96
funksiyanı yerinə yetirir?” və s. Dərsin formasından asılı olaraq keçmiş dərsdə tərtib
olunmuş cədvələ əlavələr edilir.
Həşəratların inkişaf yollarına xüsusi fikir vermək lazımdır. Məlumatı lövhədə sxem
şəklində təqdim etmək məqsədəuyğundur:
Aşağıdakı sualların müzakirəsi mümkündür:
İnkişaf yollarının oxşar və fərqli cəhətləri nədir?
Hər bir inkişaf yolunun hansı üstünlüyü və çatışmazlığı var?
Həşəratların inkişaf yollarına aid videomaterialı mövzuya
aid tövsiyələrin sonunda
verilmiş saytlarda izləyə bilərsiniz.
“Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində təqdim
olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin
məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.
A və B şəklində təsvir olunan həşəratların inkişafı hansı yolla gedir? Şəkildə 1-4
rəqəmləri ilə nə işarə olunub?
(Tam və qeyri-tam çevrilmə; A. yumurta, sürfə, pup, yetkin
fərd; B. yumurta, sürfə, yetkin fərd)
Fərqli əlamətlər: bədən quruluşu, yerimə ayaqlarının sayı, bığların sayı və s.
Oxşar əlamətlər: buğumlu bədən, xarici skelet və s.
Qiymətləndirmə meyarları: şərhetmə,
fərqləndirmə
Elektron resurslar:
http://www.youtube.com/watch?v=qB2eeVEYvNc
http://www.youtube.com/watch?v=lQCeYnr8l6Y
http://www.youtube.com/watch?v=Zv27rtU1JkY
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Həşəratların quruluşu
haqqında
mülahizələrini
çətinliklə şərh edir.
Həşəratların quruluşu
haqqında mülahizə-
lərini şərh edərkən
səhvlərə yol verir.
Həşəratların quruluşu
haqqında
mülahizələrini
qismən şərh edir.
Həşəratların quruluşu
haqqında
mülahizələrini ətraflı
şərh edir.
Buğumayaqlılar
tipinə
aid
siniflərin nü-
mayəndələrini
müəllimin köməyi ilə
fərqləndirir.
Buğumayaqlılar tipi-
nə aid siniflərin nü-
mayəndələrini qismən
fərqləndirir.
Buğumayaqlılar
tipinə aid siniflərin
nümayəndələrini,
əsasən, fərqləndirir.
Buğumayaqlılar tipinə
aid siniflərin
nümayəndələrini
düzgün fərqləndirir.
Müxtəlif
buğumayaqlılarda
gedən
həyati
prosesləri çətinliklə
fərqləndirir.
Müxtəlif
buğumayaqlılarda
gedən həyati
prosesləri
fərqləndirən zaman
səhvlər buraxır.
Müxtəlif
buğumayaqlılarda
gedən həyati
prosesləri
fərqləndirən zaman
kiçik qeyri-dəqiqliyə
yol verir.
Müxtəlif
buğumayaqlılarda
gedən həyati prosesləri
dəqiq fərqləndirir.
Həşəratların inkişaf yolları
Tam çevrilmə ilə
Natamam çevrilmə ilə
Yumurta-sürfə-pup-yetkin fərd
Yumurta-sürfə-yetkin fərd
97
Dərs 46 / Mövzu 40
:
HƏŞƏRATLARIN MÜXTƏLİFLİYİ VƏ TƏBİƏTDƏ
ROLU
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir. Sonra
ipəyin istehsalı haqqında şagirdlərə aşağıdakı ünvanda yerləşdirilmiş videomaterial
nümayiş etdirilə bilər:
http://www.youtube.com/watch?v=r3Z2GYB6Q1k
Videomaterial rus dilində olduğuna görə Azərbaycan bölməsində səssiz nümayiş etdirilir,
müəllim lazımi şərhlər edir. Şagirdlərin
gündəlik müşahidə, həyati biliklərinə əsaslanaraq
dərslikdə verilmiş sual müzakirə olunur, ilkin cavablar “Öyrəndiklərinizi tətbiq edin”
bölümündə təqdim olunmuş cədvəldə qeyd olunur. Dərs ərzində əldə olunan yeni
məlumatlar bura daxil olunacaq.
Faydalı həşəratlar Zərərli həşəratlar
Həşərat
Əhəmiyyəti Həşərat
Əhəmiyyəti
Praktik iş dərslikdəki şəkil üzrə aparılır. Şagirdlər göstərilmiş həşəratların həm
quruluş xüsusiyyətlərini, həm əhəmiyyətini
qeyd edə bilərlər (kəpənəyin əl-əlvan qanadları,
böcəklərin sərt qanadları, arının neştəri və s.). Əhəmiyyətinə aid xüsusiyyətlər yuxarıdakı
cədvələ əlavə olunur.
Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
olunur. Bu halda dərslikdəki məlumatı 3-4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman
əyaniliyi təmin etmək üçün mətnlə yanaşı, müvafiq şəkillərin paylanması daha səməlidir.
Əlavə mətnləri vermək tövsiyə olunur. Mövzu ilə tanışlıq cədvəl formasında tərtib olunur:
Dəstənin
adı
Qanadların
sayı və
quruluşu
Ağız
aparatının
quruluşu
İnkişaf
yolu
Nümayəndələri Əhəmiyyəti
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda həşəratların inkişaf yolu barədə
videomateriallar tapmaq olar.
Dərsdə tanışlıq məqsədilə ictimai həyat tərzi sürən həşəratların (qarışqalar, arılar)
xüsusiyyətləri, arıçılıq haqqında söhbət açmaq məqsədəuyğundur.
“Öyrəndiklərinizi tətbiq edin” bölümündəki cədvəl tamamlanır, nəticələr müzakirə
olunur.
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Həşəratların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
Həşəratların sistematik kateqoriyalarını fərqləndirir.
98
“Öyrəndiklərinizi yoxlayın” bölümündə şagirdlər sadalanan həşəratların hansı dəstəyə aid
olduğunu müəyyənləşdirirlər. Bu, dərsin məqsədində qeyd olunmuş bacarıqların
formalaş-
ması üçün imkan yaradır.
Bal arısı və ya qarışqalar haqqında təqdimatın hazırlanması ictimai həyat tərzi sürən
həşəratların təbiətdə və insan həyatında əhəmiyyətinin dərindən başa düşülməsinə kömək
edir.
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə
Elektron resurslar:
http://www.youtube.com/watch?v=r3Z2GYB6Q1k
http://www.youtube.com/watch?v=HtQXjh-kDpM
http://www.youtube.com/watch?v=vV_QpR8f01o
http://www.youtube.com/watch?v=oUyctR9HnBE
Dərs 47/ Mövzu:
ONURĞASIZ HEYVANLARIN
ÖYRƏNİLMƏSİ. LABORATORİYA İŞİ
Laboratoriya işi - 1. Zəlilərin quruluş xüsusiyyətləri
Məqsəd: Zəlilərin
xarici quruluşunu öyrənmək; onların həlqəvi qurdlar tipinə aid olduğunu
sübut etmək.
Təchizat: Lupa, şüşə qab və ya balaca akvarium, canlı tibbi zəlilər, pinset.
İŞİN GEDİŞİ
1.
Şüşə qabın içində suda üzən zəlilərə diqqətlə baxın. Onların hərəkət formasını təsvir
edin. Bu zaman zəlinin bədəni necə dəyişir?
2.
Qabın divarına yapışmış zəlini qoparmağa çalışın. O hansı sormac vasitəsilə yapışır?
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Həşəratların müxtə-
lifliyi haqqında mü-
lahizələrini müəl-
limin köməyi ilə
şərh edir.
Həşəratların
müxtəlifliyi haqqında
mülahizələrini şərh
edərkən
səhvlərə yol
verir.
Həşəratların
müxtəlifliyi
haqqında
mülahizələrini
qismən şərh edir.
Həşəratların
müxtəlifliyi haqqında
mülahizələrini ətraflı
şərh edir.
Həşəratların
sistematik
kateqoriyalarını
fərqləndirməkdə
çətinlik çəkir.
Həşəratların
sistematik
kateqoriyalarını
qismən fərqləndirir.
Həşəratların
sistematik
kateqoriyalarını,
əsasən, fərqləndirir.
Həşəratların
sistematik
kateqoriyalarını
düzgün fərqləndirir.
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya ava-
danlıqlarından istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Həlqəvi qurdların və kəpənəklərin quruluşunun öyrənil-
məsində mikroskopdan və digər laboratoriya avadanlıqların-
dan istifadə qaydalarına əməl edir.
Onurğasız heyvanların quruluş və müxtəlifliyi haqqında
mülahizələrini şərh edir.
Onurğasız heyvanlın sistematik kateqoriyalarını fərqləndirir.