Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə59/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   55   56   57   58   59   60   61   62   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



134

mək yemirdım. Günorta namazı vaxtı bir qoyun taparaq gedib bir yerdə fa-

silə verdik və kabab bişirdilər. Bu kababdan doyunca yedim. Ondan sonra 

atlara minib beş günlük yolu iki gün və iki gecədə sürətlə gedib Əndicana 

girdik. Orada böyük və kiçik xan dayılarımla görüşdüm, başımdan keçənləri 

tam şəkildə onlara danışdım.  

Dörd ay xanların yanında qaldım. Hər tərəfə (120 a) dağılan adamla-

rım yığıldılar. Üç yüzdən bir az artıq adam vardı. «Madam ki bu Fərqanə vi-

layətində yersiz və yurdsuz olaraq yaşamam lazımdır, mən də başımı alıb 

başqa bir tərəfə gedim» deyə düşündüm və məhərrəm ayında Xorasana get-

mək niyyətilə Fərqanə vilayətindən yola çıxdım

1



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

II. KABİL 

 

 



 

 

                                                           

1

 Baburun xatirələri 908-ci ilin hadisələri başa çatmadan burada kəsilir, 909-cu ilin ha-



disələri isə bütünlüklə yoxdur. Həmin çatışmayan dövrdə bu hadisələr baş vermişdir: 909-

cu ildə Əndican Baburun dayıları olan iki moğol xanının əlində, Babur özü dayılarının ya-

nında olmuşdur. Tənbəlin vəziyyəti çox pisləşmiş, Fərqanədə qala bilmək üçün Şeybaniyə 

tabe olmağı  qəbul edərək onu köməyə çağırmışdır.  Şeybani xan savaşda moğol xanlarını 

məğlub etmiş, ancaq onları öldürməmiş, onların soyundan qızlar alaraq xanları buraxmışdır. 

Məqsədi moğolları öz ordusuna qatmaqdır. 

Bu savaş zamanı dayılarının ordusunda olan Babur qaçmağı bacarmış və Şeybani onu 

yaxalaya bilməmişdir. Babur qaçıb Fərqanənin cənubundakı dağlarda gizlənmişdir. Şeybani 

xan Daşkəndi və Seyhunun sağ sahilindəki bir çox yeri də almışdır. Sonra Bəlxdə Bədiüz-

zaman Mirzənin üstünə hücum edib şəhəri bir neçə ay mühasirədə saxlamış, lakin ala bil-

məmişdir. Daha sonra Tənbəli Əndicanda ələ keçirmiş və öldürmüşdür. Bundan sonra Fər-

qanəyə bütünlüklə hakim olmuşdur. 

Babur isə Fərqanənin cənubundakı dağlardan Xorasana getməyi qərara almışdır. Bu 

zaman onun yanında  üç yüzdən bir az artıq adam olmuşdur. 




BABURNAMƏ 

 

135



KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505) 

 

DOQQUZ YÜZ ONUNCU İLİN HADİSƏLƏRİ 



 

Məhərrəm ayında [=1504 iyun-iyul] Xorasana getmək niyyətilə  Fər-

qanə vilayətindən çıxıb Hisar vilayətinin yaylalarından olan İlək yaylasına 

endim. Orada iyirmi üç yaşıma girərkən ilk dəfə təraş oldum. 

Hər hansı bir ümidə qapılaraq mənimlə birlikdə gələnlərin sayı böyük-

kiçık iki yüzdən bir az artıq, üç yüzdən bir az azdı. Çoxu piyadə idi. 

Əllərində zopa, ayaqlarında çarıq və üstlərində çuldan başqa heç bir şeyləri 

yox idi. Səfalət o dərəcə idi ki, yalnızca iki çadırımız vardı. Mənim çadırım 

validəmə təxsis edilmişdi. Mənə isə hər getdiyimiz yerdə bir alaçıq qururdu-

lar və mən bu alaçıqda otururdum. 

Gərçi Xorasana getmək niyyətilə yola çıxmışdıq, lakin bu vəziyyətdə 

bu vilayətdən və Xosrov şahın adamlarından ümidlənirdik. Hər neçə gündən 

bir bir adam gəlib vilayət və xalqdan xəbər gətirir, biz də ümidə qapılırdıq. 

Bu əsnada Xosrov şahın yanına elçi olaraq göndərilən Molla Baba Pə-

şağari gəldi. Xosrov şahdan qəlbəyatan bir söz gətirməsə də əhalidən gətir-

diyi sözlər (120 b) ümidverici idi. 

İləkdən ayrılıb üç-dörd mənzildə gecələdikdən sonra Hisar civarında 

Xocaimad deyilən yerdə düşərgə qurduq. Orada ikən Mühib Əli Qurçu Xos-

rov şahın elçi olaraq gəldi. Xosrov şah kərəmi və səxavəti ilə məşhur idi, an-

caq iki dəfə onun vilayətindən keçdiyimiz halda başqalarına elədiyi insaniy-

yəti bizə göstərmədi. Amma əhalidən və vilayətdən ümidvar olduğumuza 

görə hər mənzildə bir müddət qalırdıq. 

O zaman ən böyqk adamımız Şirim Tağayi idi, onun da Xorasana get-

mək istəməyərək bizdən ayrılmaq niyyəti vardı. Sərpüldə məğlub olaraq Sə-

mərqəndə döndüyüm zamanda da ailəsini uzaqlaşdırmış və qalanın müdafiə-

sində yalnız özü qalmışdı. Çox alçaq bir adamdı. Daha öncə də bir neçə dəfə  

belə hərəkətlərdə bulunmuşdu. 

Qabadiyana gələndə Çağanyanı, Şəhri-Səfanı və Termizi əlində tutan, 

Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani Qarşı xatibini göndərib mənə öz 

sədaqətini bildirərək bizə qoşulmaq istədi və Amu çayını [Amu-Dərya] 

Ubaç  keçidindən keçən zaman gəlib bizə qoşuldu. 

Baqinin xahişi ilə Termiz qarşısına gəldik və sonrasında bütün köç-

lərini Amudan keçirib bizimkilərə qatılmasının ardından da Xosrov şahın 

qardaşı oğlu, Baqinin oğlu Əhməd Qasımın idarəsindəki Kahmərd və Bam-

yan tərəflərinə hərəkət etdik. Niyyətimiz Kahmərdin Əcər adlı dərə kurqa-

nında ailə və adamlarımızın (121 a) təhlükəsizliyini təmin etmək, sonra da 

vəziyyətə görə hərəkət etmək idi. 

Aybəkə  gələndə  əvvəlcə  mənim yanımda olan, yaxşı  qılınc çalan və 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



136

bu qarışıqlıqda məndən ayrılıb Xosrov şahın yanına gedən Yarəli Bilal bir 

neçə igidlə birlikdə qaçıb gəldi və Xosrov şahın moğollarından da sədaqət 

sözləri gətirdi. 

Dəreyi-Zindana gələndə isə Sallax dedikləri Qənbər Əli bəy də qaçıb 

gəldi. Üç-dörd mənzildə dayandıqdan sonra Kahmərdə gəldik. Ev və ailələri 

Əcər kurqanına yerləşdirdik. 

Əcərdə ikən Cahangir Mirzə ilə Sultan Mahmud Mirzənin Xanzadə 

bəyimdən olan qızının nikahları  kəsildi. Cahangir Mirzə onu əvvəlcə  hələ 

mirzələr sağkən istəmişdi. 

Bu sırada Baqi Bəy mənə dəfələrcə dedi ki, bir vilayətə eyni anda iki 

padşah və bir əsgərə iki komandan qarışıqlığa və xarablığa səbəb olur, fitnə 

və pərişanlığa aparıır, necə ki demişlər: 

Dəh dərviş dər kilime bexoftənd, 

Dü padşah dər iqlime nəqoncənd, 

Nim nane gər xurənd mərdi-xuda, 

Bəzli dərvişan konəd nimi-digər

Mülki-iqlime bigərəd padşah 

Həmçinin dər bəndi iqlimi-digər.   

 

On dərviş bir kilim üstündə yatar,  

Lakin iki padşah bir iqlimə sığmaz.   

Dindar adam bir çörəyin yarısını öz yesə  

Digər yarısını kasıblara verər.  

Bir iqlim mülkünü tutan padşah  

Digərlərini də zəbt etmək fikrinə düşər.

1

 

Elə ümid edirdik ki, bugün-sabah Xosrov şahın yanında bulunan bütün 

adamları gəlib padşahın xidmətinə girəcəklər. Lakin orada Əyyubun [Bəy-

cik] oğulları və digərləri kimi (121 b) bir çox fəsadçılar vardı ki, onlar bizim 

mirzələrin arasında daima pislik və fitnənin səbəbkarı və təhrikçiləri idilər. 

İndi bu zaman Cahangir Mirzənin Xorasan tərəfinə getməsinə xoşluq və gö-

zəlliklə izin verilməli idi ki, gələcəkdə təəssüf və peşmanlığa səbəb olmasın. 

Lakin qohum-qardaşdan bəzi qəbahətlər görsəm də, onların mənim 

üzümdən zərərə uğramalarını istəmək mənim təbiətimə xas deyildi. Düzdür, 

Cahangir Mirzə ilə aramızda əvvəlcə mülk, səltənət və adamlar üzündən in-

ciklik, qovğa və gurultu çox olmuşdu, lakin bu dəfə  o, vilayətdən mənimlə 

birlikdə gəlmişdi, qardaş və xidmətçi vəziyyətində idi, bugünlərdə də ondan 

incikliyə səbəb olacaq heç bir şey görmürdüm. Ona görə də Baqi bəy o sözü 

təkrar-təkrar söyləsə də, mən qəbul etmədim. Axırda Baqi Bəyin dediyi ki-

mi, Yusif Əyyub və Bəhlul Əyyub kimi fitnəkarlar mənim yanımdan qaçıb 

Cahangir Mirzənin yanına getdilər, pisliklə, fitnə ilə  uğraşaraq Cahangir 

                                                           

1

 Sədi Şirazidən. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə