70
1. Nitqin məzmunu;
2. Nitqin formas
ı;
3. Məzmun ilə forman
ın vəhdəti;
4. Məzmunun ayd
ınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi;
5. Nitqin kompoziyas
ının qurulması;
6. Ədəbi dil, onun normalar
ına əməl edilməsi;
7. Nitqin sadə, y
ığcam olmasının təmin edilməsi;
8. Nitqin ideyas
ının dinləyicilərə çatdırılması;
9.
Üslub.
Natiq dilimizdə işlənən s
öz birləşmələrindən də (həm sabit, həm də sərbəst) düzgün istifadə etməlidir. Bu
qəbildən olan ibarələri, atalar s
özlərini, zərbi-məsələləri, idiomatik ifadələri, hikmətli sözləri yerli-yerində
işlətməyi bacarmal
ıdır. Məsələn, ürəyim ağrıyır əvəzinə, qəlbim ağrıyır, gözüm səndən su içmir əvəzinə, ağlım
səndən bir şey kəsmir, g
özləri kəlləsinə çıxmaq əvəzinə, gözləri hədəqəsindən çıxdı və s. kimi ifadələr düzgün
işlədilməyəndə
öz təsir qüvvəsini itirir.
S
öz birləşmələri dilin frazeologiya şöbəsinin tədqiqat obyektidir. Natiq söz birləşmələrinin
n
övlərini (sabit söz birləşmələrini, sərbəst söz birləşmələrini) dərindən bilməlidir. Natiq bunu dərk etməlidir
ki, sərbəst s
öz birləşmələrinin tərəfləri onun özü tərəfindən qurulur. Bunu dəyişə bilər. Sabit söz birləşmələri
isə uzun bir tarixi yol ke
çib, sabitləşib. Onun tərəfləri arasına söz daxil etmək olmur. Milli ruh, adət-ənənə
belə birləşmələrdə daha qabar
ıq özünü göstərir. Məsələn, gözüm səndən su içmir, nə baxırsan, dəvə nalbəndə
baxan kimi; bel bağlama; s
öz almaq; dərd çəkmək; yersiz gəldi, yerli qaç; igid ölər adı qalar, namərd ölər nəyi
qalar? ke
çmə namərd körpüsündən, qoy aparsın sellər səni; dost başa baxar, düşmən ayağa və s...
Natiq onu da bilməlidir ki, frazeoloji s
öz birləşmələri sərbəst söz birləşmələrindən bəzi xüsusiyyətlərinə
g
örə ciddi şəkildə fərqlənir. Məsələn, sabit söz birləşmələri dildə hazır birləşmə kimi işlədilir, buradakı sözlər
m
üstəqil mənaya malik olmur, hamısı birlikdə bir sual tələb edir. Sabit söz birləşmələri özü də sərbəst söz
birləşmələrindən əmələ gəlir. Sabit s
öz birləşmələri bitkinliyə malik olmur. Sərbəst birləşmələr isə bitkinliyə
malik olur, tərəfləri m
üstəqil olur, ayrılıqda sual tələb edir, müəyyən ehtiyacla əlaqədar işlədilir və s.
71
Dilimizdə işlənən frazeoloji vahidlər həm
çoxmənalı, həm omonim, həm sinonim, həm də antonim ola
bilər. Frazeoloji vahidlər dildəki obrazl
ılığı, effekti, təsir qüvvəsini artırmaq üçün müəyyən üslubi çalarlıqlar,
rənglər yarad
ır. Məsələn,
Mən aş
ıq qız alanda,
Yanağ
ın qızaranda,
Oğlan murada
çatar
Toy tutub q
ız alanda.
və yaxud
Ay doland
ı, il dolandı,
Hicran odu alovland
ı,
Dost-aşna, qohum-qardaş
Zərnigara
çəkərdi baş.
(S.Vurğun)
Sabit birləşmələr həm də bədii təsvir vasitələri ilə işlənə bilir, s
özlərin məna qüvvəsini, təsirini artırır.
Nitq prosesində diskussiya və polemika da m
ühüm rol oynayır. Hər hansı bir problemə, hadisəyə aid
həqiqi fikrin meydana
çıxmasında mübahisədən istifadə edilir. Diskussiya nisbətən geniş şəkildə dinləyicilərlə
apar
ılan fikir mübadiləsidir. Diskussiya müəyyən ədəbi cərəyanın nümayəndələri arasında, kiçik idarə və
m
üəssisələr arasında, müəyyən siyasi partiyalar arasında, müxalifətlə iqtidar arasında aparıla bilər. Hətta
m
üəyyən bir kitabın, elmi məqalənin müzakirəsi də diskussiya xarakteri daşıya bilər.
Polemika isə natiqlik sənətində bar
ışmaz mövqe anlayışını ifadə edir. Yəni burada tərəflər öz fikrini,
konsepsiyas
ını əks tərəfə qəbul etdirməyə çalışır. Bu, əlbəttə, zorla, güclə deyil, müəyyən inandırma yolu ilə,
s
übutla, faktlarla həyata keçirilməlidir. Məsələn, keçmiş Respublika prezidenti H.Əliyev cənablarının xalq
72
yaz
ıçısı Hüseyn Abbaszadə ilə apardığı polemikanın bir hissəsini nəzərdən keçirək. Bu polemika dilimizin
necə adlanmas
ı ilə əlaqədar aparılır.
H.Əliyev: - H
üseyn müəllim, o vaxt sən yazdın ki, türk dili olsun?
H.Abbaszadə: - Yox, Azərbaycan dili.
H.Əliyev: - Bəs niyə yazmad
ın?
H.Abbaszadə: - O vaxt «t
ürk dili» deyənin dilini boğazından çıxarırdılar (gülüş).
H.Əliyev: -
Çıxaraydılar da, nə olar, yazaydın da...
Sonra həmin polemika aşağ
ıdakı şəkildə davam etdi:
H.Əliyev: - Amma bilirsən nə var?.. O vaxtlar biz əməkdaşl
ıq eləyirdik və keçən dəfə də mən dedim,
«Azərbaycan dili» yazmaq
üçün mən nə qədər mübarizə apardım. Amma, mən açıq üzünüzə deyirəm,
ham
ınıza, senə de deyirəm, Bəxtiyar müəllimə də deyirəm, biriniz də o vaxt mənə gəlib demədiniz ki, «türk
dili» yazmaq laz
ımdır?
H.Abbaszadə: - D
üzdür.
H.Əliyev: - He
ç biriniz deməmişdiniz.
H.Abbaszadə: - O vaxt qorxurduq deməyə.
H.Əliyev: - «Azərbaycan dili» demişdilər, onu demişdilər, amma, «t
ürk dili» deməmişdilər»...
“Azərbaycan” qəzeti 10 noyabr, 1995-ci il.
G
öründüyü kimi, polemikada mühüm yeri əsas məntiqi fikirlər, sübutlar, faktlar tutur. Həm də
polemika iki şəxs aras
ında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə
g
örə məhduddur. Polemika məhkəmə natiqliyində müttəhimlə hakim arasında, akademik natiqlikdə
aspirantla opponent aras
ında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər.
Nitqini y
üksək səviyyədə qurmaq üçün natiq öz nitqində dərin mənalı mündəricə və bitkin formaya nail
olmal
ıdır. Həyatda nə varsa, nə inkişaf edirsə bir qanunauyğunluq formasında təzahür edir. Deməli,
m
ündəricə ilə forma obyektiv gerçəklikdir.
Dostları ilə paylaş: |