Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

BABURNAMƏ 

 

121



Kəlpükün beş yüzdən artıq adamı vardı. Bizim adamlarımız ondan 

daha artıq idi, lakin əsgərimiz axına göndərilmişdi. Onunla qarşılaşanda biz 

də onlar qədər idik. Səf tutub nizama girməyi düşünmədən dördnala düşmən 

üstünə çapdıq. Yaxınlaşanda bizə müqavimət göstərə bilmədilər və bir-iki 

qılınc zərbəsindən sonra qaçıb dağıldılar. Onun adamlarını Xaqan qapısının 

yaxınına qədər atdan sala-sala təqib etdik. 

Düşməni məğlub edib məhəllələrin kənarına, Xoca-Kəttəyə çatanda 

axşam olmuşdu. Tez qapıya yürümək niyyətindəydim. Amma yaşlı və təcrü-

bəli böyük bəylərdən Dost bəyin atası Nasir bəy və Qənbər Əli bəy dedilər: 

«Artıq gecdir, qaranlıqda kurqana yaxın getmək ehtiyatsızlıq olar. Bir az 

geri çəkilib düşərgə quraq. Ertəsi sabah çarəsiz qalıb kurqanı necə olsa təs-

lim edərlər». Bu təcrübəli bəylərin sözünə qulaq asaraq məhəllələrin kəna-

rından  (l06 b) geri qayıtdıq. Qapıya qədər getmiş olsaydıq, heç şübhəsiz, 

kurqanı ələ keçirərdik. 

Yatsı namazı vaxtı gəlib Xaqan arxından keçərək Rabati-Ruzaq kən-

dinin yanında düşərgə qurduq. Tənbəlin nizamsız şəkildə qayıdıb Əndicana 

getməkdə olduğu xəbəri gəlməsinə baxmayaraq təcrübəsizlik üzündən  qəf-

lətə düşdük. Xaqan arxı kimi möhkəm bir arxın kənarında düşərgə qurmaq 

yerinə, arxdan keçib Rabati-Ruzaq kəndinin yanında düz yerdə dayanmış, 

qarovul  və çağdavul qoymadan yıxılıb yatmışdıq. Dan ağararkən əsgər şirin 

yuxuda idi. Qənbər Əli sürətlə gəlib «Düşmən gəldi, qalxın!» deyə bağırdı. 

Belə dedi və durmadan keçib getdi. 

Mən sülh dövründə belə daima paltarımı  çıxarmadan yatırdım. Qal-

xar-qalxmaz qılıncımı və oxdanımı bağlayıb dərhal atlandım. Tuğcunun tuğ 

bağlamasına vaxt qalmadı, tuğu əlinə alaraq ata mindi. Düşmənin gəlməkdə 

olduğu tərəfə getdik. Hərəkət edərkən yalnızca on-on beş adam idik. Bir ox 

atımı qədər yol keçdikdən sonra düşmənin axınçısına yetişdik. Bu vaxt mə-

nim yanımda ona qədər adam vardı. Sürətlə çapıb onlara çatdıq və ox atıb 

öndəki adamlarını ələ keçirərək yolumuza davam etdik. Təkrar bir ox atımı 

məsafə qədər təqib etdikdən sonra da mərkəzlərinə vardıq. 

Sultan Əhməd Tənbəl yüzə qədər adamıyla (107 a) hərəkətsiz dururdu. 

Tənbəlin özü bir adamıyla birlikdə səfdən bir az irəlidəydi və «Vur, vur!» 

deyə hayqırırdı. Lakin adamlarının çoxu yan dönüb, qaçaq, yoxsa qaçmayaq 

deyirmiş kimi dururdu. Bu əsnada yanımda üç adam qalmışdı; bunlar Dost 

Nasir, Mirzəqulu Göyəldaş, Kərimdad Xudadad Türkməndi. Kamandakı 

oxu Tənbəlin dəbilqəsinə atdım. Əlimi təkrar oxdana apardım və xan dayı-

mın verdiyi yaşıl boyalı, quşagir bir ox vardı, o çıxdı. Bunu atmaq istəmə-

dim. Bunu oxdana qoyana qədər bəlkə iki ox atacaq qədər zaman keçdi. Ka-

mana təkrar bir ox yerləşdirərək bir az irəlilədim. Yanımdakı üç adam bir az 

geridə qaldı. 

Qarşımdakı iki adamdan biri Tənbəl imiş, o da bir az irəli yürüdü. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



122

Aramızda böyük bir yol vardı. Mən bu tərəfdən, o da qarşı tərəfdən yola gi-

rərək yol üzərində qarşılaşdıq. Mənim sağ  tərəfim düşmənə, Tənbəlin sağ 

tərəfi isə bizə çevrilmişdi. Tənbəlin at zirehindən başqa hər silahı tamamdı, 

mənimsə oxdanımla qılıncımdan başqa heç bir silahım yoxdu. Əlimdəki oxu 

atıb onun qalxanıyla ox qabını bir-birinə tikdim. Bu vəziyyətdə ikən onun 

oxu sağ buduma sancıldı. Başımda dəbilqə vardı, Tənbəl başıma vurdu. Ba-

şım qılınc zərbəsindən sərsəmləşdi (l07 b). Dəbilqənin bir teli belə qopmadı, 

lakin başımda dərin bir yara açıldı. Qılınca əl ata bilməmişdim, qınında idi, 

lakin çıxarmağa vaxt qalmadı. İzdihamlı düşmən içində tək başıma qalmış-

dım, gözləmə zamanı deyildi və yüyəni çevirdim. Bir qılınc zərbəsi də ox-

dandakı oxlarıma dəymişdi. Yeddi-səkkiz addım geri dönmüşdüm ki, üç 

adam piyada olaraq mənə qoşuldu. Tənbəl məndən sonra Dost Nasirə də qı-

lıncıyla hücum etmişmiş. 

Bir ox atımı qədər dalımızca gəldilər. 

Xaqan arxı böyük bir çaydır və dərindir. Hər yerindən keçilməz. Allah 

rast gətirdi və birbaş bu arxın bir keçidinə gəldik. Dost Nasirin atı bir az zəif 

idi, arxı keçən kimi yıxıldı. Durub onu ata mindirdik və Xarabuq ilə Fərqanə 

arasındakı təpə üzərindən Oşa doğru getdik. Bu təpəyə çıxanda Məzid Ta-

ğayi də gəlib bizə qoşuldu. Onun da sağ ayağına, dizindən bir az aşağıya bir 

ox dəymişdi. Düzdür, dəlib keçməmişdi, ancaq Oşa gələnə qədər çox əziy-

yət  çəkdi. 

Bu çarpışmada mənim yaxşı adamlarım həlak oldular. Nasir bəy, Mə-

həmməd Əli Mübəşşir, Xoca Məhəmməd Əli, Xosrov Göyəldaş və Numan 

Çöhrə burada öldülər. İgidlərdən də xeyli adam vuruldu. 

 

BABURUN XAN DAYILARI İLƏ GÖRÜŞMƏSİ 

 

Xanlar Tənbəlin arxasından gəlib  Əndican civarına endilər. Böyük 



xan qoruğnun yanında (108 a) nənəm İsən Dövlət bəyimə məxsus Qoş-Ti-

girmən adlı bağa, kiçık xan isə Baba-Təvəkkül təkkəsinin yaxınına endi. İki 

gün sonra Oşdan gəlib böyük xanı Qoş-Tigirməndə gördüm. 

Xan o zaman mənim idarəmə girmiş olan yerləri kiçık xana vermişdi. 

Bəhanə olaraq da mənə belə dedi: «Şeybani xan kimi bir düşmən Sə-

mərqənd kimi bir şəhəri alıb böyüməkdədir. Bundan dolayı da kiçık xanı nə 

qədər uzaq yerdən gətirtmişik. Burada barınacaq yeri yoxdur, öz vilayətləri 

uzaqdadır. Başda  Əndican olmaq üzərə Xocənd çayının güney tərəfindəki 

vilayətləri kiçık xana vermək lazımdır ki, orada yurdu olsun». Sonra da baş-

da Axsi olmaq üzərə Xocənd çayının şimal tərəfindəki vilayətləri mənə ver-

məyi vəd etdi və buranın işi bittikdən sonra Səmərqənd vilayətini də alıb 

mənə verəcəklərini əlavə etdi. Ondan sonra Fərqanə bütünlüklə kiçık xanın 

olacaqmış. Hər halda bu sözlər məni qandırmaq üçün deyirdi. Bu işlər ol-



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə