BABURNAMƏ
131
dan dönüb Kərnana doğru getdik. Kərnana bir küruh məsafədə dayandıq.
Bəndə Əli getdi, biz də orada gözlədik. Sabah yaxınlaşırdı, o isə hələ də gəl-
mirdi. Çox təlaşa düşdük.
Dan yeri ağaranda Bəndə Əli tələsik gəldi. Üç çörək gətirmiş, lakin
atlara heç bir şey gətirməmişdi. Hər birimiz bir çörəyi qoynumuza qoyub tə-
laşla dönərək təpənin üstünə çıxdıq. Atları bir dərədə bağlayıb hərəmiz bir
tərəfə, yüksək bir yerə çıxıb ətrafa göz qoymağa başladıq.
Günortaya yaxın (117 a) Əhməd Quşçu dörd atlıyla birlikdə Gavədən
Axsiyə doğru gedirdi. Bir an üçün Əhməd Quşçunu çağırıb vədlərlə şirnik-
dirərək atlarını almağı düşündüm, çünki atlarımız bütün gecə-gündüz savaş
və qaçışda idi, üstəlik, yem də tapılmadığı üçün haldan düşmüşdülər. Lakin
qəlbim narahat idi, onlara güvənə bilmədim.
Yanımdakılarla qərara qldıq ki, bu gecə onlar Kərnana gedəcək, gecə
gizlincə girib atları çıxaracaqlar ki, bizi bir yerə qədər götürə bilsinlər.
Günorta olmuşdu, uzaqda, amma gözlə görünən bir yerdə, bir atın üs-
tündəki bir şey günəş şüalarıyla parlayırdı. Nə olduğunu heç cür başa düş-
mədik. Sonra anladıq ki, o, Məhəmməd Bakir bəymiş. Axsidə bizimlə bir-
likdəydi. Axsidən çıxanda hərə bir tərəfə getmişdi, Məhəmməd Bakir Bəy
də bu tərəfə gəlib gizlənərək yürüyürmüş.
Bəndə Əli ilə Sayrami dedilər ki, atlar iki gündür acdır. Ovaya enib
atları ota salaq. Oradan atlara minərək ovaya endik və atlarımızı ota saldıq.
İkindi namazı vaxtı atlı bir adam bizim gizləndiyimiz təpəyə çıxırdu.
Onu tanıdım və Gavənin böyüyü Qədirverdi olduğunu anladım. Yanımdakı-
lara dedim ki, Qədirverdini çağırsınlar. Çağırdılar, o da gəldi. Görüşüb hal-
əhval tutduqdan sonra inayət və şəfqət sözləri söyləyib, vədlərdə bulunub
şirnikdirərək urğan, oraq, balta və suyu keçmək üçün lazım olan əsbabla bir-
likdə atlara yem, özümüzə yemək (117 b) və əgər mümkünsə at da gətirmə-
sini söyləyib göndərdik, yatsı namazı vaxtında həmin yerə gəlməsini qərar-
laşdırdıq.
Axşam namazı vaxtında atlı bir adam Kəman tərəfindən Gavəyə doğru
keçib gedirdi. «Kimsən?» deyə soruşduq, o da bir ad deyib cavab verdi. Sən
demə, bu adam Məhəmməd Bakir bəyin ta özü imiş. Günorta gördüyümüz
yerdən ayrılmış və gizlənmək üçün başqa bir yerə gedirmiş. Səsini elə də-
yişdirmişdi ki, illərlə mənim yanımda qalmasına baxmayaraq heç tanıya bil-
mədim. Onu tanıyıb özümüzə qoşsaydıq, yaxşı olardı. Onun keçib getmə-
sinə çox üzüldük. Qədirverdi Gavaniyə vət etdiyimiz yerdə qala bilmədik.
Bəndə Əli belə dedi: «Kərnanın məhəllələrində kimsəsiz bağlar var.
Heç kim ağlına gətirməz ki, biz orada olarıq. Oraya gedib Qədirverdiyə
adam göndərək, oraya gəlsin».
Bu niyyətlə atlara minib Kərnanin məhəllərinə gəldik. Qışdı və çox
soyuq idi. Əski bir quzu dərisi tapıb gətirdilər, geydim. Bir çanaq darı şorba-
Zəhirəddin Məhəmməd BABUR
132
sı gətirdilər, içdim. Çox rahat oldum.
«Qədirverdiyə adam göndərdinmi?» deyə Bəndə Əlidən soruşdum.
«Göndərdim» dedi. Lakin bu alçaq həriflər onunla gizlicə danışaraq
onu Axsiyə Tənbəlin yanına göndərmişlər.
Divarla çevrilmiş bir evə girdim və od qalayıb bir müddət yuxuya dal-
dım. Bu həriflər nökərlik edib mənə təkrar belə dedilər: «Qədirverdidən xə-
bər almadan buradan hərəkət edə bilmərik. Bura məhəllə arasıdır, kənarda
kimsəsiz bağlar var. Oraya (l18 a) getsək, heç kim bizim orada ola biləcəyi-
mizi ağlına belə gətirə bilməz».
Gecə yansı ata minib kənar bağa getdim. Baba Sayrami divar üzərin-
dən ətrafı gözətləyirdi. Günortaya yaxın divardan enib yanıma gələrək dedi:
«Yusif darğa gəlir».
Buna çox üzüldüm və «Öyrən gör, mənim burada olduğumu bilərəkmi
gəlir» dedim.
Çıxdı və danışdıqdan sonra gəlib belə dedi: «Yusif darğa deyir ki, Ax-
si qapısında qarşıma bir piyada çıxdı və padşahın Kərnanda filan yerdə ol-
duğunu söylədi. Mən də başqaları bilmədən bu piyadanı müharibədə əlimə
düşən Vəli Xəzinə[çi] ilə birlikdə bir yerə gizlədim, sonra da sizin yanınıza
qoşdum. Bəylərin bu işdən xəbəri yoxdur».
«Sən nə düşünürsən?» deyə soruşdum.
«Bu adamlar hamısı da nökərlərinizdir, sizə nə eləyə bilərlər ki? Get-
mək lazımdır. Sizi padşah edəcəklər» dedi.
«Bu qədər qovğadan və savaşdan sonra necə etimad edib gedə bilə-
rəm» dedim.
Biz belə danışarkən Yusif gəlib önümdə iki dizi üstünə çöküb dedi:
«Sizdən nə gizlədim, bundan Sultan Əhməd bəyin xəbəri yoxdur. Şeyx Bə-
yazid bəy sizin xəbərinizi alıb məni göndərdi».
Belə deyincə mənə qəribə bir hal oldu. Dünyada can qorxusundan da-
ha pis bir şey yox imiş. «Doğrusunu söylə, iş bir az başqa isə gedib abdəst
alım» dedim.
Yusif and içdi, lakin onun andına kim inanar (l18 b). Özümdəki taqət-
sizliyi düşündüm. Qalxıb bağın bir guşəsinə gedib öz-özümə düşünərək,
«İnsan min il də yaşasa, axırda öləcək» dedim:
Əgər səd sal mane, var ya ki ruz,
Bibayəd rəft əz in kahi diləfruz.
İstər yüz il, istər bir gün qal,
Bu könül aydınladan köşkü tərk edəcəksən.
Ölümü qəbul etdim. Bu bağdan bir su axırdı. Abdəst aldım. İki rükət
namaz qıldım. Başımı münacata qoyub dilək dilərkən yuxuya dalmışım.
Röyamda Xoca Yəhyanın oğlu və Xoca Übeydullah həzrətlərinin nə-
vəsi olan Xoca Yaqub ağ və qara nişanlı bir ata minmiş olaraq izdihamlı bir
BABURNAMƏ
133
camaatla birlikdə qarşıma çıxdı. Mənə belə dedi: «Qəm yeməyin, məni sizin
yanınıza Xoca Əhrar göndərdi və dedi ki, biz ona kömək göndərib padşahlıq
məqamına oturtmuşuq, bir yerdə çətinə düşsə, bizi göz önünə gətirib yad et-
sin, biz orada hazır olarıq. Bu anda belə şans hələ sizin tərəfinizdədir. Ba-
şınızı qaldırın və yuxudan oyanın». Bu vəziyyətdə sevinclə oyandım.
Yusif darğa və yanındakılar öz aralarında danışıb belə deyirdilər: «Bə-
hanələr tapıb hiylə eləyir, tutub bağlamaq lazımdır».
Bu sözü eşittim və «Siz belə danışırsınız, yaxınlaşın görüm, hansınız
mənə yaxınlaşa bilərsiniz» dedim. Tam bu sözü söylərkən, bağın divarının
dışından izdihamlı bir atlı qafiləsinin ayaq səsləri gəldi (119 a)
«Əgər bizimlə birlikdə Tənbəlin hüzuruna getsəydin, bizim işimiz dü-
zələrdi. İndi isə sizi yaxalamaq üçün bu qədər adam gödərib» deyən Yusif
darğa bu səslərin Tənbəlin göndərdiyi adamların səsi olduğunu təxmin etdi.
Bunu eşidincə təlaşım lap artdı və nə edəcəyimi bilmədim.
O anda bu atlılar bağın qapısını aramaq üçün vaxt itirmədən əski di-
varın bir yerindən bir dəlik açaraq içəri girdilər. Baxdım ki, onlar mənə can-
dan bağlı olan adamlarımdır. Qutlu Məhəmməd Barlas və Babayi-Pərgari
yanlarında on beş və ya iyirmi adamla gəlib yetişmişdi. Yaxınlaşanda özlə-
rini atlardan yerə atdılar və uzaqdan hörmətlə əyilib sayğı göstərərək ayaq-
larıma qapandılar. O anda mənə qəribə bir hal oldu, sanki Allah mənə yeni-
dən can vermişdi.
Mən gələnlərə «Bu Yusif darğanı və yanındakı xain hərifləri yaxala-
yıb bağlayın» dedim. Bu həriflər qaçmışdılar, amma onlardan birini bir yer-
də yaxalayaraq bağlayıb gətirdilər.
«Siz hardan gəlirsiniz və necə xəbər aldınız?» deyə soruşdum.
Qutlu Məhəmməd Barlas belə anlatdı: «Axsidən qaçıb çıxarkən, siz-
dən ayrıldıqdan sonra Əndicana gəldim. Xanlar da Əndicana gəlmişdilər.
Mən bir röya gördüm. Rüyamda Xoca Übeydullah mənə dedi ki, Babur pad-
şah Kərnan (1l9 b) deyilən kənddədir, gedib onu gətirin. Padşahlıq məqamı
ona verilmişdir. Bu röyanı gördükdən sonra sevinərək böyük və kiçik xana
ərz etdim və dedim ki, mənim beş-altı kiçık qardaşım və oğlum var, bunlara
bir neçə igid qoşun, mən də Kərnan tərəfinə gedib xəbər alım. Xanlar biz də
onun o tərəfə getmiş olacağını düşünürük, deyərək yanıma on adam təyin et-
dilər və o tərəfə gedib yaxşıca araşdıraraq bir xəbər al, heç olmasa, o tərəfdə
bir xəbər tapa bilərsən, dedilər. Biz belə danışarkən Babayi-Pərgari mən də
gedib axtarım, dedi və o da iki igid kiçik qardaşı ilə birlikdə bizə qoşuldu.
Bugün üçüncü gündür ki, yoldayıq. Əlhəmdülillah, sizi tapdıq».
Sonra isə dedilər ki, indi darhal ata minin və bu bağlananları da alaraq
gedək. Burada durmaq yaxşı deyildir. Tənbəl sizin buraya gəldiyinizdən xə-
bər tutub. Tez buradan gedək və xanlara qoşulaq.
Dərhal ata minib Əndican tərəfinə yola çıxdıq. İki gündən bəri heç ye-
Dostları ilə paylaş: |