Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə48/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   44   45   46   47   48   49   50   51   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



108

Taxıl yığımı zamanı idi, lakin heç kim yeni məhsulu toplaya bilmirdi. 

Mühasirə günləri uzandı. Əhali çox sıxıntı çəkdi. İş o həddə çatdı ki, kasıblar 

və miskinlər it və eşşək əti yeməyə başladılar. Atların yemi də qurtardı. Atlara 

ağac yarpağı verilirdi. O zaman qazanılan təcrübədən anlaşıldı ki, atlar üçün 

tut yarpağı ilə qaraağac yarpağı bütün yarpaqlardan daha yaxşıdır. Bəziləri isə 

quru ağacları rəndələyərək yonqarını suda isladıb atlara verirdilər. 

Üç-dörd ay boyunca Şeybani xan kurqana yaxınlaşmadı, uzaqdan ətra-

fında dolaşıb durdu. Bir gecə heç gözlənməyən bir vaxtda gecə yarısına yaxın 

Firuzə darvazası  tərəfinə  gəlib davullar çalaraq savaş  nərələri atdılar. Mən 

mədrəsədə (94 a) olurdum. Fövqəladə bir təlaş və qarışıqlıq oldu. Ondan son-

ra da hər gecə gəlib davullar çalaraq, savaş nərələri atıb gurultu qoparırdılar. 

Mən  ətrafa və civara nə  qədər elçilər və adamlar göndərsəm də, heç 

kimdən kömək və yardım gəlmədi. Qüvvətli olduğumuz və heç bir ehtiyacı-

mız olmadığı zamanlarda bizə yardım etməmiş olanlar belə bir zamanda heç 

köməyə gələrlərmi? Onlardan gələcək yardıma bel bağlayaraq qalanı qoru-

maq mümkün deyil. Bir atalar sözü vardır: bir kurqanı gücləndirmək üçün 

bir baş, iki qol və iki ayaq lazımdır. Baş sərkərdə, iki qol iki tərəfdən gələ-

cək imdad və yardım, iki ayaq isə kurqanın suyu və ərzağıdır. 

Biz ətrafdakılardan imdad və yardım gözləyirdik, onların hər biri baş-

qa bir fikirdə idi. Sultan Hüseyn Mirzə kimi cəsur və təcrübə sahibi bir pad-

şah belə bizə yardım etmədiyi, hətta mənəvi yardım olaraq tək bir elçi gön-

dərmədiyi halda mühasirə zamanı Şeybani xana elçi olaraq Kəmaləddin Hü-

seyn Qazürgehini göndərdi. 

Tənbəl Əndicandan Beşkənd civarına gəldi. [Sultan Mahmud] xan isə 

Əhməd bəyi və yanındakılalı Tənbələ qarşı qoydu. Bunlar Ləkləkan (94 b) 

və Türək çarbağı civarında qarşılaşdılar, lakin çarpışma olmadan ayrıldılar.  

Sultan Mahmud xan savaş adamı deyildi. Sipahilikdən tamamən 

bixəbər idi. Tənbəl ilə qarşılaşdığı zaman xan qorxaq sözlərə və hərəkətlərə 

yol verir. Əhməd bəy qaba, lakin cəsur və sadiq bir adamdı. Çox sərt danı-

şırdı. O deyir ki: «Bu Tənbəl necə bir adamdır ki, bu qədər təlaş və tərəddüd 

göstərirsiniz. Gözünüz qorxursa, gözünüzü bağlayıb yürüyək və qarşılaşaq». 

 

 

 



 

 

 



 

 

 



 


BABURNAMƏ 

 

109



FƏRQANƏ - 907 (17 İYUL 1501 - 7 İYUL 1502) 

 

DOQQUZ YÜZ YEDDİNCİ İLİN HADİSƏLƏRİ 



 

Mühasirə uzandı. Heç bir tərəfdən nə ərzaq, nə də kömək gəlmədi. Əs-

gər və əhali ümidsizliyə düşərək bir-bir, iki-iki kurqanı qoyub qaçmağa baş-

ladı.  Şeybani xan əhalinin acizliyini anlayaraq gəlib Qari-aşiqan civarında 

lövbər saldı. Mən də Şeybani xanın qarşısına, Quyi-Payəndə yerləşən Məlik 

Məhəmməd Mirzənin evinə gəldim. 

O günlərdə Uzun Həsənin qardaşı Xoca Hüseyn [bəy] on-on beş ada-

mı ilə birlikdə gəlib kurqana girdi. Daha öncə (95 a) bəhs edildiyi kimi, Ca-

hangir Mirzənin bizə düşmən olmasına və bizim Səmərqənddən çıxmamıza 

o səbəb olmuşdu. Bu giriş çox cəsuranə bir giriş idi. 

Əsgərin və şəhər əhalisinin darlığı və sıxıntısı arttı. Yaxın və mötəbər 

adamlarımız belə divardan atlılaraq qaçmağa başladılar. Bəylərimizdən, ün-

lü adamlarımızdan və əski silahdaşlarımızdan təkcə Şeyx Veys ilə Veys La-

ğari qalmışdı, onlar da qaçdılar. Mən və yanımdakılar ümidlərimizi itirdik. 

Heç bir tərəfdən ümid qalmadı. Ərzaq və taxıl da azdı, olanı da tükəndi. Heç 

bir tərəfdən nə ərzaq, nə də taxıl gəlmədi. 



 

BABURUN SƏMƏRQƏNDİ TƏRK ETMƏSİ 

 

Bu sırada Şeybani xan ortaya barış sözünü atdı. Əgər hər hansı bir tə-



rəfdən ümid olsa, ya da taxıl gəlsəydi, barış sözünə kim qulaq asardı. Zəru-

rət hasil oldu və barışa bənzər bir şey bağlayıb gecə yarısı Şeyxzadə darva-

zasından çıxdıq. 

Validəm xanımı yanımda götürdüm. Ondan başqa iki qadın çıxdı, biri 

Biçkə Xəlifə, digəri Minqli Göyəldaş idi. Böyük bacım Xanzadə bəyim bu 

çıxışda Şeybani xanın əlinə keçdi. 

Qaranlıq gecədə, Soğdun böyük kanalları arasında dolaşaraq yolu-

muzu itirib min bir əziyyətlə sabah tezdən Xoca-Didardan keçib sübh nama-

zına yaxın (95 b) Qarbuğ dağına dırmandıq. Qarbuğ dağının şimalından və 

Xudaq kəndinin aşağısından İlanotuna doğru hərəkət etdik. 

Yolda gedərkən Qənbər Əli və Qasım bəylərlə at yarışdırdıq. Mənim 

atım onları keçdi. Onların nə  qədər arxada qaldığını görmək üçün geriyə 

baxdım. Sən demə, tapqır boşalıbşmış. Yəhər çevrildi və başı üstə yerə düş-

düm. Düzdür, dərhal qalxıb ata mindim, ancaq axşama qədər özümə  gələ 

bilmədim. Bu dünya və baş verən hadisələr gözümə röya və xəyal kimi gö-

rünürdü.  

Axşam, namazı vaxtında İlanotunda dayanıb bir at kəsdik və ətini şişə 

çəkib kabab elədik. Atlara bir az dinclik verib təkrar hərəkət etdik. Dan at-




Zəhirəddin Məhəmməd BABUR  

 

 



110

mazdan bir az əvvəl Xəliliyyə kəndinə gəldik. Oradan Dizəkə keçdik. O za-

man Dizəkdə Hafİz Məhəmməd bəy Duldayın oğlu Tahir Dulday olurdu. 

Yağlı ətlər, xas çörəklər, şirin qovunlar və yaxşı üzümlər bol idi. O qədər sı-

xıntıdan belə bolluğa və o qədər fəlakətdən belə rahatlığa qovuşduq. 

Vəhmü üsrətdən əmanə tapdıq, 

Yeni can, təzə cahanə tapdıq. 

Ölüm vəhmi ürəkdən çıxdı, aclığın (96 a) şiddəti boğazımızdan dəf ol-

du. Həyatımızda heç bu qədər istirahət etməmişdik, rahatlığın və bolluğun 

dəyərini bu qədər bilməmişdik. Sıxıntılı bir həyatdan sonrakı istirahət və çə-

tinliklərdən sonrakı hüzur daha şirin və daha yaxşı imiş. Daha sonra dörd-

beş dəfə daha belə sıxıntıdan rahatlığa, çətinliklərdən hüzura qovuşmuşuq, 

bu, ilki idi. Beləcə, düşmən bəlasından və aclıq afətindən qurtularaq bolluq 

və istirahətə çatdıq. Üç-dörd gün Dizəkdə istirahət etdikdən sonra Ura-Təpə 

tərəfinə hərəkət etdik. 

Pəşağar yoldan bir az qıraqda yerləşirdi. Bir müddət orada qaldığım 

üçün keçərkən gedib kəndi seyr etdim. Burada uzun müddət anam xanımın 

xidmətində olan Atuna rast gəldim. Biz oradan çıxanda yük heyvanı tapıl-

madığı üçün Səmərqənddə qalmışdı. Görüşüb hal-əhval tutdum. Səmərqənd-

dən buraya piyada gəldiyini dedi. Anam xanımın kiçık bacısı Xubnigar xa-

nım fani dünyaya vida etmişmiş. Bunu mənə və xanıma Ura-Təpədə xəbər 

verdilər. Atamın anası da Əndicanda vəfat (96 b) edibmiş, bunu da burada 

söylədilər. Xanım xan dayımın vəfatından bəri öz anasını, kiçık bacı və qar-

daşları olan Şah bəyim, Sultan Mahmud xan, Sultan Nigar xanım və Dövlət 

Sultan xanımları görməmişdi. Onlardan ayrılalı on-üç-on dörd il olmuşdu. 

Onlan görmək üçün Daşkəndə getdi. 

Mən də Məhəmməd Hüseyn Mirzə ilə danışaraq Ura-Təpənin kəndlə-

rindən  Dihkət deyilən yerdə qışlamağa qərar verdim. Əşyaları Dihkətdə qo-

yub bir neçə gün sonra Şah bəyimi, xan dayımı və digər qohumlarımı gör-

mək üçün mən də Daşkəndə yola düşdüm. Gedib Şah bəyim və xan dayımla 

görüşərək bir neçə gün orada qaldım. Anamın doğma böyük bacısı Mehrini-

gar xanım da Səmərqənddən gəldi. Anam xanım xəstələndi, çox ağır bir xəs-

təlikdi və çox böyük təhlükə atlatdı. 

[Xoca Übeydullahin böyük oğlu] Xocakə Xoca həzrətləri də  Səmər-

qənddən çıxmışdı və indi Fərkətdə yaşayırdı. Fərkətə gedib Xocanı gördüm. 

Xan dayımın mənə diqqət və inayət edərək bir vilayət və ya bir tümən 

verəcəyini ümid edirdim. Ura-Təpəni vəd etdi, ancaq Məhəmməd Hüseyn 

Mirzə (97 a) vermədi. Özü vermədi, yoxsa yuxarıdan bir işarəmi oldu, onu 

anlamadım. 

Bir neçə gün sonra Dihkətə gəldik. Dihkət Ura Təpənin dağ ətəklərin-

dəki kəndlərindən biridir və böyük bir dağın  ətəyindədir. Bu dağı keçincə 

Məsiha vilayəti başlayır. Əhalisi sartdır, kəndlərdə yaşayır və türklər kimi at 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə