BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 69 –––
birində (IX sinifdə) ədəbiyyat dərsinə qulaq asmışdır.
Mövzu Zakirin həyatı ilə bağlı olmuşdur. Bu mövzunu
şagirdlər elə cansız danışırlarmış ki, elə bil qrammafon
danışır. Bəxtiyar Vahabzadə onu da qeyd edirdi ki, şagird
mövzunu kitabdan əzbərləyib danışır, lakin danışdıq-
larından sual verdikdə cavab verə bilmirdi. Deməli,
şagird mövzunu mənimsəməmiş, başa düşməmişdir. Belə
şagirdlər indi də az deyil, onlar kitabın əsiri olmaqla
əzbərçiliyə üstünlük verir, lakin mövzunun mahiyyətinə,
məzmununa vara bilmirlər.
Bəxtiyar Vahabzadə Ağdam rayonunda (IX sinifdə)
ədəbiyyat dərsini dinlədikdən sonra öz təəssüratını belə
bölüşürdü: “Doğrusu, sinifdən çox bədbin çıxdım. Şa-
girdlər Zakirin həyatını danışırdılar. Lakin necə? Şagird
danışdıqca adama elə gəlirdi ki, canlı insan deyil,
qrammafon danışır. Şagirdlər dediklərini hiss etmir, əz-
bərlədiklərini tutuquşu kimi söyləyirlər. Burada çox
qəribə bir əhvalatın da şahidi oldum. Müəllim kitab
cümlələrini eyni ilə əzbər deyən şagirdi saxlayıb, ona
belə bir sual verdi: - Zakir M.F.Axundova nə yazmışdı?
Şagird nə qədər düşündüsə cavab verə bilmədi. Müəllim
uşağa davam etməsini tapşırdı. Şagird yenə də eyni
qayda ilə cümlə-cümlə kitabda yazılanları təkrar etdi.
Nəhayət, Zakirin M.F.Axundova yazdığı məktubdan da
danışdı. Çox qəribədir. Bəs nə üçün sual veriləndə uşaq
buna cavab verə bilmədi?!”
1
Bəxtiyar Vahabzadə sonra
öz sualına cavab axtarır və verdiyi cavab da çox dəqiq
olur. Ona görə ki, onun özü də ali təhsil müəssisəsində
uzun müddət Azərbaycan ədəbiyyatı tarixini tədris et-
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 191
BULUDXAN XƏLİLOV
––– 70 –––
mişdir. Həm də təcrübə öz sözünü deyir. Bəxtiyar
müəllimin də müəllimlik təcrübəsi onu deyir ki, əzbər-
çilik şagirdi kitabdan asılı saxlamaqla yanaşı, şagirdin
müstəqilliyini də əlindən alır. Ədəbiyyat müəllimləri şa-
girdlərin əzbərçiliyinin qarşısını almaq üçün hər sözün,
ifadənin, kəlmənin mənasını öyrətməyə çalışmalıdırlar.
Xüsusilə çətin sözlərin lüğətini şagirdlərə tərtib etdir-
məli və şagirdlərin bu yolla fəallığına nail olmalıdırlar.
Əksər vaxtlar ədəbi-bədii əsərlərdəki mənası şagird
üçün anlaşıqlı olmayan sözlər izah olunmur, həmin söz-
lərin mətndəki mövqeyi və rolu izah olunmur. Son dövr-
lərdə klassik ədəbiyyatın tədrisində bu cür yanaşmalar,
demək olar ki, unudulubdur. Təcrübə onu göstərir ki,
kortəbii şəkildə əzbərlənmiş şeir parçası, ya da ki
içərisindəki çətin sözlər izah olunmamış bədii mətnlər
şagirdlər tərəfindən tez bir zamanda unudulur. Çünki
kortəbii və şüursuzluqla əzbərlənmiş şeir parçalarının,
məna və məzmunu tam anlaşılmamış bədii mətnlərin
içərisindən suallar verildikdə şagird cavab verə bilmir.
Bu mənada “Bəs nə üçün sual veriləndə uşaq buna
cavab verə bilmədi?! Sualına Bəxtiyar Vahabzadə belə
bir aydınlıq gətirirdi: “Demək, əgər şagird öz dediklərini
başa düşsəydi, əzbərləməsəydi, müəllimin sualına cavab
verə bilərdi. Əzbərçilik bizim şagirdlərimizi şüursuz-
luğa, fikirsizliyə gətirib çıxarır, bu isə çox qorxulu
haldır. Ədəbiyyat müəllimlərimizin birinci vəzifəsi
əzbərçiliyə qarşı mübarizə olmalıdır”
1
.
Ümumiyyətlə, canlı, diri dil həmişə insanların qəlbi-
nə tez yol tapır. Standart cümlələr, quru, rəsmi sözlər,
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 191-192
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 71 –––
ifadələr hər bir dinləyiciyə yorucu gəlir. Ona görə də in-
san öz nitqini canlı və diri etməlidir. Müəllim olan
kəsdə bu keyfiyyət daha yüksək səviyyədə özünü gös-
tərməlidir.
Bəxtiyar Vahabzadə təcrübəli bir müəllim kimi
müəllimin nitqinə, izahına, davranışına, şagirddə fənnə
və mövzuya məhəbbət yaratmasına tələbkarlıqla yana-
şırdı. O qeyd edirdi ki, ədəbiyyat müəllimi Qasım bəy
Zakirin lirikasını tədris edirdi. Ancaq müəllimin danışı-
ğında Zakir şeirinə məhəbbət hiss olunmurdu. O, müəl-
limin dilinə və işlətdiyi ifadələrə biganə qalmadan ya-
zırdı: “Müəllimin dilində də quru kitab cümlələri, rəsmi
ibarələr bol-bol idi (“ifşa etmişdir”, “zəmanəsini satira
atəşinə tutmuşdur”, “öz əksini tapmışdı”, “ifadə etmiş-
dir” və s. kimi). Ədəbiyyat müəllimləri birdəfəlik başa
düşməlidirlər ki, cansız, standart, quru, rəsmi ifadə tərz-
ləri, oynaq təbiətə malik olan, varlığı həyat eşqi ilə çır-
pınan aşıqların beynini yorur. Onlara canlı həyat və can-
lı dil lazımdır!”
1
O, mövzunun tədrisi ilə bağlı müəlli-
min qabaqcadan görəcəyi işləri də bir metodist kimi sa-
dalayırdı. Düzgün hesab edirdi ki, müəllimin özü ma-
hiyyəti dərk etməyibsə, şagirdi necə başa sala bilər?
İkinci bir tərəfdən sənətini və tədris etdiyi mövzuları
sevməyən, məhəbbətlə yanaşmayan müəllim şagirddə
də məhəbbət yarada bilməz. O, tədris zamanı müxtəlif
yollardan istifadəni məqbul sayırdı. Məsələn, o yazırdı:
“Məlumdur ki, hələ ibtidai məktəbdə ən adi riyazi məsə-
lələri uşaqlara əyanilik prinsipi ilə öyrədirlər. “İkinin üs-
tünə iki gələndə dörd eylər” ifadəsi ayrılıqda mücərrəd-
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 192
Dostları ilə paylaş: |