Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə52/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   48   49   50   51   52   53   54   55   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



145

2004-cü illərdə Gəncə-Qazax regionunda təxminən 3000 fermerə kiçik 

faizli 1.2 milyon dollar həcmində kredit vermişdir. DB Böyük Bakının 

su təchizatı layihəsi-II üçün 10.3 milyon dollar, qaz sisteminin Reabi-

litasiyası layihəsi üçün 13.9 milyon dollar, kənd təsərrüfatı sektorunun 

özəlləşdirilməsi layihəsi üçün 10.2 milyon dollar vəsait ayırmışdır. 

2010 -cu ilin iyun ayına qədər DB və Azərbaycan hökuməti ara-

sında müxtəlif layihələr çərçivəsində 1 625 milyon dollar həcmində 57 

kredit müqaviləsi imzalanmışdır. Layihələrin 16-sı  hələ reallaşma 

astanasındadır, 5-i isə artq həyata keçirilmişdir. 76.85 milyon dollar 

həcmində olan ən böyük kredit struktur islahatları layihəsinə ayrıl-

mışdır. 


Dünya Bankı Qrupunun üzvü olaraq Çoxtərəfli İnvestisiya Təmi-

nat Agentliyi (MIGA), inkişaf etməkdə olan ölkələrdə ticari olmayan, 

siyasi risk faktorunun azaldılması, təminat altına alınması məqsədi ilə 

xarici sərmayədarlara kömək etmək məqsədi ilə 1988-ci ildə qurul-

muşdur. 154 üzvü olan MIGA-nın ümumi sərmayəsi təxminən 1.2 

milyard dollar həcmindədir. Azərbaycan Respublikası bu agentliklə 

sıx əməkdaşlıq edir. Belə ki, MİGA, Azərbaycanda fəaliyyət göstərən 

xarici şirkətlərə yardım olaraq altı dəfə 77.1 milyon dollar həcmində 

təminat vermişdir.  İlk təminat Bakıdakı “Coca-Cola”şirkətinə 18.3 

milyon dollar sərmayə qoyan Türkiyənin Efes şirkətinə verilmişdir. 

İkinci təminat, Türkiyədən Koçbanka 2.7 milyon dollar sərmayəsində 

verilmişdir. Bundan əlavə, Almanyanın Bank Kreiss AG, Türkiyənin 

Pamukbank və Azərtel şirkətlərinə, onların Azercell şirkətinə və Azər-

baycanın rəqəmsal əlaqə sektorlarına sərmayələri üçün təminat veril-

mişdir. 

Azərbaycan dövləti Beynəlxalq Maliyyə  Təşkilatı (IFC) ilə 

Əməkdaşlığa böyük önəm verir. Beynəlxalq Maliyyə Təşkilatı (IFC), 

Dünya Bankı qrupu içində, inkişaf yolundakı ölkələrin özəl sektora 

layihə krediti vermək məqsədilə 1956-cı ildə qurulmuşdur. Təşkilatın 

2.4 milyard dollar sərmayəsi və 175 üzvü vardır. 

IFC, üzv ölkənin özəl sektor quruluşlarının müxtəlif layihələrinə 

kredit verə biləcəyi kimi, sendikasiyaları da iştirak edir. IFC-nin sər-

mayə ortaqlığında iştirakı da mümkündür. 

Azərbaycanda IFC-nin strategiyası maliyyə sektorun güclənməsi, 

kiçikhəcmli müəssisələrin çoxalması, ölkənin sənaye və kənd təsərrü-

fatı sektoruna yardımın artması, maliyyə yardımının neft sektoru 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

146



xaricində olan sahələrə  də istiqamətlənməsi və enerji sektoruna olan 

investisiyalara kömək etmək istiqamətində tətbiq edilir. 

Azərbaycana investisiya yatıran Avropa Yenidən Qurma və İnki-

şaf Bankı ilə əlaqələr son dövrdə xeyli inkişaf etmişdir. Avropa Yeni-

dən Qurma və İnkişaf Bankı (EBRD), Azərbaycandakı neft, nəqliyyat, 

bank sektoru kimi sahələrın inkişafına dəstək verir. Bu isə Azər-

baycanda qeyri-neft sektorlarının inkişafını təşviq edir. Ölkədə inves-

tisiya mühitini formalaşdırmaq üçün EBRD, xüsusi ilə kiçik və orta 

həcmli müəssisələrə, özəl sektora yardım edir. 

Bank bundan əlavə, Azərbaycanda neft və təbii qaz sektoruna et-

diyi yardımlara da davam edir. Bank, Azərbaycana 1991-2003-cü illər 

arasında 19 fərqli layihə üçün 261.577.000 avro birbaşa investisiya, 

18.224.000 avro regional investisiya olmaq üzrə, 279.801.000 avro 

kredit vermişdir. 

EBRD 2010-cü ilə  qədər Azərbaycanla 14 layihə ilə  əlaqədar 

müxtəlif müqavilələr imzalamışdır. Bu çərçivədə Azərbaycana 500 

milyon dollara yaxın kredit vermişdir. Bu kredit əsasən neft sektoruna 

ayrılmışdır. Kreditlərin 200 milyon dolları, neft və qaz sektorunun in-

kişafına xərclənmişdir. EBRD 2010-cu ildə isə, elektrik enerjisi, mə-

dən sənayesi və regionlarda qeyri-neft sektorlarına olmaq üzrə, xüsusi 

ilə kiçikhəcmli müəssisələrin inkişafı  məqsədilə kredit verilməsini 

planlamışdır. EBRD eyni zamanda bank inşaat sektoruna da maraq 

göstərir. İnşaat sektorunda inşaat materiallarına tələbin artması səbəbi 

ilə inşaat materialları istehsal edən şirkətlərə yardım etmək və onların 

sərmayəsinin artırılmasına kömək etmək istəyir. 

Avropa Yenidənqurma və İnkişaf Bankı eyni zamanda Azərbay-

canda alternatif enerji vəsaitlarının inkişafına da böyük maraq göstə-

rir. 


Azərbaycanda enerji sektorunun, neft-kimya sənayesinin inkişafı 

üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələr son dövrdə 

daha da inkişaf etmişdir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 

(Japanese International Coorperation Bank) ilə  əməkdaşlığının enerji 

sektorunda cəmləşdiyi görünür. Yapon Beynəlxalq Əməkdaşlıq Bankı 

Azərbaycan üçün enerji sektorundakı yenidənqurulmanı reallaşdırma-

da ən əhəmiyyətli maliyyə donorlarından biri olmuşdur. Bank, 2010-

cu ilə qədər sektorun inkişafı məqsədilə 339 milyon dollar və Sumqa-

yıtda neft-kimya sənayesi üçün blokların inşa edilməsinə 100 milyon 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



147

dollar həcmində kredit vermişdir. Təşkilat eyni zamanda Qaradağdan 

(Bakının cənubunda) regiondakı elektrik stansiyasına qaz kəmərinin 

çəkilməsini də həyata keçirmişdir. 

Qeyd etmək lazımdır ki, enerji sektoru, su və digər sektorlara ay-

rılan kreditlər üzrə Yaponiya birinci yerdədir. Ümumi kreditin qurulu-

şuna görə Yaponiya Beynəlxalq  Əməkdaşlıq Bankının payı 27%, 

Dünya Bankının payı 26%, BVF-nin payı 17%, AİİB-nın payı 5,1%, 

Türk Ekimbankın payı 5%, digərlərinin payı isə 14% təşkil edir

1



Azərbaycanın Asiya İnkişaf Bankı ilə əlaqələrini xüsusilə vurğu-

lamaq lazımdır. Belə ki, 2001-ci ildən Azərbaycanda fəaliyyətə başla-

yan Asiya İnkişaf Bankı (ADB), əsasən xalqın mal və xidmət ehtiyacı-

nın qarşılanması  və özəl sektorun inkişafı üçün infrastrukturun və  iş 

yerlərinin qurulması istiqmətində fəaliyyət göstərir. 

Son dövrdə respublikamızın Maliyyə Nazirliyi ilə Almaniya İnki-

şaf Bankı arasında əlaqələr xeyli inkişaf etmişdir. Belə ki, Almaniya 

İnkişaf Bankı ilə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 1999-cu il-

də Almaniya-Azərbaycan Fondu (AAF) qurulmuşdur. Bu fondun fə-

aliyyəti kiçik və orta həcmli müəssisələrin kredit imkanının qarşılan-

masına vəsait ayırmaqdır. 

2003-cü ildə Almaniya-Azərbaycan Fondunun (AAF) əməkdaşlıq 

içində olduğu banklar, miqdarı 5.96 milyon avro dəyərində olan 751 

kredit verdi. 2003-cü ilin sonunda Almaniya və Azərbaycan hükumət-

ləri arasında AAF vəsaitlərının 3.6 milyon avrodan 8.7 milyon avroya 

artırılması haqqında müqvilə imzalanmışdır. 

AAF-ın 2004-cü il Azərbaycandakı büdcəsi 666 kredit üzrə 3.3 

milyon avrodur. AAF, Azərbaycanda fəaliyyətə başladığı 2001-ci il-

dən etibarən, kiçik və orta həcmli müəssisələr üçün ümumi miqdarı 9 

milyon Avro olan 927 kredit vermişdir. AAF-nın 2004-cü ildə  əsas 

məqsədi regional kreditləndirmənin sürətləndirilməsi və  əməkdaşlıq 

etdiyi bankların fəaliyyətlərinin artırılmasına kömək edilməsidir. 

Azərbaycan Respublikası ilə Dünya Bankı arasındakı hazırlanan 

layihələrdə aşağıdakı tədbirlər nəzərdə tutulur: 

a) Kənd təsərrüfatının inkişafı: Dünya Bankının layihəsində əsas 

olaraq kənd təsərrüfatı sektorunun rəqabət gücünün artırılması məqsə-

didir. 

                                                 



1

 Azərbaycan iqtisadiyyatı. B.,2010, səh 220.  




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə