BULUDXAN XƏLİLOV
––– 72 –––
dir və müəllim bu dil ilə uşağa istədiyi fikri, riyazi həlli
başa sala bilməz. Bunun üçün “mənim iki karandaşım
var, sənin də iki karandaşın var, mən öz karandaşlarımı
sənə bağışlayıram”, - deyə müəllim öz karandaşlarını
şagirdin karandaşlarının üstünə qoyur və sözünə davam
edir: - İndi say görək sənin neçə karandaşın oldu?
Bu, tədrisdə tamamilə doğru yoldur”
1
. Bəxtiyar Va-
habzadə təkcə dərsliyin əlində aciz qalmağın əleyhinə ol-
muşdur. Hər şeydən əvvəl, müəllim dərsliyin qulu
olmamalıdır.
Məsələn, ədəbiyyat müəllimləri şair və yazıçının
yaradıcılığı ilə bağlı əlavə kitablardan istifadə etməlidir.
Bəxtiyar Vahabzadə Zakirin lirikasını keçən müəllimin
simasında qeyd edirdi ki, müəllim dərslikdən əlavə
şairin kitabını alıb mütaliə etsəydi, onda Zakirin böyük-
lüyünü dərslikdəki bir-iki cümlə ilə deyil, geniş və
maraqlı izah edə bilərdi. “Məgər pismi olardı ki,
əyanilik üçün müəllim Zakirin “Müntəxəbat” kitabında
olmayan və özünün ən gözəl hesab etdiyi şeirlərdən biri-
sini oxuyaydı, onu misra-misra uşaqlara izah edəydi,
klassik şeirimizin gözəlliyini açıb göstərəydi”
2
.
Bəxtiyar Vahabzadə dərsliklərdəki nöqsanlara da bi-
ganə qalmırdı. Belə hesab edirdi ki, yaradıcılığın ma-
hiyyəti duyğuların, hisslərin həyatiliyində, incəliyində
və yazıçının, şairin sənətkarlığındadır. Odur ki, sənət-
karlıq məsələlərinin dərsliklərdə nöqsanlı olmasını qeyd
edirdi. Və ümumiyyətlə, dərslikdəki nöqsanları, dərslik
müəlliflərinin bu işi hələ də həll etməmələrini tənqid
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 192
2
Yenə orada. s. 193
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 73 –––
edirdi. O yazırdı: “Bu işdə müəllimlərimizdən ən əvvəl,
günahkar dərslik yazan müəlliflərdir. Demək lazımdır
ki, bizim ədəbiyyat dərsliklərimiz çox cansıxıcıdır. Biz-
cə, ədəbiyyat dərsliklərindəki nöqsanlardan geniş şəkil-
də danışıb bunu birdəfəlik həll etməyin vaxtı çoxdan gə-
lib çatmışdır. Ədəbiyyat dərsliklərində klassik sənətkar-
larımızın yaradıcılığı əsasən birtərəfli, yalnız sosioloji
baxımdan izah olunur. Şairin sənətkarlığından, onun
bədii sözdən istifadə etmək bacarığından, ümumən bədii
sözün nələrə qadir olduğundan qətiyyən danışılımır”
1
.
Bəxtiyar Vahabzadənin bu mövqeyi indi də dərslik-
lərimizdə, təbii ki, ədəbiyyat dərsliklərində hökm sür-
məkdədir. Bu qüsurlar indiyə qədər dərslik müəllifləri
tərəfindən nədən qaldırılmır. Görünür ki, ədəbiyyat
dərsliklərindəki belə qüsurlar dərsliklərimizdə tarixən
dərin kök salmışdır. Ona görə də az qala ənənə halını
almış bu qüsurlardan yaxa qurtarmaq olmur. Təsadüfi
deyil ki, Bəxtiyar Vahabzadə belə qüsurların vaxtilə
Səməd Vurğun tərəfindən tənqid olunduğunu da qeyd
etməklə həqiqəti bir daha təsdiqləyirdi. O yazırdı: “Hələ
1944-cü ildə mərhum şairimiz Səməd Vurğun “Balala-
rımız üçün gözəl əsərlər yaradaq”adlı məqaləsində bu
məsələyə çox ciddi toxunmuş, uşaqlar üçün yazılan
əsərlərin bədii cəhətdən çox sönük olduğunu ürək ağrısı
ilə qeyd etmişdi. Məsələn, Səməd Vurğun dərsliyə
salınan aşağıdakı şeiri misal gətirmişdi:
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 193
BULUDXAN XƏLİLOV
––– 74 –––
Neftdən olur yağ, benzin,
Neftdən olur kerosin,
Bütün avtomobillər
Benzinlə yol gedirlər.
Traktor kerosindən,
Təyyarə də benzindən
Qüvvət alır, güc alır.
Bu misaldan sonra şair göstərirdi ki, bunu yazan
şairdə və dərsliyə salan müəllifdə insaf yoxdur. Onlar
cansız və qansız rəqəmləri, zövqsüz, quru nəzmləri
uşaqlarımıza əzbərlədirlər”
1
.
Dərsliklərə salınan bədii əsərlərin ideyası, qayəsi və
məfkurəsi ilə yanaşı, bədii cəhətləri də nəzərə alınma-
lıdır. Bədii cəhətdən əsrlər elə olmalıdır ki, onlar
uşaqlarda ən gözəl duyğular, hisslər yaratmalıdır. Eyni
zamanda uşaqlarda bədii zövqü formalaşdırmalıdır. Bu,
vacib bir məsələdir. Ona görə vacibdir ki, biz vətəndaş
hazırlayırıq. Vətəndaşın isə təmiz hissləri, duyğuları
olmalı və onlarda bədii təfəkkür tərbiyə edilməlidir. Be-
lə ki, vətəndaş təmiz hisslərə, duyğulara malik olma-
yanda, bədii zövqü formalaşmayanda quru, rəsmi olur,
onunla söhbət cansıxıcı və yorucu təsir bağışlayır. Məhz
Bəxtiyar Vahabzadə məsələlərə metodist kimi yanaşır,
hətta bu istiqamətdə çap olunmuş məqalələrə istinad
edirdi. Fikir verin: “Bizcə, dərsliklərə salınan əsərlər
yalnız məfkurəvi baxımdan deyil, bədii cəhətdən də
düşünülməli, ən gözəl, ən təmiz duyğular tərənnüm
edən, özü də yaxşı tərənnüm edən əsərləri dərsliyə
1
Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s. 193
Dostları ilə paylaş: |