Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə55/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   51   52   53   54   55   56   57   58   ...   189

BABURNAMƏ 

 

125



 

Axsidən Şeyx Bəyazid özünü bizə tərəfdar kimi göstərərək adam gön-

dərməyə başladı və bizi israrla çağırdı. Bunun səbəbi məni hər cür hiylə ilə 

xanlardan ayırmaqdı. (110 b) Mən xanlardan ayrıldıqdan sonra onlar burada 

qala bilməzdilər. Bunu istəməsi böyük qardaşı Tənbəlin planı idi. Xanlardan 

ayrılıb bunlarla əməkdaşlığa getmək bizim üçün mümkün deyildi. 

Onun bu arzusunu xanlara çatdırdım. Xanlar da oraya gedib hər hansı 

bir şəkildə Şeyx Bəyazidi əldə etməyimi uyğun gördüşlər. Belə hiyləgərlik 

bizim adət və üsulumuz deyildi. Özəlliklə arada bir əhd olsa, əhdi bu şəkildə 

pozmaq necə olar. Lakin ağlıma bu gəldi: hər hansı bir şəkildə Axsiyə girə 

bilsək, onda Şeyx Bəyazid Tənbəl ilə əlaqəsini kəsərək bizim tərəfimizə ke-

çər, ya da iş tamam başqa səmtə yönələr və bizə də uyğun bir dövlət düşər. 

Biz də adam göndərdik. 

Əhd və  şərt bağlayıb bizim Axsiyə  gəlməmizi istədi, biz də getdik. 

Qarşılamağa çıxdı. Kiçık qardaşım Nasir Mirzəni də yanında gətirmişdi. Bi-

zi Axsi kurqanına götürdü. Dış kurqanda babamın imarətlərində  mənə yer 

və məqam təyin etmişlər, oraya yerləşdim. 

Tənbəl isə böyük qardaşı Bəy Tilbəni Şeybani xanın yanına göndərib 

itaətini bildirərək onun gəlməsini istəmişdi. O sırada  Şeybani xanın gəl-

məkdə olduğunu bildirən məktubu alındı. Bu xəbər xanlara çatanda onlar 

qorxudan yerlərində qala bilməyərək Əndicandan getdilər. 

Kiçık xan ədaləti və müsəlmanlığı ilə məşhur idi. Lakin Oş və Mərgi-

nan kimi onun idarəsinə girmiş olan kurqanlarda qoyduğu moğolları əhalini 

müdafiə etmək əvəzinə, tam əksinə, camaata əziyyət verir və pis rəftar (111 



a)  edirdilər. Xanlar Əndican üzərindən ayrıldıqdan sonra Oş  və  Mərginan 

əhalisi də hücum edərək kurqandakı moğolları tutub yağmaladı, qovub şə-

hərdən çıxardı. 

Xanlar Xocənd çayını keçməyərək Mərginan və Kənd-Badam yoluyla 

qayıdıb çayı Xocənddən keçdilər. Tənbəl də xanların arxasından Mərginana 

gəldi. Mənsə bu vəziyyətdə qərarsız idim. Qalmaq üçün bunlara o qədər eti-

madım yox idi, bir zərurət olmadan Axsidən çıxmaq da yaxşı görünməzdi. 

 Bir sabah Cahangir Mirzə  Tənbəldən ayrılaraq Mərginandan qaçıb 

gəldi. Mən hamamdaydım. Mirzə oraya gəldi, görüşdüm. O anda İbrahim 

bəy də həyəcanla içəri girdi, təlaşlı idi. Cahangir Mirzə ilə İbrahim bəy [Ta-

ğayi] dedilər: «Şeyx Bəyazidi yaxalayıb ərki ələ keçirməliyik». Gerçəkdən 

də, işin doğrusu bu idi. Ancaq mən «əhd elədik, indi bunu necə poza bilə-

rik» deyə qarşı çıxdım. Şeyx Bəyazid ərkə getdi. Körpüyə adam qoymamız 

lazm idi, bunu da eləmədik. Belə səhvlər təcrübəsizlikdən oldu. 

Dan ağararkən Tənbəl iki-üç min silahlı adamla gəlib körpüdən keçə-

rək ərkə girdi. Əslində, mənim adamlarım çox deyildi. Üstəlik, Axsiyə gir-

dikdən sonra bəziləri kurqanlara, bəziləri də valilik və  təhsildarlıq üçün 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



126

müxtəlif tərəflərə göndərilmişdi. Axsidə  mənimlə birlikdə  (111 b) yüzdən 

bir az artıq adam qalmışdı. Bu adamlarımla ata minib küçə başlarında igid-

ləri təyin edib müharibə hazırlığı görməklə məşğul olarkən Tənbəl tərəfin-

dən göndərilən Şeyx Bəyazid, Qənbər Əli [Sallax] və Məhəmməd Dost sülh 

haqqında danışmaq üçün tələsik gəldilər. Savaş üçün vəzifələndirilən igid-

ləri yerlərində qoyub danışıq üçün atamın türbəsinə endim və Cahangir Mir-

zəni də oraya çağırtdırdım.  

Məhəmməd Dost geri qayıtdı, Şeyx Bəyazid ilə Qənbər Əli bəy gəldi-

lər. Türbənin güney tərəfindəki eyvanında danışığa başlamaq üzərə idik, sən 

demə,  Cahangir Mirzə ilə İbrahim Çapıq [Tağayi] bunları yaxalamağı qəra-

ra almışlar. 

Cahangir Mirzə əyilərək qulağıma belə dedi: «Bunları yaxalamaq la-

zımdır». Mən də «Təlaş etməyin; indi iş yaxalamaqdan keçdi. Görək, bəlkə 

sülh yolu ilə  işi bir şeyə  bənzədə bilərik» dedim, çünki onlar çox, biz isə 

azıq. Üstəlik, onlar bu üstün qüvvələri ilə ərkdə, biz isə zəif qüvvələrimizlə 

dış kurqanda idik. Şeyx Bəyazid ilə Qənbər Əli də bu toplantıda iştirak edir-

dilər. 


Cahangir Mirzə  də  İbrahim bəyin tərəfinə baxıb onu dayandırmaq 

üçün işarə verdi. Amma o yanlış anladığı üçün, yoxsa anlamazlıqdan gəldiyi 

üçün, bilmirəm, tam tərsinə davranıb dərhal Şeyx Bəyazidi yaxaladı. Ətraf-

da duran igidlər də  hər tərəfdən  (112 a) yetişərək o iki adamı yaxaladılar. 

Artıq iş-işdən keçmişdi. Bu iki adamı birinə təhvil verib müharibə üçün at-

lara mindik. 

Şəhərin bir tərəfi Cahangir Mirzənin məsuliyyətinə verildi. Mirzənin 

adamı az idi, buna görə öz adamlarımdan bir qismini ona köməyə verdim. 

Öncə oraya gedib hər tərəfə müharibə üçün adamlar təyin etdikdən sonra öz 

yerimə gəldim. 

Şəhərin ortasında olduqca düz bir yer vardı. Orada bir dəstə igid qoy-

muşduq. Böyük bir atlı və piyada qrupu gəlib bunları oradan ataraq bir kü-

çəyə sıxşdırmışdı. Bu vəziyyətdə ikən mən yetişdim və gələr-gəlməz dərhal 

atı oraya çapdım. Qarşı çıxmadan qaçdılar. Onları küçədən qovub düz yerə 

çıxararaq, qılıncla hücum edərkən atımm ayağına ox atdılar. Atım yıxılaraq 

məni düşmənin tam ortasında yerə saldı. Dərhal ayağa qalxıb bir ox atdım. 

Sahibqədəm Kahilin çox zəif bir atı vardı, özü atdan enib onu mənə verdi, 

mən də o ata mindim. Oraya adam təyin edib başqa bir küçə başına getdim. 

Atımın zəifliyini görən Sultan Məhəmməd Veys öz atını mənə verdi. O ata 

mindim. 


Bu əsnada Qasım bəyin oğlu Qənbər Əli bəy də yaralı olaraq Cahangir 

Mirzənin yanından gəldi və dedi: «Artıq bir müddətdir ki, Cahangir (112 b) 

Mirzəni sıxışdırıb yerindən çıxardılar və Cahangir Mirzə  şəhəri tərk etdi». 

Biz çaşıb qaldıq. Elə bu vaxt Bab kurqanında olan Seyid Qasım da yetişib 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə