48
Aktivlәr/ÜDM 2011-ci ildә aşağı düşdükdәn sonra bәrpa oldu, lakin әmanәtlәr aşağı
sәviyyәdә qalmaqdadır vә 10 faiz vә daha yüksәk tariflә bahalı sayılır. Maliyyә
vasitәçiliyi nәticәdә mәhdudlaşmışdır vә qeyri-әmanәt vәsaitlәrindәn asılıdır.
Әmanәtlәrin 45 %-i xarici valyutada denominasiya edilir ki, bu da yerli valyutanı
qiymәti müәyyәn olunmamış riskli hadisәdәn asılı edәn valyuta mәzәnnәsinә yönәlәn
makroiqtisadi siyasәtlәrin bir hissәsi hesab olunur. Yüksәk valyuta mәzәnnәsi
çevikliyi vә faiz dәrәcәsinә әsaslanan pul siyasәti çәrçivәsinә doğru irәlilәyiş
mәhdudlaşmışdır.
Banklara rәhbәrlik son on illik әrzindә yaxşılaşmışdır vә inkişafı davam edir. Banklar
vә Bankçılıq Fәaliyyәti haqqında Qanun vә Azәrbaycanın Mәrkәzi Bankı haqqında
Qanun - hәr ikisi BMK kömәyi ilә hazırlanmışdır - müvafiq olaraq 2004 vә 2005-ci
illәrdә qәbul edilmişdir. Sektor inkişaf etdikcә, mәrkәzi bank özünün prudensial
qaydalarını sәrtlәşdirir. AMB mümkün sistemli tәhlükәlәri müәyyәn etmәk üçün
makro-prudensial şәbәkә tәşkil etmişdir. AMB makroprudensial qaydalar, o cümlәdәn
maliyyә vasitәsi vә xarici valyuta әmanәtlәri üzrә ehtiyat tәlәblәrinin artırılması
qaydalarını tәtbiq etmişdir. 2012-ci il sentyabr ayında minimum kapital tәlәbi 10
milyon AZN-dan 50 milyon AZN-a artırıldı. 2009-cu ildә Azәrbaycanda Mәrkәzi
Bankın dәstәyi ilә Azәrbaycanda Risk Peşәkarları Assosiasiyası yaradılmışdır.
Sığorta vә digәr maliyyә xidmәtlәri
Bazar strukturu: Böyük
Bazar institutları: Orta
Әsas problemlәr: (i) sığorta sektorunda dövlәtin rolunun azaldılması; (ii) sığorta
sәnayesindә mәhsul çeşidi vә bacarıqların artırılması; (iii) lizinq vә ipotekaların
verilmәsinin artırılması
Azәrbaycanın sığorta sektoru kiçik hesab olunur vә 2012-ci ildә sığortaçıların ümumi
sığorta mükafatı ÜDM-nin 0,46 %-i ilә müqayisәdә 0,6% tәşkil etmişdir ki, bu da
sığorta mükafatının 213 milyon AZN-dan 343 milyon AZN-a qәdәr artırmışdır (61
faiz artım). Onların әksәriyyәti (89%) qeyri-hәyat sığortası hesab olunur vә ancaq 3
şirkәt hәyat sığortası tәklif edir. 2012-ci ildә sığortanın sürәtlә artması 2011-ci ildә
qüvvәyә minmiş mәcburi avtomobil sığortası vә daşınmaz әmlakın mәsuliyyәt
sığortası üzrә qanunlarla әlaqәli idi. Belә sürәtli artım 2013-cü ilin birinci yarısına
qәdәr davam edәrәk yarım il әrzindә 17 faiz tәşkil etdi.
Ölkәdә 28 rәqabәt aparan şirkәt olsa da bu şirkәtlәrin әksәriyyәti kiçikdir vә üç әsas
şirkәt bazarın 38 faizini tәmsil edir. Dövlәt şirkәtlәri ancaq bazarın 14 faizini tәşkil
edir; dövlәtlә әlaqәdar şirkәtlәr (dövlәtә, nazirliklәrә vә әlaqәdar tәrәflәrә mәxsus) 77
faiz tәşkil edir. Sektor bir xarici strategiya cәlb etmişdir: 2010-cu ilin payızında AXA
AYİB-dәn (30%) vә әsas sәhmdardan (21%) yerli sığortaçının nәzarәt paketini
almışdır. AXA bazar payı 5 faizdir. 2013-cü ilin әvvәlindә yerli sığortaçıların
birlәşmiş kapitalında xarici sahiblik hәddi 10 faizdәn 30 faizә qaldırıldı ki, bu da
xarici iştirakçılar üçün bazarı aça bilәr.
Sığorta qanunvericiliyi vә tәnzimlәnmәsi tәtbiq olunur vә qüvvәdәdir ki, bu da özünü
tәlәb olunan minimum standartlara cavab vermәyәn şirkәtlәrin lisenziyalarının lәğv
olunması ilә göstәrmişdir. Buna baxmayaraq, onlar qeyri-adekvatdır.
49
Ölkәdә özәl pensiya fondları fәaliyyәt göstәrmir vә lizinq sektoru hәm bazara daxil
olma, hәm dә nizamlayıcı çәrçivә baxımından öz inkişafının lap ilkin
mәrhәlәsindәdir. Lizinq portfeli ÜDM-nin faiz göstәricisi ilә 0,4% tәşkil edir (2011-ci
ilin sonuna olan mәlumat). İpoteka verilmәsi çox aşağı sәviyyәdәdir. ÜDM-in 0.4
faizini tәşkil etmәklә bölgәdә әn aşağı dәrәcә hesab olunur.
Mikro, Kiçik vә Orta müәssisәlәr
Bazar strukturu: Böyük
Bazar institutları: Böyük
Әsas problemlәr: (i) lizinq vә mәhsul inkişafı üzrә hüquqi çәrçivәnin
tәkmillәşdirilmәsi ilә banklar vә digәr maliyyә institutları tәrәfindәn KOM-lәr üzrә
maliyyә alәtlәrinin mümkünlüyünün genişlәndirilmәsi; (ii) sәhm kapitalının
tәkmillәşdirilmәsi üçün korporativ idarәetmәnin inkişaf etdirilmәsi, inzibati
prosedurların vә qaydaların azaldılması; (iii) mәrkәzi girov reyestri vә özәl qurumun
yaradılması vә kreditor hüquqlarının hәyata keçirilmәsi ilә hüquqi vә nizamlayıcı
çәrçivәnin inkişaf etdirilmәsi
2012-ci ilin sonunda özәl sektora ayrılan kreditin ümumi mәblәğinin yalnız ÜDM-nin
21,1 %-dәn ibarәt olması KOM-ların maliyyә vasitәlәrini әldә etmәsini
mәhdudlaşdırır. KOM-a ayrılan kreditlәrin sayı artırılsa da 2012-ci ilin sonuna bu
rәqәmin 30 faiz hüdudlarında olması ehtimal edilirdi. Son illәr әrzindә KOM-un
maliyyә vәsaitlәrindәn istifadә etmә imkanı ilә bağlı regional ayrı-seçkilik azaldılmış,
paytaxtdan kәnar bölgәlәrdә KOM kredit portfeli hәm iri, hәm dә kiçik banklarda
artmışdır (2012-ci ilin sonuna iri bankların portfelinin 20 faizi, kiçik vә orta sәviyyәli
bankların 20-30 faizi). Bununla belә, MKOM sektorunda әsas problemlәr MKOM-un
maliyyәlәşdirilmәsinin cәlbediciliyinin nümayiş etdirilmәsi vә yerli kredit
mütәxәssislәrinin bacarığının artırılmasıdır. Mikromaliyyәlәşdirmәnin inkişafı
Azәrbaycanda MKOM-ların önә çәkilmәsinin әsas komponenti hesab olunur. Qeyri-
neft sektorunda biznes mühiti aşağı sәviyyәdәdir vә xüsusәn dә MKOM-lar
bürokratik әngәllәr vә korrupsiyanın yüksәk hәddindәn әziyyәt çәkir. Sәviyyә aşağı
(16%) olsa belә hüquqi çәrçivә daşınmaz әmlakın kadastrı vә torpağın qeydiyyatı,
elәcә dә dövlәt kreditlәri üzrә informasiya sistemi baxımından inkişaf etmişdir.
Girovun asan izah olunmasının hәyata keçirilmәsi, daşınar әmlak üzrә qeydiyyat
sistemi vә kreditorların hüquqlarının tәmin olunması MKOM-lar üçün maliyyә
vasitәlәrinin әldә olunmasının yaxşılaşmasına töhfә verәcәk.
Özәl kapital
Bazar strukturu: Böyük
Bazar institutları: Böyük
Әsas mәsәlә Regional fondlarla daxili özәl kapital sәrmayәsi üzrә daha cәlbedici
olması üçün biznes mühiti vә korporativ idarәetmәnin tәkmillәşdirilmәsi vә davamlı
yerli özәl kapital fondlarının yaradılması
Kommersiya özәl aktiv sektoru hәlә dә yaradılma mәrhәlәsindәdir vә bu günә qәdәr
ölkәyә mühüm beynәlxalq özәl aktiv fondlarının marağı cәlb olunmamışdır. Yalnız üç
regional fond meneceri Azәrbaycanı siyahıya daxil etmişdir vә onlardan ancaq ikisi
Azәrbaycanı nәzәrdә tutulmuş ölkә kimi deyil, daha geniş bölgә hәcmi kimi tәyin
etmişlәr. Bunlar inkişaf kapitalını vә problemlәri әhatә edir, aralıq maliyyәlәşdirmә,