39
etirazların mәcburi şәkildә dağıdılması ilә bağlı mәlumatlar verilmişdir. Hakimiyyәt
strukturlarına Bakı şәhәrinin mәrkәzindә tәhlükәsizlik
tәlәblәrinә uyğun vә hәm
tәşkilatçılar, hәm dә hakimiyyәt strukturları tәrәfindәn qarşılıqlı şәkildә qәbul edilәn
etiraz aksiyalarının güzәştli hәllinin tapılması ilә bağlı tәkliflәr irәli sürülmüşdür.
15
Qanunvericiliyә edilәn sonuncu dәyişikliklәrin konstitusiyanın tәminat verdiyi söz
azadlığını mәhdudlaşdırmaq potensialı vardır. Böhtan vә tәhqir terminlәrinin izahının
genişlәndirilmәsi mәqsәdilә 2013-cü ilin iyun ayında Cinayәt Mәcәllәsinin 147-ci vә
148-ci maddәlәrinә düzәliş edilmişdir. Düzәlişә әsasәn internetdә böhtan xarakterli
fikirlәr irәli sürәn internet fәalçılarının üzәrinә cinayәt öhdәliyi qoymaq mümkün
olmuşdur.
Qanun Azәrbaycanın diffamasiyanın dekriminallaşdırılmasına dair öhdәliklәri vә
tәәhhüdlәrinә zidd çıxır. Azәrbaycanın 2011-ci ildә tәsdiq edilәn insan hüquqları üzrә
Milli Fәaliyyәt Planı böhtanın dekriminallaşdırılmasını nәzәrdә tuturdu vә 2012-ci
ildә hakimiyyәt strukturları diffamasiyaya qarşı müdafiә üzrә yeni qanunun tәrtib
olunmasına dәstәk göstәrilmәsi ilә bağlı Avropa Şurasının Venesiya Komissiyasına
müraciәt etmişdir.
Buna baxmayaraq, tәhqir vә ya böhtan hallarında mülki hüquqi müdafiә vasitәlәrinin
tәtbiqi istiqamәtindә getmәk әvәzinә qanun cinayәt öhdәliyi vә diffamasiyanın әhatә
dairәsini genişlәndirmişdir. Aİ, Avropa Şurası vә ATӘT son dәyişikliklәrlә bağlı
üzüldüyünü vә ciddi narahatlığını ifadә etmişdir.
16
Әvvәllәr әksәr dini qruplar hökumәt müdaxilәsi olmadan ictimai şәkildә dini ibadәtlә
mәşğul ola bilirdilәr. Dini azadlıqla bağlı UDİ-nin tövsiyәlәrini qәbul etmәsinә
baxmayaraq, dini icmaların yenidәn qeydiyyatdan keçmәsini tәlәb etmәklә vә icazәsiz
fәaliyyәtlәr üzrә cәrimәlәrin artırılması ilә dini fәaliyyәtlәrlә bağlı sәrt qaydalar irәli
sürülmüşdür.
17
Azәrbaycanda şәxsi әmlaka hörmәt edilsә dә torpaq
vә ev mәnzil kimi mülklәrin
satışı, qeydiyyatı vә istifadәsindә hәlә dә әngәllәr vardır. Dövlәt rәsmilәri tez-tez
әmlak hüquqlarına dair hüquqi proseslәrә müdaxilә edir. Bakıda müsadirә vә
yenidәnqurma prosedurları zamanı qanunauyğunsuzluqların olması ilә bağlı
mәlumatlar verilmişdir. Hakimiyyәt strukturları müvafiq kompensasiya vermәyә vә
qanunu pozanları mәhkәmәyә vermәyә mәcbur edilmişdir.
18
Qadınlar, etnik vә digәr azlıqlarla bağlı siyasi fәrdilik
Qanun irqi, cinsi, yararsızlıq, dil vә ictimai status әsasında irqçiliyi lәğv edir. Buna
baxmayaraq, qanun sistemli şәkildә tәtbiq edilmәdiyi ehtimalını verәn hesabatlar
vardır.
15
Avropa Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan Tәrәfindәn öhdәliklәrin
vә tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh. 4
16
Avropa Şurasının İnsan Hüquqları üzrә Ali Komissarlığı vә ATӘT-in media azadlığı nümayәndәlәri
Azәrbaycanda söz azadlığının mәhdudlaşdırılmasından narahatdır, Press-Reliz, 6 iyun, 2013
17
Birlәşmiş Millәtlәrin Universal Dövri İcmalı, İcmal Avropa Şurasının İnsan Hüquqları üzrә Ali
Komissarlığı tәrәfindәn hazırlanmışdır, İşçi Qrup UDİ haqqında, 29 yanvar, 2013 sәh.6
18
Avropa Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan tәrәfindәn öhdәliklәrin
vә tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh.2
40
2010-cu il parlament seçkilәrindә qadın namizәdlәrin, elәcә dә seçilәn qadınların sayı
әvvәlki illә müqayisәdә artmışdır (14-dәn 20-yә). Buna baxmayaraq, hüquq-mühafizә,
o cümlәdәn polis orqanlarında qadınların sayı çox aşağıdır.
Milli azlıqlarla bağlı mәsәlәlәr seçkilәrdә әhәmiyyәtli amil kimi nәzәrә alınmamışdır.
Milli azlıqların nümayәndәlәri bütün әsas siyasi partiyaların namizәdlәri arasında
tәmsil olunur. Hakimiyyәt strukturlarına xüsusi ehtiyaclarının daha çox nәzәrә
alınması üçün azlıqların nümayәndәlәrindәn ibarәt olan milli mәslәhәtverici qurum
yaratmaqla bağlı tәklif irәli sürülmüşdür.
Tәqib, tәhdid vә işgәncәdәn azad olma
Azәrbaycan işgәncә vә digәr qәddar, qeyri-insani vә ya lәyaqәti alçaldan rәftar vә ya
cәzaya qarşı BMT Konvensiyasının imzalayan tәrәfidir. Konstitusiya vә Cinayәt
Mәcәllәsi bu tәcrübәlәri qadağan edir vә buna görә on ilә qәdәr azadlıqdan
mәhrumetmә cәzası tәtbiq edir. 2012-ci ilin may ayında parlament konstitusiya
müddәalarının icrası vә mәhbusların etik davranışının tәmin olunması üzrә qanun
qәbul etdi. Buna baxmayaraq, insan hüquqları üzrә aparılan yoxlamalarda
mәhbusların işgәncә vә tәhqirlәrә mәruz qalması nümunәlәrinә dair hesabatlar yer
tapmaqda davam edir..
19
19
Avropa Şurasının Parlament Assambleyası, Qәrar 1917 (2013), Azәrbaycan tәrәfindәn öhdәliklәrin
vә tәәhhüdlәrin yerinә yetirilmәsi, sәh.4. İnsan hüquqları üzrә Ali Komissiya Ofisi, Hesabat İnsan
hüquqları üzrә Şuranın 16/21 Qәrarına Әlavәnin 5-ci paraqrafına uyğun hazırlanmışdır, Universal
Müntәzәm Nәzәrdәn keçirmә üzrә BMT İş Qrupu, 11 fevral 2013, sәh. 6
41
ӘLAVӘ 2 – KEÇİD PROBLEMLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ
Aqrobiznes
Bazar strukturu: Orta
Bazar tәşkilatları: Orta
Әsas problemlәr: (i) fermaçılıq vә emalda mәhsuldarlığın artırılması üçün dәyәr
zәnciri ilә birgә daşınma vә istehsal infrastrukturunun yaxşılaşdırılması; (ii) sektorun
rәqabәtliliyinin artırılması üçün beynәlxalq ticarәt üzәrindә bürokratik yükün
azaldılması
ÜTT-ә qoşulmaq üçün artırılan sәylәrlә hökumәt qiymәtin liberallaşdırılması, ticarәtә
nәzarәt vә fermerlәrә vә kәnd tәsәrrüfatına ayrılan subsidiyaların azaldılması üzrә
irәlilәyişlәr etmişdir. Buna baxmayaraq, ölkәdә ixrac vә idxal regionun digәr ölkәlәri
ilә müqayisәdә bürokratik şәkildә çәtin vә bahadır vә müәyyәn malların idxalı üzrә
inhisarçı davranış davam etmәkdәdir. Özәllәşdirmә faktiki olaraq kiçik әmәliyyatçılar
üçün başa çatdırılsa da bir neçә böyük müәssisә dövlәtin nәzarәtindә vә ya
islahedilmәz olmaqla ümumi biznes mühiti problemli olaraq qalır. Әksәr kәnd
tәsәrrüfatı mallarının mәhsuldarlığı nisbәtәn aşağıdır vә fermaçılıq texnikalarının
inkişafı üçün bacarıqların daha çox köçürülmәsinә ehtiyac duyulur. Yalnız kiçik sayda
müәssisәlәr beynәlxalq keyfiyyәt vә gigiyena standartlarını hәyata keçirmişdir.
Südçülük vә әtçilik sektorunda kiçik miqyaslı (yaşayış üçün zәruri olan) istehsal baş
rol oynayır vә mәhsuldarlıq potensialdan aşağı sәviyyәdә durur. İstehsal aktivlәri üzrә
infrastruktur (avadanlıq vә suvarma), daşınma vә emal proseslәri zәif inkişaf etmişdir.
Kәnd tәsәrrüfatı sektoruna kredit ayırmaları son illәrdә inkişaf etsә dә maliyyә
mәhsullarının vә dövriyyә kapitalının maliyyәlәşdirilmәsinin mәhdud olması
sәbәbindәn aşağı sәviyyәdәdir.
Azәrbaycan:Sektorlar üzrә keçid göstәricilәri
Mәnbә:Keçid Hesabatı2012
Bazar strukturu
Korporativ sektorlar
Daşınmaz әmlak
Tәbii sәrvәtlәr
Davamlı enerji
Elektrik enerjisi
Su vә tullantı suyu
Şәhәr nәqliyyatı
Maliyyә sektoru
Sığorta vә maliyyә xidmәtlәri
MKOM maliyyәlәşdirilmәsi
Özәl kapital
Kapital bazarları
Geniş
Geniş