Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə51/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   47   48   49   50   51   52   53   54   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

142



Yaponiya - 

2,8 



1,4 

2,5 


5,4 

Digər ölkələr 28,1 

36,1 

29.5 


79,5 

196,6 


199,7 

Digər 


investisiyalar 

 

163,4 



 

641,2 


 

992,2


 

1225,0


 

667,7 


 

1794,2 


 

Son dövrdə respublikamızda əlverişli investisiya mühitinin yaran-

ması nəticəsində xarici və birgə müəssisələri şəbəkəsi sürətlə artmış-

dır. Azərbaycan, ölkədaxili maliyyə ehtiyatlarının məhdud olması sə-

bəbi ilə, ölkənin istehsal və sosial strukturunun yenidən qurulmasında 

beynəlxalq maliyyə təşkilatlarının geniş maliyyə imkanlarından mak-

simum səviyyədə faydalanması üçün bu təşkilatlarla müttəfiqlik et-

mişdir. Azərbaycana kredit verən təşkilatların başında Avropa İttifaqı 

(TACIS, TRACECA, INOGATE), BVF,Dünya Bankı (IBRD), ABŞ 

İxrac və İdxal Bankı, Beynəlxalq İnkişaf Təşkilatı, Avropa Yenidən-

qurma və  İnkişaf Bankı (EBRD), Türk Eximbankı,  İnkişaf Bankı 

(IsDB), Yaponiya Beynəlxalq Müttəfiqlik Bankı, Qaradəniz Ticarət və 

İnkişaf Bankı (BSTDB), IFC, Kreditanstalt fur Wiesderaufbau (KfW, 

Almaniya) gəlir. Zəmanət baxımından sərmayə riskinin azaldılması 

üçün Çoxtərəfli  İnvestisiya Zəmanət Agenti (MIGA) Azərbaycanda 

fəaliyyət göstərir.Bu təşkilatlar tərəfindən açılan kreditlər, bazar iqti-

sadiyyatına keçidi asanlaşdırmaq məqsədilə açılan layihə kreditləridir. 

Xarici kredit almasıilə yanaşıAzərbaycana beynəlxalq təşkilatlar tərə-

findən edilən yardımlar da önəmli dərəcələrə yüksəlmişdir. Bunların 

arasında, Avropa İttifaqı  tərəfindən edilən yardımlar xüsusi yerə sa-

hibdir. 

Bir çox beynəlxalq iqtisadi təşkilatla əlaqəsi olan Azərbaycan, re-

gional iqtisadi və ticari əlaqələr baxımından əhəmiyyət kəsb edən təş-

kilatlara üzvdür. Digər tərəfdən Avropa İttifaqı ilə də sıx bir münasi-

bət içərisindədir. 

Qeyd etmək lazımdır Avropa Yenidənqurma və  İnkişaf Bankı, 

Yaponiya Beynəlxalq  İqtisadi Müttəfiqlik Fondu kimi digər beynəl-

xalq maliyyə təşkilatlarından da kredit alınmasına baxmayaraq, alınan 

xarici kreditlərdə üstünlüyün BVF və Dünya Bankında olduğunu gös-

tərmək lazımdır. Azərbaycan 1992-ci ilin sentyabr ayında BVF, Dün-

ya Bankı və Beynəlxalq İnkişaf İttifaqına üzv olmuşdur. Hər nə qədər 

Dünya Bankı və BVF-yə üzvlük 1992-ci ildə qəbul edilsə də, bu təşki-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



143

latlarla ilk kredit müqaviləsi 1995-ci ildə imzalanmışdır. 

BVF və Dünya Bankı, inkişaf etməkdə olan ölkələrin dünya baza-

rına struktur uyğunlaşmasına nail olmaq və onun bir parçası halına 

gəlməsi üçün xarici kredit və borclandırma mexanizmlərindən istifadə 

etməklə bu prosesi zəmanət altına almaq üçün də  həmin ölkələrə, 

stabillik və struktur uyğun proqramları tövsiyə edir. 

Azərbaycan BVF-dən “Yoxsulluğun Azaldılması  və  İqtisadi 

İnkişaf Üzrə Dövlət Proqramı” çərçivəsində də kredit alır. Beynəlxalq 

Valyuta Fondu (BVF), Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf 

Proqramı (PRGF) çərçivəsində Azərbaycana 80.45 milyon SDR (119 

milyon dollar) ayırmışdır. Həyata keçirilməsinə 6 iyul 2001-ci ildə 

başlanan proqram çərçivəsində kredit 10 illiyinə, illik 0.5% faizlə 5.5 

il sonra geri ödəmək üzrə verilmişdir. 

“Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafın Təmin Olunması-

na Dair Kredit Mexanizmi”, BVF-nin gəlir səviyyəsi aşağı olan ölkə-

lər üçün nəzərdə tutduğu az faizli kredit mexanizmasıdır. PRGF vasi-

təsi ilə həyata keçirilən proqramlar, tətbiq etdiyi ölkəyə mənsub olan

vətəndaşların geniş iştirakı ilə hazırlanaraq təsdiq edilən və Yoxsullu-

ğun Azaldılması haqqında hazırlanan strategiya sənədinə təsirini gös-

tərən yoxsulluğun azaldılması strategiyasına dayanmaqdadır. Məqsəd, 

PRGF yardımı ilə həyata keçirilən hər bir proqramın, ölkənin makro-

iqtisadi strukturu və sosial siyasəti ilə  əlaqədar olmasını, bu me-

xanizmin inkişaf və yoxsulluğun azaldılmasına xidmət etməsini təmin 

etməkdir. Hazırda Azərbaycan BVF-in kredit resursları olmadan fond-

dan yalnız texniki yardım alır. 2009-ci il oktyabrın 1-nə olan məluma-

ta görə, Azərbaycanın fond qarşısındakı borcları $81,9 mln. təşkil 

edir. 2008-2012-ci illərdə Azərbaycan  əvvəl alınmış kreditlərin ödə-

nilməsi çərçivəsində fonda 55,96 mln. SDR ($88,9 mln.) ödəyəcək. 

Azərbaycanın yeni iqtisadi sistemə keçidi mərhələsində qarşılaş-

dığı problemləri həlletmə və iqtisadi böhrandan mühafizə etmək məq-

sədi ilə Dünya Bankı müxtəlif proqram və layihələrə  dəstək verir. 

Bunlar bilavasitə iqtisadi islahatlarla əlaqədar olanlar və iqtisadi inki-

şafa dolaylı olaraq kömək edən layihələr olaraq ikiyə ayrıla bilər. 

Dünya Bankı Azərbaycana iqtisadi inkişaf siyasəti mövzusunda tövsi-

yələr etməklə yanaşı, investisiyalar və dövlət büdcəsinin maliyyəsi 

məqsədi ilə xarici yardımların koordinasiyası mövzusunda köməklik 

edir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

144



Qеyd еtmək lаzımdır ki, sоn dövrdə bеynəlхаlq mаliyyə təşkilаt-

lаrının diqqəti  Аzərbаycаnın qеyri-nеft sеktоrunа yönəlmişdir. Bu 

məqsədlə  sənаyе,  еnеrgеtikа, nеft-kimyа, nəqliyyаt, kənd təsərrüfаtı, 

turizm və s sаhələrə dаhа çох invеstisiyаlаr yаtırılmışdır. 

Dünya Bankı (DB) ilə 2000-ci ilin may ayında “Kənd Təsərrüffa-

tının İnkişafı və Kreditləndirilməsi” adlı bir layihə imzalamışdır. Hə-

min layihənin həcmi 33,7 milyon dollardır. Layihə  çərçivəsində, 

“G&G Consulting” (Türkiyə-Avstraliya) konsorsiyumunun yaratdığı 

İKA tərəfindən 6 mindən çox üzvü birləşdirən 329 ortaq borclular qru-

puna həcmi 9.4 milyon manat olan kredit verildi. Bundan əlavə, layihə 

çərçivəsində 566 adam tərəfındən 20 kredit İttifaqı (Beyləqan və Nax-

çıvan regionlarının hər birində 6, Şəki regionunda 5 və Masallı regio-

nunda 3 kredit İttifaqı) quruldu. 

Layihə çərçivəsində regionlarda daşınmaz əmlakın qeydiyyat sis-

temi inkişaf etdirildi və 2010-cu ilə qədər kənd təsərrüfatı sektorunun 

inkişaf strategiyası hazırlandı. 

Dünya Bankı 2003-2010-cu illər arasında Azərbaycanda 9 layihə 

həyata keçirməyi planlaşdırmışdır. Layihələr üçün nəzərdə tutulan 

maliyyə yardımının həcmi isə 150-225 milyon dollar həcmindədir. 

Həmin layihələr və layihələrin maliyyə həcmi aşağıdakı kimidir: 

- Su təchizatı sisteminin yenidən inşası üçün əlavə layihənin real-

laşdırılması məqsədiylə 12 milyon dollar, 

- Təhsil sisteminin inkişafı ilə  əlaqədar layihə üçün 18 milyon 

dollar; 


- Suvarma sisteminin yenilənməsi ilə  əlaqədar layihə üçün 30 

milyon dollar; 

- “Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişafı Üçün Dövlət 

Proqramı” çərçivəsində isə 2003-cü ildə 17 milyon dollar; 

- Kəndlərin inkişafı məqsədi ilə 22 milyon dollar; 

- Təqaüd sisteminin yenidən qurulması  məqsədilə 10 milyon 

dollar; 

- Elektrik paylama sisteminin yenilənməsi üçün 40 milyon dollar; 

- “Şahdağ” milli parkının yenidən qurulmasına 8 milyon dollar; 

- “PRSC-2”nin həyata keçirilməsi məqsədilə 20 milyon dollar. 

Dünya Bankı eyni zamanda “Bakı-Tbilisi-Ceyhan” neft boru 

kəmərinin tikintisi layihəsinə 300 milyon dollar vəsait ayırmışdır. 

Bu çərçivədə, Dünya Bankı ölkənin qərb regionlarında özəl sa-

hibkarlığı dəstəkləmək məqsədi ilə qurduğu kredit ittifaqları ilə 2003-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə