Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə61/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   57   58   59   60   61   62   63   64   ...   189

BABURNAMƏ 

 

139



cavab verdi: «Bu adam dörd dəfə məndən ayrılmış və təkrar gəlmişdir». 

Biri də budur: kiçık qardaşı  Vəli haqqında «O nə zaman gələcək və 

Amu-Dəryanın hansı keçidindən keçəcək?» deyə soruşanda o dedi: «Əgər 

keçid tapılsa, tez gələr, amma sular yüksəlincə keçidlər dəyişir. Bir məsəl 

vardır: «An güzərra ab burd»

1

. Dövləti və adamları onun əlindən gedən za-



man söylədiyi bu sözü onun dilinə Allah gətirdi. 

Bir-iki qaridən sonra mən ata minib qərargaha gəldim, o da öz düşər-

gəsinə getdi. O gündən etibarən böyük-kiçık, yaxşı-pis bəyləri və igidləri 

ailələri və malları ilə birlikdə ondan ayrılıb dəstə-dəstə bizim yanımıza gəl-

məyə başladılar. Ertəsi gün günorta və ikindi namazına qədər onun yanında 

heç kim qalmadı. 

«De ki: «Allahım, (ey) mülkün sahibi, sən istədiyinə mülkü verirsin, 

istədiyindən də mülkü alırsan, dilədiyini yüksəldirsin, dilədiyini alçaldırsan. 

Xeyir sənin əlindədir. Sən hər şeyə qadirsən».

2

 



Allahın içinə bax! Bir adam ki, iyirmi-otuz min nökər sahibiydi, Dər-

bəndi-Ahənin deyə də bilinən Kahluqdan Hinduquş dağına qədər [Baburun 

əmisi] Sultan Mahmud Mirzəyə aid olan vilayətlər tamamən onun hakimiy-

yəti altında idı, (124 b) onun Həsən Barlas adlı bir təhsildarı, ixtiyar bir hə-

rif, İləkdən Ubaca qədər qaba bir şəkildə təhsildarlıq edərək bizim köçümü-

zü oradan buraya qovurdu, işə bax ki, bir yarım gündə heç bir müharibə və  

ya mübarizə olmadan, bizim kimi fəqir və yenilmiş iki yüz-iki yüz əlli ada-

mın önündə elə səfil, həqir və aciz bir vəziyyətə düşmüşdü ki, nə adamlarına, 

nə malına, nə də canına yetəcək qüdrəti qalmamışdı. 

Xosrov şah ilə görüşüb qayıtdığım gecə Mirzə xan hüzuruma gəlib bö-

yük qardaşlarının qanını istədi. Bizim aramızda olanların bir qismi də eyni 

fikirdə idi. Gerçəkdən də,  şəriətə  və törəyə görə belə insanların cəzalarını 

alması doğru idi, lakin əhd bağlanmışdı. 

Buna görə də Xosrov şahın götürə bildiyi hər şeyi alıb yanında götürmə-

sinə iradə və fərman çıxdı. Üç-dörd qatar qatır və dəvəyə mövcud cəvahiratını, 

altın, gümüş  və qiymətli  əşyasını yükləyib götürdü. Şirim Tağayini Xosrov 

şaha müşayiətçi təyin etdik ki, onu Quri və Dəhanə yoluyla Xorasan tərəfinə 

göndərdikdən sonra Gahmərdə gedib köçümüzü arxamızdan Kabilə gətirsin. 

O yurddan Kabilə getmək niyyətilə hərəkət etdik və Xoca-Zeydə gəlib 

endik. O gün Həmzə Bi Məngit komandanlığındakı özbək axınçısı gəlib Du-

şi civarına axın etdi. Seyid Qasım eşik-Ağa ilə Əhməd Qasım Kuhbər (125 

a) də bəzi igidlərlə birlikdə onlara qarşı göndərildi. Bunlar gedib axınçıları 

tar-mar edərək bir neçə baş kəsib gətirdilər. 

Bu yurdda ikən Xosrov şahın cəbbəxanasındakı silahlar da paylandı. 

Yeddi-səkkiz yüzə qədər zireh və yəhər vardı. Xosrov şahdan yalnız bunlar 

                                                           

1

 O keçidi su apardı. 



2

 Quran, əl-İmran surəsi, 3:26. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



140

qalmışdı. Bir xeyli də çini ələ keçdi. Bunlardan başqa, gözə dəyən bir şeyi 

yox idi. 

Xoca-Zeyddən qalxıb dörd-beş  mənzildən sonra Gur-Bəndə  gəldik. 

Üşdür  şəhərində dayananda eşitdik ki, [Zünnun bəy Arğunun oğlu] Müqi-

min ixtiyar bəyi olan Şikək Arğun bizdən bixəbər əsgərlə gəlib Baran çayı 

sahilində dayanmışdır. O, Pənchir yoluyla Əbdürrəzzaq Mirzənin yanına 

getmək istəyən adamları buraxmır. Mirzə o zaman Kabildən qaçaraq Ləm-

qan civarında tərkəlani əfqanlarının arasında idi. Bu xəbəri alınca günorta-

dan sonra qalxıb gecə boyu at sürürək sübh çağı Xubiyan keçidini aşdıq.  

O günə  qədər Süheyl ulduzunu heç görməmişdim. Keçidə  çıxar-çıx-

maz, cənub tərəfdə bir az aşağıda parlaq bir ulduz göründü. «Bu, Süheyl ol-

masın» dedim. «Süheyldir» dedilər. 

Baqi Çağanyani isə bu beyti oxudu: 

Tu Süheyli ta koca tabiyu koca tuli şəvi

Çeşmi tu bər hər ki, miəftad nişani-dövlət əst. 



Sən Süheyl ulduzusan, harada parlayıb ışiq saçsan,  

Gözün nəyə sataşsa, o, dövlət nişanıdır. 

Günəş bir nizə boyu qədər yüksələndə Sincid dərəsinin ətəyinə endik. 

Bizim irəli (125 b) gedən önçülərimiz və digər bəzi igidlər Qarabağın ətə-

yində  Əyri-Yar civarında olan Şirkəklə qarşılaşan kimi dərhal savaşa gir-

mişlər.  Şirək bir az müqavimət edən kimi olur, lakin önçülərimiz yaxınla-

şanda geri çəkilir. Şirkəki və yetmiş-səksən, ya da yüz yaxşı igidini yaxala-

yıb gətirdilər. Şirkənin qanını bağışlayıb özünü xidmətimizə aldıq. 

Xosrov  şah öz xalqının qayğısına qalmadan Kabilə getmək niyyətilə 

Qunduzdan çıxanda ona tabe olan el və ulus beş-altı qismə ayrılmışdı. 

Bədəxşandakıların bir qismi Şeydim  Əli Dərbanın başçılığı altında 

olub Rüstə həzarəsində idi. Onlar Pənchir yoluyla aşıb bu yurdda ikən gəlib 

bizə qoşuldular. 

Bir qismi isə Yusif Əyyubla Bəhlul Əyyubun başçılığı altında idi, on-

lar da bu yurdda gəlib bizim xidmətimizə girdilər. 

Bir qismi isə kiçık qardaşı Vəlinin başçılığı altında Xutlanda və digəri 

də  İlancıq, Nəkdəri, Kakşal və Qunduz vilayətində yaşayan aymaqlardan 

ibarət idi. Bunlar Əndərab və Sərab yoluyla gəlib Pənchiri aşmaq niyyətində 

idilər. Aymaqlar daha öncə Səraba gəlmişdilər. Onların arxasından da Vəli 

gəldi. Aymaqlar yolu tutub müharibədə onu məğlub etdilər. Vəli qaçıb öz-

bəklərə pənah apardı, Şeybani xan da Səmərqənd bazarında onun boynunu 

vurdurdu. Digər nökərləri və adamları isə yağmalanmış bir vəziyyətdə  ay-

maqlarla birlikdə bu yurdda bizə qulluğa gəldilər. Seyid Yusif Oğlaqçı  da   



(126 a) aymaqlarla birlikdə gəldi.  

 

BABURUN KABİLİ ALMASI 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə