54
Konsessiyalar/İÖӘ
Azәrbaycanın İÖӘ vә ya konsessiyalardan bәhs edәn xüsusi bir qanunu mövcud deyil.
Mülki Mәcәllә vә Xarici İnvestisiyaların Qorunması haqqında Qanun imtiyazları
tanısa da onlardan heç biri İÖӘ/İmtiyaz anlayışını şamil etmir. Xarici İnvestisiyaların
Qorunması haqqında Qanunda imtiyazlarla bağlı yalnız bir maddә öz әksini tapır.
Buna baxmayaraq, bu qanun tәbii sәrvәtlәr sektoru üzrә konsessiyalara qәdәr vә xarici
investorlara tәtbiq olunmasında mәhdudlaşdırılır. Bundan başqa, konsessiyalar
icazәlәr kimi başa düşülür, әsasәn mәdәnçilik sahәsindә inzibati prosedurlara aid
olunur vә ictimai işlәr vә ya xidmәtlәr üzrә müasir imtiyazlar anlayışını özündә әks
etdirmir. Özәllәşdirmәni әhatә edәn sektor qanunları vә digәr aktlar dә konsessiyaları
tәnzimlәmir. Dövlәt Satınalmaları üzrә 2001-ci il Qanunu ictimai satınalma, ictimai
satınalma prosedurlarının tәşkili vә qaydaları, elәcә dә podratçının seçilmәsi vә
şikayәt prosedurları üzrә әsas yaradır. Bu qanun hәlә dә İÖӘ üzrә sakitdir.
Dövlәt müәssisәlәrinin (obyektlәrin) müqavilә әsasında idarәetmәyә ötürülmәsindәn
bәhs edәn 1996-cı il әsasnamәlәri gәlәcәk özәllәşdirmәnin hazırlanması kimi
idarәetmә müqavilәlәri әsasında müәyyәn dövlәt müәssisәlәrindәn (infrastruktur)
istifadә hüququnun ötürülmәsini tәnzimlәyir. Bu müqavilәlәr rәqabәt әsasında
bağlanır.
Ölkәnin hazırkı qanunları xarici sәrmayә formasında istehsal bölgüsü razılaşmalarına
yönәlir, yerli investorlara qarşı ayrı-seçkilik edir, әslindә köhnәlmiş hesab olunur vә
Respublikanın dinamik inkişaf edәn iqtisadiyyatına xidmәt etmir.
Yekun olaraq, Azәrbaycan AYİB regionunda hәlә dә İÖӘ üzrә hüquqi çәrçivәsi vә ya
müasir növ imtiyazları olmayan әn az ölkәlәrdәndir.
55
ӘLAVӘ 4 – KİÇİK BİZNESӘ DӘSTӘK
Bank dayanıqlı mikro, kiçik vә orta müәssisәlәrdә (MKOM) dәyişikliyin әldә
olunması vә yerli biznes mәslәhәt xidmәtlәrinin davamlı infrastrukturunun inkişaf
etdirilmәsinә töhfә verilmәsinә yönәldilәn Kiçik Biznesә Dәstәk әmәliyyatları ilә
iqtisadi keçidә dәstәk göstәrir. KBX әmәliyyatları iki tamamlayıcı proqramdan –
әvvәllәr Müәssisәlәrin Yaxşılaşdırılması Proqramı kimi tanınan Müәssisәlәrin İnkişafı
Proqramı (MİP) vә Biznes Mәslәhәt Xidmәtlәrindәn ibarәtdir.
Azәrbaycanda әvvәlki KBX tәcrübәsi
1998-ci ildә başlanmasından bәri Azәrbaycanda MİP-nin icrası üzrә donorlar
tәrәfindәn 2,68 milyon Avro maliyyәlәşdirmә hәyata keçirilmişdir. Bu vәsaitin 39
min avro mәblәği müәssisәlәrin xәrc bölgüsü üzrә reallaşmışdır MİP әmәliyyatlarının
әn böyük donorları AYİB Sәhmdarlarının Xüsusi Fondu vә Aİ olmuşdur. MİP 42
layihә yerinә yetirmişdir ki, onlardan da 12-si hәlә dә icradadır, 8-i isә lәğv
olunmuşdur. Satış vә marketinq sistemlәrinin, elәcә dә tәşkilat vә idarәetmәnin
yaxşılaşdırılmasına yönәldilәn layihәlәr hәyata keçirilәn layihәlәr arasında әn geniş
yayılanı olmuşdur. Bu layihәlәr müxtәlif sәnaye sektorları üzrә hәyata keçirilmiş,
onlardan әn çox yayılanı aqrobiznes, RİT vә inşaat sektorları olmuşdur. Bugünә qәdәr
hәyata keçirilәn layihәlәrdәn 26-sı dәyәrlәndirilmiş, onların 50%-i “çox uğurlu”,
yerdә qalanı isә “uğurlu” layihә kimi qiymәtlәndirilmişdir. Yardım göstәrilәn
müәssisәlәrdәn 59%-i dövriyyәdә, 82%-i vergidәn әvvәlki mәnfәәtdә, 58%-i isә
mәşğulluqda artım olduğunu bildirmişdir. Bu müәssisәlәrin 59%-i MİP-dәn sonra
mәhsuldarlığın artımı, 78%-i isә gәlir marjasında artım olduğu ilә bağlı mәlumat
vermişdir. MİP orta hesabla 375 işçini özündә birlәşdirәn orta ölçülü müәssisәlәrә
yardım edir.
Başlandıqdan bu yana BMX Azәrbaycan donor maliyyәlәşdirilmәsindәn ümumilikdә
5 milyon Avro vәsait әldә etmişdir. Bunun 2,7 milyon Avro mәblәği korporativ
müştәrilәr tәrәfindәn hәyata keçirilmişdir. 2013-cü ilin may ayının sonuna BMX 116
mәslәhәtçi ilә MKOM-lәrlә birlikdә ümumilikdә 712 layihә öhdәliyә götürmüşdür
BMX kiçik müәssisәlәrә dәstәk göstәrir vә layihәlәrin 84%-i 50-dәn az işçisi olan
müәssisәlәrdә hәyata keçirilir. Bazar göstәricilәrinin yaxşılaşdırılması, idarәetmәnin
effektivliyi vә keyfiyyәtli idarәetmәyә yönәlәn layihәlәr Azәrbaycanda hәyata
keçirilәn layihәlәr arasında әn çox yayılan layihәlәr olmuşdur. Müәssisәlәrin sәnaye
üzrә yayılması geniş olmuş, aqrobiznes, topdan vә pәrakәndә satış bölgüsü vә inşaat
әn çox yayılmış sektorlar arasında olmuşdur. Azәrbaycanda 619 layihә
dәyәrlәndirilmiş, onların 74%-i uğurlu vә ya çox uğurlu layihә kimi
qiymәtlәndirilmişdir. BMX isә dәstәklәnәn müәssisәlәrin 77 %-i dövriyyәdә, 63 %-i
isә işçi qüvvәlәrindә artımla bağlı mәlumat vermişdir. BMX bununla 2200-dәn artıq
iş yerinin açılmasına şәrait yaratmış oldu. Bundan әlavә, BMX-nin sifarişçi şirkәtlәri
orta hesabla 1 milyon Avro mәblәğindә maliyyәlәşdirmә әldә etmişdir. Layihәlәrdәn
başqa, BMX mәslәhәt xidmәtlәri üzrә tәlәblәrin artırılmasına yönәlәn bazarın inkişafı
üzrә xidmәtlәr (görünüş vә yayılma tәdbirlәri ilә), elәcә dә mәslәhәt xidmәtlәrinin
keyfiyyәtinin artırılması işlәrini görmüşdür (yerli mәslәhәtçilәrin treninq proqramı
ilә) ki, bu da yardım edilәn müәssisәlәrin 68 %-nin öz hesablarına mәslәhәtçilәrdәn
istifadә etmәsi ilә nәticәlәnmişdir.
56
Sektorlararası mәsәlәlәrә gәldikdә BMX әsas diqqәti gender mәsәlәlәri vә kәnd
yerlәrinin inkişafının yaxşılaşdırılmasına yönәltmişdir. Bu layihәlәrin 32%-dәn çoxu
Bakıdan kәnarda yerlәşmişdir. 2011-ci ildә Erkәn Keçid Dövrü Yaşayan Ölkәlәr
(ETC) üzrә potensial AYİB investisiyalarının yatırılması mәqsәdilә müәssisәlәrin
maliyyә idarәçiliyi tәcrübәlәrinin vә standartlarının artırılması üçün BMX son illәrdә
tәqdim olunmuş ETC-dә Mühasibat Uçotunun İnkişafı Proqramını icra etmәyә
başlamış vә indiyә kimi 5 layihә hәyata keçirilmişdir. BMX eyni zamanda KBİA
tәrәfindәn maliyyәlәşdirilәn xüsusi Qadın Biznes Proqramı hәyata keçirmiş vә burada
mәqsәd qadın sahibkarların mәslәhәt xidmәtlәri vә treninqlәr yolu ilә öz bizneslәrini
inkişaf etdirmәlәrinә yardım edilmәsindәn ibarәt olmuşdur.
Azәrbaycanda MKOM vә Konsultasiya sektoru
MKOM sektoru vә biznes mühiti
Son onillikdә Azәrbaycan iqtisadiyyatı sürәtlә inkişaf etmiş, o cümlәdәn, MKOM
sektoru da genişlәnmişdir. İqtisadi inkişafın әksәr hissәsi neft vә qaz sektorunun
hesabına mümkün olmuş vә qeyri-neft sektoru yalnız son zamanlar iqtisadiyyatın әsas
hәrәkәtverici qüvvәsi ola bilmişdir.
MKOM sektoru Azәrbaycanda hәlә dә yaxşı inkişaf etmәmişdir. 2011-ci ildә qeydә
alınmış fәrdi sahibkarların sayı 364581, qeydә alınmış kiçik müәssisәlәrin sayı isә
60223 olmuşdur, lakin fәrdi sahibkarların yalnız 50 %-i, kiçik şirkәtlәrin isә 60 %-dәn
bir qәdәr artıq hissәsi aktiv sahibkarlar kimi qiymәtlәndirilmişdir.
21
MKOM-lәrin sayı
Azәrbaycanda fәaliyyәt göstәrәn hüquqi şәxslәrin ümumi sayının 80%-dәn artıq
olmasına baxmayaraq ümumi dәyәrdә vә mәşğulluqda onların payı hәlә dә çox
kiçikdir. Rәsmi rәqәmlәr göstәrir ki, kiçik müәssisәlәr ÜDM-nin 2 %-dәn az hissәsini
ianә verir vә ölkәnin işçi qüvvәsinin yalnız 6%-i işә götürür ki, bu da digәr keçid
iqtisadiyyatlarından çox aşağıdır.
22
MKOM-lәrin әksәriyyәti aşağı әlavә dәyәrli
fәaliyyәtlәrә, mәs. ticarәt, kәnd tәsәrrüfatı, tikinti vә xidmәtә cәlb olunur vә qeydә
alınmış şirkәtlәrin tәqribәn yarısı Bakıda yerlәşir.
MKOM sektoru üzrә biznes mühiti daha da inkişaf etdirilmәlidir. Sektor satış artımı,
ixrac, istehsalın keyfiyyәti vә biznes tәcrübәsi baxımından problemlәrlә üzlәşir.
Dünya bankının 2013-cü il üzrә biznes hesabatında ölkә 185 ölkә arasında 67-ci yerdә
qәrarlaşır. Azәrbaycan biznesin başlanması vә әmlakın qeydiyyatı üzrә nisbәtәn
yüksәk göstәriciyә malikdir vә vergi ödәnişi vә müflis olma problemlәrinin hәll
olunmasında bir sıra irәlilәyişlәr özünü göstәrir. Buna baxmayaraq, tikintiyә icazә
verilmәsi vә sәrhәd ticarәti özәl sektorun inkişafında әsas problemlәr hesab olunur.
2012-2013-cü illәr üzrә Qlobal Rәqabәtlilik Hesabatında - 4.41 әsasında Azәrbaycan
bazarın effektivlik göstәricisinә görә 144 ölkә arasında 46-cı yer tutur.
Digәr bir mәsәlә maliyyә vasitәlәrinin әldә olunmasının qeyri-qәnaәtbәxş olmasıdır.
MKOM-lәrin әksәriyyәti xüsusәn ilk mәrhәlәlәrdә maliyyә vasitәlәrini әldә edә
bilmir. Azәrbaycanda MKOM sektoruna xidmәt üçün istifadә olunan müxtәlif
maliyyә vasitәlәrinin sayı çox mәhduddur vә kredit bürosunun olmaması bankların
kiçik müәssisәlәri kreditlәşdirmәsinә imkan vermir
21
İӘİT vә s. (2012), “Kiçik Sahibkarlıq Haqqında Qanun üzrә ölkә profili: Azәrbaycan” SME Siyasi
İndeksi Şәrq Tәrәfdaşlığı Ölkәlәri 2012: Avropada Kiçik Sahibkarlıq Haqqında Qanunun Hәyata
Keçirilmәsinin Gedişi, İӘİT-nin Nәşriyyatı.
22
Dövlәt Statistika Komitәsi vә İqtisadi İnkişaf Nazirliyi
Dostları ilə paylaş: |