Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə28/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BULUDXAN  XƏLİLOV 

 

––– 104 –––

  

uşaq ikən böyük fikirlər və böyük əməllərlə silahlan-

dıran, gözümüzü dünyaya açan, əllərimizdən tutub bizi 

sirlər dünyasına aparan, bizə uçmaq üçün qanad verən 

müəllimlərimizdir. Müəllim beyinlərə fikir, ideya 

toxumu səpir, gözlərə işıq, ürəklərə od verir”

1



Müəllim bağbandır. Ancaq həqiqi bağban təbiətdə 



baş salırsa, müəllim isə cəmiyyətdə baş salır. Onun ək-

diyi toxumlar cəmiyyətə fayda verir. Cəmiyyəti irəliyə 

aparır, cəmiyyəti inkişaf etdirir. 

Bəxtiyar Vahabzadə yazır: “Müəllim hələ ayna kimi 

saf olan uşaq beyninə pis toxumlar da əkə bilər, gözəl 

və faydalı toxumlar da. Pis toxumların məhsulu qanqal, 

kol-kos, yaxşı toxumların məhsulu isə  qızılgül və 

faydalı meyvələr olar. Buradan müəllimin cəmiyyətdəki 

yeri aydın olur”

2



Bəxtiyar Vahabzadə müəllimliyi peşə deyil, sənət 

adlandırır: “Çünki doğrudan da uşaq beynində ilk 

naxışlar açan müəllimə peşəkar yox, sənətkar demək 

lazımdır”

3



Bəxtiyar Vahabzadə orta məktəbi bitirən məzunlara 



uğurlu yol arzulayır, onların həyatda büdrəməmələri 

üçün yollar göstərirdi. Orta məktəbi bitirən gənclərə 

müraciətini 1977-ci ildə “Son zəng” adı ilə çap edərək 

bütün gənclərə çatdırırdı. Yaxşı və gözəl ənənələri yük-

sək qiymətləndirirdi. Bu mənada Azərbaycanın müxtəlif 

məktəblərindən yaxşı örnəkləri təbliğ edirdi. Belə 

örnəklərdən biri də Şəkinin Oxud məktəbinə aid idi. Bu 

                                                            

1

  Əziz və hörmətli müəllimlər! – Bəxtiyar Vahabzadə. Sadəlikdə 



böyüklük. Bakı, Yazıçı, 1978, s.283 

2

 Yenə orada. s.284 



3

 Yenə orada. s.284 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 105 –––  

məktəbin ənənəyə çevirdiyi bir iş Bəxtiyar Vahabzadəni 

də heyran edir. Belə ki, iyul ayının son günlərində o, 

universitetə gedirmiş. Görür ki, Sabir bağının yanında 

bir avtobus dayanır. Avtobusdan əllərində gül-çiçək 

dəstəsi olan oğlan və  qızlar düşür. Gül-çiçək dəstəsini 

Sabirin heykəli qarşısına qoyub Sabirdən  şeir deməyə 

başlayırlar. Bu mənzərəni seyr edən Bəxtiyar Vahab-

zadə onlara yaxınlaşır. Hələ  gənclik illərindən tanıdığı 

Nurpaşa Hümmətovu görür. Nurpaşa müəllim filologiya 

üzrə  fəlsəfə doktoru, Şəki rayonunun Oxud kəndində 

məktəb direktoru, ömrünü maarifə həsr etmiş, Azərbay-

can dilinin tədrisi metodikasına dair onlarla məqalə 

yazmış müəllim idi. Söhbətdən aydın olur ki, o, hər il 

məktəbi qurtaran uşaqları son imtahandan sonra Şama-

xıya və Bakıya gətirir, böyük sənətkarların məzarlarını 

ziyarət edir, ev muzeylərini gəzir, heykəlləri qarşısına 

gül-çiçək dəstələri qoyurlar. Şagirdlər məktəbi qurtar-

maları barədə raport verir, Vətənə, xalqa xidmət 

edəcəklərinə and içirlər. Bəxtiyar Vahabzadə dayanıb 

şagirdləri bir-bir dinləyir. Hətta  şagirdlərdən Sabir 

Rəhimov adlı birisinin M.Ə.Sabirin heykəli qarşısında 

söylədiyini böyük bir amal, əqidə hesab edir: “Böyük 

şair, böyük vətəndaş, mən sənin adını daşıyıram. Adı 

daşımağa nə var ki, mən çalışacağam ki, sənin  əməllə-

rini, sənin fikirlərini qəlbimdə daşıyam. Vətənimi sənin 

kimi sevim, sənin kimi şair olmaq hər adamın işi deyil. 

Mən çalışacağam ki, sənin kimi yaxşı vətəndaş olum!”

1



                                                            



1

 Oxud məktəbində. – Bəxtiyar Vahabzadə. Sadəlikdə böyüklük. 

Bakı, Yazıçı, 1978, s.292 



BULUDXAN  XƏLİLOV 

 

––– 106 –––

  

Bəxtiyar Vahabzadəyə Nurpaşa müəllim Oxud mək-

təbi barədə maraqlı məlumat verir. Bəxtiyar Vahabzadə 

Oxud məktəbinə  gələcəyinə söz verir. Bəxtiyar Va-

habzadə sentyabr ayında Oxud məktəbində olur. Mək-

təbdə onun diqqətini çəkənlər bunlar olur. “Nümunəvi 

atalar və analar” başlığı altında verilən lövhə. Lövhədə 

kəndin qabaqcıl adamlarının  şəkilləri asılmışdı. Mək-

təbdəki yeməkxana, klub, emalatxana, geniş üzgüçülük 

hovuzu, linqafon kabinetər, zəngin radio qovşağı, mək-

təbdən evlərə verilən radio verilişləri adamın ürəyini 

dağa döndərir. Bəxtiyar Vahabzadə bütün bunların 

hamısını  cəmiyyət üçün faydalı hesab edir. Odur ki, o, 

orta məktəb müəllimi deyəndə iki müəllimi yaxşı məna-

da yadından çıxarmırdı: birisi İbrahim Cəfər, digəri 

Nurpaşa müəllim. O yazırdı: “Müəllim dediyim zaman 

həmişə orta məktəbdə  ədəbiyyat müəllimim  İbrahim 

Cəfər, bir də Nurpaşa müəllim yadıma düşür. Nurpaşa 

müəllim başdan – başa ruhdur, mənəviyyatdır, fikirdir, 

düşüncədir. Səhərdən – axşama qədər məktəbdə sevimli 

şagirdlərinin yanındadır”

1



Bəxtiyar Vahabzadə orta məktəblərə getmək, mək-

təblərdəki vəziyyəti öyrənmək, yaxşı müəllimlərin işini 

yaymaq, təbliğ etmək baxımından heç kəsə bənzəməyən 

bir ömür yaşamışdır. O, görüşlərdə alim kimi də, müəl-

lim kimi də öyrənməyə həmişə üstünlük vermişdir. Ona 

görə  də öyrənə bilmədiyi məktəblər barədə öz hissini, 

mövqeyini gizlətməmişdir. Məsələn, vaxtilə orta təhsil 

aldığı məktəbə dəvət olunsa da, oradakı ədəbiyyat müəl-

                                                            

1

 Oxud məktəbində. – Bəxtiyar Vahabzadə. Sadəlikdə böyüklük. 



Bakı, Yazıçı, 1978, s.294 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə