Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə64/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   60   61   62   63   64   65   66   67   ...   189

BABURNAMƏ 

 

145



dən bir küruh uzaqda və geniş bir çayırdır, yayda miçəyi atı narahat edir. 

Qərbində Divrin çayırı var. Bunlar eyni təpənin iki çayırıdır. 

Bir də Quş-Nadir çayırı vardır və bu hesabla beş çayır olur. Bu son iki 

çayır Kabildən bir şeri məsafədədir. Kiçık çayır olsalar da otu ata fövqəladə 

yaxşı gəlir və miçəyi yoxdur, Kabil çayırları arasında bu çayırlar kimi çayır 

yoxdur. Şərqində Siyah səng çayırı var. Dəriçirlər qapısıyla bu çayırın orta-

sında Qutlu Qədəmin məzarı yerləşir. Yayda miçəyi çox olduğu üçün bu 

çayıra rəğbət azdır. Bir də bu çayıra bitişik Kəməri çayırı vardır ki, onunla 

birlikdə Kabilin ətrafında altı çayır olur, lakin bunların dördü məşhurdur. 

Kabil vilayəti qorunaqlı bir vilayətdir, düşmənin bu vilayətə girməsi 

çətindir. Bəlx, Qunduz və Bədəxşan ilə Kabil arasında Hinduquş dağı yer-

ləşir. Bu dağ üzərindən yeddi yol aşır. 

Bu yollardan üçü Pənchirdədir. Bir az yuxarıda Cavaq keçidi, ondan 

bir az aşağıda Tul və ondan daha aşağıda Bazarək keçidləri vardır. Bu üç 

keçiddən (130 b) ən yaxşısı Tul keçididir, lakin yolu bir az daha uzundur. 

Ehtimal ki, bu üzdən ona Tul [uzun] deyirlər.  Ən doğru olanı Bazarəkdir. 

Tul və Bazarək Səraba gedir. Bazarək keçidi Parəndi adlı bir kəndə endiyi 

üçün Sərab əhalisi ona Parəndi keçidi deyir. 

Yollardan biri də Pərvan yoludur. Böyük keçid ilə Pərvan çayının ara-

sında yeddi keçid olduğu üçün ona Həft-beçə [yeddi uşaq] deyirlər. Əndərab 

tərəfindən iki yol gəlib bu keçiddə birləşərək, Həft-Beçə ilə Pərvana uzanır. 

Fövqəladə əziyyətli bir yoldur. 

Yolların üçü isə Gur-Bənddədir. Pərvan yoluna daha yaxın olanı Yen-

gi yol  keçididir; Vəliyan ilə Hincana enir. Yolların biri də Qıpçaq keçididir, 

Əndərab çayı ilə  Qızıl suyun birləşdiyi yerə enir, bu da yaxşı bir yoldur. 

Üçüncüsü is Şibertu keçididir. Yayda sular artanda Şibertu keçidindən aşıb 

Bamyan və Sayqan  üzərindən, qışda isə Ab-dərə üzərindən gedirlər. 

Qışda dörd-beş ay boyu Şibertu yolundan başqa bütün yollar bağlanır 

və o zaman da bu keçiddən aşıb Ab-dərə üzərindən gedirlər. Yayda sular 

daşanda isə bu yollar qışda olduğu kimidir, çünki su kənarındakı yollardan 

su yüksəldikdən sonra keçmək mümkün olmur, bu yollardan keçməyərək 

dağdan keçmək çox çətin olur. Bu keçidlər yalnız qarın az olduğu və suların 

çəkildiyi üç-dörd ay içində (131 a) keçilə bilən yerlərdir. Dağlar və boğaz-

larda yol kəsən kafirlər azdır. 

Xorasan tərəfindən gələn yol Qəndəhardan keçir. Bu yol dümdüzdür 

və keçid yoxdur. 

Hindistan tərəfindən dörd yol çıxır: biri Lemqanat üzərindən gəlir ki, 

bu yolda Xeybər dağlarında kiçik bir keçid vardır; biri Bəngəş üzərindən 

gəlir, biri Nəgar üzərindən, biri isə Fərmul üzərindən gəlir. 

Bu yollarda bir neçə keçid vardır və bu yollarla gələnlər Sind çayının 

üç keçidindən keçirlər: Nilab keçidindən keçənlər Ləmqanat üzərindən gəlir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



146

Qışda Kabil çayı ilə Sind çayının birləşdiyi yerin bir az yuxarısında, hər iki 

çay da keçid üzərindən keçilir. 

Mən Hindistan səfərləriində əksərən bu keçidlərdən keçirdim. Bir sə-

fərində Sultan İbrahimi [Ludi] yenib Hindistanı  fəth etdiyim zaman Nilab 

keçidindən gəmiylə keçdim. Nilab keçidinin dışında Sind çayının heç bir ye-

rindən gəmisiz keçmək mümkün deyil. 

Dinqut keçidindən keçənlər Bəngəş üzərindən gəlirlər. Çuparə keçi-

dindən keçənlər Fərmül üzərindən gəlirlərsə Qəznəyə, Dəst üzərindən gəlir-

lərsə Qəndəhara gedirlər. 

Kabil vilayətində müxtəlif tayfalar yaşayır. Dərə və ovalarda türklər

aymaqlar və  ərəblər,  şəhərində  və  bəzi kəndlərində sartlar, bəzi  (131 b) 

kəndlərində və vilayətində isə peşayi, pəraci, tacik, bərəki və əfqanlar, Qəz-

nə dağlarında da həzarə və nikdərilər yaşayır. Həzarə və nikdərilər arasında 

bəzi qəbilələr moğolca danışırlar.  Şimal-şərqindəki Kəttur və  Gəbrək kimi 

dağlıq ərazi Kafiristan, cənubu isə Əfqanıstandır. 

Kabil vilayətində on bir-on iki dil danışılır: ərəbcə, farsca, türkcə, mo-

ğolca, hindcə, əfqanca, peşayicə, pəracicə, gəbəricə, bərəkicə və ləmğanca. 

Heç bir vilayətdə bu qədər müxtəlif qövmün yaşadığı və bu qədər müxtəlif 

dilin danışıldığı görünməmişdir.  

Vilayət on dörd tüməndən ibarətdir. Səmərqənddə, Buxarada və civa-

rındakı böyük bir vilayətə bağlı olan kiçık vilayətlərə tümən deyilir. Əndi-

can, Kaşğar və civarında ürçün, Hindistanda isə pərgənə deyirlər. Bəcur, Se-

vad, Pərşavər və Həşnəgar əskidən Kabilə tabe imiş, indi isə əfqan qövmü 

üzündən bəziləri xarab olmuş, bəziləri də əfqan idarəsinə girdikləri üçün vi-

layətlikləri qalmamışdır. 

Şərq tərəfi Ləmqanatdır. Bu vilayət beş tüməndən və iki bölükdən iba-

rətdir. Bu tümənlərin  ən irisi Nigənxardır, bəzi tarix kitablarında Nigərxar 

deyə yazılmışdır. Bu tümənin mərkəzi Adinapurdur və Kabildən şərqə doğ-

ru on üç ağac məsafədədir. Nigənxar ilə Kabilin arası fövqəladə çətin və pis 

bir yoldur. Üç-dörd yerdə kiçık-kiçık  (132 a) keçidləri və iki-üç yerdə  də 

boğazları vardır. Xırılçılar və bütün digər yolkəsən əfqanlar üzündən bu yol 

təhlükəsiz deyildi və bu iki şəhər arasında məmurə yoxdu. Quru sayın alt tə-

rəfindəki Qaratuyu mən saldırdım və bu sayədə yol əmin bir hala gəldi. 

İsti iqlimlə soyuq iqlim arasındakı sərhəd Badam-Çeşmə keçididir. Bu 

keçidin Kabil tərəfində qar yağır, Quru say və  Ləmqanat tərəfində isə qar 

yağmır. Bu keçiddən enincə insan özünü başqa bir aləmdə zənn edir, ağaclar, 

otlar, heyvanlar, əhalisinin adət-ənənələri tamamilə başqadır. 

Nigənxarda doqquz çay vardır. Düyüsü və buğdası yaxşı olur. Porta-

ğal, turunc və narı fövqəladə bol və yaxşıdır. 

Adinapur kurqanının altında və cənub tərəfindəki bir yüksəklikdə 914-

cü (=1508/09) ildə Baği-Vəfa adında bir çarbağ saldırdım. Kurqanla bağ  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə