Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə63/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   59   60   61   62   63   64   65   66   ...   189

BABURNAMƏ 

 

143



və məskəni bu dağlardır. Şimalı Qunduz və Əndərab vilayətləridir, Hinduquş 

dağı bunların ortasındadır. Cənubu Fərmül, Negar, Bennu və Əfqanıstandır. 

Kiçık, lakin uzun bir vilayətdir. Şərqdən qərbə doğru uzanır. Ətrafı ta-

mamən dağlıqdır. Qalası dağa bitişikdir. 

Qalanin cənub-qərbində bir az kiçık bir dağ var və dağın başında [şə-

hərin banisi] Şah Kabil bir saray tikdirdiyi üçün bu dağa Şah Kabil deyirlər. 

Bu dağ Divrin boğazından başlayır və Dəh-Yaqub boğazında sona çatır. Ət-

rafında iki şeri qədər yer var və bu dağın ətəyi tamamən bağdır. Əmim Uluğ 

bəy Mirzə zamanında Mirzənin atəkəsi Veys Atəkə bu dağın  ətəyində bir 

arx qazdırmışdır və ətəyindəki bütün bağlar bu arxla suvarılır. 

Kanalın alt tərəfində Külkinə adlı bir məhəllə vardır, kimsəsiz bir yer-

dir. Orada bir çox dəfə ədəbsiz işlər görülmüşdür. Bəzən zarafatla (128 b) 

Xoca Hafizin beytini dəyişdirərək belə oxuyurdular: 

Ey xoş an vəqt ki, bepavi sər əyyami çənd, 

Sakini Gülkinə budim be bədnami çənd.  

Kəllə-mayallaq idik, necə xoş əyyam idi,  

Gülkinədə oturan bir neçə bədnam idi. 

Qalanın cənubunda və Şah Kabilin şərqində böyük bir göl var. Ətrafı 

bir  şeri qədərdir.  Şah Kabil dağından Kabilə doğru üç kiçik çeşmə  çıxır, 

onlardan ikisi Gülkinə ətrafındadır. Bir çeşmənin başında Xoca-Şemu (Xoca 

Əhməd  Şəmsəddin Cambaz) adlı bir məzar və digərində  də Xoca Xızırın 

ayaq izi [qədəmgah] vardır. Bu iki yer Kabil əhalisinin gəzinti yeridir. Bir 

çeşmə də Xoca Ruşənayi də dedikləri Xoca Əbdüssəmədin qarşısındadır. 

Şah Kabil dağından Üqabeyn dedikləri bir çıxıntı ayrılmışdır. Ondan 

başqa yenə kiçicik bir dağ var və Kabil qalasının ərki bu dağın üzərindədir. 

Böyük kurqan ərkin şimal tərəfindədir. Bu ərk çox hündür və yaxşı havalı 

bir yerdədir. Böyük bir göl ilə Siyah səng, Səng kurqan və Çalaq adlarını 

daşıyan üç çayırın yanındadır. Hamısı  də ayaq altındadır. Çayırlar yaşıllıq 

zamanında fövqəladə gözəl görünür. 

Kabildə yaz mövsümü gələndə pərvan yeli dedikləri bir şimal rüzgarı 

sürəkli əsir. Ərkdə pəncərələri şimala açılan evlər fövqəladə havalıdır. Mol-

la Məhəmməd Təbib Müəmmai Kabil ərkini (129 a) təsvir edərkən, bir beyti 

Bədiüzzaman Mirzə adına bağlayıb oxuyurdu: 

Bixor dər ərki-Kabil mey, bigərdan kasə peydərpey, 

Ki həm kuh əstü həm dərya, həm şəhr əstü həm səhra. 

Kabil ərkində mey iç, durmadan peydərpey iç, 

Çünki ora həm dağdır, həm dərya, həm şəhərdir, həm səhra. 

Ərəblər ərəbdən başqa hamıya əcəm dediklər kimi, hindlilər də özlə-

rindən başqasına Xorasan deyirlər. Hindistan ilə Xorasan arasındakı yolun 

üzərində iki ticarət mərkəzi var. Bunların biri Kabil, digəri isə Qəndəhardır. 

Fərqanə, Türküstan, Səmərqənd, Buxara, Bəlx, Hisar və Bədəxşandan kar-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



144

vanlar Kabilə gəlir; Xorasandan da Qəndəhara gedirlər. Hindistan ilə Xora-

san arasındakı yol bu vilayətdən keçir. 

Fövqəladə yaxşı bir ticarət yeridir. Tüccarlar Çinə və ya Ruma getsə-

lər belə ancaq bu qədər ticarət edə bilərlər. Kabilə hər il yeddi-səkkiz və ya 

on min at gəlir, aşağı Hindistandan da on-on beş  və ya iyirmi min karvan 

gəlir. Hindistandan ağ parça, şəkər, qənd və ədviyyat gətirirlər. Tüccarların 

çoxu ona qarşı otuz, ya da qırx qazanca razı olmaz. Kabildə Xorasan, İraq, 

Rum və Çin malları tapılır və bura Hindistanın əsil bazarıdır. 

Kabilin isti və soyuq yerləri yaxındır. Kabildən bir gün yol getsən heç 

bir zaman qar yağmayan bir yerə çatarsan, təxminən iki saatlıq yolda da kari 

heç bir zaman əskik olmayan bir yerə getmək olar, yalnızca ara-sıra kari tam 

əridəcək qədər isti yay gəlir. (129 b) 

İsti və soyuq iqlimlərin meyvələri Kabilə bağlı olan yerlərə həm yaxın, 

həm də çoxdur. Kabil və kəndlərində soyuq iqlim meyvələrindən üzüm, nar, 

qaysı, alma, heyva, armud, şaftalı,  ərik, innab, badam və qoz boldur. Mən 

vişnə fidanı gətirib əkdirdim, yaxşı vişnələr yetişdi və ağaclar hələ böyüyür-

lər.  İsti iqlim meyvələrindən portağal, turunc, əmlük

1

 və  şəkər qamışını 



Ləmğandan gətirirlər. Şəkər qamışı gətirib əkdirmişdim. Çilgüzəni

2

 Nicrav-



dan gətirirlər. 

Kabilin ətrafındakı dağlıq bölgələrdən çox bal gəlir. Arı pətəkləri var. 

Yalnız Qəznə  tərəfindəki dağlardan bal gəlmir. Kabilin rivacı

3

 yaxşıdır. 



Heyvası ilə əriyi də pis deyil, badrəngi

4

 də yaxşı olur. 



Abi-əngur dedikləri bir tür üzüm vardır, çox yaxşı üzümdür və ondan 

qüvvətli  şərablar düzəldirlər. Xoca-Xavənd Səid dağının  ətəkləri  şərabının 

sərtliyi ilə məşhurdur. Gərçi başqasını təqlidlə deyirlər ki: 

Ləzzəti-mey məst danəd, huşyaran ra çe həzz. 



Şərabın ləzzətini sərxoş bilər, ağlı başında olan ondan nə həzz alar. 

Taxılı yaxşı deyil. Əgər Xorasan toxumu olsa, o zaman ümumən pis 

olmaz. Qovunu da yaxşı deyildir.  

Fövqəladə gözəl bir havası var. Dünyada Kabil qədər havalı başqa bir 

yer məlum deyil. Yayda gecələr rğansız yatmaq olmaz. Düzdür, qışda qar  

çox olur, amma sərt şaxtası yoxdur. Səmərqənd və Təbriz də yaxşı havasıyla 



(l 30 a) məşhurdur, amma oranın soyuğu sərtdir. 

Şəhərin  ətrafında dörd gözəl çayır var. Şimal-şərqində Sonaq-kurqan 

çayırı var. Kabildən təxminən iki küruh uzaqdadır və yaxşı bir çayırdır, otu 

ata yaxşı gəlir, milçəyi az olur. Şimal-qərbində Çalaq çayırı yerləşir. Kabil-

                                                           

1

 Əmlük:  Kabilin bir bölgəsində olub, digər yerlərdə olmayan bir meyvə. Türklər ona 



"qara yemiş" deyirlər.  

2

 Çilgüzə: bir fıstıq növü.  



3

 Rivac: larivac da deyilir, köklərindən düzəldilən dərman müshilə yaxşı təsir edir. 

4

 Badrəng: limona bənzər yaşıl bir meyvədir. Böyük bir xiyar növünə də belə deyilir. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə