Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə46/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



104

düşmənin adamı bir az artıq izdihamla gəldi, xeyli müharibə oldu, lakin heç 

bir tərəf o birinə dov gələ bilmədi. Bizim bir alay qədər adamımız çabucaq 

qayıdıb xəndəyə girmişdi. Bəziləri bunun Seydi Qara bəyin alayı olduğunu 

söylədilər. Seyd Qara bəy sözünün əri olsa da, qılıncı bir az zəif idi. 

O günlərdə Şeybani xan bir dəfə  gəlib gecə basqıni elədi. Əsgərlərin 

ətrafı  ağac maneələr və  xəndəklə möhkəmləndirilib qorunaqlı hala gətiril-

mişdi. Ona görə də düşmən heç nə edə bilmədi. Yalnızca xəndəyin o üzün-

dən qışqıraraq bir az ox atıb geri döndü. 

Mən müharibənin sürətləndirilməsini istəyirdim. Qənbər Əli də qeyrət 

edirdi. Baqi Tarxan min-iki min silahlı adamla Keşə enmiş və bir-iki günə 

qədər bizə qoşulacaqdı. Seyid Məhəmməd Mirzə Duğlat da xan dayım tərə-

findən köməyə gələrək min və ya min beş yüz adamla (89 a) Diyula enmişdi, 

bizdən dörd ağac məsafədə idi və sabahadək bizə qatılacaqdı. Belə bir du-

rumda müharibəni sürətləndirdik və vuruşduq.  

Be tündi səbk dəst bərdən be tiğ, 

Be dəndan kəzd pəşt dəst diriğ

1



Hiddətlə əlini dərhal qılınca atan  

Peşman olaraq əlinin arxasını dişləyər. 

Mənim tələsməyimin səbəbi bu idi: müharibə günündə Zöhrə ulduzu 

arada idi. O gün sovuşsa, Zöhrə ulduzu

2

 on üç-on dörd gün qədər düşmənin 



arxasında olacaqdı. Lakin bu düşüncələr yersiz imiş və lüzumsuz tələskənlik 

edilmiş. 

Bir sabah müharibə niyyətilə silahlanaraq atlarımıza zireh taxdıq, sağ 

və sol qolları, mərkəz və irəli qol səflərini nizamlayaraq hərəkətə keçdik. 

Sağ qolda İbrahim Saru, İbrahim Cani, Əbülqasım Kuhbər və digər bəzi 

bəylər; sol qolda Məhəmməd Məzid Tarxan, İbrahim Tarxan, Səmərqənd 

bəylərindən Sultan Hüseyn Arğun, Qara Barlas, Pir Əhməd və Xoca Hüseyn, 

mərkəzdə Qasım bəy və bəzi yaxın içkilər; irəli qolda isə Qənbər Əli Sallax

Bəndə  Əli, Xoca Əli, Mirşah Koçin, Seyid Qasım eşik-ağa, Bəndə  Əlinin 

kiçık qardaşı Haldar və Qasım bəyin oğlu Qoç Heydər durmuşdular. Digər 

mövcud yaxşı igidlərin və içkilərin hamısı də irəli qola daxil edilmişdi. 

Bizim səf halında hərəkətə keçməmizlə birlikdə düşmən da qarşı  tə-

rəfdən (89 b) səf halında qabağımıza çıxdı. Düşmənin sağ qolunda [Şeybani 

xanın kiçık qardaşı] Mahmud Sultan, [Şeybani xanın bacısı oğlu] Cani bəy 

Sultan və [Şeybani xanın oğlu] Teymur Sultan, sol qolunda Həmzə Sultan, 

Mehdi Sultan və digər bəzi sultanlar dururdular. 

Səflər bir-birinə yaxınlaşanda düşmənin sağ qolunun başı bizim arxamıza 

doğru yürüdü. Mən də üzümü onlara çevirdim. İrəli qolumuz isə -bütün təc-

                                                           

1

 Sədi Şirazidən. 



2

 İnama görə, Zöhrə ulduzu adama şans gətirirdi. Ona görə  də daha şanslı ola bilmək 

üçün Zöhrənin öz tərəflərində olduğu zaman savaşa başlamağa çalışırdılar. 



BABURNAMƏ 

 

105



rübəli və yaxşı qılınc çalan igidlərimiz irəli qola daxil idi- sağ tərəfimizdə qaldı. 

Önümüzdə heç adam qalmadı. Buna baxmayaraq bizə doğru gələn adamları 

vurub çevirərək mərkəzə sıxışdırdıq, iş artıq o dərəcəyə gəldi ki, Şeybani xanın 

bəzi yaşlı  və böyük adamları «yürümək lazımdır, durmaq zamanı keçdi» 

demişlər, lakin o olduğu yerdə qalmışdı. Düşmənin sağ qolu bizim sol qolumu-

zu yenərək arxamıza doğru yürüdü. İrəli qol da sağ tərəfimizdə qalınca önümüz 

açıq qaldı. Düşmən arxadan və öndən sıxışdıraraq ox atmağa başladı. 

Köməyə  gəlmiş moğol  əsgərlərinin savaşmağa heç niyyətləri yoxdu. 

Savaşmaq bir yana, bizim öz əsgərimizi yağmalayıb atdan salmağa başladı-

lar. Yalnız burada deyil, bədbəxt moğolun (90 a) adəti daima belədir. Qalib 

gəlsə də qənimət (olca) alır, məğlub da olsa öz elini yağmalayıb qənimət alır.  

Önümüzdəkilər neçə  dəfə  şiddətli  şəkildə hücum etsələr də, hər dəfə 

onları geri oturtduq. Önümüzdən bizi xeyli sıxışdırdılar. Arxamıza keçən 

adamlarsa gəlib bizim alaya ox atmağa başladılar. İrəlidən və arxadan sıxış-

dıraraq əsgərimizi bir az sarsdılar. Özbəklərin savaşdakı böyük hünəri bu çe-

virmə (tolğama) hərəkətidir. Onların heç bir savaşı tolğamasız olmaz. Başqa 

bir hünərləri də budur ki, irəlidə və arxada bəy və nəfərlərin hamısı ox ataraq 

dördnala gəlir və döndükləri zaman da toplu halda dördnala geri çəkilirlər. 

Mənim yanımda on-on beş adam qalmışdı. Kuhək çayı yaxındı. Sağ 

qolun bir ucu çaya varmışdı. Biz də çaya doğru yürüdük. Çayın suyunun çə-

kildiyi günlər idi. Çaya çatınca zirehli bir halda suya girdik. Çayın yarısın-

dan çoxunu yürüyərək keçdik. Qalan qismi dərindi. Bir ox atımı qədər yeri 

atları zirehli halda üzdürərək keçdik. Suyu keçəndən sonra zirehləri atdıq. 

Suyun  şimal tərəfinə keçincə düşmənin  (90 b)  təqibindən qurtulduq, 

lakin burada da dağınıq adamlarımızı atdan salıb soyanlar bu uğursuz mo-

ğollardı. İbrahim Tarxanı və başqa bir çox igidi moğollar yağmalayıb, atdan 

salıb tələf etdilər. 

Kuhək çayının şimal tərəfindən gəlib Külbə civarından keçdik, iki na-

maz arası

 

Şeyxzadə darvazasından girərək ərkə gəldim. 



Böyük bəylər, yaxşı igidlər və bir çox adam bu müharibədə tələf oldu. 

Burası  qəribədir ki, bu savaşda  İbrahim adlı üç böyük bəy, yəni  İbrahim 

Tarxan, İbrahim Saru və İbrahim Cani həlak oldu. Qasım bəyin böyük oğlu 

Əbülqasım Kuhbər, Xudaverdi Tuğçu,  əvvəlcə  də haqqında bir neçə  dəfə  

bəhs edilən Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlil də bu savaşda öldü. 

Bəylərin bir qismi müxtəlif yönlərə qaçdılar. Bunların arasında Mə-

həmməd Məzid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi. 

Qənbər  Əli Sallax moğol da çox inayət etdiyimiz bəylərimizdən idi və bu 

qədər inayət gördüyü halda belə bir zamanda sadiq qalmayıb Səmərqənddən 

köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəzi-

ləri də, məsələn, Kərimdad Xudadad Türkmən, Canikə Göyəldaş və Molla 

Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O zamanlar Molla Baba xidmətdə 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə