Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə2/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   2   3   4   5   6   7   8   9   ...   189

BABURNAMƏ 

 

5



olub «Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar» 

deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrin-

dəki 250 nəfərlik dəstə ilə  Əndicana üz tutur, lakin şəhərin  ələ keçdiyini 

öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndica-

nı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndica-

nı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, la-

kin bacı gözü ilə baxdığı əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bə-

yimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu 

tərk edir.  

Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Ba-

bur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-

ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır. 

Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk 

edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlə-

nir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nə-

fərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda payi-piyada 

Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda 

onun digər dayısı  Əhməd xan Monqolustandan Daşkəndə  gəlir.  İki qardaş 

Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri  ələ keçirərək 

Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən basqına uğrayır, 

çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zər-

bəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur. 

Sonra onlardan ayrılaraq, yolboyu xarabalıqlarda gizlənə-gizlənə bir təhər 

dayılarının yanına qayıda bilir.   

Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, on-

ları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağ-

lara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xo-

rasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və 

uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola 

çıxır.    

Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xa-

qanın törəməsini böyük sevgi ilə qarşılayır,  şahın qardaşı Baqi Çağanyani 

başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında 

böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana de-

yil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğun-

dan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda 

çox sevdiyi Mahım bəyimlə evlənir. 

Şah  İsmayıl Xətai 1510-cu ildə  Şeybani xanı öldürür. Ən  əsas düş-

mənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata 

mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İs-

mayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə  kəsdirir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətainin hərbi qüvvələ-

rinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur osmanlı-

səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən 

tutduğu torpaqları yenidən itirir. Xətainin Çaldıran savaşında osmanlılara 

məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur 

dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafi-

yaya yönəldir. 1519-cu ildə siyasi məqsədlərlə Şah Mənsurun qızı Bibi Mü-

barəkə-Əfqani Ağaçə ilə evlənir.     

Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pəncabı 

(1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini 

ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökm-

ranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoyur.  

Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat ya-

xınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputla-

rın başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını 

Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur 

1527-29-cu illərdə öz nəzarətindəki yerlərdə üsyanları yatıraraq, müstəqil 

knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökm-

darını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.  

Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qız-

dırmasından  əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir 

dəfə  zəhərləyirlər.  İbrahim Ludinin anası  tərəfindən aşpaz  Əhmədin  əli ilə 

verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.  

Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabın-

da atasının həyatının son aylarını müfəssəl  şəkildə  təsvir etmişdir. Onun 

yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura 

öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına 

üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bu-

nu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayunun 

vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi get-

dikcə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğul-

ları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gül-

çöhrə  və Gülbədən bəyimləri), bəylərini və  sərkərdələrini yanına çağırır. 

Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün 

– 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olu-

nur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə 

baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı 

bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir. 

Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Baburilər, Böyük 

moğollar və ya Gürganilər dövləti adlandırılan imperiyanın sonrakı tarixi 

haqqında da qısa məlumat vermək istəyirik. Baburdan sonra onun böyük 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə