Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix29.10.2017
ölçüsü0,49 Mb.
#7522
1   2   3   4   5   6   7   8   9   ...   22

 

II BÖLMƏ 

 

AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ AZƏRBAYCAN 



RESPUBLİKASINDAN GETMƏ

 

 



FƏSİL 3 

 

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ ÖLKƏDƏN GETMƏSİ 



VƏ ÖLKƏYƏ GƏLMƏSİ 

 

 



Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə 

gəlmək hüququ 

9.1.  Azərbaycan  Respublikasının  vətəndaşı  (bundan  sonra  -  vətəndaş)  dövlət 

sərhədinin  buraxılış  məntəqələrindən  keçərək  sərbəst  surətdə  ölkədən  getmək  və 

ölkəyə gəlmək hüququna malikdir. 

9.2.  Vətəndaş  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə 

bilməz.  

9.3.  Vətəndaşın  ölkədən  getmək  hüququ  yalnız  aşağıdakı  hallarda  müvəqqəti 

məhdudlaşdırıla bilər: 

9.3.1.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, 

qətimkan  tədbirinin  müddəti  bitənədək  və  ya  qətimkan  tədbiri  ləğv  edilənədək; 

9.3.2.  məhkum  edildikdə  –  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  ilə 

müəyyən  edilmiş  əsas  cəzasını  çəkib  qurtaranadək  və  ya  bu  Məcəllənin  9.3.4-cü 

maddəsində  nəzərdə  tutulmuş  hal  istisna  olmaqla,  cəzadan  azad  edilənədək; 

9.3.3.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  –  tibbi  xarakterli 

məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 

9.3.4.  üzərinə  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə  tutulan 

vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından 

əvvəl  azad  edildikdə  –  müvafiq  olaraq  sınaq  müddəti  və  ya  cəzanın  çəkilməmiş 

hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr 

vaxtından əvvəl tamamilə ləğv edilənədək; 

9.3.5.  müddətli  həqiqi  hərbi  xidmətə  çağırıldıqda  –  müddətli  həqiqi  hərbi  xidmət 

keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 

9.3.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən 

olunmuş  vaxtda  üzrsüz  səbəbdən  icra  edilməməsinə  görə  vətəndaşın  ölkədən 

getmək  hüququnun  müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni 

qüvvəyə  minmiş  qərarı  olduqda  –  məhdudlaşdırmanın  götürülməsi  barədə  qərar 

qəbul edilənədək; 

9.3.7.  beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb 

olunan  ölkələrə  gediş-gəliş  zamanı  -  profilaktik  peyvəndlər  edilənədək. 

9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə 




tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, 

hərbi  nümayəndələr  və  onların  köməkçiləri  istisna  olmaqla),  habelə  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  beynəlxalq  hərbi  təlimlərə,  antiterror, 

xilasetmə  və  xidməti  zərurətlə  bağlı digər  tədbir  və  ya  əməliyyatlara  cəlb olunan 

müddətli  həqiqi  hərbi  xidmət  keçən  hərbi  qulluqçular  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  rəsmiləşdirilmiş  icazəsi  olduqda  Azərbaycan  Respublikasından  gedə 

bilərlər. 

9.5.  Dövlət  sirri  ilə  işləməyə  buraxılmış  şəxslərin  tanış  olmağa  buraxıldığı 

məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici 

ölkəyə  daimi  yaşamağa  getmək  hüququ  müvəqqəti  məhdudlaşdırıla  bilər. 

9.6.  Ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  məhdudlaşdırılan  vətəndaşlar 

barədə  məlumatlar  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış 

məlumat-axtarış  sisteminin  məhdudiyyət  siyahılarına  daxil  edilməli  və  müvafiq 

əsaslar  aradan  qalxdıqda  məlumatların  aktiv  statusu  dəyişdirilməlidir. 

9.7.  Hər  hansı  bir  ölkədə  fövqəladə  vəziyyət  və  ya  insan  həyatı,  sağlamlığı  və 

azadlığı  üçün  təhlükə  yaranarsa,  müvafiq  icra  hakimiyyəti  orqanı  Azərbaycan 

Respublikasının  əhalisini  dərhal  xəbərdar  etməklə,  vətəndaşlara  həmin  ölkəyə 

getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir. 

 

Maddə  10.  Vətəndaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququnun  həyata 



keçirilməsi 

10.1.  Vətəndaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  Azərbaycan 

Respublikası  vətəndaşının  pasportu  əsasında  həyata  keçirilir.  Pasportun  verilməsi 

qaydası müvafiq qanunla tənzimlənir. 

10.2.  Azərbaycan  Respublikasında  qeydiyyatda  olan  və  dənizçilik  məqsədi  ilə 

istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən 

getmək  və  ölkəyə  gəlmək  hüququ  dənizçinin  şəxsiyyət  sənədi  əsasında  həyata 

keçirilir.  Xaricdə  işlədiyi  gəmiyə  çatmaq  üçün  fərdi  qaydada  ölkədən  gedən 

vətəndaş dənizçinin şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin gəmi heyətinin tərkibində 

olmasını  təsdiq  edən  sənədi  (tərtib  olunmuş  gəmi  heyətinin  siyahısından  çıxarış) 

sərhəd  nəzarətindən  keçərkən  təqdim  etməlidir.  Dənizçinin  şəxsiyyət  sənədinin 

verilməsi qaydası müvafiq qanunla tənzimlənir. 

10.3.  Xarici  ölkədə  pasportunu  itirmiş,  pasportu  oğurlanmış  və  ya  yararsız  hala 

düşmüş,  pasportunun  etibarlılıq  müddəti  bitmiş  Azərbaycan  Respublikası 

vətəndaşının  və  onunla  birgə  Azərbaycan  Respublikasına  qayıdan  18  yaşına 

çatmayan  və  ya  xarici  dövlətdə  18  yaşına  çatmış  Azərbaycan  Respublikası 

vətəndaşı  olan  övladının  ölkəyə  qayıtmaq  hüququ  Azərbaycan  Respublikasına 

qayıdış  şəhadətnaməsi  əsasında  həyata  keçirilir.  Azərbaycan  Respublikasına 

qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir. 

 

Maddə  11.  Yetkinlik  yaşına  çatmayan  vətəndaşın  ölkədən  getməsi  qaydası 



11.1.  Bu  Məcəllənin 11.2-ci  maddəsində nəzərdə tutulmuş  hallar  istisna  olmaqla, 

yetkinlik  yaşına  çatmayan  vətəndaş  ölkədən  valideynləri,  övladlığa  götürəni, 

himayəçisi və ya qəyyumu ilə gedə bilər. 

11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə 

digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə