Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə43/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

BABURNAMƏ 

 

97



Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəlli 

deyildi. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş olması-

na baxmayaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq. 

Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul-

tan Əhməd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib olmadı. 

Kəmruddan yuxarıya doğru yürüyərək Sərv-Tağ  təpəsindən aşmağa 

qərar verdik. Nəvəndak civarına çatanda Xosrov şahın adamı doqquz at və 

doqquz parça qumaş gətirdi

1



Kəmrud ağzına enərkən Şir Əli (81b) Çöhrə qaçıb Xosrov şahın qar-



daşı  Vəlinin yanına getdi. Ertəsi gün isə Qoç bəy ayrılaraq Hisara getdi. 

Kəmrud dərəsindən yuxarıya doğru yürüdük. Dar və uçurumlu yollarda

sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.  

Üç-dörd gün sonra Sərv-Tağ keçidinə vardıq. Keçid, amma necə bir 

keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir 

vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətinlik-

lə təhlükəli boğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke-

çidləri aşaraq axırda Fan civarına gəldik. 

Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri 

qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz. 

Alınan xəbərlərə görə,  Şiraz kurqanını  İbrahim Tarxan, Yar-yaylaq 

kurqanlarını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-

Didardaydı. Özbəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə-

yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi. 

Fanı sağ  tərəfdə qoyaraq Kəşdud tərəfinə yürüdük. Fan hakimi cö-

mərdliyi,  əsaləti və  əliaçıqlığı ilə  məşhur idi. (82 a) Sultan Hüseyn Mirzə 

Hisar üzərinə gələndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mirzə-

nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-səksən 

at bağışlamış və digər xidmətlərini də buna bənzər şəkildə eləmişdi. Mənə 

çox pis bir at göndərdi, özü isə gəlmədi. 

Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı 

ilə tanınlan kimsələr alicənablığı unudurdu. Xosrov şah da cömərdlik və 

əsalətlə məruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi-

yini  söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət 

və cömərdlik göstərmişdi.  İki dəfə onun vilayətindən keçdik, həmcinsimiz 

demədi, ən aşağı nökərimizə elədiyi insaniyyəti bizə göstərmədi, hətta bizi 

nökər gözündə belə görmədi. 

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq, 

Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.  

Fanı keçincə  Kəşdud kurqanında özbəklərin adamı ola biləcəyini düşü-

                                                           

1

 O dönəmin türk gələnəklərinə görə hədiyyələr doqquzlu qruplar halında verilirdi. 



 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



98

nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi, 

indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahilinə gəl-

dik. Yarının qarşısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılı-

ğı altında bəyləri Ribati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim. 

Yandan keçib Şunqarxana dağını  aşaraq Yar-yaylağa gəldik. Ribati-

Xocaya gedən bəylər kurqana nərdivan qoyan zaman kurqandakılar bilmiş 

və geri qovmuşlar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər. 

Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra-

him Tarxan da yaxşı adamlarını mənimlə görüşməyə göndərib qulluq və sə-

daqətlərini bildirdilər. Yar-yaylaq kəndlərindən Əsfidək kurqanına gəldik.  

 

BABURUN ANİ BİR HÜCUMLA 

SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ ALMASI 

 

O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz-



bəyi vardı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali-

liyini Can Vəfa Mirzəyə vermişdi və o da beş-altı yüz adamla birlikdə Sə-

mərqənd kurqanının içində idi. Həmzə Sultanla Mehdi Sultan isə adamla-

rıyla birlikdə  Səmərqənd yaxınlığındakı Bödənə qoruğuna yerləşmişdilər. 

Bizim adamlarımız yaxşı-pis iki yüz (83 a)  qırx nəfər idi. Bütün bəyləri-

mizlə danışıb məsləhətləşərək buna qərar verdik: «Şeybani xan Səmərqəndi 

alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə könüldən bağlanmamışdır. 

Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kurqanını nərdivanlar 

qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə 

kömək etməsə belə özbəklər üçün vuruşmaq ehtimalı da yoxdur. Səmər-

qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, olacaqdır». 

Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət 

edib bütün gecə yürüyərək gecə yarısı Xan Yurduna çatdıq. O axşam əhali 

xəbərdar olmuşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge-

ri döndük. Dan ağaranda Ribati-Xocanın bir az aşağısından Kuhək çayını 

keçib təkrar Yar-yaylağa gəldik. 

Bir gün Əsfidək kurqanında Dost Nasir, Noyan Göyəldaş, Xanqulu, 

Kərimdad, Şeyx Dərviş, Xosrov Göyəldaş və Mirim Nasir kimi içkilərlə bir-

likdə oturmuşduq. Oradan-buradan danışırdıq. «Söyləyin görüm, (83 b) Al-

lah rast gətirsə, Səmərqəndi nə zaman alarıq?» dedim. 

Bəziləri «ilkbahara alarıq» dedi, o zaman sonbahardı. Bəziləri bir ay

bəziləri qırx gün, bəziləri də iyirmi gün sonra dedilər. Noyan Göyəldaş isə 

«On dörd gündə alarıq» dedi. Allah rast gətirdi və tam on dörd gündə Sə-

mərqəndi aldıq. 

O zaman qəribə bir röya görmüşdüm. Röyamda Xoca Übeydullah həz-

rətləri gəlmiş və mən də onu qarşılamağa çıxmışım. Xoca gəlib oturdu. Xo-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə