Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə39/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   35   36   37   38   39   40   41   42   ...   189

BABURNAMƏ 

 

87



O axşam Tənbəl [Baburun qardaşı] Cahangiri də yanına alıb sağ tərə-

fimizə yönələrək Əndican yönündə və bizdən üç ağac məsafədə olan Xuban 

adlı kəndə gedib girdi. Ertəsi gün biz də sağ qol, sol qol, mərkəz və önçülə-

rimizi müəyyən edib, dava paltarımızı geyib, səflərimizi düzənləyib, qal-

xanlı piyadaları qabağa sürüb düşmənin üzərinə yürüdük. 

Bizim sağ qolda adamlarıyla birlikdə  Əli Dost Tağayi, sol qolda isə 

İbrahim Saru, Veys Lağari, Seydi Qara, Məhəmməd Əli Mübəşşir (Münşi), 

Xoca (70 a) Kəlan bəyin böyük qardaşı Kiçık bəy və digər bəzi içkilər du-

rurdular. Sultan Əhməd Qaravul və Qoç bəy böyük və kiçık qardaşları ilə 

birlikdə sol qolda dayanmışdılar. Qasım bəy [Koçin] mərkəzdə mənim ya-

nımda idi. Önçü olaraq da Qənbər Əli və digər bəzi içkilər vardı. 

Xubanın cənub-şərqində və ondan bir şəri məsafədə yerləşən Saka adlı 

kəndə varmışdıq, düşmən də adamlarını nizamlayaraq Xuban kəndindən bi-

zə qarşı  çıxdı. Biz daha sürətli yürüdük. Hər ehtimala qarşı qalxanlı piya-

dalar da düzənlənmişdi, lakin düşmənlə qarşılaşanda onlar çox geridə qal-

mışdılar. Allahın inayəti ilə onlara heç bir ehtiyac qalmadı. 

Ordular qarşılaşınca ilk öncə bizim sol qoldakı adamlarımız onların 

sağ qolundakılarla çarpışdılar. Xoca Kəlan bəyin böyük qardaşı Kiçık bəy 

orada yaxşı qılınc çaldı. Ondan sonra Məhəmməd Əli Mübəşşir (Münşi) çar-

pışdı. Düşmən bu qədərlə yetinərək müqavimət göstərmədən qaçdı. Sağ qol 

və önçü birliklərimizə üz-üzə savaşma sırası gəlmədi. Bir çox igidlərini əsir 

edərək gətirdilər. Başlarının kəsilməsi əmr edildi.  

Bizim bəylərdən Qasım bəy ilə Əli Dost, bilxassə Əli Dost artıq ehti-

yatlı davranaraq təqib qüvvələrinin (70 b) uzağa göndərilməsini uyğun gör-

mədilər və bu üzdən də adamların çoxu ələ keçirilə bilmədi. Biz də Xuban 

kəndinə endik. Bu mənim elədiyim ilk meydan müharibəsi idi. Tanrı təala 

öz fəzli və kərəmi ilə bizə zəfər nəsib etdi, bunu uğur saydıq. 

Ertəsi gün sabah olar-olmaz anamın nənəsi Şah Sultan bəyim Əndica-

na gəldi. Niyyəti əgər Cahangir ələ düşmüşsə, rica edib onu qurtarmaq idi. 

 

 

ORDUNUN İKİ SU ARASI DEYİLƏN YERDƏ QIŞLAMASI 

 

Qış yaxınlaşdığı üçün ovada ərzaq qalmamışdı. Bu üzdən də Özgənd 

üzərinə yürüməyi uyğun görməyərək Əndicana döndük. Bir neçə gün sonra 

danışıb buna qərar verildi: Əndicanda qışlamağımızdan düşmənə heç bir zə-

rər və ziyan gəlməz. Bəlkə də oğurluq və qazaxlıq edərək daha da güclənər. 

Elə bir yerdə qışlamaq lazımdır ki, həm əsgər ərzaqsızlıqdan sıxıntıya düş-

məsin, həm də düşmən özünü mühasirə olunmuş kimi hiss etsin. Beləcə, iki 

su arasıı da dedikləri Ribatək-Örçümdə Ərmiyan və Nuşab civarında (7l a) 

qışlamaq niyyətilə Əndicandan bu kəndlərin civarına gəlib qışlaq düzəltdik. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



88

Oralarda yaxşı ov yerləri var. Aylamış çayının yaxınındakı sıx orman-

larda maral və qaban çoxdur. Kolluqlarda qırqovul və dovşan boldur. Təpəli 

yerlərdə tülkü çoxdur və deşiklərdə olurlar. Bunlar digər yerlərdəkilərə nə-

zərən daha sürətlidirlər. Bu qışlaqda ikən hər iki-üç gündə bir ova çıxırdım. 

Böyük kolluqlarda dolaşıb maral ovlayırdıq, kiçık kolluqlarda dairə yara-

daraq hərəkət edir, quş və oxla qırqovul ovlayırdıq. Buranın qırqovulu çox 

kök olur. Bizim o qışlaqda olduğumuz dönəmdə qırqovul əti çox bol idi. 

Bu qışlaqda olduğumuz günlərdə  təzəcə  bəy rütbəsi verdiyim Xuda-

verdi Tuğçu iki-üç dəfə hücum edib Tənbəlin çapulçularını yendi və baş-

larını  kəsib gətirdi.  Əndican və  Oş civarında da bizim çapulçu igidlərimiz 

hiylə ilə durmadan hücum edib düşmənin atlarını sürüb gətirir, adamlarını 

öldürürdülər. Əgər bütün qışı o qışlaqda keçirsək (7l b) düşmənin yaza qə-

dər heç bir savaşa girmədən məğlub olma ehtimalı çox yüksək idi. 

Tam bu şəkildə düşmənin qüvvəsini qırıb aciz hala saldığımız zaman 

Qənbər  Əli vilayətinə getmək üçün izin istədi. Vəziyyəti nəzərə alaraq nə 

qədər mane  olmağa çalışsaq da daha ziyadə cəhalət göstərdi. Qəribə yüngül 

və düşüncəsiz bir adam idi. İzin verməyə  məcbur olduq. Əvvəlcə vilayəti 

Xocənddi. Əndican son dəfə alınanda İsfəra ilə Kəndi-Badam da ona veril-

mişdi. Bizim bəylər arasında  ən çox vilayəti və  ən çox adamı olan adam 

Qənbər Əli idi, heç kimin vilayəti və adamı onunku qədər deyildi. 

Qırx-əlli gündür o qışlaqda idik. Qənbər Əliyə izin verldiyimiz üçün 

digər bəzi əsgərlərə də izin verdik. Ən axırda özümüz də Əndicana qayıtdıq.  

 

SULTAN MAHMUD XANIN 

ƏHMƏD TƏNBƏLƏ YARDIM GÖNDƏRMƏSİ 

 

Qışlaqda və Əndicanda olduğumuz zaman Tənbəlin adamları durma-



dan Daşkəndə xanın hüzuruna gedib gəlirdilər. Xanın oğlu Sultan Məhəm-

mədin [Xanikə] bəy-atakəsi və xanın  ən sevimli bəylərindən olan Əhməd 

bəy Tənbəlin doğma əmisi idı. Xanın eşik ağası olan Bəy Tilbə isə Tənbəlin 

doğma böyük qardaşı idi. Axırda Tənbələ yardım göndərməsi üçün xanı dilə 

tutdular. Hələ yardım gəlmədən  (72 a)  Bəy Tilbə köçünü və ailəsini Daş-

kənddə qoyub kiçık qardaşı Tənbələ qoşuldu. Bəy Tilbə anadan olandan bəri 

Moğolistandaydı və moğollar arasında böyümüşdü. Vilayətlərə girmir və vi-

layətlərin padşahlarına xidmət etmırdı; yalnız xanlara xidmət etmişdi. 

Bu zaman qəribə bir hadisə oldu. Qasım Əcəb müvəqqəti olaraq Axsi-

də idi. Bir dəstə yağmacını təqib edərək onların arxalarından çıxıb Biçrata 

(Bxirata) üzərindən Xocənd çayını keçərkən təsadüfən Tənbəlin çoxsaylı bir 

dəstəsinə rast gəldi və ələ keçirildi. 

Tənbəl bizim əsgərin dağılmış olduğunu eşidən kimi -zatən böyük 

qardaşı da xan ilə  qərarlaşdıraraq gəlmiş  və köməyin gələcəyi də  bəlli ol-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə