Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



116

FƏRQANƏ - 908 (7 İYUL 1502 - 26 İYUN 1503) 

 

DOQQUZ YÜZ SƏKKİZİNCİ İLİN HADİSƏLƏRİ 

 

Xanın bu yürüşü çox faydasız bir yürüşdü. Kurqan almadan və düşmə-

nə hücum etmədən gedib gəldi. Daşkənddə olduğum o günlərdə çox əziyyət 

və  səfalət çəkdim. Vilayət yox idi, vilayət  əldə etmək ümidi də yox idi. 

Adamlarımın çoxu dağıldı, qalan bir neçəsi də səfalət üzündən mənimlə qala 

bilmədi. Xan dayımın qapısına gedəndə bəzən bir, bəzən də iki adamla ge-

dirdim, yaxşı ki yad deyildilər, qohum idilər. (101 b) Xan dayımın hüzurun-

dan Şah bəyimin yanına öz evim kimi başı açıq, ayağı yalın gedirdim. 

Axırda belə qərarsızlıqdan və sərsərilikdən bezdim, «Belə sıxıntı için-

də yaşamaqdansa başımı alıb getmək daha yaxşıdır, belə səfalət və şikayətlə 

göz önündə dolaşmaqdansa ayağımın götürəcəyi yerə  qədər getmək daha 

yaxşıdır» dedim. Xıtaya [şimali Çin] getməyi qərara aldım və başımı alıb 

çıxmağa əzm etdim. 

Uşaqlıqdan bəri Xıtay tərəfə getməyə həvəsim vardı, lakin səltənət və 

qohumlarım üzündən bu həvəsim heş cür gerçəkləşmirdi. İndi ki səltənət əl-

dən çıxdı, anam da öz anasına və kiçık qardaşlarına qovuşdu, deməli, səya-

hətə mane olan şeylər aradan qalxdı və əski sıxıntılar qalmadı. 

Xoca Əbülməkarimin vasitəsilə bu fikri xan dayıma çatdırdım, ancaq 

bu dəfə də Şeybani xan kimi bir düşmən ortaya çıxdı. Bunun zərəri türkə və 

moğola eyni nisbətdədir. Xalqın üzərində tam hakimiyyət qurmadan və çox 

böyümədən onun çarəsinə baxmaq lazım idi. Necə ki demişlər: 

İmruz bekuş çü mitəvan kuşt, 

Atəş ki bülənd şod cəhan suxt, 

Məgər ki, ənh konəd kəmanra 

Düşmən çü betir mitəvan duxt

1



 

Mümkünsə odu bugün söndür

Atəş böyüsə dünyanı yaxar. 

Bir oxla düşməni saxlamaq mümkünsə, 

Yayını çəkməsinə imkan vermə. 

Böyük xan (Sultan Mahmud xan) dayım ilə kiçık xan (Sultan Əhməd 

Xan) dayım iyirmi dörd-iyirmi beş ildir bir-birlərini görməmişdilər. Mən isə 

onu heç görməmişdim. Görəsən, gedib kiçık xan dayımı görməyə və onun 

buraya gəlməsinə vasitəçilik etməyimə icazə verərlərmi? Arzum bu idi. 

Bu bəhanə ilə buradan (102 a) çıxa bilsəm Moğolistan və Turfana get-

məmə heç bir maneə və qorxu qalmaz, öz yüyənim öz əlimdə olardı. Bu niy-

yətimi başqa heç kim bilmirdi və heç kimə  də söyləyə bilməzdim. Çünki 

                                                           

1

 Sədi Şirazidən. 




BABURNAMƏ 

 

117



anamla bu mövzuda danışmaq mümkün deyildi, ətrafımda olan və başqa 

ümidlərlə mənə qoşularaq səfalət çəkən bir neçə böyük və kiçik adamıma da 

belə şeyləri söyləməyin heç bir mənası yox idi. 

Xoca  Əbülməkarim bu sözü Şah bəyimə  və xan dayıma söyləyincə 

onlar da razı olurlar, ancaq elə fikirləşirlər ki, guya mən burada iltifat gör-

mədiyim üçün getməyə izin istəyirəm. Ona görə  də bunu namus məsələsi 

sayıb izin verməkdə bir az ağır tərpəndilər. 

 

BABURUN KİÇİK XAN DAYISININ DAŞKƏNDƏ GƏLMƏSİ 

 

Bu əsnada kiçık dayımdan bir adam gələrək onun gerçəkdən gəlməkdə 



olduğu xəbərini gətirdi. Beləcə, bu niyyətim də gerçəkləşmədi. Sonra başqa 

bir adam gəlib kiçık xanın yaxınlaşdığını  xəbər verəndə  Şah bəyim, kiçık 

xan dayımın kiçık bacıları Sultan Nigar xanım və Dövlət Sultan xanım, mən, 

Sultan Məhəmməd Xanikə  və Mirzə xan [Sultan Veys Mirzə] – hamımız 

kiçık xan dayımı qarşılamağa çıxdıq. 

Daşkəndlə Sayram arasında Yağa  kəndi və başqa bir neçə kənd var. 

İbrahim Ata və İshaq Atanın qəbrləri oradadır. Bu kəndlərə qədər getdik. 

Kiçık xan dayımın nə zaman gələcəyini  (102 b)  dəqiq bilmədiyimiz 

üçün düşünmədən ata minib sürətlə getdim. Birdən-birə xan qarşıma çıxdı. 

Atı qabağa sürdüm. Mən atdan enən vaxt kiçık xan dayım başa düşdü ki, bu 

mənəm. Çox dilxor oldu. Sən demə, onun bir yerdə düşərgə quraraq mənim-

lə təntənəli bir şəraiddə görüşmək niyyəti varmış. Yaxınlaşıb atdan endim. 

Yer də münasib deyildi, üstəlik, diz çöküb yükünəcək zaman da qalmadı, 

yüngülcə yükünərək gedib görüşdüm. Canı  sıxılıb  əsəbiləşən dayım [oğul-

ları] Sultan Səid xana və Baba xan sultana dərhal atdan enib mənimlə yükü-

nərək görüşmələrini  əmr etdi. Xanın oğullarından bu iki sultan da onunla 

gəlmişdi; on üç-on dörd yaşlarında idilər. Sultanlarla görüşüb atlanaraq Şah 

bəyimin yanına gəldik. Onlar gecə yarısına qədər oturub olub-bitənlər və 

keçmiş hadisələr barəsində danışdılar. 

Ertəsi sabah kiçık xan dayım mənə moğol adətinə görə  təpədən-dır-

nağa bir dəst paltar, öz kəmərini və yəhərli xas atını hədiyyə  etdi. Moğol 

börkü sırmalı iplərlə işlənmiş, xalat zərli Çin atlasından tikilmiş, Çin kəməri 

isə əski üsulla düzəldilmişdi. Onun sol tərəfindən qadınların boyunlarına as-

dıqları ənbərdan və kisə kimi şeylərdən üç-dörd dənə, sağ tərəfindən də bu-

na bənzər üç-dörd şey asılmışdı.  

Oradan Daşkəndə doğru hərəkət etdik. (103 a) Böyük xan dayım da 

Daşkənddən üç-dörd ağac qədər bəri gələrək pişvaza çıxmış  və bir yerdə 

çadırlar qurub oturmuşdu. Kiçık xan qarşıdan tərəfdən onun çadırına doğru 

gəldi, yaxınlaşınca xanın sol tərəfindən qövs cızaraq xanın önündə atdan 

endi və görüşüləcək yerə  qədər doqquz dəfə hörmətlə yükünərək irəlilədi. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



118

Kiçık xan yaxınlaşınca böyük xan da oturduğu yerdən qalxdı, onlar görüş-

dülər və qucaqlaşıb xeyli vaxt eləcə durdular. Qucaqlaşma bitdi, geri çəkilən 

kiçık xan yenə doqquz dəfə yükündü, hədiyyələrini təqdim edərkən də də-

fələrlə hörmətlə diz çökdü. Sonra gəlib oturdular. 

Kiçık xanın adamları tamamən moğol adətinə görə geyinmişdilər. Mo-

ğol biçimi börkləri, Çin atlasından işləməli paltarları, dana dərisindən moğol 

biçimi yaşıl oxdanları  və  yəhərləri vardı, moğol atları üstündə onlara xas 

olan şəkildə süslü idilər. Kiçık xanın adamları çox deyildi, mindən artıq, iki 

mindən bir az azdı. 

Kiçık xan dayım qəribə bir adamdı. Yaxşı qılınc çalan və cəsur idi. Si-

lahlar içində ən çox qılınca etibar edirdi. «Şeşpər, toppuz, əmud, ay-balta

1

 

və balta bir yerə dəysə, ancaq oraya təsir edər, amma qılınc dəydiyi yeri baş-



dan-ayağa qədər kəsər» deyirdi. İti qılıncını heç zaman yanından ayırmazdı, 

ya belindən asar, (103 b) ya da əlində tutardı. Əyalətdə böyüdüyü üçün bir 

az köntöy, danışığı da bir az qaba idi. 

Bir az öncə bəhs etdiyim kimi, [onun ərməğan etdiyi] bu moğol paltarı 

ilə kiçık xan dayımla birlikdə gəldim. Xoca Əbülməkarim isə böyük xan da-

yımla birlikdə idi. Məni tanımadı, «Bu hansı sultandır?» deyə soruşdu. Mən 

ona cavab verdikdən sonra məni tanıdı. 

Daşkəndə gələr-gəlməz, xanlar Əndicana Sultan Əhməd Tənbəlin üs-

tünə qoşun çəkərək Kəndirli keçidi yoluyla hərəkət etdilər. Ahəngəran ova-

sına çatanda kiçık xanla məni daha irəli göndərdilər. Keçiddən keçib Zirkan 

və Kəman kənarında qoşuna baxış keçirdilər, təxminən otuz minə qədər əs-

gər olduğu ortaya çıxdı. 

Tənbəlin də öz qoşununu yığıb Axsiyə  gəldiyi barədə  xəbərlər alın-

mağa başladı. Xanlar vəziyyəti müzakirə etdilər və mənim bir dəstə əsgərlə 

Xocənd çayını keçərək Oş və Özgənd tərəfinə gedib Tənbəli arxadan müha-

sirəyə almağıma qərar  verdilər.  

Bu qərara uyğun olaraq Əyub Bəyciyi tüməniylə, Can Həsən  Narini 

narinləri ilə, Məhəmməd Duğlat Hisarı və [onun kiçık qardaşı] Sultan Hü-

seyn Duğlatla Sultan Əhməd Mirzə Duğlatın özlərini -duğlat tüməni bun-

larla deyildi- habelə Qənbər Əlini mənə qoşdular, Sarıqbaş Mirzə İtərçini isə 

çərikbəyi təyin etdilər. 

Kernanda xanlardan ayrılıb Səkan civarından Xocənd çayını salla 

keçib Xukan (104 a) örçini Rabati-Çoban üzərindən yürüyərək Qubanı zəbt 

etdikdən sonra, Alayluq örçini üzərindən sürətlə  Oşa doğru hərəkət etdik. 

Səhər vaxtı qəfildən Oş kurqanına girdik. Oş əhalisi müqavimət göstərmə-

dən  şəhəri təslim etdi. Vilayət xalqı,  şübhəsiz, bizim gəlişimizi gözləyirdi. 

Tənbəldən qorxduqları və bizim uzaq olduğumuz üçün bir şey edə bilmirdi. 

Oşu ələ keçirincə Əndicanın şərqindəki və cənubundakı dağların və ovaların 

                                                           

1

 Ay-balta: təbərzin, kəsən qismi, yəni ağzı aypara şəklində olduğu üçün belə adlanır. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə