Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə37/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   33   34   35   36   37   38   39   40   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

102



Torpaqdan, sudan və s. təbii ehtiyatlardan istifadə şərtlərinin mü-

əyyənləşdirilməsi; 

Qiymətlərin müəyyənləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi; 

İnvestisiya layihələrinin ekspertizası və s. tədbirlər nəzərdə tutulur. 

Ölkə iqtisadiyyatının inkişafı  məqsədilə dövlət tərəfindən geniş 

iqtisadi islahatların həyata keçirilməsi və hökumətin bu istiqamətdə 

yürütdüyü siyasətin başlıca məqamlarından biri də iqtisadi inkişafın 

əsas təkanverici qüvvəsi hesab olunan investisiya siyasəti nəticəsində 

ötən illər ərzində həqiqətən də ölkə iqtisadiyyatına xeyli həcmdə kapi-

tal axını olmuşdur. Xarici investisiyaların cəlb edilməsinin mühüm 

formalarından biri kimi müasir dövrdə azad iqtisadi zonaların forma-

laşdırılması hesab edilir. Azad iqtisadi zonaların yaradılması məqsəd-

ləri bu və ya digər ölkənin iqtisadi, sosial, hətta siyasi mühitlərindən 

asılı olaraq müxtəlif cür olur. İnkişaf etmiş kapitalist ölkələrində azad 

iqtisadi zonalar bir qayda olaraq, işsizlikdən əziyyət çəkən və zəif in-

frastruktura malik geridə qalmış regionlarda yaradılır. Bu cür region-

lara zona statusu verən ölkələrin hökumət orqanları bu cür ərazilərə 

xarici investisiyaların cəlb edilməsindən daha çox mövcud istehsalın 

inkişafını daha da stimullaşdırmaq və əlavə iş yerlərinin təmin edilmə-

si kimi məqsədlər güdürlər. Asiyanın Yeni Sənaye ölkələrində zona si-

yasəti sənayenin əsas elementi kimi çıxış edir və iqtisadi artımın sahə-

vi anklavlarının yaradılmasına yönəldilir (əsasən ixrac və elmi-texniki 

zonalar). İnkişaf etməkdə olan ölkələrdə isə  əsas məqsəd kimi xarici 

kapitalın, qabaqcıl texnologiyanın və idarəetmə  təcrübəsinin ölkəyə 

cəlb edilməsi, ixracın stimullaşdırılması, onun strukturunun yaxşılaş-

dırılması, məşğulluğun artırılması  və yüksəkixtisaslı kadrların hazır-

lanması, torpaq sahələrinin və digər obyektlərin icarəyə verilməsi ilə 

əlavə mənfəətin əldə edilməsi, kommersiya və s. xidmətlərin göstəril-

məsi götürülür. 

Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı 

ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsə-

lələrin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəl-

dilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zo-

nalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqram-

larla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə 

əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı  bəyan 

edilən ilkin məqsəd və vəzifələr, demək olar ki, heç vaxt faktiki inki-

şafın nəticələri ilə üst-üstə gəlmir. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



103

Bunları əsas götürərək cəlb edilmiş külli miqdarda xarici investi-

siya hesabına daxili bazarı tənzimləyərkən xarici investisiyaların ölkə 

iqtisadiyyatına göstərə biləcəyi təsirləri nəzərə almaq lazımdır. 

Bunlar isə aşağıdakılardan ibarətdir: 

1. Ölkə iqtisadiyyatına yeni texnika və texnologiyaların cəlb 

edilməsi - Ölkəyə  cəlb edilmiş xarici investisiyaların hansı formada 

olmasından asılı olmayaraq həmin investisiyaları yatıran investorlar 

özləri ilə birlikdə fəaliyyət göstərdikləri sahələrə yeni texnika və tox-

nologiyaları cəlb etməyə məcbur olurlar. Çünki dünya bazarına rəqa-

bətqabiliyyətli məhsulun çıxarılması birbaşa olaraq mənimsənilən tex-

nika və texnologiyalardan birbaşa asılıdır. 

Beynəlxalq elmi-texniki sferada əməkdaşlıq beynəlxalq hüquq 

institutu vasutəsi ilə tənzimlənir. Bu instituta həm beynəlxalq investi-

siya, həm beynəlxalq ticarət, həm də beynəlxalq inzibati hüququn tər-

kib hissələri daxildir. 

Beynəlxalq elmi-texniki bilik və xidmətlər bazarında əməkdaşlı-

ğın aşağıdakı formaları mövcuddur: birgə elmi-tədqiqat işləri; sifarişli 

elmi-tədqiqat işləri; texniki sənədləşmənin mübadiləsi (satılması  və 

ötürülməsi); nümunələrin və materialların mübadiləsi; elmi-texniki 

avadanlıqların icarəsi; lisenziyaların alqı-satqısı; texnoloji proseslərin 

mübadiləsi; yeni texnika və texnologiyanın istehsalı üzrə birgə müəs-

sisələr. Həmçinin beynəlxalq miqyasda sənaye və digər obyektlərin 

layihələşdirilməsi və tikilməsi prosesində beynəlxalq injinirinqdən 

istifadə edirlər.  İnjinirinq bir dövlətin digərinə mühəndis hesablama, 

məsləhət və mühəndis inşaat xidmətlərinin verilməsidir. 



2. Ölkədə mövcud, lakin, üzə  çıxarılmamış  və ya az istifadə 

olunan potensialın mənimsənilməsi - Xarici investisiyaların cəlb 

olunması ilə ölkə iqtisadiyyatında başlanan canlanma bir qayda olaraq 

iqtisadiyyatın digər sahələrinə təzahür etməyə başlayır. Əvvəllər nəzər 

və diqqətdən bu və ya digər səbəbdən kənar qalan sahələr artıq indi la-

zımlı  və  əvəzedilməz olurlar. Bununla da tarixən potensial halında 

olan iqtisadiyyat sektorları artıq real sektorlara çevrilirlər. 



3. İxracın artması və idxalı əvəz edən sənayenin formalaşması 

 Xarici investisiyaların ölkə iqtisadiyyatına gətirə biləcəyi yeniliklər-

dən biri də idxal yönümlü sahələrin canlandırılmasıdır. Yəni xarici 

investor resipient ölkənin uzun illər boyu idxal etdiyi məhsul və ya 

xidməti həmin ölkənin özündə istehsal etməyə yön alır. Əvvəla, həmin 

məhsul və xidmətlərə daxili bazarda tələbat olur. İkincisi isə resipient 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

104



ölkə xarici investor üçün bu sahədə xeyli güzəştlər edir. Olduqca 

abstrakt olmasın deyə, belə bir misal çəkək. Azərbaycan istifadə etdiyi 

şəkər tozunun bir hissəsini daim idxal edir. Səbəbi Azərbaycanın 

SSRİ-nin tərkibində olduğu zaman bu məhsulun bol olduğu ittifaq öl-

kələrindən idxalı idi ki, o da bu sahənin inkişafını bizim ölkədə bu-

xovlamışdı. Şəkər tozu kimi gündəlik istifadədə əvəzsiz və daim isti-

fadə olunan məhsulun ölkənin daxili potensialı hesabına istehsal edil-

məsi həm dövlətin strateji məqsədlərinə, həm də bu sahəyə investisiya 

yatırmağa çalışan investorun məqsədlərinə uyğun gələr. 

4.Təbii ehtiyyatlarla və əmək resursları ilə zəngin regionların 



mənimsənilməsi - Daxili bazarı tənzimləyərkən dövlət əvvəla özünün 

birbaşa funksiyasını yerinə yetirir. Yəni o, əhalinin müvafiq həyat 

tərzini və həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın bu 

və ya digər sahələrinə, iqtisadi proseslərə müdaxilə edir. Əgər xarici 

investor təbii ehtiyatlarla və  işçi qüvvəsi ilə  zəngin regionlara vəsait 

yatırmaq istəyirsə, onda belə güman etmək olar ki, onun istəyi ilə 

dövlətin məqsədi üst-üstə düşür. Ancaq belə gümanlar adətən düz çıx-

mır, heç də  həmişə dövlət xarici investroların bu istəyini birmənalı 

qarşılamır. Doğrudur heş bir dövlət bu cür fəaliyyətin qarşısını almağa 

çalışmaz və investorlar da asanlıqla öz fikirlərindən dönməzlər. Laki 

potensialı gizli olan regionların potensiallarını tam üzə  çıxarmaq və 

xarici investorları həmin regionlara cəlb etmək dövlətin bu sahədə ən 

ümdə vəzifəsi olmalıdır. 

5. Yeni sahibkarlıq formalarının tətbiqi - Sözsüz ki, Azərbay-

can kimi yeni müstəqillik  əldə etmiş ölkələr üçün sahibkarlıq fəaliy-

yəti sahəsində baş verəcək istənilən dəyişiklik yenilik deməkdir. Bu-

nunla belə xarici investorlar ölkə iqtisadiyyatına yatırdıqları vəsaitlər 

hesabına ölkəyə yeni texnologiyalar, texnikalar, idarəçilik üsul və va-

sitələri gətirməklə yanaşı, onlara müvafiq sahibkarlıq fəaliyyətinin 

yeni formalarını tətbiq etməyə məcbur olurlar. 

6.  İnfrastrukturun inkişaf etdirilməsi - Yüksək keyfiyyətli in-

frastruktur investor və sahibkarların bazara giriş xərclərini azaldır, ix-

racatın inkişafını asanlaşdırır, əmək və torpaq ilə əlaqədar oxşar daxili 

xərcləri təklif edən, lakin az inkişaf etmiş infrastruktura malik digər 

məkanlara nisbətən rəqabətədavamlı üstünlüyünü təmin edir. 

Xarici investor fəaliyyət göstərdiyi sahədə hökmən özünün nor-

mal fəaliyyət göstərməsi üçün müvafiq infrastrukturun mövcudluğuna 

diqqət yetirir. Əgər onun fəaliyyət göstərəcəyi ölkədə lazımi infras-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə