BABURNAMƏ
137
Mirzəni məndən ayırıb Xorasana apardılar.
SULTAN HÜSEYN MİRZƏDƏN GƏLƏN MƏKTUBLAR
O zaman Sultan Hüseyn [Bayqara] Mirzədən [oğlu] Bədiüzzaman
Mirzəyə, mənə, Xosrov şaha və Zünnuna [bəy Arğun] eyni məzmunda uzun
(122 a) məktublar gəldi. O məktublar hələ də məndədir.
Məktublarda belə deyilirdi: [Əbu Səid Mirzənin oğulları] Sultan Əh-
məd Mirzə, Sultan Mahmud Mirzə və Uluğ bəy Mirzə qardaşlar birləşib mə-
nim üstümə hücum çəkəndə Murqab sahilini gücləndirmişdim. Mirzələr də
yaxınlaşdıqları halda heç bir şey edə bilmədən geri qayıtmışdılar. İndi əgər
özbəklər hərəkətə keçsələr mən yenə Murqab sahilini tutum, Bədiüzzaman
Mirzə isə Bəlx, Şaburqan və Əndəhud kurqanlarına inanılmış adamlarını qo-
yub özü Gürzüvan, Dəreyi-Zəng və o dağlıq bölgəni tutsun. Mənim də bu
civara gələndən xəbərdar olmuş, «sən də Kahmərd, Əcər və civardakı dağ
ətəklərini tut» deyə yazmışdı. Xosrov şah da Hisar və Qunduz kurqanlarına
inanılmış adamlarını qoyub kiçık qardaşı Vəli ilə birlikdə Bədəxşan və Xut-
lan dağlarını tutsunlar. Onda özbəklər heç bir şey edə bilmədən geri qayıda-
caqlar.
Sultan Hüseyn Mirzədən gələn bu məktublar ümidsizliyə səbəb oldu,
çünki Teymur bəyin yurdunda o dönəmdə yaş, vilayət və əsgər baxımından
ondan daha böyük bir padşah yoxdu. Mən gözləyirdim ki, onun elçiləri və
qasidləri dalbadal dələrək belə əmrlər gətirəcəklər: «Termiz, Kilif və Kərki
keçidlərində (l22 b) gəmiləri belə düzəldin, körpü materialını bu miqdarda
hazırlayın, yuxarıdakı Doqquz-Ölüm keçidlərini möhkəm qoruma altına alın
ki, neçə ildən bəri özbəklər üzündən cəsarətini itirmiş olan xalqın könlünə
qüvvət gəlib ümidvar olsun».
Teymur bəyin taxtında oturan Sultan Hüseyn Mirzə kimi böyük bir
padşah düşmən üzərinə yürüməyi düşünmədən yalnız müdafiə olunma lü-
zumundan bəhs edirsə, daha xalqda necə bir ümid qala bilərdi.
Bizimlə birlikdə gələn ac adamların ailələrini, Baqi Çağanyani və oğlu
Məhəmməd Qasımın mövcud sipahi və aymaqlarının köç və mallarının ha-
mısını Əcərdə qoyub əsgərləri götürüb çıxdıq.
Xosrov şahın yanındakı moğollardan «Bütün moğol ulusu olaraq pad-
şahın tərəfini tuturuq, Talikandan köç edib İşkəmiş və Fülul tərəflərinə do-
ğru hərəkət edirik, qoy padşah da çalışıb tez gəlsin, Xosrov şahın adamla-
rının çoxu padşahın xidmətinə girəcəkdir» şəklində xəbərlər gətirən adamlar
gəlməyə başladı.
Bu zaman Şeybani xanın Əndicanı alıb Hisar və Qunduz üzərinə qo-
şun çəkməsi xəbəri gəldi. Xosrov şah bu xəbəri eşidincə Qunduzda qalma-
yaraq bütün adamını alıb (123 a) Kabilə doğru getdi. Xosrov şah Qunduzu
Zəhirəddin Məhəmməd BABUR
138
qoyub çıxar-çıxmaz, Molla Məhəmməd Türküstani adında çox etibar etdiyi
köhnə bir adamı da Qunduzu Şeybani xana qarşı gücləndirdi.
Biz Səmtu yoluyla Qızılsu tərəfinə gələndə Xosrov şaha tabe olan, Hi-
sar və Qunduzda bulunan moğol ulusu köçləri ilə birlikdə gəlib bizə qoşuldu.
Daha əvvəl də haqqında dəfələrlə söz açdığım Qənbər Əli moğol [Sallax]
gəvəzə bir adamdı. Xasiyyəti Baqi bəylə [Çağanyani] tutmadı və Baqi bəyin
xatiri üçün getməsinə izin verdim. [Qənbər Əlinin] oğlu Əbdüşşükür isə o
zamandan bəri Cahangir Mirzənin xidmətində qaldı.
XOSROV ŞAHIN BABURUN
XİDMƏTİNƏ GİRMƏSİ
Xosrov şah moğol ulusunun bizə qoşulduğunu eşidəndə çox heyrət
eləmişdi. Ancaq bir çarə tapmayınca kürəkənı Yaqub Əyyubu
elçi olaraq
göndərdi. Əhd bağlandığı təqdirdə qulluq və sədaqətini göstərib xidmətimi-
zə gələcəyini bildirdi. Baqi Çağanyani nüfuz sahibiydi. Bizə sadiq olsa da,
öz böyük qardaşının tərəfini verməzdi. O, araya girdi və bu şəkildə bir əhd
bağlandı: onun həyatına toxunulmayacaq, malına da öz istədiyi kimi sərən-
cam verəcək, ona heç bir təzyiq göstərilməyəcək. Yaqubun getməsinə izin
verdikdən sonra Qızılsuyu keçib Əndərab çayının birləşdiyi yerə yaxın bir
yerdə (123 b) düşərgə saldıq.
Ertəsi gün, rəbiüləvvəl ayının ortalarında [=avqust ayının sonunda] bir
neçə adamla Əndərab çayını keçib Duşi civarında böyük bir çinarın altında
oturdum. Qarşı tərəfdən Xosrov şah əzəmət, ehtişam və izdihamlı məiyyəti
ilə gəldi. Təşrifat qaydalarına müvafiq olaraq uzaqda atından düşdü və gəlib
görüşərək üç dəfə, geri çəkilərək yenə üç dəfə, kef-hal soruşanda və hədiyyə
təqdim edəndə birər dəfə yükündü. Cahangir Mirzə ilə Mirzə xana [Baburun
əmisinın oğlu Sultan Veys Mirzə] də eyni şəkildə yükündü. Qoca və təmbəl
hərif neçə ildir öz istədiyi kimi hərəkət edir və yalnızca öz adına xütbə oxut-
ma dışında səltənət sürürdü. Bu şəkildə iyirmi beş-iyirmi altı dəfə ard-arda
yükündü, getib gəldi. Yorğunluqdan az qala yıxılacaqdı. Neçə ildir sürdüyü
bəyliyi və səltənəti tamamən burnundan gəldi.
Görüşüb hədiyyə təqdim etdikdən sonra oturmasını buyurdum. Bir-iki
qari
1
oturub oradan-buradan danışdıq. Alçaqlığı və nankorluğu ilə bərabər
boş və zövqsüz bir danışığı da vardı. Etimad göstərdiyi, etibarlı adamları gö-
zünün qabağında dəstə-dəstə gəlib mənim xidmətimə girirdilər. Onun işi o
dərəcədə pozulmuşdu ki, padşahlıq etməkdə olan bu hərif bu cür həqir bir
vəziyyətdə çar-naçar gəlib mənimlə görüşmüşdü.
Belə bir zamanda (124 a) iki qəribə söz söyləyib məni lap şaşırtdı. Bi-
ri budur: nökərlərinin yanından ayrılması üzündən ona təsəlli verəndə belə
1
Qari: Hindistanda işlənən və 24 dəqiqəyə bərabər olan bir zaman ölçüsü.