Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə26/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 98 –––

  

bir rayonuna gedəndə birinci baş çəkdiyi yerlərdən biri 

məktəb olmuşdur. 1970-ci ildə yazdığı “Bir kənd məktə-

bində” məqaləsində

1

 Şamaxıdakı bir məktəbin simasın-



da  başqa məktəblərdə olmayan məsələlər onun diqqə-

tini çəkmişdir.  Şamaxıda Leninabad kəndinin (indiki 

adını dəqiq bilmirik) yanından keçərkən kəndin girəcə-

yindəki məktəbi görüb dayanır (Xudu Məmmədovla 

birgə) və məktəblə tanış olur. Məktəbin səliqə-sahmanı, 

sinif otaqları, kimya laboratoriyası onu fərəhləndirir. 

Ancaq onu fərəhləndirən başqa məsələlər də vardı. Bun-

lardan biri məktəbin yanında təşkil olunmuş ölkəşünas-

lıq muzeyi olmuşdur. Muzeydəki bütün eksponatlar 

tarix müəlliminin rəhbərliyi altında kəndin özündən 

şagirdlər tərəfindən toplanmışdır.  

İkinci fərəhləndirici hal məktəbin nəbatat bağında 

naməlum bir əsgərin abidəsinin ucaldılmasıdır. Bu abi-

dəni ucaltmaq üçün şagirdlər istirahət günləri “Günəşli” 

sovxozunda işləmiş və qazanclarını toplayaraq Bakı me-

marlıq emalatxanasının hesabına keçirmişlər. Beləliklə, 

gözəl bir abidə yaradılmışdır. Abidənin  əsasına həmin 

kənddən Böyük Vətən müharibəsində  həlak olanların 

şəkilləri həkk olunmuşdur. Abidənin ortasında seyfə 

bənzər bir dolab düzəldilmişdir. Dolabda döyüşçülərin 

məktubları, tərcümeyi-halları saxlanılır.  

Məktəbdə  fəxr olunası üçüncü bir hal odur ki, hər 

ilin məzunları məktəbə  bir iz qoyub gedirlər. Məsələn, 

emalatxana tikənlər, idman salonu tikənlər və s. 

olubdur. Bu artıq məktəbdə bir ənənəyə çevrilibdir. Bu 

da, təbii ki, uşaqları ictimai əməyə həvəsləndirir.  

                                                            

1

 Bir kənd məktəbində. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.239-243 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 99 –––  

Doğrudan da, insan istəsə, hər şey edə bilər. Bu ör-

nəkdən,  nümunədən həmişə istifadə etmək olar. Odur 

ki, Bəxtiyar Vahabzadə öz duyğularını gizlədə bilmə-

yərək yazır: “...məktəb üçün emalatxana və idman salo-

nu tikmək balalarımızı ictimai əməyə həvəsləndirir. So-

ruşulur, o emalatxanadan onu tikənlər istifadə edəcək-

lərmi? Yox! Bəs nəyə görə tikmişlər? Özlərindən sonra 

gələnlər üçün. Məşhur atalar sözü yada düşür: “Əkiblər 

yemişik,  əkirik yesinlər”. Eşq olsun xalqımızın təbiə-

tindəki bu yüksəkliyə, bu böyük hissə! Eşq olsun bu 

ənənəni qoyanlara və davam etdirənlərə! Nəhayət, eşq 

olsun bu ictimai duyğuya!”

1

 



Uşaq həm də mühitin övladıdır. Mühit də uşaqların 

quru böyüməsinə bəzən şərait yaradır. İndi uşaqların ək-

səriyyəti layla, nağıl dünyasından uzaq düşübdür. 

Məişətimizə daxil olan cib telefonları, kompüterlər 

uşaqların layla, nağıl dünyasını əlindən alıb. İndi görə-

sən öz körpəsinə layla deyən analar varmı?! Bunlar 

uşağın arzu və xəyallarını uzaqlara aparır, onları mənəvi 

cəhətdən kamilləşdirir. Layla və nağıllarla böyüyən 

uşaqlarda xalqın ruhu, mənəvi aləmi dərin kök salır. De-

məli, laylalar, nağıllar uşaqların tərbiyəsində  əhəmiy-

yətli rol oynayır. Və bu da bir həqiqətdir ki, tərbiyə ailə-

dən başlayır. Ailələrdə isə laylalara, nağıllara biganəlik 

yaranıbdır. Bu, zamanın, dövrün xəstəliyidir, özü də 

müalicəsi ailələri düşündürmür. Uşaqlarda tərbiyənin bu 

yöndə aparılması  məsələsi də  Bəxtiyar Vahabzadəni 

narahat etmişdir. O, 1973-cü ildə “Ana laylası, uşaq 

dünyası” məqaləsini yazmışdır. Məqalədə laylaların 

                                                            

1

 Bir kənd məktəbində. – Bəxtiyar Vahabadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s. 243 


BULUDXAN  XƏLİLOV 

 

––– 100 –––

  

uşaq dünyasında oynadığı roldan bəhs olunmaqla ya-

naşı, həm də onların uşaqlarımıza öyrədilməsi və 

sevdirilməsi məsələlərinə  də diqqət yetirilir. Eyni 

zamanda Bəxtiyar Vahabzadə şəxsən tanıdığı bir ailədə 

müşahidə etdiyi bir faktı da qeyd edir ki, bundan indi də 

ibrət götürmək lazımdır.  

Bəxtiyar Vahabzadə “Ana laylası, uşaq dünyası” 

məqaləsində tanıdığı bir ailədən bəhs edir. Qeyd edir ki, 

o, bir ailə tanıyır. Ailədə ata və ana – hər ikisi işlədiyi 

üçün üç yaşlı körpə  uşaqlarının xatirinə  kənddəki ananı 

öz yanlarına gətirirlər. Nənə öz nəvəsinə nağıl danışırmış. 

Gəlin bir gün işdən gəlib görür ki, nənə nağıl danışır. 

Nağıl qəhrəmanı tilsimli bir qalanı açmalıymış. Nə qədər 

edirsə, qalanın qapısını aça bilmir. Ağacdakı bir quş 

qəhqəhə çəkib gülür. Və qəhrəmana deyir ki, sən qalanın 

qapısını qol gücünə aça bilməyəcəksən. Ona görə ki, qapı 

sehrlidir. Qapının sehrini açmaq sirrini öyrənməlisən. 

Qapını açdıqdan sonra içəridə atın qabağında  ət, itin 

qabağında ot görəcəksən. Ancaq əti itin qabağına, otu 

atın qabağına qoymalısan. Sonra isə yuxarı  mərtəbələrə 

çıxmalısan. Bir sözlə, bu nağılı eşidən gəlin əsəbləşir. Və 

ərinə deyir ki, uşağın tərbiyəsini nənəyə tapşırmaq olmaz. 

Səbəbi isə odur ki, o, uşağa mövhumi nağıllar danışır. 

Beləliklə, nənəni kəndə göndərirlər. Bəxtiyar Vahabzadə 

tanıdığı ailədə baş verən bu məsələ ilə bağlı yazır: 

“Lakin, bu gənc ata və ana nə  qədər səhv etdiklərini 

bilmədilər. Onlar bilmədilər ki, nənənin danışdığı  xəyal 

dolu nağıllar uşaq təxəyyülünün inkişafı üçün hava və su 

kimi lazımdır. Eləcə də laylalar! 

Laylalara uşaqları yatıran nəğmə kimi baxmaq ol-

maz. Laylalar uşaq dünyasının zənginləşməsində, uşaq 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə