Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə40/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   36   37   38   39   40   41   42   43   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

110



20%-15%-ə enir və  həmin ölkələr xarici investisiyaları  cəlb etməkdə 

çətinlik çəkirlər. Ona görə də əsas diqqətlərini investisiyaların verimlili-

yinin artırılmasına, yəni effektivliyinin artırılmasına yönəldirlər. 

Üçüncü qrup ölkələrdə keçid dövrünə qədəm qoyandan sonra in-

vestisiyaların həcmi o qədər aşağı düşüb ki, onlar haqqında iqtisadi ar-

tımdan yox, iqtisadi gerilikdən danışmaq lazımdır. Belə ölkələrdə söz-

süz və şübhəsiz investisiya strategiyası birbaşa olaraq xarici investisi-

yaların cəlb edilməsinə yönəldilmişdir. Bu tip ölkələrə misal olaraq 

mənfur qonşumuz Ermənistanı misal çəkə bilərik. Belə ölkələrdə 

birinci və ikinci qrup ölkələrin təcrübəsindən istifadə etmə imkanıda 

olmur. Çünki həmin ölkələr yerləşdiyi geostrateji məkanda yanlış si-

yasət yürüdürlər. Bu da onların iqtisadi deqradasiyasına gətirib çıxarır. 

Azərbaycan Respublikasında həyata keçirilən investisiya siyasəti 

əsasən dövlətin aşağıdakı istiqamətlərdə apardığı islahatlar sayəsində 

formalaşmışdır: 

Bilavasitə qanunverici bazanın təkmilləşdirilməsi

Bir sıra xarici ölkələr ilə ikiqat vergitutmanın aradan qaldırılması 

və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin 

imzalanması; 

Beynəlxalq valyuta əməliyyatlarının sadələşdirilməsi; 

Vergi və gömrük sistemlərinin təkmilləşdirilməsi; 

Lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, 

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasının sadələşdirilmə-

si (vahid pəncərə sistemi). 

Xarici investisiyalı müəssisələrin Azərbaycan Respublikası  Əd-

liyyə Nazirliyində dövlət qeydiyyatına alınmasında heç bir məhdudiy-

yət yoxdur. Dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı 

haqqında” (1996-cı il) Azərbaycan Respublikasının Qanunu ilə müəy-

yənləşdirilmiş qaydada həyata keçirilir. Xarici investisiyalı müəssisə 

dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs hüquqları  əldə edir. 

Xarici investisiyalı müəssisələrin dövlət qeydiyyatına alınması haq-

qında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu respublika re-

yestrinə daxil edilir. Xarici investisiyalı müəssisəni dövlət qeydiyyatı-

na almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin ya-

radılması qaydası haqqında Azərbaycan Respublikasının qanunve-

riciliyi pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sənədlər müəy-

yən edilmiş tələblərə uyğun gəlməsin, habelə qarşıdakı fəaliyyət növ-

ləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



111

olsun. Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə 

Azərbaycan Respublikasında məhkəmə qaydasında  şikayət oluna 

bilər. Bu prosedurlarda investorlara köməklik edən dövlət orqanı – 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyidir. 

Azərbaycan iqtisadiyyatına cəlb olunan investisiyaların artırılma-

sı məqsədilə beynəlxalq iqtisadi təşkilatlarla və maliyyə qurumları ilə 

əməkdaşlıq ilbəil genişlənir ki, həmin təşkilata misal olaraq : BMT, 

Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı, MDB, GUÖAM, İƏT, 

Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq 

Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnki-

şaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, 

KfW Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və s.-in adlarını çək-

mək olar. 

Dövlət qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri 

kimi, dövlət proqramlarını, o cümlədən “2014-2018-ci illər üzrə 

“Azərbaycan Respublikası Regionlarının Sosial–İqtisadi  İnkişafının 

Dövlət Proqramı”nı, “Azərbaycan-2020 : gələcəyə baxış” inkişaf kon-

sepsiyasını  həyata keçirməklə bir daha ölkədəki investisiya mühitini 

yaxşılaşdıracaqdır. 

Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü iqtisadi siyasət 

nəticəsində əldə olunmuş bütün makroiqtisadi göstəricilər üzrə artım söz-

süz ki, ölkədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin birbaşa 

təsiri ilə mümkün olmuşdur. Belə ki, ölkə iqtisadiyyatına yatırılan birbaşa 

xarici investisiyalar öz xüsusi çəkisi və yönəldiyi sahə üzrə formalaşdır-

dığı iqtisadi artım və onun müsbət əks effekti ilə xüsusi qeyd olunmalıdır. 

Qeyd etmək lazımdır ki, xarici birbaşa investisiyalar anlayışına ay-

dınlıq gətirmək lazımdır. Belə ki, Beynəlxalq Valyuta Fondunun metodi-

kasına görə birbaşa xarici investisiyalar elə xarici investisiyalar hesab 

edilir ki, həmin investisiyaların həcmi, daha doğrusu, ümumi investisiya 

kütləsində xüsusi çəkisi investora iºtirak etdiyi investisiya prosesinin ob-

yektinin fəaliyyətində mühüm qərarların qəbulunda iştirakına imkan ve-

rən səviyyədə olsun. 

Xarici birbaşa investisiyaları xarakterizə edən  ən məşhur tərif 

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəsmi sənədlərində qeyd edilən 

tərifdir: Birbaşa xarici investisiyalar o tip investisiyalardır ki, investor 

olan şəxs bir ölkənin rezidenti olmaqla öz aktivlərini başqa ölkədə o şərt-

lə yerləşdirir ki, həmin aktivlər üzərində tam nəzarət hüququnu özündə 

saxlamış olsun. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

112



Birbaşa xarici investisiyaların reallaşması aşağıdakı formalarda hə-

yata keçirilir: 

Resipient ölkədə yerləşən şirkətin bir hissəsini əldə etmək yolu ilə; 

Kapitalın “ana” şirkətdən resipient ölkədə yerləşən törəmə  şirkətə 

ötürülməsi yolu ilə; 

Törəmə şirkətlərin gəlirlərinin reinvestisiya edilməsi yolu ilə

“Ana”  şirkətlərin resipient ölkələrdə yerləşən törəmə  şirkətlərinə 

uzun- müddətli və qısamüddətli borclar verməsi yolu ilə və s. 

Təcrübədə birbaşa xarici investisiyaların digər reallaşma formalarına 

da rast gəlinir, lakin şəxsin ayrıca şəkildə digər ölkənin şirkətini alması 

və ya digər hərəkətləri kimi rast gəlinən hallar istisna kimi qəbul olunur. 

Belə ki, belə hallar dünya üzrə reallaşan birbaşa xarici investisiyaların 

ümumi həcminin cəmi 5%-ni təşkil edir. 

Birbaşa xarici investisiyalara məxsus xarakterik xüsusiyyətləri əsa-

sən bunlardan ibarətdir. 

Birbaşa xarici investisiyaların həyata keçirilməsi ilə investor möv-

cud bazardan tezliklə çıxmaq imkanını praktiki olaraq itirir; 

Portfel investisiyalarından fərqli olaraq investisiyaların böyük həcmi 

və risk dərəcəsinin böyüklüyü; 

İnvestisiya qəbul edən ölkələrə əlverişli olan investisiya müddətinin 

böyük olması. 

Son 20 il ərzində inkişaf edən ölkələrin iqtisadiyyatına cəlb edilmiş 

investisiyaların tərkibində birbaşa xarici investisiyaların xüsusi çəkisi art-

maqdadır. Bu illər ərzində dünya ölkələri xarici investisiyaların ölkə iqti-

sadiyyatına cəlb edilməsi məqsədi ilə investisiya mühitini yaxşılaşdırmaq 

məqsədi ilə bir çox islahatlar yerinə yetirdilər. Bunun nəticəsi kimi ötən 

illər ərzində birbaşa xarici investisiyaların həcmi dəfələrlə artdı. Belə ki, 

birbaşa xarici investisiyaların cəlb edilməsində iri və güclü iqtisadiyyatı 

olan ölkələr liderlik edir. Bu dediklərimiz dünya üzrə mövcud statistik 

göstəricilərdə öz əksini tapır. Belə ki, birbaşa xarici investisiyaların cəlb 

edilməsində ilk yerləri ABŞ və Böyük Britaniya bölüşür. 

Xarici investisiyaları cəlb edən ölkələrdə iqtisadiyyatın statik inkişa-

fı zaman keçdikcə dinamik inkişafla  əvəz olunur. Bunun üçün həmin 

ölkələr hökmən öz qanunvericiliklərində xarici investisiyalar üçün elə 

mühit yaratmalıdırlar ki, cəlb olunmuş birbaşa xarici investisiyalar ölkə 

iqtisadiyyatının dinamik inkişafını təmin edən xarakterdə olsunlar. Bu za-

man yalnız qanunvericilikdə yox, həm də xarici investisiya siyasətinin 

tənzimlənməsində köklü dəyişikliklər olmalıdır. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə