BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 107 –––
liminin məruzəsi onu razı salmamışdır. 1978-ci ildə
“Dili yoxdur, o danışır” məqaləsində yazırdı: “Müəllim
öz üzərində çalışmırsa, onun şagirdlərindən nə gözləyə
bilərik? Həmin görüşdə mən bu məsələyə çox ciddi
şəkildə toxundum. Hiss etdim ki, “zəhmət çəkib” haq-
qımda yazılanları varağa köçürən müəllim çıxışımdan
narazı qaldı. Olsun! Lakin mən buna əminəm ki, həmin
müəllim ədəbiyyatın bir elm, bir sənət olaraq nə
mahiyyətini, nə məqsədini, nə də xüsusiyyətini bilir. O,
bədii əsərlərdən həzz almır. Ona görə də bu müəllimin
zövqü və hissi formalaşmaq üzrə olan balalarımıza
ədəbiyyatı sevdirə biləcəyinə inanmaq çətindir”
1
.
Bəxtiyar Vahabzadə öyrənməyi çox üstün tuturdu.
Hətta ağsaqqaldan, ağbirçəkdən, el-obanın hörmətli
adamlarından öyrənməyi, müdrik məsləhətləri dinlə-
məyi özünə borc bilirdi. Bir sözlə, Bəxtiyar Vahabzadə
insanların arasında olmaq, adət - ənənələrini gözü ilə
görmək, qarşılıqlı inam və etiqad və s. məsələlərə böyük
ehtiramla yanaşırdı. Onun fikrincə, qədir-qiymət, xətir-
hörmət bilinməyən yerdə nə xeyir olar, nə bərəkət. Belə
yerdə çəkilən zəhmətin bəhrəsi də olmaz. Bu mənada
Ağdamın Novruzlu kəndinin sakini 90 ilə yaxın yaşamış
Hüseyn kişinin həyat yolu, tutduğu mövqe onun
tərəfindən qiymətləndirilirdi. Çünki Hüseyn kişi bu
dünyaya nə üçün gəlməyimizin, nəyin naminə çalış-
mağımızın, nədən ötrü yaşamağımızın mənasını yaxşı
bilirdi. Ona görə də el arasında dərin hörmət qazan-
mışdı. Təsadüfi deyil ki, onun dəfni zamanı mənalı
1
Dili yoxdur, o danışır. – Bəxtiyar Vahabzadə. Sadəlikdə
böyüklük. Bakı, Yazıçı, 1978, s.330
BULUDXAN XƏLİLOV
––– 108 –––
söhbətlər və ibrətamiz şeirlər cavanlarımızı şərəflə yaşa-
mağa təlimatlandırmışdır. Ona görə də Bəxtiyar Vahab-
zadə 1976-cı ildə “Xətir-hörmət, qədir-qiymət” məqalə-
sini yazmışdı
1
. Bu məqalə vasitəsilə Bəxtiyar Vahab-
zadə xalq pedaqogikasından öyrənməyi, xalqın hörmət
və ehtiram bəslədiyi el ağsaqqallarından öyrənməyi
vacib bilirdi.
Yaxşıların tez-tez xatırlanmasını, yaxşı müəllim-
lərdən məqalə yazmağı bir təskinlik, rahatlıq kimi qəbul
edən Bəxtiyar Vahabzadənin dostu Nurəddin Rzayevin
“Yaşatmaq yanğısı” kitabına ön söz yazması bir xeyir-
xahlıq idi. Elə bir xeyirxahlıq ki, onun vasitəsilə insanın
ömrü boyu çəkdiyi zəhmətin itmədiyi, insanı tanıtmaq
və sevdirmək yolunda baş verən xeyirxahlıq. Mərhum
professor Fuad Əfəndiyev haqqında Nurəddin Rzayevin
yazdığı “Yaşatmaq yanğısı” kitabı bir ömrün səhifələ-
rini öyrənmək, oxumaq baxımından çox dəyərli idi.
Nurəddin Rzayevin öz müəllimi Fuad Əfəndiyevdən
kitab yazmasını Bəxtiyar Vahabzadə əbədi yaşamağa
layiq olan insanlara hörmət və ehtiram kimi qəbul edir-
di. O, nəsillərə örnək ola biləcək işıqlı adamlardan bəhs
edən belə kitabların yazılmasını bir neçə cəhətdən
lazımlı, vacib bilirdi. Birincisi ona görə ki, nəsillər
özlərindən əvvəlki nəsilləri tanımalı, onlardan öyrən-
məli, onların amal və əqidələrini bilməlidirlər. İkincisi
isə belə kitablar nəsillər arasında körpü yaratmaq
baxımından, nəsilləri bir-birinə bağlamaq baxımından,
təbii ki, əhəmiyyətlidir. “Günlərin bir günü bu fikrə
1
Xətir-hörmət, qədir-qiymət. – Bəxtiyar Vahabzadə. Sadəlikdə
böyüklük. Bakı, Yazıçı, 1978, s.296-300
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 109 –––
gəldik ki, Nurəddin öz müəllimi haqqında olan düşün-
cələrini və bugünkü gənclik üçün çox maraqlı olan
xatirələrini saysız-hesabsız söhbətləriylə səpələyincə
onları yazıb bir kitab şəklində xalqa çatdırsa, faydalı iş
görmüş olar
1
. Əslində bunun özü də bir örnəkdir. O
mənada örnəkdir ki, xidməti olan belə müəllimlərin hər
biri barədə tələbələri kitab yazsa, faydalı iş görmüş
olarlar. Elmin müxtəlif sahələrində olmuş görkəmli
müəllimlərimiz var ki, onlar barədə kitablar yazılma-
mışdır. Bu da həmin müəllimlərin yaxşı əməllərinin gə-
ləcək nəsillərə çatdırılması işini əngəlləyir. Ona görə də
bu qəbildən olan kitabların yazılması görkəmli müəllim-
lərimizin xalqa tanıdılmasında mühüm rol oynaya bilər.
Eyni zamanda gəncliyin örnək və nümunə götürülmə-
sində də əhəmiyyəti əvəzsiz ola bilər.
Yaxşılıq etmək, qayğıkeşlik göstərmək, xeyirxahlıq
bunlar hər adama deyil, Allahın ən çox sevdiyi bəndə-
lərinə verdiyi bir istedaddır. Bəxtiyar Vahabzadə belə
keyfiyyətləri gördüyü adamları heç vaxt unutmamış,
həmişə onların ünvanına xoş söz demiş, onlardan yaz-
mış, onların yaxşı əməllərini cəmiyyətdə yaymışdır.
Belələrindən biri də Əli Vəliyev idi. Bəxtiyar Vahabza-
də onu özünə mənəvi ata hesab edirdi. Və onun xeyir-
xahlığından bəhs edən “Mənəvi ata” adlı məqalə də
yazmışdı. Bəli, onun mənəvi ata hesab etdiyi Əli
Vəliyevdə xeyirxah müəllim, əsl müəllim xisləti vardır.
Bu xeyirxahlığı yüzlərlə insandan biri kimi Bəxtiyar
Vahabzadə də görmüşdü. 1951-ci ildə “S.Vurğunun
1
Müəllim və tələbə. – Bəxtiyar Vahabzadə. Vətən ocağının istisi.
Bakı, Gənclik, 1982, s.97
Dostları ilə paylaş: |