasında yerli 

istehsalın inkişafı stimullaşdırılmalı, yerli istehsalçıların mənafeyi elə 

qorunmalıdır ki, onlar xarici istehsalçılarla rəqabətə girə bilsinlər və 

rəqabətqabiliyyətli məhsul istehsal etsinlər; 

-  İxrac potensialını artıran xarici bazarlara məhsul çıxaracaq 

müəssisələrə prioritet sahələr kimi investisiya qoyuluşu stimullaşdırıl-

malı və tənzimlənməlidir; 

-Qanunvericilik aktları və qərarların qəbulu zamanı aqrar sahənin 

baza sahələrinin üstün sürətlə inkişafına nail olmaq üçün həmin sahələ-

rin inkişaf etdirilməsinə yönəldilən investisiyalar stimullaşdırılmalıdır; 

- Respublika iqtisadiyyatının inkişaf etdirilməsində xarici birbaşa 

investisiyalar daha çox stimullaşdırılmalıdır. Belə ki, xarici borclar və 

kreditlərlə müqayisədə onlar yeni texnologiyaların, yeni idarəçilik me-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

124



tod və üsullarının tətbiqi üçün geniş imkanlar açır. Birbaşa investisiya-

lar xarici borcları artırmır, əksinə istehsalda mənfəətin artmasına, milli 

iqtisadiyyatın dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına, isteh-

sal və elmi-texniki əməkdaşlıq vasitəsilə xarici əlaqələrin genişlən-

dirilməsinə şərait yaradır; 

-  İnvestisiya qoyuluşunun səmərəliliyi bilavasitə intensiv qoyu-

luşlarla  əlaqədar olduğundan, onlar daha çox stimullaşdırılmalıdır, 

belə ki, mütərəqqi texnika və texnologiya hesabına artan istehsal apa-

ratı əmək məhsuldarlığını yüksəldir. 

Bu məqsədlə yaxın perspektiv üçün dövlətin investisiyaları (daxi-

li və xarici) stimullaşdırması məsələsi önəmli əhəmiyyət kəsb edir. 

- Müəssisə, firma və şirkətlərin investisiya qoyuluşlarının həcmi-

nin mənfəət və amortizasiya ayırmaları hesabına artırılması; 

- Dövlətin iri infrastruktur obyektlərinin əsaslı tikintilərinin büdcə 

maliyyələşdirilməsi həcmlərinin artırılması vasitəsilə investisiya pro-

sesinin fəallaşmasına təsirinin güclənməsi və investisiyaların büdcə 

maliyyələşdirilməsinin 

kredit əsaslarının işə salınması; 

- Dövlət və kommersiya banklarının uzunmüddətli kreditlərinin 

cəlb edilməsi üçün şəraitin yaradılması, investisiya və innovasiya 

fondlarının fəaliyyətinin qaydaya salınması; 

- Fond bazarında və  əhalinin  əmanətləri hesabına formalaşan 

investisiya resurslarının stimullaşdırılması; 

- Yerli və xarici investisiya qoyuluşlarının risklərinin iqtisadi sı-

ğorta mexanizmlərinin tətbiqi; 

- Sənaye və bank kapitalının inteqrasiyası, iqtisadiyyatın prioritet 

sahələrində  səmərəli investisiya layihələri üzrə  vəsaitlərin səfərbər 

edilməsi üçün müvafiq institusional təşkilatların fəaliyyətinin güclən-

dirilməsi; 

- Təsərrüfat subyektləri arasında, yerli və respublika strukturları 

arasında mülkiyyətin dəqiq müəyyən edilməsi. 

Qeyri-neft sektorunda qаrşıyа qоyulаn məqsədə nail olmaq üçün 

aşağıdakı tədbirləri həyata keçirilməsini məqsədəuyğun hеsаb еdirik: 

- Rəqabətqabiliyyətli məhsul istehsalı üzrə sahələrin prioritet 

inkişafı hesabına tədiyə balansının yaxşılaşdırılması, istehsalın resurs 

tutumunun aşağı düşməsinin stimullaşdırılması; 

- Qeyri-neft sektorunda yeni iş yerlərinin, rəqabətqabiliyyətli 

istehsal və sahələrin yaradılması yolu ilə işsizliyin qarşısının alınması; 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə