Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə54/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   50   51   52   53   54   55   56   57   ...   189

BABURNAMƏ 

 

123



duqdan sonra nə olacağı bəlli deyildi. Çarəsizlik üzündən istər-istəməz razı 

oldum. 


Böyük xanın hüzurundan çıxıb ata minərək kiçık xanı görməyə get-

diyim zaman Sallax deyə bilinən Qənbər Əli bəy mənə yaxınlaşdı və dedi: 

«Gördünüzmü, bugün mövcud vilayətləri aldılar. Bunlarla sizin işiniz irəli 

getməz. (108 b) Oş, Mərginan, Özgənd və idarənizə girmiş olan vilayət və 

əhali hələ əlinizdədir. Dərhal gedib Oşa girərək kurqanları qapayın, Sultan 

Əhməd Tənbələ adam göndərib barışaraq moğolu vurub çıxarın və vilayət-

ləri iki qardaş paylaşın». 

Mən də belə dedim: «Bu, mümkün deyil, xanlar mənim öz qohumla-

rımdır. Bunlara xidmət etmək, Tənbələ padşahlıq etməkdən daha yaxşıdır». 

Qənbər Əli bəy sözünün təsir etmədiyini görüncə peşman olub geri qayıtdı.  

Gedib kiçık xan dayımı gördüm, ilk görüşümüzə onun xəbəri olmadan 

getmişdim, kiçık xan atdan enməyə macal tapmamış və biz xüsusi ehtiram 

olmadan görüşmüşdük. Bu dəfə bir az yaxınlaşınca qaçaraq çadır iplərinin 

yanına qədər çıxdı. Ayağımdakı ox yarası üzündən əsaya söykənərək çətin-

liklə yeriyirdim. Gəlib mənimlə görüşdü, «Qardaşım, qəhrəmansınızmış» 

deyə əlimdən tutdu və kömək edərək çadıra götürdü. Çadır bir az kiçık idi. 

Əyalətdə böyüdüyü üçün çadırı  və yaşayış yeri səliqəsiz və qazaxlarınkı 

kimi idi. Qovun, üzüm və at ləvazimatı elə çadırının içində idi. 

Kiçık xanın hüzurundan çıxıb öz qərargahıma gəldim. Xan yarama 

baxması üçün Atikə  bəxşi adlı bir moğol cərrahını göndərmişdi. Moğollar 

yaxşı cərraha da bəxşi deyirlər. Atikə bəxşi cərrahlıqda fövqəladə mahir idi. 

İnsanın beyni (109 a) çıxsa, müalicə edir, hər cür yara üçün köklərdən dər-

hal bir dərman düzəldirdi. Bəzi yaralara mərhəm kimi dərman qoyur, bə-

zilərinə də yemək üçün bir dərman verirdi. 

Mənim budumun yarasına yandırılmış yun sürtməmi söylədi, fitil qoy-

madı. Bir dəfə də kök kimi bir şey yedirtdi. Özünün dediyinə görə, bir dəfə  

birinin ayağının incə sümüyü qırılıb dörd barmaq qədər yeri tamamən parça-

parça olmuşdu. Ətini yarıb sümüklərini tamamən çıxararaq yerinə dərmanı 

toz halında qoymuş  və o dərman sümüyü əvəz etmişdi. Belə  qəribə  şey-

lərdən çox danışdı. Vilayət cərrahları belə şeylər etməkdən acizdir.  

Üç-dörd gün sonra Qənbər  Əli söylədiyi sözlərdən xoflanaraq qaçdı 

və Əndicana getdi.  



 

BABURUN AXSİ ÜZƏRİNƏ GÖNDƏRİLMƏSİ 

 

Bir neçə gün sonra xanlar ittifaq edib Əyyub Bəyciyi tüməniylə, Can 



Həsən Barini barin tüməniylə və Sarıqbaş Mirzəni də çərikbəyi təyin edərək 

iki min qədər adamı yanıma qatıb məni Axsi tərəfinə göndərdilər. 

Axsidə  Tənbəlin kiçık qardaşı  Şeyx Bəyazid bəy və Kasanda isə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



124

Şahbaz Karluq olurdu. O günlərdə  Şahbaz gəlib Nevkənd kurqanının önün-

də yerləşmişdi. 

Biçratanın qarşısından Xocənd çayını keçib Nevkəndə Şahbazin üzə-

rinə axın etdik. Sabahdan bir az öncə Nevkəndə yaxınlaşanda (109 b) bəylər 

belə ərz etdilər: «Bu adam gəlişimizdən mütləq xəbər tutub, səfləri pozma-

dan aydınlıqda getməmiz daha uyğun olar». Bir az yavaş yürüdük. Şahbazın 

xəbəri yoxmuş. Biz Nevkəndə yaxınlaşdığımız vaxt eşidib, tez qaçıb kur-

qana girmişdi. Buna bənzər şeylər çox olur. Düşmən xəbərdar olmuşdur de-

yə düşünənlər fürsəti qaçırırlar. Təcrübə bunu təsdıq edir. Deyirlər ki, iş qa-

pıya gələndə qeyrət və diqqətdə qüsura yol vermək olmaz, sonrakı peşman-

lıq fayda verməz. 

Dan ağarırkən kurqan ətrafında kiçık bir çarpışma oldu, lakin ciddi bir 

savaş olmadı. Sonra axın üçün Nevkənddən dağlara doğru, Bişharan tərəfinə 

getdik. Şahbaz Karluq fürsəti qənimət bilib Nevkəndi buraxdı və qaçıb Ka-

sana getdi. Biz də qayıdıb Nevkəndə yerləşdik. 

O günlərdə əsgərlər ətrafa bir neçə dəfə  axın etdilər. Bir dəfə  Axsinin 

kəndlərinə və bir dəfə də Kasana axın edildi. Şahbaz və Uzun Həsənin Mi-

rim adlı  oğulluğu onlara qarşı  çıxdı, savaşdılar və yenildilər, Mirim orada 

öldü. 


Axsinin möhkəm kurqanlarından biri də Bab kurqanıdır. Kurqandakı-

lar Bab kurqanını qapadıb bizə adam göndərdilər. Seyid Qasım bir neçə 

igidlə birlikdə oraya göndərildi.  (110 a) Onlar Axsinin yuxarı  tərəfindəki 

kəndlərinin qarşısından çayı keçib Bab kurqanına girdilər. 

Bir neçə gün sonra qəribə bir hadisə oldu. O günlərdə İbrahim Çapıq 

Tağayi,  Əhməd Qasım Kuhbər və Qasım Xatikə Arğun Axsidə  [Əhməd 

Tənbəlin kiçık qardaşı]  Şeyx Bəyazidlə birlikdə olurdular. Tənbəl bu bəhs 

edilən adamlara iki yüzə qədər seçmə igid qoşaraq bir gecə ansızın Bab kur-

qanı üzərinə göndərir. 

Seyid Qasım qəflətə düşərək ehtiyat tədbirləri görməmişdi. Bunlar 

kurqana varıb nərdivanla yuxarı  çıxaraq qapını  ələ keçirir və  xəndək kör-

püsünü endirib yetmiş-səksən yaxşı silahlı igidi kurqana buraxırlar. Seyid 

Qasım ancaq o zaman  bundan xəbər tutur. Gecə köynəyiylə qalxıb yanın-

dakı beş-altı adamla birlikdə ox ataraq, vura-vura bunları dışarı çıxarır. Bir 

neçə adamın da başını  kəsib göndərdi. Bu hadisədəki kimi bu cür qəflətə 

düşmək komandanlıq baxımından çox böyük bir qəbahət olsa da, az adamla 

silahlı bir çox igidi uğurla vurub çıxarmaq da böyük bir cəsarətdir.  

Bu arada xan dayımlar Əndican kurqanının mühasirəsi ilə məşğul idi-

lər. Kurqan əhalisi onları kurqana yaxınlaşmağa qoymurdu. İgidlər at üzə-

rində dışarı çıxıb vuruşdular.  



 

BABURUN AXSİ KURQANINI ƏLƏ KEÇİRMƏ CƏHDİ 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə