Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə38/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   34   35   36   37   38   39   40   41   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



105

trukturun olmadığını görsə, onda həmin ölkəyə vəsait yatırmaqdan bo-

yun qaçıra bilər. Belə olan təqdirdə həmin ölkədə xarici investorların 

infrastruktur layihələrində  iştirakı stimullaşdırılmalıdır. Doğrudur

əgər dövlət müvafiq infrastrukturu özü təmin edə bilərsə, onda bu cür 

tədbirlərə  əl atmaq lazım deyildir. Fəaliyyətlə  məşğul olmağa başla-

yan xarici investor hökmən az və ya çox dərəcədə öz sahəsi ilə əlaqəli 

infrastrukturu yeniləyir və ya təkmilləşdirir. Bu zaman daxili bazara 

təsir edə biləcək makroiqtisadi dəyişikliklər baş verməyə başalyır. 

Öncə infrastruktur layihələrində işə cəlb olunanlar işlə təmin olunur-

lar. Həmin infrastruktur layihələrində  işləyən daimi işçilərin və mü-

vəqqəti işçilərin hamısı məşğul hesab olunurlar. Daxili bazarda bazara 

xidmət edən infrastrukturun qurulması üçün lazımi avadanlıqlar, mate-

riallar və s. alınır. Bir sözlə, əgər ümumi ölkə səviyyəsində bu prosesə 

baxsaq və nəzərə alsaq ki, xarici investisiyalar iqtisadiyyatın müxtəlif 

sahələrinə  cəlb olunub onda, təsəvvür edə bilərik ki, yalnız bu sahə-

lərin infrastrukturunun təmini üçün nə  qədər yeni fəaliyyət sahələri 

formalaşacaq, köhnələri daha artıq güclə fəaliyyətlərini davam etdirə-

cəklər. 

Qeyd etmək lazımdır ki, xarici investisiyalar daxili bazarın tən-

zimlənməsində birbaşa və ya dolayı yolla çatışmazlıqlarının aradan 

qaldırılmasında təzahür edir. 

Belə ki, iqtisadiyyatın inkişafında yerli investisiyanın iştirakının 

tədricən ən yüksək səviyyəyə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Çünki bu amil yerli vətəndaşların gəlirlərinin artmasına, sosial vəziy-

yətlərinin yüksəlməsinə şərait yaratmaqla yanaşı, ölkə iqtisadiyyatının 

təhlükəsizliyinə xidmət edir. Dünya təcrübəsindən məlum olduğu 

kimi, iqtisadiyyatın böyük hissəsinin xarici kapital hesabına formalaş-

dırılması  gələcəkdə  həmin ölkənin iqtisadiyyatını müəyyən mənada 

həmin kapital sahiblərinin təsiri altına sala bilər. Ona görə  də yerli 

sahibkarların iqtisadiyyata daha çox investisiya yatırmalarını təmin et-

mək məqsədilə hökumət tərəfindən müvafiq siyasətin yeridilməsi təq-

dirəlayiq haldır. Lakin bu istiqamətdə  fəaliyyətin bir qədər də sürət-

ləndirilməsi və təkmilləşdirilməsi daha böyük nəticələrin əldə edilmə-

sinə kömək edə bilər. Yəni hökumət investisiya siyasətində elə yeni-

liklər etməlidir ki, bu, ölkə iqtisadiyyatına kapital qoymaq istəyən 

şəxslərin diqqətini artırsın. 

Belə ki, dövlət ölkədə sosial-iqtisadi inkişafı  tənzimləmək, ölkə 

iqtisadiyyatında lazımi proporsiyaların yaradılmasını  təmin etməklə 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

106



investisiya qoyuluşlarından və habelə investisiya fəaliyyətindən  əldə 

edilən gəlirlərdən tam və səmərəli istifadəni ciddi surətdə tənzimləmə-

lidir. Şübhəsizdir ki, hər hansı istehsal və sosial sahələrin yaradılması, 

yenidən qurulması, genişləndirilməsi və habelə  məşğulluğun təmin 

edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusi ilə də ondan 

əldə edilmiş gəlirlərdən səmərəli istifadə olunmasını tələb edir. Bu ba-

xımdan, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi 

birinci dərəcəli  əhəmiyyətə malikdir. Odur ki, müasir müstəqillik və 

bazar iqtisadiyyatı şəraitində xarici ölkələrin marağına və milli iqtisa-

diyyatın inkişafına tam uyğun olaraq, investisiya fəaliyyətini daha da 

dərinləşdirmək tələb edilir. Belə bir real şəraitdə investisiya fəaliyyəti-

nin dövlət tənzimlənməsi və idarə edilməsi müasir reallıqdan irəli gə-

lir. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri çoxşaxəli olmaqla bəra-

bər, onun əsas istiqamətlərindən biri respublikaya investisiya axınının 

getdikcə gücləndirilməsidir. 

 

 



3. Azərbaycan iqtisadiyyatina xarici investisiyalarin tətbiqinin səmərə-

liliyi və onun təkmilləşdirilməsi istiqamətləri 

İnvestisiya siyasətinin formalaşdırılması zamanı dövlət, xarici öl-

kə və onların təmsilçilərinin maraqlarını nəzərə almaqla yanaşı, dövlə-

tin milli maraqları da təmin etməlidir. Bundan savayı, ölkə iqtisadiy-

yattının ayrı-ayrı subyektlərinin maraqları da nəzərə alınmalıdır. Bir 

sözlə, investisiya siyasətinin formalaşdırılmasında ümummilli maraq-

lar, fərdi maraqlar və xarici subyektəlrin maraqları uzlaşdırılmalıdır. 

İnvestisiya siyasətinin “alətlər dəsti” olduqca məhduddur. Ona 

görə  də onlardan istifadə zamanı hansı alətin hansı  şəraitdə, hansı 

effekti verə biləcəyini dəqiq bilmək lazımdır. Ona görə də investisiya 

fəaliyyətinin dövlət tənzimlənməsində istifadə edilən konkret alətləri 

diferensial qaydada istifadə etmək lazımdır. Belə olan halda investisi-

yaların tənzimlənməsinin dövlət siyasəti təcrübəsinin öyrənilməsi bö-

yük əhəmiyyət kəsb edir. Çünki dövlət siyasəti özündə bir neçə aləti 

birləşdirən modeldir. İnvestisiyaları stimullaşdıran üç investisiya tən-

zimləmə modeli mövcuddur ki, onlar məsələyə bu və ya digər aspekt-

dən yanaşmaqla bir-birindən fərqlənirlər. 

Birinci modeldə əsas diqqət şəxsi investisiyalara yönəldilir. İkinci 

modeldə əsas diqqət şəxsi layihələrin dövlət maliyyələşməsinə yönəl-

dilir. Üçüncü modeldə dövlət müxtəlif şəxsi investisiyaların fəaliyyət-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



107

lərini koordinasiya edir. Sözsüz ki, hər bir model özündə geniş “alətlər 

dəsti” ehtiva edir. Lakin biz bu modelləri  əsas məqsədlərinə uyğun 

qruplaşdırırıq. Sadaladığımız modellər bir sıra bazar iqtisadiyyatlı 

ölkələrdə  uğurla reallaşdırılmışdır. Ona görə  də keçid iqtisadiyyatlı 

ölkələrdə həmin təcrübənin tətbiqi məqsədəuyğundur. 

Amerikan modeli adlanan modeldə  tənzimləmə  əsasən vergi ri-

çaqları vasitəsilə həyata keçirilir. Bununla yanaşı, digər liberal makro-

iqtisadi tədbirlər də  həyata keçirilir ki, onların köməyi ilə vergi tən-

zimləməsinin davamı kimi qiymət və bazar dərəcələrinə  təsir həyata 

keçirilir. Bu tədbirlərin həyata keçirilməsi zamanı bankların (dövlətin 

təlimatlarından asılıdır) rolu olduqca əhəmiyyətlidir, lakin investisiya 

resurslarının bölgüsündə mühüm işi fond birjaları görür. Bu modelin 

fəaliyyətini şərtləndirən əsas amil inkişaf etmiş qiymətli kağızlar baza-

rıdır. Dövlət öz funksiyasını bu sahədə bazar və ölkənin makroiqtisadi 

göstəriciləri haqqında informasiyanın hazırlanması  və koordinasiya 

edilməsi ilə həyata keçirir. Bu model özünü doğruldur. Lakin modelin 

əksik cəhətləri də məsələn, lazımi pul kütləsinin tez bir zamanda yığıl-

masını təmin etmir, həmçinin yığımı stimullaşdırmır. 

Dövlətlə şəxsi investor arasında güclü əlaqələrin formalaşması ilə 

xarakterizə olunan ikinci model Yapon modeli adlanır. Bu modelə uy-

ğun olaraq dövlət banklara birbaşa nəzarəti özü həyata keçirir. Bununla 

o,  şəxsi vəsaitlərin toplanması  və bölüşdürülməsini öz nəzarəti altına 

alır. Vətəndaşlardan toplanmış  vəsaitləri korporasiyalara güzəştli  şərt-

lərlə verən dövlət onları mühüm şərtə əməl etməyə məcbur edir. İnfrast-

ruktura yönələn investisiyalar birbaşa olaraq konkret şəxsi sahibkarların 

ehtiyaclarına uyğun  şəkildə  təşkil olunmuşdur. Bu modelin fəaliyyət 

göstərməsini  şərtləndirən  əsas amil güclü özəl sektor və güclü dövlət 

aparatının mövcud olmasıdır. Modelin üstün cəhəti böyük həcmdə və-

saitlərin cəmləşdirilə bilməsi imkanıdır. Mənfi cəhətləri isə investisiya 

prosesinin siyasiləşməsi və korrupsiya hallarının meydana gəlməsidir. 

Özündə iki modelin ünsürlərini birləşdirən və Tayvan modeli ad-

lanan üçüncü model investisiya məsələlərində özəl sektorun özünün 

koordinasiya edilmə mexanizminin yaradılmasına çalışır. Məsələ on-

dadır ki, hökumət hesab edir ki, xaricə ixracla məşğul olan firmalar in-

vestisiya və yatırımlar haqqında daha yaxşı  və mükəmməl təsəvvürə 

malikdirlər. 

Dünyada xarici investisiyaların cəlb edilməsi istiqamətində döv-

lətlərin apardığı iqtisadi siyasət tədbirləri ildən- ilə daha da geniş vüsət 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə