~ 90 ~
dövrünün tanınmış, istedadlı ədəbi tənqidçisi kimi məsələni daha
kəskin şəkildə qoyur və həlli yollarını göstərirdi.
O dövrün görkəmli tədqiqatçısı Fərhad Ağazadə onu “dəyərli
bir qələm sahibi” adlandıraraq “...Firidun bəyin qələminə yalnız
türklərin deyil, rusların, gürcülərin də böyük hörmətlə” yanaşdığını
fəxrlə qeyd edirdi.
Müəllif ən məşhur “Taybuynuz öküz”, “Həyata dəvət” və
“Əcəlsiz ölənlərimiz” adlı publisistik məqalələrində xalqı tərəqqiyə
çağıraraq ətalətə, avamlığa qarşı çıxırdı. Məqalələrində fikirlərini
simvolik şəkildə ifadə edən Firidun bəy sadə, zəhmətkeş, bir parça
çörəyini min bir əzabla qazanan insanların halına ürəkdən acıyaraq
onları bu əzab-əziyyətdən qurtarmaq üçün elmə, maarifə dəvət edirdi.
Bunun üçün isə qələm əhlini milli mətbuatı daha geniş inkişaf
etdirməyə çağırırdı. Mətbuatın da bu yolda mühüm rol oynadığını
hələ bir neçə il əvvəl “Şərqi-Rus”da “Hörmətli “Şərqi-Rus” ruzna-
məsinə167 bir neçə sözlər” adlı məqaləsində belə bəyan edirdi:
“...ərbabi-qələm” 168 gərək qəzetənin “mündəricatını xeyli və zə-
manənin təqazasına169 müvafiq məlumat ilə doldursun, ta ki qəze-
təni oxuyanlar ondan istifadə edib arzu və təmənnaları puç və ümid-
lər zay olmasın, gərək qəzetə milləti ayılda və onun ruhani və cis-
mani qüvvələrini hərəkətə gətirsin”.
Dövrünün bir çox ziyalıları kimi anadilli mətbuatın inkişafı
üçün var qüvvəsi ilə çalışan Firidun bəy yalnız qəzet və jurnallarda
məqalələr yazmaqla kifayətlənmirdi. O həm də Azərbaycan mətbua-
tını diqqətlə izləyir, tədqiq edirdi. Uzun illər müxtəlif mətbu orqan-
larda anadilli mətbuatımız haqqında ədəbi-tənqidi, biblioqrafik mə-
qalələr, icmallar yazan müəllif “Azərbaycan dilində çıxan dövri
mətbuata dair qısa icmal” adlı məşhur məqaləsində “Əkinçi”dən tut-
muş 1920-ci ilə qədər olan Azərbaycan dövri mətbuatı haqqında bir
tənqidçi kimi öz fikirlərini də bildirib.
Anadilli mətbuatımızın bünövrəsini qoyan Həsən bəyin tarixi
xidmətlərini, xalqı üçün etdiyi fədakarlığı yüksək qiymətləndirən mət-
buatşünas alim “birinci müsəlman qəzetəsi” adlandırdığı “Əkinçi”nin
bütün saylarının toplanıb yenidən çap olunması təklifini irəli sürürdü.
~ 91 ~
Müəllif məqaləsində “Ziyayi-Qafqaziyyə” və “Kəşkül”ü, “səli-
qəsiz və müəyyən istiqaməti olmayan nəşr” adlandırsa da, onların da
Azərbaycan mətbuatının inkişafında mühüm rol oynadıqlarını söyləyir.
1903-cü ildə fəaliyyətə başlayan “Şərqi-Rus” qəzeti haqqında
isə müəllif fərəhlə yazırdı: “Bu qəzetənin meydana gəlməsi nəinki
yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəl-
manlarını sevindirirdi”.
Muxtar bəy Muradоv
Muxtar bəy Kərbəlayı Şirin bəy оğlu 1863-cü ildə Şuşa şəhərin-
də dоğulmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra şəhər
real məktəbini bitirmişdi. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariya-
sında tərbiyəçi kimi işə başlamışdı. Sоnra seminariyanın müəllimi оl-
muşdu. Azərbaycan ziyalılarının yetişməsində önəmli rоlu vardı.
Qatı mütləqiyyət tərəfdarı olan, erməni Miropyev azərbaycan-
lı seminaristlərə qarşı amansızlığını davam etdirir, seminaristlər ara-
sında milli qırğınlara zəmin yaradırdı. Nəticədə bir neçə azərbay-
canlı tələbə haqsız olaraq seminariyadan qovulur. Muxtar bəy Miro-
puyevi döymüş, onu yaramaz işlərdən çəkindirmişdi.
Oxumaq üçün seminariyaya gəlmiş azərbaycanlı müsəlman
gənclər ilk pedaqoji təhsillərini seminariyada aldıqdan sonra peda-
qoji fəaliyyətlərini Azərbaycanın müxtəlif kəndlərində ibtidai mək-
təblərin yaradılması işinə həsr etmiş, həmçinin mövcud olan ibtidai
kənd məktəblərində müəllimlik edərək xalq kütlələri arasında elm
və maarifin yayılması və savadsızlığın, geriliyin aradan qaldırılma-
sında yaxından iştirak etmişlər. İrəvan və Yelizavetpol quberniyala-
rının Xalq məktəbləri direktoru B.İ.Boqaçovun 1884-cü il aprelin
17-də Yelizavetpol şəhərindən Zaqafqaziya Müəllimlər Seminariya-
sının direktoru Dmitri Dmitriyeviç Semyonova göndərdiyi məktub-
da seminariyanın məzunları – Mirzə Əli Xəlilovun 26 iyun 1881-ci
ildən etibarən Naxçıvan şəhər məktəbində; Qasım Cəfər oğlu Qası-
movun 1 sentyabr 1882-ci ildən Ordubad məktəbində; Ələsgər
Molla Süleyman oğlu Süleymanovun 1 avqust 1882-ci ildən etiba-
~ 92 ~
rən İrəvan quberniyasının ikisinifli Yengicə məktəbində; Həşim bəy
Nərimanbəyovun 1 sentyabr 1882-ci ildən Yelizavetpol quberniya-
sında ikisinifli Dağkəsəmən kənd məktəbində; Ələsgər Şeyx Həsə-
novun 1 iyul 1883-cü ildən İrəvan quberniyasında
Böyük Vedi kənd məktəbində; Rəşid bəy Əfəndiyevin 1
sentyabr 1882-ci ildən Yelizavetpol quberniyasında Qutqaşen kənd
məktəbində; Məmməd ağa Əfəndiyevin 1 iyul 1882-ci ildən Yeliza-
vetpol quberniyasında Ağdaş məktəbində; Əliş bəy Tahirovun 1 iyul
1883-cü ildən etibarən Yelizavetpol quberniyasında Qarğabazar mək-
təbində; Mahmud bəy Mahmudbəyovun 1 iyul 1883-cü ildən Yeliza-
vetpol quberniyasında Ağcabədi məktəbində; Muxtar bəy Murado-
vun 1 iyul 1883-cü ildən Yelizavetpol quberniyasında Ağdaş məktə-
bində və başqa məzunların pedaqoji fəaliyyətləri haqqında məlumat
verilirdi. Əlavə olaraq qeyd edək ki, seminariyanın nəzdindəki tatar
(Azərbaycan) bölməsinin məzunu olmuş Səfərəli bəy Vəlibəyov
1881-ci ildə seminariyanı bitirdikdən sonra dərs demək üçün burada
saxlanılmış və o, seminariyanın tatar bölməsindəki ibtidai məktəbdə
1881-1888-ci ilədək olan müddətdə müəllim işləmişdir.
Muxtar bəy Muradov həvəskar aktyor kimi bir çox tamaşalaq-
da oynamışdı. O,"Difai" təşkilatının üzvü idi.
Muxtar bəy Muradov müxtəlif mövzularda yazdığı publisistik
məqalələri ilə dövri mətbuatda çıxış etmişdir. O, publisist yazıların-
da erməni millətçilərini, rus burjua şovinistlərini kəskin tənqid atə-
şinə tuturdu. Xalqın maarifləndirilməsi istiqamətində M.Muradovun
qızların məktəblərə cəlb edilməsi mövzusundakı fikirləri də böyük
maraq doğurur.
Muxtar bəy sоvet dönəmində Qaryagin RİK-də məsul vəzifə-
də çalışmışdı.
Tarix Muxtar bəy Muradovun görkəmli ictimai xadim oldu-
ğunu da təsdiqləyir. Vətən və millət yolundakı unudulmaz xidmətlə-
rinə görə Muxtar bəy Muradov xalqımızın tarixində əbədi yaşamaq
haqqı qazanmışdır.
Dostları ilə paylaş: |