Microsoft Word Azf-279258. doc


Ananı gözləri yaşlı qoyaraq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

 
144
Ananı gözləri yaşlı qoyaraq 
 
Atanı kimlərə tapşırıb getdin, 
Ananın gözünü yaşlı qoyaraq. 
O, bir cüt balana zülümlər etdin
Ananın gözünü yaşlı qoyaraq. 
 
 
 
 
İlahi bizlərə zülümlər etdi, 
 
 
 
Balam əlimizdən əbədi getdi, 
 
 
 
Cənnət gülü olib cənnətdə bitti, 
 
 
 
Ananın gözünü yaşlı qoyaraq. 
 
Nə murada yetdi, nə kama çatdı, 
Əzrayıl qızıma kəməndin atdı, 
Beş metr ağ ilə məzara yatdı, 
Ananın gözünü yaşlı qoyaraq. 
 
   Firudinəm dərdim heç qurtarmayır, 
 
 
 
Ömür kitabımı varaqlamayır, 
   Nakam 
balam 
bizi 
soraqlamayır, 
 
 
 
Ananın gözləri yaşlı qoyaraq. 
 
 
 
 
 
 
 


 
145
Oy, Oy, Oy 
 
Ömürünün gül-çiçəyin dərməmiş
Qızım məni atdı getdi oy, oy, oy. 
Gəlininə xeyir-dua verməmiş, 
Qızım məni atdı getdi oy, oy, oy. 
Aşıma zəhəri qatdı oy, oy, oy. 
 
 
 
 
Həyat bağçasında gül bitirməmiş, 
   Balasının gərdəyinə sərməmiş, 
 
 
 
Əllərini əlimə yetirməmiş 
 
 
 
Qızım məni atdı getdi oy, oy, oy, 
 
 
 
Aşıma zəhəri qatdı oy, oy, oy. 
 
Firudinin arzuları gülməmiş, 
Qəlbimdədir balam heç vaxt ölməmiş
Atasının dərdlərini bilməmiş. 
Qızım məni atdı getdi oy, oy, oy, 
Aşıma zəhəri qatdı oy, oy, oy. 
 
 
 
 
 
 
 
 
 
 


 
146
Nə olar dur gedək balalarına 
 
Sənə iltimasa gəlmişik qızım, 
Nə olar dur gedək balalarına, 
Əzəlim dünənim, baharım yazım, 
Nə olar dur gedək balalarına. 
 
 
 
Çətin səndən sonra mən xoşbəxt olam, 
 
 
İnanmıram çox yaşayıb, çox qalam, 
 
 
Ömrümü doğrayıb yox olan balam, 
 
 
Nə olar dur gedək balalarına. 
 
Firudinin içi od tutub-yanmış, 
Əfsus həqiqəti sonradan qanmış, 
Əkdiyin fidanlar hələ solmamış, 
Nə olar dur gedək balalarına. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
147
Qara bayramı 
 
İltimasa gəlib toy eliyənlər
Qara günlərimin qara bayramı. 
İzin verirsənsə qoy eyləsinlər, 
Qara günlərimin qara bayramı. 
 
 
 
 
Görüb əhvalımı oy eyləsinlər, 
 
 
 
Dayçanı böyüdüb day eyləsinlər, 
 
 
 
İstəməm evlərdə vay eyləsinlər
   Qara 
günlərimin qara bayramı. 
 
Qoymaram saxlayıb yay eyləsinlər, 
Səni özgələrə tay eyləsinlər, 
Firdunun arzusun zay eyləsinlər, 
Qara günlərimin qara bayramı. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
148
Sənin həsrətinə heç dözəmmirəm 
 
Hurimisən, pərimisən bilmirəm, 
Sənin həsrətinə heç dözəmmirəm. 
Mələklərdən birimisən bilmirəm, 
Sənin həsrətinə heç dözəmmirəm. 
 
 
 
Dağ boyda dərdimi mən bildirmirəm, 
 
 
Ağızımın ləzzətini bilmirəm. 
 
 
Səndən sonra danışmıram-gülmürəm 
 
 
Sənin həsrətinə heç dözəmmirəm. 
 
Öz-özümə hey danışıram səndən, 
Sanki ruhum ayrılıbdı bədəndən, 
Hər gün soruşuram gəlib, gedəndən, 
Sənin həsrətinə heç dözəmmirəm. 
 
Oğulda şirindi, qızda şirindi, 
 
 
Qızın müsibətin daha dərindi, 
 
 
Səcdəndə dayanan mələklərindi, 
Qızım həsrətinə heç dözəmmirəm. 
 
Fələyin yumruğu başıma dəydi, 
Kəmalə yoxluğu qəddimi əydi. 
Kaş qalxıb bircə yol ata deyəydi
Onun həsrətinə heç dözəmmirəm. 
 
Xəyalım dolanır belədən-belə, 
Orxanla, Nəcəfi tuturam dilə.  
 


 
149
Firudinəm neynim mən indən belə, 
Sənin həsrətinə heç dözəmmirəm, 
Sənin həsrətinə heç dözəmmirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
150
Əli  xınaya  çatdımı? 
 
Ruhunu alıb ələ məzarını dolandırıb, 
Şeytanlar küfr eləyib bizi haqdan usandırıb, 
Sel tək axan göz yaşlarım yanaqlarımı yandırıb, 
Çəkdiyim ah-nalələr ərşi-əlaya çatdımı? 
 
 
Fələklər yığışıb kainatda neylədilər? 
Gecə gündüz qızımın ömrünü çeynədilər
Kəmaləmi görəsən cənnətməkan eylədilər 
Balama qəsd eləyən görən bəlaya çatdımı? 
 
Mələklər deyirəm: 
sizdə yaxşı qulaq asın, 
Firduna qismət elədi İlahi Kəmalənin yasın, 
Görmədim əllərində balasının toy xınasın?! 
Heç olmasa qəbirdə əli xınaya çatdımı?  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə