Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə65/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   61   62   63   64   65   66   67   68   ...   189

BABURNAMƏ 

 

147



arasından axan suya baxır. Portağal, turunc və narı fövqəladə çoxdur. Pəhar 

xanı məğlub edib Lahor və Dibalpuru fəth etdiyim il [=1524] banan gətirdib 

əkdirmişdim, yaxşı tutmuşdu. Ondan əvvəlki il də şəkər qamışı əkilmiş və 

yaxşı yetişmiş, onlardan Bədəxşana və Buxaraya göndərilmişdi. Yeri yük-

səkdir, suyu qurumur, havası qışda da mülayimdir. Bağın ortasında kiçık bir 

(132 b) təpə var. Bir dəyirman işlədə biləcək gücdə bir çay bağın ortasından 

və bağın içindəki təpənin üzərindən fasiləsiz bir şəkildə axır, bağın orta-

sındakı böyük çəmənlik bu təpənin üzərindədir. 

Bağın cənub-qərbində böyük bir hovuz vardır və ətrafı tamamən por-

tağal ağaçlarıyla əhatə edilmişdir. Nar ağacları da vardır. Bu hovuzun ətrafı 

bütünlüklə çəmənlə örtülüdür və bağın ən gözəl yeri oradır. Portağalların sa-

raldığı günlərdə olduqca gözəl görünür. Gerçəkdən də gözəl bir bağdır. 

Kuhi-Səfid dağı Nigənxarın cənubundadır. Bəngəş ilə Nigənxarı bu 

dağ ayırır. Atlı bir adam buradan asanlıqla keçə bilməz. Bu dağdan doqquz 

çay axar. Bu dağda qar heç bir zaman əskik olmur. Bəlkə də bu üzdən ona 

Kuhi-Səfid [ağ dağ] demişlər. Aşağıdakı dərədə isə heç bir zaman qar yağ-

mır. İkisinin arası yarım günlük yoldur. Bu dağın ətəklərində havalı yerlər 

var. Suları soyuqdur və buza ehtiyac yoxdur. 

Adinapur kurqanının güney tərəfi isə Surx-rud çayıdır. Kurqanı yük-

sək bir yerdədir. Çay tərəfində isə qırx-əlli kari yüksəkliyində sarp bir dağ 

vardır. Kurqanın  şimalında də dağın bir qismi bulunur. Olduqca qorunaqlı 

bir kurqandır. Bu dağ Nigənxar ilə Ləmqanat arasındadır. Kabilə qar yağan 

zaman bu dağın təpəsinə qar düşür, Ləmqan  əhalisi  (133 a) onda bilir ki

Kabilə qar yağmışdır. 

Kabildən Ləmqanata gedərkən Quru say üzərindən gedənlər Dibri ke-

çidini aşıb Bulanda Baran çayından keçirlər. Bir digər yol isə Quru saydan 

aşağıya, Qaratudan aşıb Uluğ-Nurda Baran çayını keçib Badic keçidindən 

Ləmqana gedir. Nicrav üzərindən gedənlər isə Bedrav və Qaranrıqdan keçib 

Badic keçidinə gedirlər. 

Nigənxar Ləmqanın beş tümənindən biridir, lakin yalnız üç tümənə 

Ləmqanat adını verirlər. Bu üç tüməndən biri Əlişəng tümənidir O, Hindu-

quş dağına bitişik, qarlı, böyük və sarp dağları əhatə edir. Bu dağlar bütün-

lüklə Kafiristana aiddir. Kafiristanın Əlişəngə bir az yaxın olan qismi Mildir. 

Əlişəng çayı öz mənbəyini Mildən alır. Həzrəti Nuh peyğəmbərin atası 

Mehtər Lamın qəbri  Əlişəng tümənindədir. Bəzi tarix kitablarında Mehtər 

Lama Ləmk və ya Ləmkan da deyirlər. Buranın  əhalisi bəzən kaf yerinə 

ğəyn tələffüz edir. Bəlkə bu vilayətə bu üzdən Ləmğan demişlər. 

Ləmqanat tümənlərindən biri də  Əlinqardır. Kafiristanın  Əlinqara  ən 

yaxın olan qismi Gevardır. Əlinqar çayı Gevardan başlayır. Bu iki çay Əli-

şəng ilə  Əlinqardan keçib birləşərək tümənlərdən biri olan Məndravərin 

(133 b) bir az aşağısında Baran çayına tökülür. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



148

Ləmqanatın iki bölüyündən biri Dəreyi-Nurdur və misilsiz bir yerdir. 

Kurqanı dərənin önündə iki tərəfindən su ilə çevrilən bir çıxıntının üstündə-

dir. Düyü tarlaları çoxdur. Oraya yol olmayan yerdən getmək mümkün deyil. 

Portağal, turunc və digər isti iqlim meyvələri, bir az da xurma ağacı var. 

Kurqanın iki tərəfindəki suyun sahilləri tamamən ağaclıqdır. Çoxu əmlük 

ağacıdır. Bu meyvəyə  bəzi türklər qarayemiş deyirlər, Dəreyi-Nurda çox 

olur, başqa yerdə bu meyvəyə rast gəlmək olmaz. 

Üzümü də olur. Üzümün hamısı ağaclara sarmaşıb yuxarı çıxır. Ləm-

qanatda Dəreyi-Nur şərabı məşhurdur. Ərrə daşı və suxan daşı adlanan iki 

növ şərabları var. Ərrə daşı sarımtıraqdır, suxan daşı isə gözəl rəngli və qıp-

qırmızı olur. Düzdür, hər ikisinin də keyfiyyəti şöhrətləri qədər deyildir, la-

kin ərrə daşı adama daha çox keyf verir. 

Yuxarıdakı dərələrdə limon yetişir. Buradan aşağıdakı Hindistan tərəf-

lərində də limon yetişir. Lakin buradan yuxarıda limon olmur. Buranın əha-

lisi əvvəllər donuz saxlayırdı, lakin bizim zamanımızda bundan vaz keçdi. 

Ləmqanatın üç tümənindən biri də Künər və Nurgil tümənidir. Bu tü-

mən Ləmqanatdan bir az fərqlidir. Kafiristanın içindədir və vilayətin sərhəd-

dini təşkil edir. Gərçi böyüklüyü Ləmqan tümənləri qədər vardır, lakin məh-

sulu az olduğu üçün (134 a) daha az vergi verirlər. Çağan saray çayı şimal-

şərqdən Kafiristanın içindən başlayır və bu vilayətin içindən keçərək Kamə 

bölüyündə Baran çayı ilə birləşib şərqə doğru axır. Bu çayın qərb tərəfi Nur-

gil, şərq tərəfi isə Künərdir. 

Mir Seyid Əli Həmədani -Allah ona rəhmət eləsin- səyahət edərkən 

buraya gəlib Künərdən bir şeri məsafə daha yuxarıda vəfat etmişdir. Mürid-

ləri onu buradan alıb Xutlana götürmüşlər. Vəfat etdiyi yerdə bir məzar var. 

925-ci ildə [=1519] gəlib Çağan sarayı alanda ziyarət etmişdim. 

Portağal, turunc və düyü çox olur. Qüvvətli şərabları da Kafiristandan 

gətirirlər. 

Buradakı əhali qəribə bir şey danışır, inanılmaz kimidir, lakin bu xə-

bəri dəfələrlə eşitdim. Bu tümənin aşağı qisminə Ləmətə-Öz deyirlər və ora-

dan aşağıda olan yerlər Dəreyi-Nura və  Ətərə tabedir. Bu hadisə  Ləmətə 

kəndinin yuxarısına, Künər, Nurgil, Bəcur, Səvad və civarındakı bütün bu 

Kuhistana yayılmışdır: ölən hər qadını bir xərəyə qoyub dörd tərəfindən tu-

taraq yuxarı qaldırırlar. Əgər qadın pis işlər görmüşsə, onu qaldıranları o qə-

dər sarsır ki, bütün səylərə baxmayaraq ölü xərəkdən yerə düşür. Əgər pislik 

etməmişsə, tərpənmir. Bunu yalnız oranın əhalisi deyil, Bəcur, Səvad və bü-

tün Kuhistan əhalisi birağızdan (l 34 b) söyləyirdi. 

Heydər Əli Bəcuri Bəcur sultanıydı və o vilayətdə çox yaxşı qayda ya-

ratmışdı. Anası öləndə ağlamamış, matəm tutmamış, qaralar geyməmiş, «Ge-

din, xərəyə qoyun, qımıldamasa yandıracağam» demişdir. Xərəyə qoyurlar və 

ölüdə belə bir hərəkət görünür. Bunu eşidincə, qaralar geyib matəm tutur. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə