BULUDXAN XƏLİLOV
––– 66 –––
yazdığı “Ədəbiyyatın tədrisinə dair” məqaləsində qeyd
olunan məsələlərə cavab axtarır, öz fikirlərini, mövqeyini
söyləyirdi: “Bu elmin tədrisində, bizə görə, ən mühüm
amil, müəllimin fənnə olan böyük sevgisi, xalq ruhunu,
xalq mənəviyyatını dərindən bilməsidir. Ədəbiyyat müəl-
limi, hər şeydən əvvəl, bəhs etdiyi məsələnin atəşinə yan-
mağı, duya-duya, hiss edə-edə, alışa-alışa danışmağı ba-
carmalıdır. Ədəbiyyat müəlliminin ağzından sözlər tökül-
məməlidir. Onun dediyi sözlərin arxasında ürəyi od tutub
alışmalıdır. Bu mənada bizə elə gəlir ki, müəllim də bir
növ aktyor olmalıdır. Müəllim bəhs etdiyi məsələnin
incəliklərini özü hiss etməsə, şagirdlərə aşılamaq istədiyi
bir hiss, ya fikirlə özü yaşamasa, dediklərinin heç bir təsir
qüvvəsi ola bilməz”
1
. Deməli, Bəxtiyar Vahabzadə ədə-
biyyat fənnini tədris edən müəllimin fənnə olan sevgisini,
xalq ruhunu, xalq mənəviyyatını dərindən bilməsini, bəhs
etdiyi məsələləri duya-duya, hiss edə-edə danışmağı ba-
carmasını təcrübəli bir pedaqoq kimi qeyd edir. Bundan
başqa, o, ədəbiyyat müəlliminin mövcud dərslik, dərs və-
saitinin əsiri olmamağı, fakt və rəqəmlərin sadalanması
ilə işini təşkil etməməsini söyləyirdi. Doğrudan da, istə-
nilən bir bədii əsəri və o əsər haqqında ədəbi tənqidin
mövqeyini bilmədən onu necə tədris etmək olar?! Ona
görə də ədəbiyyat müəlliminin oxumağa, mütaliə etməyə
ayırdıqları vaxt, həm də yuxusuz gecələr hesabını almalı-
dır. Bu mənada Bəxtiyar Vahabzadə çox dəqiq və dürüst
fikir söyləyir və ədəbiyyat müəllimlərinin qarşısına və-
zifələr qoyurdu. O yazırdı: “Ədəbiyyat müəllimi tədris
kitabının əsiri olaraq qalmamalıdır. Müəllim hər hansı
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 190-191
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 67 –––
yazıçının həyatını keçərkən o həyatın eniş-yoxuşları ilə
enib-qalxmalı, gecələr səhərə qədər masa arxasında ya-
nan yazıçının həyatı ilə yanmalıdır. Yoxsa “filanıncı ildə
filan əsərləri yazdı və filanıncı ildə öldü” deyə cansız bir
dil ilə, soyuq rəqəmləri saymaqla şagirdlərdə heç bir
fikir, heç bir hiss oyatmaq olmaz”
1
. Ədəbiyyat müəllimi
yazıçının həyatının da, yazdığı əsərin özünün də məna və
məzmunu, əsas kredosunu, fəlsəfəsini şagirdlərə aşılama-
ğı bacarmalıdır. Belə olmasa, ədəbiyyat müəllimi şagird-
lərdə yazıçıya da, onun yazdığı əsərə də məhəbbət, istək
yarada bilməz. Odur ki, bu fənnin tədrisində müəllim əsl
müəllim olmalıdır. Bəxtiyar Vahabzadənin fikrincə, ədə-
biyyat müəllimində yüksək savad, fənnə böyük sevgi
hissləri, tədrisin metodikasını və onun qanunlarını bilmək
vacibdir. Ancaq bununla belə, fənnin tədrisi metodikasını
və onun qanunlarını bilməkdən daha çox ədəbiyyat müəl-
limi, ümumiyyətlə müəllim fənnin özünü bilməlidir,
yüksək biliyə və nəzəri hazırlığa malik olmalıdır. Yeri
gəlmişkən qeyd edək ki, bu mənada tədrisi metod
fənlərinin, daha doğrusu, bu fənləri tədris edən müəllim-
lərin işi daha ağırdır. Onlar həm elmi-nəzəri cəhətdən ha-
zırlıqlı, bilikli olmalı, həm də tədris etdikləri fənnin me-
todikasını dərindən bilməlidir. Hansı yolla öyrətməyin
asan və mümkün olduğunu bilməlidir. Eyni zamanda
asan yolla öyrətməyin yollarını axtarmalıdır. Ancaq, hər
şeydən əvvəl, fənnin özünü bilməyən müəllim, o
cümlədən ədəbiyyat müəllimi o fənnin tədrisi metodika-
sını da arzu olunan səviyyədə apara bilməyəcəkdir ki,
onun tədrisi metodikasını da yaxşı qura bilsin. Bəxtiyar
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 191
BULUDXAN XƏLİLOV
––– 68 –––
Vahabzadənin fikri ilə desək: “Şübhəsiz, tədris üsulları,
metodik qanun-qaydalar da vacibdir. Lakin, yazıçılıqdan
başqa (Bəxtiyar Vahabzadə özünü nəzərdə tutur – B.X.)
bir ədəbiyyat müəllimi olmaq etibarilə, mənə elə gəlir ki,
ən vacib olan məsələ bilik və eşqdir! Müəllimdə bilik və
eşq varsa, tədris üsulu öz-özünə gələcəkdir. Daha doğru-
su, tədris üsulu da bilik və məhəbətdən doğur”
1
. Təbii ki
eşq, məhəbbət deyəndə fənnə olan sevgi, məhəbbət
nəzərdə tutulur. Fənni sevmədən onu tədris etmək olmaz.
Fənni və onun nəzəri əsaslarını sevə-sevə, məhəbbətlə
öyrəndikdən, mənimsədikdən, biliyə çevirdikdən sonra
onu tədris etmək olar və hətta tədrisi yüksək səviyyədə
aparmaq olar. Bəxtiyar Vahabzadə ədəbiyyat fikrinin
tədrisi məsələlərindən danışarkən öz təcrübəsi ilə yanaşı,
orta məktəbdə gözü ilə gördüklərinə əsaslanırdı. Doğru-
dan da fənnin tədrisi barədə dürüst söz demək üçün orta
məktəbdə müntəzəm olmaq, tədris prosesini dinləmək
çox vacibdir. Orta məktəblərdə fənn müəllimlərinin dərsi
keçmə prosesini izləmədən, eləcə də şagirdlərin dərsə
hazırlığını gözlə görmədən tədrisin vəziyyəti barədə söz
demək çox çətindir. Bu baxımdan Bəxtiyar Vahabzadə
orta məktəblərdə ədəbiyyat fənnin tədrisini izləməklə,
müşahidə etməklə öz fikir və mülahizələrini bildirirdi. O,
təkcə müəllimlərin tədris prosesinə münasibətini izləmir,
həm də şagirdlərin bu prosesdə özlərini necə aparmalarını
da nəzərdən qaçırmırdı. Təsadüfi deyil ki, Ağdam rayo-
nunda orta məktəblərin birində şagirdlərin ədəbiyyat
fənninə necə hazırlaşmaları barədə maraqlı fikirlər söylə-
yirdi. Qeyd edirdi ki, Ağdam rayonunda orta məktəblərin
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 191
Dostları ilə paylaş: |