Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə60/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   56   57   58   59   60   61   62   63   ...   189

BABURNAMƏ 

 

137



Mirzəni məndən ayırıb Xorasana apardılar. 

 

SULTAN HÜSEYN MİRZƏDƏN GƏLƏN MƏKTUBLAR 

 

O zaman Sultan Hüseyn [Bayqara] Mirzədən [oğlu] Bədiüzzaman 



Mirzəyə, mənə, Xosrov şaha və Zünnuna [bəy Arğun] eyni məzmunda uzun 

(122 a) məktublar gəldi. O məktublar hələ də məndədir. 

Məktublarda belə deyilirdi: [Əbu Səid Mirzənin oğulları] Sultan Əh-

məd Mirzə, Sultan Mahmud Mirzə və Uluğ bəy Mirzə qardaşlar birləşib mə-

nim üstümə hücum çəkəndə Murqab sahilini gücləndirmişdim. Mirzələr də 

yaxınlaşdıqları halda heç bir şey edə bilmədən geri qayıtmışdılar. İndi əgər 

özbəklər hərəkətə keçsələr mən yenə Murqab sahilini tutum, Bədiüzzaman 

Mirzə isə Bəlx, Şaburqan və Əndəhud kurqanlarına inanılmış adamlarını qo-

yub özü Gürzüvan, Dəreyi-Zəng və o dağlıq bölgəni tutsun. Mənim də bu 

civara gələndən xəbərdar olmuş, «sən də Kahmərd,  Əcər və civardakı dağ 

ətəklərini tut» deyə yazmışdı. Xosrov şah da Hisar və Qunduz kurqanlarına 

inanılmış adamlarını qoyub kiçık qardaşı Vəli ilə birlikdə Bədəxşan və Xut-

lan dağlarını tutsunlar. Onda özbəklər heç bir şey edə bilmədən geri qayıda-

caqlar. 

Sultan Hüseyn Mirzədən gələn bu məktublar ümidsizliyə səbəb oldu, 

çünki Teymur bəyin yurdunda o dönəmdə yaş, vilayət və əsgər baxımından 

ondan daha böyük bir padşah yoxdu. Mən gözləyirdim ki, onun elçiləri və 

qasidləri dalbadal dələrək belə əmrlər gətirəcəklər: «Termiz, Kilif və Kərki 

keçidlərində (l22 b) gəmiləri belə düzəldin, körpü materialını bu miqdarda 

hazırlayın, yuxarıdakı Doqquz-Ölüm keçidlərini möhkəm qoruma altına alın 

ki, neçə ildən bəri özbəklər üzündən cəsarətini itirmiş olan xalqın könlünə 

qüvvət gəlib ümidvar olsun». 

Teymur bəyin taxtında oturan Sultan Hüseyn Mirzə kimi böyük bir 

padşah düşmən üzərinə yürüməyi düşünmədən yalnız müdafiə olunma lü-

zumundan bəhs edirsə, daha xalqda necə bir ümid qala bilərdi. 

Bizimlə birlikdə gələn ac adamların ailələrini, Baqi Çağanyani və oğlu 

Məhəmməd Qasımın mövcud sipahi və aymaqlarının köç və mallarının ha-

mısını Əcərdə qoyub əsgərləri götürüb çıxdıq. 

Xosrov şahın yanındakı moğollardan «Bütün moğol ulusu olaraq pad-

şahın tərəfini tuturuq, Talikandan köç edib İşkəmiş və Fülul tərəflərinə do-

ğru hərəkət edirik, qoy padşah da çalışıb tez gəlsin, Xosrov şahın adamla-

rının çoxu padşahın xidmətinə girəcəkdir» şəklində xəbərlər gətirən adamlar 

gəlməyə başladı. 

Bu zaman Şeybani xanın Əndicanı alıb Hisar və Qunduz üzərinə qo-

şun çəkməsi xəbəri gəldi. Xosrov şah bu xəbəri eşidincə Qunduzda qalma-

yaraq bütün adamını alıb (123 a) Kabilə doğru getdi. Xosrov şah Qunduzu 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



138

qoyub çıxar-çıxmaz, Molla Məhəmməd Türküstani adında çox etibar etdiyi 

köhnə bir adamı da Qunduzu Şeybani xana qarşı gücləndirdi. 

Biz Səmtu yoluyla Qızılsu tərəfinə gələndə Xosrov şaha tabe olan, Hi-

sar və Qunduzda bulunan moğol ulusu köçləri ilə birlikdə gəlib bizə qoşuldu. 

Daha əvvəl də haqqında dəfələrlə  söz açdığım Qənbər Əli moğol [Sallax] 

gəvəzə bir adamdı. Xasiyyəti Baqi bəylə [Çağanyani] tutmadı və Baqi bəyin 

xatiri üçün getməsinə izin verdim. [Qənbər  Əlinin] oğlu  Əbdüşşükür isə o 

zamandan bəri Cahangir Mirzənin  xidmətində qaldı.  

 

XOSROV ŞAHIN BABURUN 

XİDMƏTİNƏ GİRMƏSİ 

 

Xosrov  şah moğol ulusunun bizə qoşulduğunu eşidəndə çox heyrət 



eləmişdi. Ancaq bir çarə tapmayınca kürəkənı Yaqub Əyyubu elçi olaraq 

göndərdi. Əhd bağlandığı təqdirdə qulluq və sədaqətini göstərib xidmətimi-

zə gələcəyini bildirdi. Baqi Çağanyani nüfuz sahibiydi. Bizə sadiq olsa da, 

öz böyük qardaşının tərəfini verməzdi. O, araya girdi və bu şəkildə bir əhd 

bağlandı: onun həyatına toxunulmayacaq, malına da öz istədiyi kimi sərən-

cam verəcək, ona heç bir təzyiq göstərilməyəcək. Yaqubun getməsinə izin 

verdikdən sonra Qızılsuyu keçib Əndərab çayının birləşdiyi yerə yaxın bir 

yerdə (123 b) düşərgə saldıq. 

Ertəsi gün, rəbiüləvvəl ayının ortalarında [=avqust ayının sonunda] bir 

neçə adamla Əndərab çayını keçib Duşi civarında böyük bir çinarın altında 

oturdum. Qarşı tərəfdən Xosrov şah əzəmət, ehtişam və izdihamlı məiyyəti 

ilə gəldi. Təşrifat qaydalarına müvafiq olaraq uzaqda atından düşdü və gəlib 

görüşərək üç dəfə, geri çəkilərək yenə üç dəfə, kef-hal soruşanda və hədiyyə 

təqdim edəndə birər dəfə yükündü. Cahangir Mirzə ilə Mirzə xana [Baburun 

əmisinın oğlu Sultan Veys Mirzə] də eyni şəkildə yükündü. Qoca və təmbəl 

hərif neçə ildir öz istədiyi kimi hərəkət edir və yalnızca öz adına xütbə oxut-

ma dışında səltənət sürürdü. Bu şəkildə iyirmi beş-iyirmi altı dəfə ard-arda 

yükündü, getib gəldi. Yorğunluqdan az qala yıxılacaqdı. Neçə ildir sürdüyü 

bəyliyi və səltənəti tamamən burnundan gəldi. 

Görüşüb hədiyyə təqdim etdikdən sonra oturmasını buyurdum. Bir-iki 

qari

1

 oturub  oradan-buradan  danışdıq. Alçaqlığı  və nankorluğu ilə  bərabər 



boş və zövqsüz bir danışığı da vardı. Etimad göstərdiyi, etibarlı adamları gö-

zünün qabağında dəstə-dəstə gəlib mənim xidmətimə girirdilər. Onun işi o 

dərəcədə pozulmuşdu ki, padşahlıq etməkdə olan bu hərif bu cür həqir bir 

vəziyyətdə çar-naçar gəlib mənimlə görüşmüşdü. 

Belə bir zamanda (124 a) iki qəribə söz söyləyib məni lap şaşırtdı. Bi-

ri budur: nökərlərinin yanından ayrılması üzündən ona təsəlli verəndə belə 

                                                           

1

 Qari: Hindistanda işlənən və 24 dəqiqəyə bərabər olan bir zaman ölçüsü.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə