Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə35/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   31   32   33   34   35   36   37   38   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

96



ilk çağlarından siyasi-ictimai və iqtisadi sferadakı transformasiyanı 

hökumət birmənalı şəkildə islahatlar yolu ilə həyata keçirməyi qərara 

aldı. 

İqtisadi islahatların zəruriliyi ölkə iqtisadiyyatının mövcud duru-



mundan irəli gəlir.Yəni hər hansı bir iqtisadi sistemdə islahatların ke-

çirilməsi zərurəti onun içindən doğur. Ümumiyyətlə, müxtəlif dövrlər-

də həyatın müxtəlif sferalarında islahatlar həyata keçirilmişdir. Bu is-

lahatların keçirilmə səbəbləri yuxarıda qeyd etdiyim kimi, həm daxili 

səbəblərdən, həm də xarici səbəblərdən ibarətdir. Xarici səbəblər 

dedikdə, beynəlxalq ictimai, siyasi, iqtisadi və s. mühit və onun təsiri 

başa düşülür. Daxili səbəblər isə daha çox təsirə malik olub, həm də 

daha müxtəlif olurlar. 

Tarixən islahatların, həmçinin iqtisadi islahatların həyata keçiril-

mə səbəbi təsərrüfat münasibətlərinin obrazlı desək, digər mövcud cə-

miyyət münasibətlərini ötüb keçməsi ilə  əlaqədar olmuşdur. Lakin 

hansı səbəbdən doğmasından asılı olmayaraq iqtisadi islahatlara təsir 

edən iki qrup amil xüsusi ayırd edilir: 

Bu və ya digər ölkədə qəbul olunmuş sosial-iqtisadi inkişaf kon-

sepsiyası; 

Dəyişikliklər ərəfəsində ölkənin sosial, siyasi və iqtisadi islahatla-

rına təsir edə biləcək obyektiv amillər. 

İqtisadi islahatların zəruriliyi və mahiyyətindən danışarkən bu an-

layışların hansının müəyyənedici olduğu haqda sual meydana çıxır, 

yəni hansı anlayış o biri üçün səbəb olur. Buradan görünür ki, zəruri-

lik özünü o vaxt büruzə verir ki, ya mövcud iqtisadi münasibətləri tək-

milləşdirmək ehtiyacı var, ya da yeni münasibətlər formalaşdırmaq la-

zımdır. Onu bildirək ki, islahatlar zərurətdən həyata keçirilir.İqtisadi 

islahatlar heç vaxt islahatlar naminə keçirilməməlidir. Çünki, bu bö-

yük bir yanlışlıqdır. İslahatlar yalnız zərurəti gəldikdə həyata keçiril-

məlidir. Bu zərurət isə özünü yeni münasibət, şərait, infrastruktur, əla-

qələr və s.-in yaranmasında tapır. İslahatlar vasitəsi ilə yuxarıda sada-

lananlar formalaşdırılır. 

İqtisadi islahatların mahiyyətindən danışarkən hökmən onun tər-

kibindən də söz açmaq lazımdır. Belə ki, burada biz islahatların hansı 

səpkidə aparılmasından söhbət açmalıyıq. 

İqtisadi islahatların tərkib hissələri kimi aqrar islahatları, struktur 

islahatları, iqtisadi idarəetmədəki islahatları və s.-i göstərmək olar. Bu 

tərkib hissələrinin hər birinin mahiyyəti açılsa onda iqtisadi islahatla-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



97

rın mahiyyəti də açılmış olar. Onu da qeyd edək ki, bu tərkib hissələri 

bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqdadırlar. 

Hökumətin iqtisadi vasitələrə əsaslanan tənzimlənmə mexanizm-

lərinin formalaşdırılması prosesi ilk dəfə “1999-2000-ci illərdə Azər-

baycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və  kənd 

təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Döv-

lət Proqramı” çərçivəsində həyata keçirilmişdir. Belə ki, 1999-cu ildə 

hökumət kənd təsərrüfatı məhsullarının istehsalçılarına neft məhsulla-

rının (yük avtomobilləri üçün benzin, dizel yanacağı və motor yağları-

nın) güzəştli qiymətlərlə satışı barədə qərar qəbul etdi. Bundan savayı, 

bu yolda ölkə Parlamentinin 2000-ci ilin oktyabr ayında qəbul etdiyi 

“Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində 

ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin 

borcları haqqında” Qanununa görə, ləğv olunmuş kolxoz və sovxozla-

rın dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, dövlət bank-

larına və digər dövlət müəssisə və təşkilatlarına onların özəlləşdirilmə-

sinə  qədər yaranmış borcları  (əsas borc məbləği, faizlər və maliyyə 

sanksiyaları daxil olmaqla) silinmişdir. 

Aqrar islahatlardan danışarkən onu da bildirmək lazımdır ki, kənd 

təsərrüfatı iqtisadiyyatın mühüm tərkib hissəsidir. Buna görə  də bu 

sahədə aparılan islahatlar da diqqət mərkəzində olmalıdır. 

Kənd təsərrüfatı məhsullarının qiymətlərinin liberallaşdırılması və 

kənd  əhalisinin gəlirlərinin artırılmasına real mühit yaradılması üçün 

islahatların ilkin mərhələsində bazar münasibətlərinin tələbləri və 

prinsipləri  əsasında fəaliyyət göstərən kənd təsərrüfatı kooperativləri 

yaradılması  və özəl, qeyri-dövlət sənaye müəssisələrində buraxılan 

məhsulların xüsusi çəkisinin artımına nail olunmasına çaılışılmalıdır. 

Bu və bu kimi digər təbirlərin məntiqi nəticəsi kimi ölkədə kənd 

təsərrüfatı sahəsində son beş ildə ət istehsalı kəsilmiş çəkidə 41.2 min 

ton (30.7%), taxıl istehsalı 440.5 min ton (21.4%), süd istehsalı 213.8 

min ton (18.3%), kartof istehsalı 308.1 min ton (40%), yumurta isteh-

salı 326.8 milyon ədəd (47.9%), tərəvəz istehsalı 182 min ton (17.4%) 

yun istehsalı isə 2.7 min ton (22.3%) artmışdır. 

Sözsüz ki, aqrar islahatlar koordinal dəyişikliklərə  səbəb oldu. 

Yəni kəndli öz torpağının sahibinə çevrildi və ona təsərrüfat azadlığı 

verildi. Bu dəyişiklik ümumi dəyişikliklər sistemində özünə layiq yeri 

tutaraq islahatların gedişinə təkan verdi. Bununla da sanki, iqtisadiy-

yat canlanmağa başladı. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

98



Onu da qeyd edək ki, Azərbaycanda iqtisadi islahatlar aqrar isla-

hatlarla başladı. Bu isə özü-özlüyündə  təqdirəlayiq haldır. Bundan 

başqa, bu həmçinin kənddə sosial vəziyyəti yaxşılaşdırmağa yönəlmiş 

bir tədbir idi. 

Maliyyə-kredit sahəsindəki islahatlar digər sahələrdəki islahatlar 

kimi geniş aparılmış islahatlardandır. Bu islahatların aparılması ilə 

ölkə iqtisadiyyatına yeni qüvvə verilmişdir. 

Azərbaycan inzibati idarəetmə sistemindən ayrıldıqdan sonra 

özünə maliyyə sistemi formalaşdırıb, yeni valyuta (milli valyuta) döv-

riyyəyə buraxır, özəl banklar açılır, xarici banklar, maliyyə təşkilatları, 

kredit verən ölkələr maliyyə sistemində öz yerlərini tuturlar, həmçinin 

ölkə beynəlxalq maliyyə sisteminə inteqrasiya edir. Bu tip islahatların 

məqsədi ölkə iqtisadiyyatına daha çox maliyyə resurslarının axınını 

təmin etmək və ölkənin maliyyə ehtiyatlarını artırmaqdır. Bununla ya-

naşı, sağlam milli iqtisadiyyat formalaşdırmaq məqsədi güdülür. 

Struktur islahatları artıq keçirilməsi zəruri olan islahatlardan idi. 

Çünki Sovet İttifaqına aid olduğumuz dövrdə iqtisadiyyatımız birtə-

rəfli xammalyönümlü inkişaf etmişdir. Buna görə də mülkiyyət forma-

larının dəyişilməsi zamanı, həm də iqtisadiyyatın qeyri-xammal sekto-

runun inkişafına  şərait yaradılmalı idi.Yəni, islahatlar elə aparılmalı 

idi ki, həm də real sektor inkişaf etsin.İqtisadiyyatın strukturunun də-

yişdirilməsi olduqca ciddi məsələdir və bu zaman bütün növ resurslar 

düzgün qiymətləndirilməlidir və ölkə iqtisadiyyatı qabaqcadan müəy-

yənləşdirilmiş prioritetlərə yön almalıdır. Burada prioritetlər dedikdə, 

ali iqtisadi məqsədlər nəzərdə tutulur. 

Struktur islahatları həyata keçirilərkən hökmən ölkə potensialı ilə 

yanaşı, beynəlxalq iqtisadi durum da nəzərə alınmalıdır. 

İqtisadi idarəetmədəki islahatlar iqtisadi və siyasi islahatların bir-

likdə aparılması  zərurətindən meydana çıxır. Yəni həm iqtisadi, həm 

də siyasi sistem dəyişirsə, onda təsir mexanizmləri də dəyişilməlidir. 

Bununla da direktiv idarəetmə dövlət tənzimləməsi ilə  əvəz olundu. 

Əvvələr  əgər direktiv planlaşdırma hökm sürürdüsə, indi tövsiyə xa-

rakterli indiqativ planlaşdırma mövcuddur. Əgər  əvvəllər dövlət iqti-

sadiyyatı istədiyi kimi birbaşa idarə edirdisə, indi bazar iqtisadiyyatı-

nın çatışmazlıqlarına qarşı tədbirlər görməklə kifayətlənir. 

Proqnozlar əvvəlki qaydada tutulsalar da, indi bazar iqtisadiyyatı-

nın qanunauyğunluqlarına söykənirlər. 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə