Microsoft Word Azerbaijan Country Strategy Final for Web Posting Aze (3)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix07.12.2017
ölçüsü0,6 Mb.
#14251
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

37 

 

Azәrbaycanda 50-dәn çox qeydiyyatdan keçmiş partiya vardır vә hakim Yeni 



Azәrbaycan Partiyası (YAP) bütün siyasi sistemdә  vә qanunvericilikdә hakimlik 

etmәyә davam edir.  

 

2012-ci ilin aprel ayında Milli Mәclis Siyasi Partiyalar haqqında Qanuna dәyişikliklәr 



edilmәsi barәdә  qәrar qәbul etdi, qәrarla siyasi partiyaların maliyyәlәşdirilmәsi 

qaydaları aydınlaşdırıldı  vә özәl yardımların açıqlanması üzrә yeni qaydalar 

hazırlandı. Yeni qanun Avropa Şurasının Venesiya Komissiyası tәrәfindәn bütövlükdә 

bәyәnildi.  

 

Siyasi müxalifәt mövcuddur vә  tәşkilatlanmışdır, lakin prezidentә güclü problem 



yaratmaq gücündә deyil. Bu 2013-cü ilin oktyabr ayında keçirilәn son prezident 

seçkilәrindә aydın şәkildә görüldü. . 

 

Qanunun aliliyi vә әdalәtin әldә olunması mümkünlüyü 

 

Qanunun Aliliyi 

 

Konstitusiya ölkәnin ali qanunudur vә bütün siyasi güclәr tәrәfindәn qәbul 



olunmuşdur. Qanunvericilikdә  әdalәtli mәhkәmә hüququnun öz әksini tapmasına 

baxmayaraq, ittihamçının böyük sәlahiyyәtlәrinin olması vә mәhkәmә hakimiyyәtinin 

çatışmazlığı bu hüququn hәyata keçirilmәsinә tәsir göstәrir.  

 

Mәhkәmә hakimiyyәtinin müstәqilliyi 

 

Demokratik institutların Avropa standartlarına uyğun  şәkildә  fәaliyyәt göstәrmәsi 



nöqteyi-nәzәrindәn  әhәmiyyәtli olan bir sıra sahәlәrdә qanunverici çәrçivәnin 

yaradılmasında bir çox inkişafa nail olunmuşdur. Xüsusilә, Mәhkәmә Hüquq 

Şurasının yaradılması ölkәnin mәhkәmә sistemindәki islahatlarında mühüm addım 

kimi qәbul edildi. Yenicә qәbul edilmiş hüquqi aktlarda hakimlәrin işә qәbul edilmәsi 

ilә bağlı yenilәnmiş prosedurlar vә korrupsiyaya qarşı mübarizә haqqında qanuna 

dәyişikliklәr öz әksini tapmış, elәcә  dә korrupsiyanın kriminallaşdırılması nöqteyi-

nәzәrindәn Cinayәt Mәcәllәsinә dәyişikliklәr edilmәsi nәzәrdә tutulmuşdur.  

 

Bu nailiyyәtlәrә baxmayaraq, mәhkәmә hakimiyyәtinin müstәqilliyinin çatışmazlığı 



әdalәtli mәhkәmәni çәtinlәşdirәrәk ciddi problem kimi geniş  şәkildә müzakirә 

edilmişdir. Hakimiyyәtin icraedici qanadı  mәhkәmә hakimiyyәtinә  tәsir göstәrmәyә 

çalışır.  

 

Hökumәt vә vәtәndaşlar qanun qarşısında bәrabәrdir. 

 

Konstitusiya bütün vәtәndaşların qanun qarşısında bәrabәrliyini tәmin edir. 



Hakimiyyәt orqanlarının insan hüquqlarından sui-istifadә etmәsi ehtimal edilәn 

mәmurları  mәhkәmәyә  cәlb etmәmәsi sәbәbindәn cәzasızlıq problem olaraq 

qalmaqda davam edir.  

 

Korrupsiyanın qarşısının alınması üçün sәmәrәli siyasәtlәr vә institutlar 

 

Hakimiyyәt strukturları  tәrәfindәn dә  qәbul olunduğu kimi, korrupsiya ilә mübarizә 



әsas çәtinlik olaraq qalır. O bütün cәmiyyәtә  tәsir göstәrir vә ölkәdә sahibkarlığın 


38 

 

inkişafı  vә iqtisadiyyatın  şaxәlәndirilmәsinә  mәnfi tәsir göstәrir. “Transparency 



İnternational” tәşkilatının 2013-cü il üzrә sonuncu Korrupsiyanın Qavranması 

İndeksinә әsasәn, Azәrbaycan 177 ölkә arasında 127-ci yerdә qәrarlaşıb.  

 

Hakimiyyәt orqanları 2012-2015-ci illәr üçün anti-korrupsiya üzrә  Fәaliyyәt Planını 



qәbul edilmişdir. Korrupsiyanın cilovlanması üçün hökumәt tәrәfindәn işlәnib 

hazırlanmış bu plan, digәr tәşәbbüslәr vә alәtlәrin nәticәlәrini hәlә gözlәmәk lazımdır. 

Azәrbaycan kimi resurslarla zәngin olan ölkәdә  gәlirlәr barәdә hesabat verilmәsi 

korrupsiyaya qarşı mübarizә aparmaq baxımından hәyati  әhәmiyyәt kәsb edir. Bu 

baxımdan ölkәnin göstәricilәri yaxşıdır. Azәrbaycan 5 illik müddәt üçün yenidәn 

qiymәtlәndirilmәklә 2009-cu ildә Mәdәn Sәnayesindә Şәffaflıq Tәşәbbüsünә (MSŞT) 

uyğun ölkә kimi tәqdim olunmuşdur.  

 

Bu tәdbirlәrә baxmayaraq, korrupsiya ciddi çәtinlik olaraq qalır vә praktikada anti-



korrupsiya qanunvericiliyinin işlәmә prosedurlarını  tәmin etmәk istiqamәtindә  işlәri 

artırmaq mühüm әhәmiyyәt kәsb edir. Korrupsiya Әleyhinә Dövlәtlәr Qrupu (KӘDQ) 

tәrәfindәn 2013-cü ilin yanvar ayında nәşr edilmiş Üçüncü Dövr Qiymәtlәndirmә 

Hesabatında bildirilmişdir ki, Azәrbaycan ona verilmiş tövsiyәlәrdәn 17-sini hәyata 

keçirmiş, qrup tәrәfindәn verilmiş tövsiyәlәrin hәyata keçirilmәsinin 

tәkmillәşdirilmәsi üçün zәruri şәraitdәn imtina etmişdir. 

13

 

 



Vәtәndaş hüquqları vә siyasi hüquqlar 

 

Söz, informasiya, din, vicdan, hәrәkәt, assosiasiya, yığıncaq vә özәl mülkiyyәt azadlığı  

 

BMT-nin, Avropa Şurasının vә ATӘT-in üzvü olan Azәrbaycan vәtәndaş hüquqları 



vә siyasi hüquqların qorunması sahәsindә mühüm beynәlxalq müqavilәlәri vә 

Beynәlxalq  Әmәk Tәşkilatının (BӘT) fundamental konvensiyalarını ratifikasiya 

etmәklә bu hüquqların qorunması üçün güclü hüquqi baza formalaşdırmışdır. Lakin 

ixtisaslaşmış yerli vә beynәlxalq müşahidәçilәrә  әsasәn, bu öhdәliklәrin hәyata 

keçirilmәsi sәviyyәsi aşağıdır.  

 

İnsan hüquqları sahәsindә Azәrbaycanın hesabatının son qiymәtlәndirilmәsi 2013-cü 



ilin aprel ayında Birlәşmiş Millәtlәr Tәşkilatının Universal Dövri İcmalı çәrçivәsindә 

aparılmışdır.  İcmalın nәticәlәri üzrә son hesabat 2013-cü ilin iyul ayında qәbul 

edilmişdir. Universal Dövri İcmalın (UDİ) rәsmi statistikasına әsasәn, Azәrbaycanın 

2009-cu il üzrә Universal Dövri İcmalı üçün üç әsas tövsiyә müәyyәnlәşdirilmişdir. 

Bunlar uşaq hüquqları, mәtbuat azadlığı  vә qadınların hüquqlarıdır. Sonuncu icmal 

üçün statistika hәlә hazır deyil, lakin әsas tövsiyәlәr aşağıdakılara aiddir: Uşaq 

hüququ vә qadınların hüquqları; vәtәndaş cәmiyyәt tәşkilatlarının tәkmillәşdirilmәsi; 

hüquqi islahatların hәyata keçirilmәsi vә söz azadlığının tәmin olunması. 

14

 

 



Söz azadlığı  vә toplaşmaq azadlığı xüsusi diqqәt tәlәb edәn sahәlәr kimi tanınır. 

Keçәn il hökumәtin bir necә dinc nümayiş keçirilmәsinә icazә vermәsinә baxmayaraq, 

icazә verilmiş nümayişlәrin Bakının mәrkәzindәn uzaqda keçirilmәsi tәmin 

olunmuşdur. Siyasi etirazlarla bağlı müraciәtlәrә yol verilmәmәsi vә icazәsiz 

                                                 

13

Azәrbaycan üzrә Uyğunluq Hesabatı, Üçüncü Qiymәtlәndirmә  Mәrhәlәsi, Korrupsiyaya qarşı 



Dövlәtlәr Qrupu, 8 yanvar, 2013-cü il sәh.17

 

14



Birlәşmiş Millәtlәrin Universal Dövri İcmalı (UDİ), İşçi Qrupun Universal Dövri İcmal (Azәrbaycan) 

üzrә Hesabat Layihәsi, 5 iyul, 2013-cü il

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə